Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Həqiqətin nisbi, dinamik və çoxtərəfliliyini sübut etdi



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə127/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Həqiqətin nisbi, dinamik və çoxtərəfliliyini sübut etdi
. So-
nra, bu fəlsəfəyə qədər ictimai fikirdə dünyanın sivil və barbar xalqlara 
bölünməsi ideyası üstünlük təşkil edirdi. Klassik alman fəlsəfəsinin 
nümayəndələri göstərdilər ki
hər bir xalqın tarixi özünəməxsus və 
təkrarolunmazdır
. Bütün xalqlar ümumdünya tarixində müəyyən (əlbəttə 
bir- birindən fərqli) rol oynayırlar. 
Nəhayət onun nümayəndələri 
bilavasitə fəlsəfi məzmun daşıyan bir sıra yeniliklər də gətirdilər (sub-
yektin idraki fəallığı, inkişafın ziddiyyətlər vasitəsilə baş verməsi, ru-
hun ümumi təbiəti ideyası, tarixilik prinsipi və sair). 


105 
VIII FƏSIL 
MARKSIZM FƏLSƏFƏSI 
XIX əsrin 40- cı illərində marksizm fəlsəfəsi meydana gəldi. Onun 
baniləri K.Marks və F.Engels olmuşlar. XIX əsrin II yarısından e‟tibarən 
və XX əsrin demək olar ki, 90 ili ərzində o ən nüfuzlu fəlsəfi cərəyanlardan 
biri olmuşdur. Marksist fəlsəfə özündən əvvəlki elmi, fəlsəfi və ictimai 
siyasi fikrin tə‟siri altında formalaşmışdır. Onun yaranmasının ilkin şərtləri 
klassik alman fəlsəfəsi, ingilis siyasi iqtisadi və fransız tənqidi utopik so-
sializmi olmuşdur. 
Marksizm tə‟limində hər şeydən əvvəl klassik alman fəlsəfəsinə 
(xüsusən də Hegelin dialektikasına və Feyerbaxın materializminə) 
münasibət bildirilir. Onların bir sıra əsərlərində (Marksın «Hegelin hüquq 
fəlsəfəsinin tənqidi», «Feyerbax haqqında tezislər», «Kapital» əsərlərində, 
Engelsin «Təbiətin dialektikası», «Anti Dürinq», «Lüdviq Feyerbax və 
klassik alman fəlsəfəsinin sonu» əsərlərində, habelə onların birgə 
yazdıqları «Müqəddəs ailə» və «Alman ideologiyası» və sair əsərlərdə) bu 
münasibət ifadə olunmuşdur. Marks və Engels Hegelin dialektikasını çox 
yüksək qiymətləndirirdilər. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin