Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə75/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

vahid ərəbdilli fəlsəfə 
təşəkkül tapıb, inkişaf 
etmişdir. Digər tərəfdən, islamın müqəddəs kitabı olan Qur‟an öz 
məzmununa görə təkcə din ilə məhdudlaşmır. Burada hüququn, şəriətin, 
bütövlükdə müsəlman mə‟nəviyyatının və ideologiyasının əsasları ifadə 
olunmuşdur. Buna görə də orta əsrlər şərqinin fəlsəfi, etik, ictimai- siyasi 
və bədii fikri onunla sıx bağlı olmuşdur. Qur‟anın təfsirinə aid çoxlu ki-
tablar yazılırdı. Bunların əsasında hədis, fiqh (müsəlman hüququ), kəlam 
(sxolastika) və s. şəriət elmləri inkişaf edirdi. Bununla yanaşı hələ ərəb 
xilafətinin ilk dövrlərindən başlayaraq dünyəvi elmlərə də diqqət yetirilir-
di. «Əqli elmlər» adlandırılan dünyəvi elmlərə fəlsəfə, məntiq, təbiət 


65 
elmləri, riyaziyyat və kosmoqrafiya daxil edilirdi. Artıq 
Əməvilər 
dövründən (VIII əsr) e‟tibarən yunan, fars, suriya və başqa dillərdə 
olan elmi- fəlsəfi ədəbiyyat, tibbə və kimyaya dair kitablar ərəb dilinə 
tərcümə olunurdu
. Xüsusi tərcüməçilər məktəbi yaradılmışdı. Xəlifənin 
göstərişi ilə Konstantinopola, Hindistana və sair ölkələrə (orada çıxan 
kitabları əldə etmək üçün) xüsusi adamlar göndərilirdi. Artıq X əsrdə elmi 
və fəlsəfi fikrin (birinci növbədə yunan filosoflarının) ən yaxşı nümunələri 
ərəb dilinə tərcümə edilmişdi. 
Islam dini zəminində y
aranan sxolastika (kəlam) ilk 
dövrlərdə 
geniş yer tutmuşdur. O əsasən 
sifatilik, cəbərilik 
və 
qədərilik 
cərəyanlarından ibarət olmuşdur.
Kəlam 
ortodoksal dini- idealist fəlsəfi sistemdir. O əqlin (zəkanın) 
nəqlə (təqlə) münasibətdə üstünlüyünü qəbul edirdi. Göstərirdi ki, dini 
nüfuzdan asılı olmadan fəlsəfi mülahizələr vasitəsilə həqiqətə çatmaq 
mümkündür. Qeyd olunmalıdır ki, həm ilahiyyatçılar, həm də filosoflar 
kəlamdan geniş istifadə edirdilər. Lakin, birincilər ona dini ehkamları şərh 
etmək üçün, filosoflar isə elmi sübut yolu kimi müraciət edirdilər. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin