Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Renesans dövrü fəlsəfəsinin görkəmli nümayəndələrindən biri



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə99/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Renesans dövrü fəlsəfəsinin görkəmli nümayəndələrindən biri 
N.Kuzanski (1401-1494) olmuşdur
. Öz dövrünün əksər filosofları kimi o 
da neoplatonizm ən'ənənələrinə meyl göstərmişdir. Lakin Kuzanski
neoplatoniklərin tə'limini (onun əsas anlayışı olan vəhdət anlayışından 
başlayaraq) yeni tərzdə mə'nalandırmışdır. 
O xristian monizmi prinsipini 
qəbul edirdi. Antik dövrün dualizminə qarşı çıxırdı
. Beləliklə də o
Brunonun panteizmi ilə səsləşən belə bir nəticəyə gəlmişdir: 
“vahid 
(vəhdət) hər şeydir
”. Bu fikir yaradan və yaradılan haqqında xristian 
teizminə tam zidd idi. Kuzanski vahidin əksinin olmaması tezisindən çıxış 
edərək göstərirdi ki, vahid hüdudsuzluğa, sonsuzluğa bərabərdir. Onun 
fikrincə sonsuzluq o deməkdir ki, ondan böyük heç nə ola bilməz. Buna 
görə də o bunu “maksimum”, vahidi isə “minimum” adlandırırdı. 
Beləliklə 
də o əksliklərin üst-üstə düşməsi prinsipini kəşf etmişdir
. Bu prinsipi 
sayəsində o yeni dövr avropa dialektikasının əsasını qoyanlarından biri 
hesab olunur. 
Kuzanski kosmosun sonsuzluğu və onun mərkəzində hərəkətsiz Yer 
kürəsinin durduğu haqqında təsəvvürlərə dağıdıcı zərbə vurdu. Ondan so-
nra 
gələn Kopernik (1473-1543) yeni astronomik sistem-heliosentrizmi 
yaratdı
. Kuzanskinin tə'liminə və Kopernikin heliosentrik astronomiyasına 
əsaslanan Cordano Bruno (1548-1600) orta əsr teizminə qarşı ardıcıl 
panteist tə'lim yaratdı
. O kosmos ilə ilahi qüvvəni eyniləşdirdi və sonsuz 
kosmos haqqında fikir irəli sürdü. Bundan əlavə Bruno yaradıcı və 
yaradılan arasındakı həddi yox etdi. Beləliklə də aktiv forma ilə passiv ma-
teriya arasında ən'ənəvi əksliyi aradan qaldırdı. Bruno orta əsrlərdə allaha 
şamil edilən yaradıcılıq keyfiyyətini təbiətin özünə aid edirdi. O göstərirdi 
ki, təbiət “şeylərdə ifadə olunan allahdır”. Onun tə'limi yeretik hesab edil-
di. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin