Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə131/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

fərqləndirmək üçün ictimai- 
iqtisadi formasiya anlayışını işləyib hazırlamışdır
. Marks kapitalizm 
cəmiyyətinin hərtərəfli təhlilini vermişdir. O burada izafi dəyəri, onun 
mənbələrini, özgələşmə prosesini açıb göstərmişdir. Lakin o bu 
məsələlərdə əldə etdiyi nailiyyətləri siyasiləşdirərək belə bir nəticə 
çıxarmışdır ki, 
guya proletariat kapitalizmin qəbirqazıyanıdır, o kapi-
talizmi devirib yerində öz diktaturasını yaradacaqdır
. Bu isə nəticə 
e‟tibarilə bütün dünyada kommunizm formasiyasının qələbəsinə gətirib 
çıxaracaqdır. Tarix bu qəbildən olan müddəaların 
əsassızlığını sübut etdi

Lakin buna əsasən marksizmin fəlsəfi fikir tarixində oynadığı rolu heçə 
endirmək də doğru olmazdı. Bu tə‟lim Avropa və ümumdünya mə‟nəvi 
mədəniyyətinin inkişafına mühüm tə‟sir göstərmişdir. Bunu yuxarıda 
deyilənlər də sübut edir. 


108 
IX FƏSIL 
AZƏRBAYCANDA MAARIFÇILIK FƏLSƏFƏSI 
 
1. Azərbaycanda maarifçiliyin yaranması və
spesifik cəhətləri 
Maarifçilik ilk dəfə Qərbi Avropa ölkələrində kapitalizmin 
təşəkkülü dövründə (XVII- XVIII əsrlərdə) yaranmışdır. O məzmunca çox 
geniş olub, ictimai, siyasi, hüquqi, əxlaqi və bədii ideyalar, baxışlar 
sistemindən ibarətdir. Maarifçilik fəlsəfəsi onun mühüm tərkib hissəsi ol-
maqla, əsasən dünyagörüşü məsələlərini əhatə edir. 
Azərbaycanda 
maarifçilik qərb ölkələrinə nisbətən bir qədər gec 
baş vermişdir 
(XIX əsrin ortalarında). Bu onunla izah edilir ki
Azərbaycan tarixən o qədər də güclü inkişaf etməmişdi. Buna görə də maa-
rifçiliyin yaranmasını hazırlayan şərait burada xeyli gec yetişmişdi. Məhz 
həmin dövrdə Azərbaycanda feodalizm quruluşuna, sxolastikaya və 
cəhalətə qarşı, tərəqqi, elm və maarif uğrunda mübarizə geniş yer tuturdu. 
Rus çarizminin yeritdiyi müstəmləkə siyasətinə baxmayaraq şimali 
Azərbaycanda rus ictimai fikrinin müsbət tə‟siri baş verməkdə idi. Rusiya 
ilə tanışlıq Azərbaycanın qabaqcıl ziyalılarının Avropa mədəniyyəti 
nümunələrinə qovuşması üçün mühüm vasitə rolunu oynayırdı. 
Beləliklə Azərbaycanda maarifçiliyin formalaşmasında Rusiyanın 
və Avropanın mütərəqqi fikri böyük rol oynamışdır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin