Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə93/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Qur‟andakı sözlər, hərflər və 
rəqəmlər dünyanın yaranması üçün ilkin materiya rolunu oynayır

Hürufilikdə Allah təbiətlə bərabərləşdirilirdi. Göstərilirdi ki, allah təbiətin 
ali törəməsi olan insanların simasında təzahür edir. 
Hürufizmin banisi 
Fəzlullah Nəimi (1340-1394) hesab olunur
. Nəimi və onun şagirdləri 
tərəfindən yazılmış bir sıra traktatlarda hürufizmin əsas müddəaları irəli 
sürülmüşdür. Bunlardan biri kainatın əbədiliyinin qəbul edilməsidir. 
Hürufilərin fikrincə allah insanın simasında təzahür edir. çünki insan alla-


78 
ha bənzər şəkildə yaranmışdır. Allahın insanlarda təzahürü peyğəmbərlik, 
müqəddəslik və ilahilik formalarında özünü göstərir. Peyğəmbərlərin so-
nuncusu Məhəmməddir. Müqəddəslərin əvvəli Əli ilə başlayır, sonu isə 
imam əl-Həsənlə başa çatır. Fəzlullah Nəimi isə allaha bənzər vücuddur. 
Onun irəli sürdüyü və şərqdə geniş yayılan «Mənəm allah» şüarı bunu 
ifadə edir. Bu fikrinə görə Nəimi Teymurləng tərəfindən tutulub, edam 
etdirilmişdi. Nəimidən sonra hürufiliyi davam etdirənlər sırasında 
böyük 
Azərbaycan şairi Imadəddin Nəsimi (1369-1417)
xüsusi yeri tutur. 
Nəsiminin panteist yaradıcılığında insan ilə Allahın yaxınlığı açıq-aydın 
görünür. 
O insanı qiblə adlandırır, onu yüksəklərə qaldırırdı. «Məndə 
sığar iki cahan, mən bu cahana sığmazam», yaxud da «Həq-təala 
adəm oğlu özüdür» deyərək o insanı Allahla eyniləşdirirdi
. Nəsimi 
sufiliyin «Mənəm Allah!» şüarını da qəbul edirdi. Onun üstündə 1417-ci 
ildə Hələb şəhərində diri-diri dərisini soymuşdular. Nəsimiyə görə 
kainatın bütün sirrləri insanda təcəssüm edir. Insan zəkası isə ilahi varlığı 
və dünyanı dərk edə bilər. 
O ruhun cansız aləmdən bitkilərə, oradan da 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin