Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Yuxarıda deyilənləri ümumiləşdirərək bütövlükdə orta əsrlər



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə74/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Yuxarıda deyilənləri ümumiləşdirərək bütövlükdə orta əsrlər 
fəlsəfəsini teosentrizm kimi səciyyələndirmək olar. Belə ki, bu dövrdə 


63 
təfəkkürün bütün əsas anlayışları allahla münasibətdə götürülür və 
onun vasitəsilə müəyyənləşdirilirdi. 


64 
IV FƏSIL 
ORTA ƏSRLƏRDƏ ŞƏRQDƏ FƏLSƏFƏ 
 
1. Şərq fəlsəfəsinin xüsusiyyətləri.
Əsas dini- fəlsəfi tə‟limlər 
Orta əsrlərdə Qərbdə olduğu kimi Şərqdə də fəlsəfə ümumilikdə di-
nin güclü tə‟siri altında olmuşdur. Müsəlman şərqi ölkələri əhalisinin 
dünyagörüşü də teosentrik səciyyə daşıyırdı. Bununla yanaşı burada həmin 
dövrün fəlsəfi fikri bir sıra xüsusiyyətlərinə görə qərbdən fərqlənmişdir. 
Əvvəla,
ümumilikdə orta əsrlər dövrü Şərqdə Qərbə nisbətən daha uzun 
sürmüş, XVII- XVIII əsrlərə qədər davam etmişdir. 
Ikinci,
qərbdə xristian 
dini fəlsəfəyə və elmə qarşı çox kəskin düşmənçilik münasibətində 
olmuşdur. Avropanın müxtəlif ölkələrində onlarla mütəfəkkir azadfikirli-
lik üstündə tonqallarda yandırılmış və e‟dam olunmuşdur. Bundan fərqli 
olaraq Şərqdə islam dini fəlsəfəyə və elmə bir qədər yumşaq münasibət 
bəsləyirdi. Bunun nəticəsində də elmin və mədəniyyətin inkişafı 
dayanmamışdı. Təsadüfi deyildir ki, islam sivilizasiyası, islam mədə-
niyyəti Şərqdə uzun müddət davam etmiş, regionun xalqlarının tarixində 
böyük mütərəqqi rol oynamışdır. O yeni dövrdə və sonralar da Şərqdə 
mədəniyyətin tərəqqisinə güclü tə‟sir göstərmişdir. 
Üçüncü,
orta əsrlərdə 
Şərqdə islamın bu mövqeyi, bir tərəfdən onun daxilində dini- fəlsəfə 
istiqamətlərin fəaliyyətinə qida vermiş, digər tərəfdən isə islam dinindən 
kənarda (və müəyyən qədər ona qarşı çıxan) müstəqil elmi- fəlsəfi 
tə‟limlərin mövcudluğuna şərait yaratmışdır. 
Orta əsrlərin ilk mərhələsində müsəlman Şərqində fəlsəfi fikir 
bütpərəstlik, atəşpərəstlik və xristianlıq ilə bağlı olmuşdur. Yalnız sonra-
dan (əsas e‟tibarilə VIII əsrdən başlayaraq) burada islam dini zəminində 
və antik fəlsəfə ilə əlaqəli təlimlər geniş yer tutmağa başladı. Həm də qeyd 
olunmalıdır ki, regionda fəlsəfə hər hansı bir ölkənin çərçivəsi ilə 
məhdudlaşmamışdır. Kiçik Asiyanı, Suriyanı, Iraqı, Azərbaycanı, Iranı və 
sair ölkələri əhatə edən 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin