Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə119/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

ayrıca bir insan və 
bütövlükdə bəşəriyyət yüksək məqsədlər kimi çıxış etsin
. Kant sosial 
bəyənilən davranış normalarını və əxlaq normalarını bir- birindən 
fərqləndirirdi. Birinci konkret tarixi xarakter daşıyır. Lakin heç də həmişə 
əxlaqi tələblərin reallaşması demək deyildir. Onun tə‟limi məhz tarixin və 
zamanın fövqündə duran əxlaqı aşkar etməyə yönəlmişdir. Kantın fikrincə 
bu tə‟lim hər hansı bir sinfə və ya xalqa deyil, bütövlükdə bəşəriyyətə 
xidmət etməlidir.
2. Dialektika tə‟limi
Kantın fəlsəfədə etdiyi çevrilişi ondan sonra gələn alman 
mütəfəkkirləri xeyli dərəcədə inkişaf etdirdilər. Bu mə‟nada 
I.Fixtenin, 
F.Şellinqin və xüsusən də Hegelin fəlsəfi ideyaları diqqəti cəlb edir

Bütövlükdə Kantdan sonrakı alman fəlsəfəsi dialektika tə‟liminin işlənib 
hazırlanması ilə səciyyələnir. 
I.Fixte (1762-1814) toxucu ailəsində
doğulmuşdur. Maddi 
vəziyyətinin çətin olmasına baxmayaraq Iyen və Leypsiq universitetlərində 
mükəmməl təhsil almışdır. Onun fəlsəfi ideyaları əsas e‟tibarilə 1794- 
1795-ci illərdə yazdığı «Ümumi elm tə‟liminin əsası» əsərində irəli 
sürülmüşdür. Burada o sübut etməyə çalışmışdır ki, bütün elmlərin 
bünövrəsini «elm haqqında tə‟lim» olan fəlsəfə təşkil edir.
Fixte hər şeydən əvvəl Kantın dualizminə (özündə şey - hadisə
təbiət- azadlıq) qarşı çıxırdı. Onun fikrincə bu ziddiyyətlilik təfəkkürün 
qalığıdır. Buna görə də onu aradan qaldırmaq zəruridir. 
Fixte vahid bir 
əsasdan çıxış edən bilik sistemi yaratmağa cəhd göstərirdi
. Beləliklə o 
Kantın tə‟liminə yenidən baxmaq addımını atmışdır. Fixteyə görə biliyin
təkcə forması deyil, həm də məzmunu «xalis Mən» transendental 
appersepsiyasından hasil edilməlidir. Bu o deməkdir ki, Kantın transenden-
tal subyekti bütün mövcudatların mütləq başlanğıcına- «mütləq Mənə» 
çevrilir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin