Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


cisimlərin dörd ünsürdən (od, su, hava, torpaq) meydana



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə134/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

cisimlərin dörd ünsürdən (od, su, hava, torpaq) meydana 
gəldiyini 
qəbul edirdi. Lakin o varlığın Allah tərəfindən yaradıldığını 
təsdiq etmişdir. 
2. XIX əsrin II yarısında Azərbaycan maarifçiləri 
XIX əsrin 60- 70- ci illərində Azərbaycanda maarifçiliyin 
ikinci 
(klassik) mərhələsi özünü göstərmişdir
. Bu dövrdə kapitalizm xeyli 
dərəcədə inkişaf etmişdi. Maarifçi- realist ədəbiyyat yaranırdı. Onun 
başlıca istiqaməti geriliyə, despotizmə və dini fanatizmə qarşı mübarizə idi. 
Bununla yanaşı həmin dövrün ədəbiyyatı maarifçi və demokratik 
ideyaların tribunası rolunu oynayırdı. Məhz bu mə‟nəvi mühitdə 
Azərbaycan maarifçilərinin bütöv bir nəsli formalaşdı (M.F.Axundov, 
H.Zərdabi, S.Şirvani, N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov və 
başqaları). Onların sırasında 
görkəmli yazıçı, materialist filosof, 
mütəfəkkir kimi M.F.Axundov (1812- 1878) xüsusi yer tutur

Azərbaycanda maarifçilik fəlsəfəsinin vahid bitkin bir sistem səviyyəsinə 
yüksəlməsi məhz onun adı ilə bağlıdır. Axundov Azərbaycanın və 
bütövlükdə Şərqin sosial tərəqqidə geri qaldığını anlayır, öz xalqının 
mədəni, elmi inkişafı üçün yollar axtarırdı. 
Onun fəlsəfi ideyaları aşağıdakı əsərlərində ifadə olunmuşdur: 
«Kəmalüddövlə məktubları», «Aldanmış kəvakib», «Həkimi ingilis Yuma 
cavab», «Yek kəlmənin tənqidi», «Con Stüart Mill azadlıq haqqında» və s. 
O 1834- cü ildən demək olar ki, ömrünün sonuna qədər Qafqaz ca-
nişinliyinin Tiflisdə yerləşən dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi 
işləmişdir. Rus dilini yaxşı bildiyindən onun vasitəsilə təkcə rus mütərəqqi 
mədəniyyəti ilə deyil, həm də Qərbi Avropa elmi və fəlsəfi fikri ilə 


111 
yaxından tanış olmuşdu. Bütün bunlar onun dünyagörüşünün 
formalaşmasına güclü tə‟sir göstərmişdi. O öz əsərlərində dini fanatizmi və 
geriliyi amansız tənqid etmişdir. Lakin Axundov təkcə bununla 
məhdudlaşmamışdır. O dünyaya elmi- materialist baxışı əsaslandırmışdır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin