Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


insanlar yalnız öz yaratdıqları predmetləri dərk edə bilər



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə117/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

insanlar yalnız öz yaratdıqları predmetləri dərk edə bilər
. Bu fikir 
onun idrak nəzəriyyəsinin əsasını təşkil edir. 
Kant idrak prosesində dərrakəyə xüsusi yer versə də, onu 
ən yüksək 
pillə hesab etmirdi
. Çünki onda məqsəd, yə‟ni fəaliyyəti 
istiqamətləndirən stimul yoxdur. Digər tərəfdən, dərrakə həmişə bir 
şərtlənmiş vəziyyətdən, digər belə vəziyyətə keçir, yə‟ni onda qeyd- şərtsiz 
heç nə yoxdur. Səbəbi də odur ki, təcrübə aləmində bütün şeylər bir- birilə 
şərtlənir. Buna görə də Kantın fikrincə dərrakə pilləsi insana mütləq bilik 
verə bilmir. 
Mütləq bilik yalnız ən yüksək idrak pilləsində- zəka 


97 
tərəfindən əldə edilir
. Zəka məqsəd irəli sürməklə idrak fəaliyyətinə 
rəhbərlik edir. Bundan əlavə zəka heç nə ilə fərqlənməyən, qeyd- şərtsiz 
bilik verir. O bunu ideyalar vasitəsilə ifadə edir. Lakin ümumi ideyalara 
dərindən nəzər saldıqda onların ziddiyyətli xarakteri aşkara çıxır. Yə‟ni 
belə ideyaları həm iqrar, həm də inkar etmək mümkündür. Kant bunları 
antinomiyalar (çıxılmaz vəziyyət) adlandırırdı
. Onlar aşağıdakılardır: 
dünyanın məkan və zamanca sonsuzluğu və sonluluğu; dünyada hər bir 
mürəkkəb mövcudatın sadə hissələrdən ibarət olması və ibarət olmaması; 
dünyadakı bütün hadisələrin təbiət qanunları üzrə səbəbiyyətlə şərtlənməsi 
ilə yanaşı müəyyən azadlığa yol verilməsi və dünyada hər şeyin yalnız 
təbiət qanunları üzrə baş verməsi, heç bir azadlığın olmaması; dünyaya 
səbəb kimi aid edilən zəruri mahiyyətin mənsub olması ideyası ilə dünyada 
və ondan kənarda onun səbəbi kimi götürülən heç bir mütləq zəruri 
mahiyyətin olmaması ideyası.
1
Kanta görə bu cür ziddiyyətlilik (antinomiya) sübut edir ki, bir- biri-
ni istisna edən keyfiyyətləri birləşdirən predmet dərk olunmazdır. O 
zəkanın bu antinomiyalılığını hadisələr (fenomen) aləmi ilə özündə şeylər 
(noumen) aləmini bir- birindən fərqləndirmək yolu ilə həll edirdi. Kanta 
görə hər bir predmetə ikili nöqteyi nəzərdən baxmaq lazımdır: birinci, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin