Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


insanın özünə, insan ruhunun daxili



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə72/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

insanın özünə, insan ruhunun daxili 
dərinliklərinə yönəlir
. Həm də 
göstərilir ki, ruhun sirrləri hətta 
insanın özü üçün də müyəssər deyildir
. Onları yalnız allah aşkar edə 
bilər. Lakin onların aşkar olunması insanın xilas edilməsi üçün zəruridir, 
çünki bu yolla günah hərəkətlərin sirrləri açılır. Nəticədə insanlar onlardan 
təmizlənmək imkanı əldə edirlər. Bu qəbildən olan dini çağırışlar 
ümummədəni inkişafda müəyyən müsbət rol oynayır. Avropa 
mədəniyyətində insan psixologiyasına, onun ruhunun daxili aləminə ma-
raq göstərilməsi bir çox cəhətdən belə dini çağırışların geniş yayılması ilə 
izah edilir. 
Insanın daxili mə‟nəvi aləminə diqqət artdıqca, onda öz «Mən»inin 
olması hissi də güclənir. Antik mədəniyyətdə bu keyfiyyət yox idi. 
Nəticədə spesifik subyektiv reallıq- 
özünü dərketmə (mənlik şüuru) 
meydana gəldi
. Həm də göstərilirdi ki, mənlik şüuru öz səhihlik 
dərəcəsinə görə xarici reallıq haqqında təsəvvürlərdən yüksəkdə durur. 
Məsələn, Avqustin qeyd edirdi ki, insanın öz mövcudluğu haqqında biliyi-


62 
nin, mənlik şüurunun mütləq dərəcədə səhih olduğuna şübhə edilə bilməz. 
Məhz insan öz «daxili vasitəsilə» mövcudluğu haqqında bilik əldə edir. Bu 
biliyin xarici hisslərə və mənlik şüurunu təsdiq edən hər hansı obyektiv 
sübutlara ehtiyacı qalmır. Beləliklə də, sonralar- yeni dövrün fəlsəfəsində 
rasionalizmin çıxış nöqtəsi rolunu oynayan «Mən» anlayışının 
formalaşması prosesi orta əsrlər dövründə başlamışdır. 
Ilkin orta əsrlər dövründə həm də tarix problemlərinə antik 
şüur üçün səciyyəvi olmayan dərəcədə yüksək maraq 
göstərilmişdir. 
Belə ki, qədim dövrdə tarixə hələ ontoloji reallıq kimi baxılmırdı. 
Bütpərəst xalqlarda varlıq tarix ilə deyil, məhz təbiət, kosmos ilə sıx 
əlaqələndirilirdi. Orta əsrlər dövründə isə 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin