94
VII FƏSIL
KLASSIK ALMAN FƏLSƏFƏSI
1. Kantın fəlsəfəsi
Fəlsəfi fikir tarixini klassik alman fəlsəfəsindən
kənarda təsəvvür
etmək qeyri- mümkündür. O qısa müddətdə (təxminən bir əsr) mövcud
olmasına baxmayaraq fəlsəfi fikir xəzinəsinə qiymətli töhfələr vermişdir.
Tarixin
fəlsəfi təhlili, inkişaf
nəzəriyyəsi, dərk edən subyektin fəallığı və
sair problemlər məhz klassik alman fəlsəfəsi
tərəfindən uğurla həll
edilmişdir. Klassik alman fəlsəfəsi XVIII əsrin II yarısından başlanır. Bani-
si I.Kant (1724- 1804) hesab olunur. Onun fəlsəfi yaradıcılığı iki
mərhələyə ayrılır:
Birinci mərhələ,
təxminən 1770- ci ilə qədər davam
edir. Bu tənqidə qədərki mərhələ adlanır. Bu
dövrdə Kant əsas diqqətini
təbiətşünaslıq məsələlərinə, dünya binasının yaranması
və təşkili
problemlərinə yönəltmişdi. O belə bir mühüm elmi nəticəyə gəlmişdi ki,
Kainat ilk qaz dumanlıqlarından təbii yolla yaranmışdır.
Beləliklə də o
dünyanın dinamik, təkamülü mənzərəsini yaratmağa cəhd edənlərdən biri
olmuşdur.
Ikinci-
tənqidi mərhələ, 70- ci illərdən başlayaraq Kantın
ömrünün sonunadək davam etmişdir. Bu mərhələdə Kant idrak nəzəriyyəsi,
insan və əxlaq problemlərini geniş tədqiq etmişdir. Bu vəzifəni o aşağıdakı
üç əsərində yerinə yetirmişdir: «Xalis
zəkanın tənqidi» (1781), «Praktiki
zəkanın tənqidi» (1786), «Mühakimə qabiliyyətinin tənqidi» (1790).
Kantın ən böyük xidmətlərindən biri onun tərəfindən
Dostları ilə paylaş: