Göstərirdilər ki, bu dialektika obyektiv dünya, onun dərk olunması və insan təfəkkürünün inkişafı haqqında tə‟limdir. Dialektika qəti, mütləq, dəyişməz dünya haqqında köhnə
təsəvvürlərə son qoydu. Marksizm Hegelin dialektikasının nəzəriyyə və
metod kimi böyük əhəmiyyət kəsb etdiyini qeyd edirdi. Lakin o eynilə də
göstərdi ki, Hegelin idealist sistemi bu dialektikanın tam dolğun təzahür
etməsinə mane olur. Belə ki, bu sistem dünyanın inkişafını və bütövlükdə
ictimai- tarixi prosesi mütləq ideyanın özinkişafının pillələri hesab edir. Ən
əsası da odur ki, həmin sistem bəşəriyyətin tarixi inkişafının XIX əsr Pru-
siya monarxiyası ilə başa çatdığını iddia edirdi.
Marksizm fəlsəfəsi həm də Feyerbaxın tə‟liminə öz tənqidi
münasibətini ifadə etmişdir. Marks və Engels Hegelin idealizmini tənqid
etdikləri kimi, Feyerbaxın materializmini də bəyənmirdilər. Onu antropolo-
ji materializm kimi səciyyələndirirdilər. Digər tərəfdən onlar Feyerbaxı
metafizik metoda tərəfdar çıxmaqda, dialektik metodu başa düşməməkdə
günahlandırırdılar. Nəhayət, Marks və Engels Feyerbax fəlsəfəsinin seyrçi,
passiv xarakteri ilə barışmırdılar. Söhbət həmin fəlsəfə tərəfindən təbiət və
cəmiyyət hadisələrinin dərk olunmasında və izahında
insanların praktiki fəaliyyətinin rolunu anlamamaqdan gedir . Daha dəqiq desək marksizm,
fəlsəfənin mahiyyətini təkcə seyr etmədə və müşahidədə görmürdü. Onun
fikrincə fəlsəfə insanlar tərəfindən gerçəkliyi öz tələbatları və mənafelərinə
uyğun şəkildə dəyişdirməyin nəzəri əsasıdır. Ətraf aləmin praktiki
fəaliyyətə cəlb olunmuş predmetləri insanlar tərəfindən təkcə seyr olun-
106
mur, həm də dəyişdirilir. Bu prosesdə həmin predmetlərin yeni- yeni
xassələri aşkara çıxarılır və dərk olunur. Beləliklə, marksist fəlsəfədə