Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə108/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

qeyri- şüuru təsəvvürlər tə
'
limi də 
maraqlıdır
. Bu tə
'
limdə göstərilirdi ki, şüurlu surətdə başa düşülən 
vəziyyət ilə qeyri- şüuri vəziyyət arasında kəskin keçid yoxdur. Belə ki, 
monadların vəziyyət halının bir- birinə keçməsi tədricidir. O, qeyri- şüuri 
baş verən «kiçik qavramaları» diferensiala bənzədirdi: 
yalnız onların son-
suz miqdarda böyük sayı şüura müyəssər olan «kəmiyyəti» yaradır.
Leybnisin fikrincə monadlar öz fəaliyyətinin aydın və dəqiq olması 
dərəcəsinə görə, yə
'
ni
şüurluluq səviyyəsinə keçməsi dərəcəsinə görə 
müxtəlifdir
. Bu baxımdan monadlar canlı mövcudatların vahid nərdivanını 
təşkil edir. Onun aşağı pilləsində minerallar durur, sonra bitkilər, heyvanlar 
və nəhayət insan gəlir. Nərdivanın ən yuxarı pilləsində Leybnis ali 
monadın- allahın durduğunu göstərirdi. 
Leybnisin tə
'
limində ən çox diqqəti cəlb edən cəhət hər bir monadın 
qapalı xarakter daşıması haqqında tezisdir. O göstərirdi ki, 
monadların 
«pəncərəsi yoxdur». 
Buna görə də bir monadın digərinə tə
'
sir göstərə 
bilməsi istisna olunur. Monadlara yalnız allah tə
'
sir edir. Hər bir monad 
kosmosun bütün zənginlik və rəngarəngliyini qavrayır və özündə əks etdi-
rir. Lakin heç də bütün monadlar zəka işığına malik deyildir. Hətta zəkalı 
monad olan insan qəlbində belə qeyri- şüuri təsəvvürlər, şüurlu 
təsəvvürlərdən çoxdur. Yalnız ilahi substansiya dünyada olan hər şeyi 
aydın şüur işığında görə bilir. 
Leybnisin idrak nəzəriyyəsi anadangəlmə ideyalar haqqında 

'
limi tam qəbul etmir
. O göstərirdi ki, insan zəkasına anadangəlmə 
ideyalar deyil, müəyyən mövqeli yerlər məxsusdur. Bunlar isə təcrübənin 

'
sirilə aydın ifadə olunur. Onun fikrincə zəkada ideyalar aktual xarakterdə 


90 
yox, yalnız virtual şəkildə mövcuddur. Bütün bunlara baxmayaraq nəticə 
e
'
tibarilə Leybnis empirizmdən daha çox rasionalizmə yaxın olmuşdur. 
Leybnins insana bəlli olan bütün 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin