Bu yol ilə substansiya metafizikasındın subyekt nəzəriyyəsinə keçir. Qeyd edək ki, Kantın transendental fəlsəfəsi onun yaşadığı dövrdə
elmin və fəlsəfənin qarşısına çıxan çətinlikləri dəf etmək cəhdi idi. Kanta
qədərki rasionalizmin və empirizmin nümayəndələri bu işi görə
bilməmişdilər. Belə çətinliklərdən biri elmi biliyin obyektivliyinin
əsaslandırılması problemi idi. Kant biliyin bizdən kənarda olan obyektiv
predmetə necə uyğun gəldiyini müəyyən etmək
üçün dərk edən subyektin xarakteri və qabiliyyətini ön plana çəkdi . Beləliklə də ilk dəfə olaraq
subyektin fəaliyyəti əsas kimi, tədqiqatın predmeti isə nəticə kimi
götürüldü.
Onun fəlsəfədə etdiyi «kopernik sayağı çevrilişin» mahiyyəti bundan ibarətdir. Kant göstərirdi ki, elmi idrakın başlıca vəzifəsi predmetlərin
mahiyyətini seyr etmək deyildir. O həmin predmetləri qüraşdırmağa
yönələn fəaliyyət göstərməlidir. Buradan çıxış edərək Kant idrakda rasion-
al və empirik tərəflərin nisbəti haqqındakı köhnə təsəvvürü dəyişdirdi. O
göstərdi ki, bilik bir-
birindən fərqli iki tərəfin (hissiyyatın və dərrakənin) sintezidir. Kanta görə hissiyyat qəlbin predmetləri seyr
etmək qabiliyyətidir. Dərrakə isə hissi seyrin predmetini mə‟nalandırmaq,
onun haqqında fikirləşmək bacarığıdır. O yazırdı: «Bu iki qabiliyyətdən
heç biri digərinin funksiyasını yerinə yetirə bilməz. Dərrakə heç nəyi seyr
edə bilməz, hisslər isə heç nə haqqında fikirləşə bilməz. Bilik yalnız
onların birləşməsindən yaranır».
1
Buradan da Kant belə bir nəticəyə gəlirdi ki, fəlsəfi təhlilin əsas
məsələləri aşağıdakılardır: hissiyyat ilə dərrakənin sintezinin necə baş ver-
diyini müəyyən etmək; bu sintezin məhsulu olan biliyin zəruriliyini və
ümumiliyini əsaslandırmaq. Bunlarla yanaşı
Kant aprior (təcrübədən 1
Кант И. Собр. соч. в 6 т. Т.3. М.,1964, с.155.