Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


bilikləri iki növə ayırırdı: «zəka



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə109/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

bilikləri iki növə ayırırdı: «zəka 
həqiqəti» və «fakt həqiqəti». 
Birinci yalnız zəka anlayışlarının köməyi 
ilə, təcrübəyə əsaslanmadan əldə edilən biliyi əhatə edir. Məsələn, eyniyyət 
və ziddiyyət qanunu, riyaziyyatın aksiomları bu qəbildəndir. Ikinci, yə
'
ni 
«fakt həqiqəti» isə empirik yol ilə qazanılır. Dünya haqqında bizim 
təsəvvürlərimizin çox hissəsi bu qəbildəndir. Onun fikrincə biz buzun 
soyuq və ya odun isti olduğunu, metalın müəyyən temperaturda əridiyini 
söyləyərkən faktları şərh edirik. Bu hələ həmin hadisələrin səbəbləri 
haqqında səhih bilik deyildir. Buna görə də Leybnis göstərirdi ki, «zəka 
həqiqəti» 
həmişə zəruri və ümumi xarakter daşıyır

«fakt həqiqəti» isə 
yalnız ehtimaldır
. Mütləq biliyə malik olan ali monadda «fakt həqiqəti» 
olmur, onun bütün biliyi «zəka həqiqəti» formasında çıxış edir. 
Bütövlükdə Leybnisin rasionalist sistemi XVII əsr fəlsəfəsinin 
sonu 
və klassik alman fəlsəfəsinin sələfi hesab 
olunur.
2. XVIII əsr maarifçilik fəlsəfəsi 
XVIII əsr maarifçiliyi Avropada fəlsəfi fikrin inkişafında mühüm 
yer tutur. Əvvəllərdə yalnız məhdud alimlər dairəsinə müyəssər olan elmi 
biliklər məhz bu dövrdən e
'
tibarən kütlələr içərisində yayılmağa başlayır. 
Insan zəkasının qüdrətinə, elmin hüdudsuz imkanlarına inam
, maa-
rifçilik dövrünün əsas qayəsini təşkil edir. Belə düşüncə tərzi, əhval- 
ruhiyyə hələ XVII əsrdə formalaşmağa başlamışdı. O dövrdə qabaqcıl 
mütəfəkkirlər tərəfindən orta əsr sxolastikasının tənqidi, nüfuz və ən
'
ənəyə 
deyil, zəkaya müraciət edilməsi XVIII əsrdə daha da inkişaf etdirildi. Bu 
əsr sanki min il davam edən orta əsrlər qaranlığından sonra gələn zəka və 
işıq dövrü, azadlığın bərpası, elm və incəsənətin çiçəklənməsi dövrü hesab 
olunurdu. XVIII əsrdə bir tərəfdən elm ilə praktikanın əlaqəsi və bunun 
ictimai cəhətdən faydalılığı əsaslandırıldı. Digər tərəfdən intibah 
dövründən və XVII əsrdəkindən fərqli olaraq tənqid başlıca olaraq 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin