Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


sxolas- tikaya qarşı deyil, metafizikaya qarşı yönəlmişdir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə110/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

sxolas-
tikaya qarşı deyil, metafizikaya qarşı yönəlmişdir
. Maarifçilərin fikrincə 
XVI-XVII əsrlərdə sxolastikanın yerinə gələn metafizika məhv edilməlidir. 
Beləliklə, elmdə Nyutonun, fəlsəfədə isə Lokkun ardınca kartezianlığın 
(Dekartın tə
'
limi belə adlanırdı) metafizik sisteminin kəskin tənqidi 
başlandı. Maarifçilər bu sistemi əqli quramalara geniş yer verməkdə, 
təcrübə və esperimenti lazımi qiymətləndirməməkdə günahlandırırdılar. 
Maarifçiliyin bayrağında iki əsas şüar (elm və tərəqqi) 
yazılmışdı
. Onlar sadəcə olaraq zəkaya deyil, təcrübəyə əsaslanan və dini 


91 
təsəvvürlərdən, habelə fövqəltəcrübi metafizik «hipotezlərdən» azad olan 
elmi zəkaya müraciət edirdilər. 
Maarifçiliyin optimist xarakteri onun tarixən yüksəlməkdə və 
möhkəmləndikdə burjuaziya sinfinin düşüncə tərzini ifadə etməsi ilə 
şərtlənirdi. Təsadüfi deyildir ki, məhz başqa ölkələrdən tez kapitalizmə 
keçən Ingiltərə maarifçiliyin ilk vətəni olmuşdur. Maarifçilərin metafizi-
kaya qarşı mübariz ruhu burjuaziyanın tarix səhnəsinə öz dünyəvi, praktiki 
mənafeyi ilə meydana çıxması ilə bağlıdır. 
Ingiltərədə 
maarifçilik 
fəlsəfəsi 
C.Lokkun, 
Dj.Tolandın, 
A.Kollinzin, A.Şefsberinin yaradıcılığında ifadə olunmuşdur. O, şotland 
məktəbi nümayəndələri (T.Rid, A.Smit və D.Yum) tərəfindən başa 
çatdırılmışdır. Fransada isə XVIII əsrdə maarifçilərin bütöv bir nəsli 
fəaliyyət göstərmişdir (F.Volter, j.Russo, D.Didro, j.D
'
Alamber, P.Holbax, 
j.Lametri və s.). Almaniyada maarifçilik ideyalarını H.Lessinq, I.Herder və 
gənc Kant yaymışlar.
Ingilis maarifçilərinin ilk böyük siması Nyutonun dostu 
C.Lokk 
(1632- 1704) olmuşdur
. Onun fəlsəfəsi öz müasirlərinin dediyinə görə 
Nyutonun elmi proqramının əsaslandığı prinsiplərə arxalanır. Onun əsas 
əsərində («Insan zəkası haqqında təcrübə») irəli sürülən müsbət proqramı 
təkcə ingilis deyil, fransız maarifçiləri də qəbul etmişdilər. 
Lokkun əsərlərində 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin