Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


kimi Hegel «xalis anlayışı» insanın başında mövcud



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə123/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

kimi Hegel «xalis anlayışı» insanın başında mövcud 
olan subyektiv anlayışlardan fərqləndirərək şeyin öz mahiyyəti ilə 
eyniləşdirirdi
. Bir halda ki, anlayış lap əvvəldən əksliklərin vəhdəti kimi 
çıxış edir, deməli anlayışın öz inkişafı dialektika qanunlarına tabe olur. 


101 
Beləliklə Hegeldə məntiq dialektika ilə üst- üstə düşür. Dialektika isə 
əsasını əksliklərin vəhdəti və mübarizəsi təşkil edən inkişaf nəzəriyyəsi 
kimi başa düşülür. «Xalis anlayışın» inkişaf dialektikası həm təbiətin, həm 
də insan təfəkkürünün ümumi inkişaf qanununu təşkil edir. Kantdan fərqli 
olaraq Hegel təbiəti və ruh sferasını (azadlığı) eyni başlanğıcın- substan-
siya- subyektin müxtəlif inkişaf pillələri hesab edirdi.
Hegelə görə hər cür inkişaf müəyyən sxem üzrə baş verir: iqrar, 
təsdiqetmə və ya nəzərdə tutma (tezis); bu iqrarın inkar edilməsi (antitezis) 
və nəhayət inkarı inkar, əksliklərinin bərtərəf edilməsi (sintez). Sintez 
mərhələsində tezis ilə antitezis sanki öz aralarında barışır, onlardan yeni 
keyfiyyət halı yaranır. Lakin bu o demək deyildir ki, üçüncü momentdə 
əvvəlki iki pillə tam məhv edilir. Hegelin bərtərəf etmə anlayışı tezis və 
antitezisin aradan qaldırılmasını nə dərəcədə ifadə edirsə, 
eyni dərəcədə 
də onların saxlanılmasını göstərir
. Lakin bu bir qədər yüksək səviyyədə 
saxlanılmadır. Hegel bu dialektikaya misal olaraq aşağıdakını göstərir: 
«Qönçə açılanda tumurcuq yox olur və demək olar ki, o qönçə tərəfindən 
inkar olunur, eynilə də meyvə yaranarkən qönçənin bitkinin yalançı varlığı 
olduğu görünür. Həmin bitkinin həqiqiliyi kimi qönçənin yerinə meyvə 
gəlir. Bu formalar nəinki öz aralarında fərqlənir, həm də bir- birini 
sıxışdırır. Lakin onların dəyişilən təbiəti onları eyni zamanda üzvi vəhdətin 
momentlərinə çevirir. Bu vəhdət daxilində onlar nəinki bir- birinə zidd ol-
mur, hətta biri digəri üçün zəruri olur. Məhz hər iki tərəf üçün bu bərabər 
zərurət bütövün həyatı deməkdir".
1
Hegelin dialektikasının əsasında belə bir təsəvvür durur ki, təbiət, 
cəmiyyət və təfəkkürdə hər cür inkişafın mənbəyi anlayışın 
özinkişafındadır. Onun fikrincə həqiqət yalnız anlayışda öz mövcudluğunu 
əldə edir. Buna görə də 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin