61
tina etmək demək deyildi (təsadüfi deyildir ki, orta əsrlərdə intihar etmək
ən ağır günah hesab olunurdu). Onun məqsədi bədəni yüksək mə‟nəvi
əsaslara tabe ruhunda tərbiyə etmək idi.
Xristian allahında olduğu kimi insanda da iradə birinci yerdə durur-
du. Buna görə də orta əsr fəlsəfəsində yunan antropologiyası üçün
səciyyəvi olan etik rasionalizm yenidən mə‟nalandırılır. Əgər antik etikada
mərkəzi yer biliyə verilirdisə, orta əsrlərdə onun yerini e‟tiqad tutur.
Deməli
ağırlıq mərkəzi zəkadan iradə sahəsinə keçirilir
. Məsələn, Av-
qustin göstərirdi ki, insanların mahiyyəti onların iradəsində ifadə olunur.
Insan yaxşılığın nə demək olduğunu bilir, lakin iradəsi ona tabe olmur.
Buna görə də insan etmək istəmədiyi hərəkəti edir. Insanın bu cür
ikiləşməsini o qəlbin xəstəliyi, onun öz- özünə, yə‟ni özündəki yüksək
başlanğıca tabe olmaması adlandırırdı. Odur ki, orta əsr tə‟limləri
göstərirdilər ki, insan özünün günahla nəticələnən istəklərini təkbaşına,
yə‟ni ilahinin köməyi olmadan dəf edə bilməz.
Göründüyü kimi artıq orta əsrlərdə insan kosmosun üzvi tərkib
hissəsi hesab olunmurdu.
O kosmik həyatdan, təbiətdən ayrı götürülür,
ondan yüksəkdə qoyulurdu
. Lakin o özünün günahkar olması üzündən
nəinki təbiətin ağası, heç öz- özünün də ağası ola bilmir və ilahinin
mərhəmətindən asılı vəziyyətə düşür. Buna görə də insan hətta antik
dövrdə bütpərəstliyin ona aid etdiyi bütün heyvanlardan yüksəkdə durmaq
statusuna malik deyildir.
Insanın bu cür ikili vəziyyəti orta əsrlər
antropologiyasının
ən mühüm səciyyəvi cəhətidir. Antik tə‟limlər insan
qəlbini, ruhunu ya kosmik həyatla, ya da bütöv bir tam kimi götürülən
cəmiyyət həyatı ilə müəyyən münasibətdə götürürdü. Orta əsrlərdə isə
bundan fərqli olaraq əsas diqqət
Dostları ilə paylaş: