Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


praktika, praktiki fəaliyyət gerçəklikdəki cisim və hadisələri dərk



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə129/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

praktika, praktiki fəaliyyət gerçəklikdəki cisim və hadisələri dərk 
etməyin əsasını təşkil edir
. Ictimai praktikanın məzmunu insanların idraki 
fəaliyyətinin məqsədlərini şərtləndirir. Həmin məqsədlər nəticə e‟tibarilə 
insanların praktiki tələbatları və mənafeləri ilə müəyyən edilir. Lakin 
marksizmə görə praktikanın rolu təkcə bununla bitmir. O həm də idrakın 
nəticələrini, alınmış biliklərin mö‟təbərliyini ölçən me‟yar rolunu oynayır. 
Beləliklə də praktika həqiqətin me‟yarı kimi çıxış edir
. Insanların nə 
dərəcədə real düşündükləri, yə‟ni onların təfəkkürünün real həyatdakı 
vəziyyəti nə dərəcədə doğru əks etdirdiyi məhz praktiki fəaliyyətdə aşkara 
çıxır. Marks və Engels göstərirdilər ki, Feyerbax praktikanın fəal xarakte-
rini başa düşməmişdir. Buna görə də o fəlsəfənin sosial əhəmiyyətini tam 
anlamamışdır, onun fəlsəfəsinin özü də seyrçi vəziyyətdən kənara çıxa 
bilməmişdir. 
Marks və Engels Hegelin idealizmini bir kənara atdılar, eləcə də 
Feyerbaxın materializminin məhdudluqlarını aradan qaldırdılar. Bunun 
əvəzində 
onlar dialektik metod və materialist nəzəriyyəni birləşdirərək 
dialektik materializmi yaratdılar
. Bu tə‟limə görə obyektiv maddi 
gerçəklik dialektik yol ilə inkişaf edir. O ilkindir, birincidir. Insanın 
təfəkkürü, buradakı qanunlar və kateqoriyalar həmin maddi gerçəkliyin 
in‟ikası deməkdir. Başqa sözlə deyilsə, anlayışların dialektikasında, onların 
ziddiyyətli qarşılıqlı əlaqələrində və inkişafında reallıqda olan dünyanın 
dialektik hərəkəti əks olunur. Beləliklə də marksizmin baniləri Hegelin 
başı üstə dayanan dialektikasını çevirib ayaq üstə qoydular. Onu idealist 
qabıqdan azad etdilər. 
Nəticədə dialektika təbiəti, cəmiyyəti və insan 
təfəkkürünü öyrənməyin səmərəli və düzgün metoduna çevrildi. 
Marks 
və Engelsin yaratdıqları nəzəriyyə varlıq ilə təfəkkürün, təbiət ilə ruhun
materiya ilə şüurun münasibətlərini dialektik materialist mövqedən həll 
edir. Həmin nəzəriyyəyə görə materiya ilkindir, birincidir, şüur isə ondan 
törəmədir, ikincidir. Yeri gəlmişkən deyək ki, əgər təbiət hadisələrinə, 
ümumiyyətlə varlığa münasibətdə 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin