Kəlamın dini təəssübkeşləri (onlar mütəkəllimlər adlanırdı) ondan
məscidlərdə, bazar və meydanlarda keçirdikləri dini- fəlsəfi disputlarda is-
tifadə edirdilər. Onlar öz həmsöhbətlərinin fikirlərindəki, ziddiyyətlərə
əsaslanaraq əqli nəticələr çıxarırdılar (antik fəlsəfədə sofistlər kimi). Islam
filosofları isə kəlama öz elmi baxışlarını sübut etməyin forması kimi
yanaşırdılar.
Kəlam müxtəlif dini- siyasi qrupların (xaricilər, cəbrilər, qədərilər) öz daxilində, habelə onlarla zərdüştiliyin və xristianlığın nümayəndələri arasında keçirilən mübahisələr gedişində formalaşmışdır. Belə mübahisələr bir qayda olaraq aşağıdakı məsələlərə
aid olurdu: xəlifənin, imamın keyfiyyətləri; insanın öz hərəkətləri üçün
məs‟uliyyət daşıması; iradə azadlığı və qismət; insanların sadə
müsəlmana, dindara (möminə) və kafirlərə ayrılması; allahın təkliyi, onun
mahiyyəti və atributlarının vəhdəti; Qur‟anın zaman daxilində yaranıb
yaranmaması və s. Islam ehkamları ilə bilavasitə
bağlı olan bu məsələlər kəlamın özəyi hesab olunurdu . Onlardan əlavə kəlamda incəliklər adla-
nan tərəf də vardı.
Bu sonuncu naturfəlsəfə məsələlərini (hərəkət və
sükunət, substansiya və aksidensiya (xassə), xırda hissəciklər (atomlar) və
boşluq mövzularını əhatə edirdi.
Kəlamın nəzəri əsasını VII və VIII əsrlərin qovuşuğunda Misirdə,
Suriyada, Iraqda və Iranda meydana gəlmiş
cəbrilər (cəbbarilər) və qədərilər adlı dini- fəlsəfi qruplar arasında gedən ehkamçılıq mübahisələri təşkil etmişdir . Cəbbarilər (əl- cəbriyyə- məcbur etmək
deməkdir) iddia edirdilər ki, Allah insanları yaradarkən onların xeyir və