103
1839-
cu ildə ondan ayrılmışdı.
Feyerbaxa görə idealizm
rasionallaşdırılmış dindir, din ilə fəlsəfə isə öz mahiyyətinə görə bir- birinə
əksdir. O göstərirdi ki, dinin əsasını ehkamlara e‟tiqad təşkil etdiyi halda,
fəlsəfənin əsasında bilik, şeylərin həqiqi təbiətini aşkar etmək cəhdi durur.
Buna görə də Feyerbax fəlsəfənin birinci vəzifəsini dini tənqid etməkdə,
dini şüurun mahiyyətini təşkil edən illüziyaları ifşa etməkdə görürdü.
Feyerbaxın fikrincə din və öz ruhuna görə ona yaxın olan idealist fəlsəfə,
gerçəklikdə insana məxsus olan atributları Allahın adına
yazmaq yolu ilə
insan mahiyyətinin özgələşməsi nəticəsində yaranır. Beləliklə də çətin ara-
dan qaldırıla bilən illüziya özünü göstərir: allahın əsl yaradıcısı olan insan,
allah tərəfindən yaradılan kimi göstərilir, ondan asılı vəziyyətə salınır,
azadlıq və müstəqillikdən məhrum olunur.
Feyerbaxa görə dini yanlışlıqlardan
azad olmaq üçün bunu başa
düşmək zəruridir ki, insan allah tərəfindən yaradılmamışdır,
o əbədi
təbiətin bir hissəsi, özü də ən mükəmməl hissəsidir.
Lakin Feyerbaxın
materializmi antropoloji materializm idi.
O
XVIII əsr materializmindən ciddi surətdə fərqlənərək hər cür reallığı mex-
aniki hərəkətə müncər etmirdi. Feyerbax təbiətə mexanizm kimi deyil, or-
qanizm kimi baxırdı. Feyerbaxın diqqət
mərkəzində mücərrəd şəkildə
götürülən materiya deyil, psixofiziki vahid,
Dostları ilə paylaş: