Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə105/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

təbiətdə hər şey xalis 
mexanika qanunlarına tabedir
. Bu qanunları mexanika elminin köməyi 
ilə aşkar etmək olar. Buradan görünür ki, XIX əsrə qədər təbiətşünaslığın 
və 
fəlsəfənin əsasını təşkil etmiş olan dünyanın mexaniki mənzərəsi 
məhz XVII əsrdən formalaşmağa başlamışdır
.
Beləliklə, substansiyaların dualizminə arxalanmaqla Dekart bir 
tərəfdən məsafəli substansiya haqqında tə
'
lim olan fizikanı, digər tərəfdən 
isə düşünən substansiya haqqında tə
'
lim olan psixologiyanı yaratdı. Onlar 
arasında əlaqələndirici vasitə rolunu isə Dekarta görə təbiəti hərəkətə 
gətirən və onun qanunlarının sabitliyini tə
'
min edən allah oynayır. Buradan 
görünür ki, Dekartın metodu onun metafizikası ilə üzvü surətdə bağlı 
olmuşdur.
Dekartın rasionalist metafizikasının əksinə olaraq 
Bekonun e
'
lan 
etdiyi empirik prinsiplər T.Hobbs (1588-1679) tərəfindən daha da 
inkişaf etdirilmişdi
. Hobbs nominalizmin klassik nümayəndəsi olmuşdur. 
Onun fikrincə yalnız ayrı- ayrı təkcə şeylər real mövcuddur. Ümumi 
anlayışlar mahiyyətcə onların adını göstərir. Buna görə də təcrübə hər cür 
biliyin mənbəyidir. Təcrübənin bir növünü qavrayış və ya ilkin bilik, digər 
növünü isə şeylərin adları haqqında bilik təşkil edir. Sonuncu növ 
təcrübənin mənbəyi ağıldır. Ağılı Hobbs şeyləri adlandırmaq və adları 
əlaqələndirmək qabiliyyəti, yə
'
ni sözləri düzgün işlətmək bacarığı hesab 
edirdi. 
Hobbsa görə fəlsəfənin predmeti bədəndir, onun yaranmasını 
isə biz elmi anlayışların köməyi ilə öyrənə bilirik
. Mə
'
nəvi substansiya-
lar məsələsinə gəldikdə isə Hobbs göstərirdi ki, hətta onlar mövcud olsalar 
da belə, dərk edilə bilməz. Onların mövcudluğunu isə Hobbs inkar edirdi, 
çünki o, bədənsiz ruhun olmasını qəbul etmirdi. 


88 
Hobbs anadangəlmə ideyalar haqqında Dekartın tə
'
limini tənqid 
etməklə yanaşı, həm də substansiya anlayışını (təkcə mə
'
nəvi yox, həm də 
maddi substansiyanı) qəbul etmirdi.
Yeni dövrdə rasionalizmin digər 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin