Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


mövcudluq  bütün şeylərin yaradılan olması haqqında kilsə ehkamının



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə65/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

mövcudluq 
bütün şeylərin yaradılan olması haqqında kilsə ehkamının 
mə‟nalandırılması üçün tətbiq olunurdu.
Orta əsrlər fəlsəfəsinin bir çox səciyyəvi xüsusiyyətləri ümumi 
anlayışların (universalilərin) təbiətinin izahında 
realizm ilə nominalizmin 
əsrlər boyu davam edən 
mübahisəsində təzahür etmişdir. Orta əsrlərdə 
«realizm» anlayışı bu günkü mə‟nada işlədilməmişdir. Realizm dedikdə 
dünyada mövcud olan ayrı- ayrı predmetlərin deyil, yalnız 
ümumi 
anlayışların (universalilərin) əsl reallıq 
olduğunu qəbul edən tə‟lim 
nəzərdə tutulurdu. Həmin tə‟limə görə universalilər ilahi 
zəkanın fikri, 
ideyası kimi konkret şeylərdən əvvəl mövcuddur
. Yalnız bunun 
sayəsində insanın zəkası şeyin mahiyyətini dərk edə bilər, çünki bu 
mahiyyətin özü ümumi anlayışdan başqa bir şey deyildir. Məsələn, 
Kenterberiyalı Anselm (1033- 1109) göstərirdi ki, dərk etmə yalnız zəka 
vasitəsilə mümkündür. Təkcə zəka ümumini dərk etmə iqtidarındadır. 
Realizmin əksi olan istiqamət, iradənin zəka üzərində üstünlüyünü 
qeyd 
edən nominalizm 
(latınca ad demək olan «nomen» 
sözündəndir) 
olmuşdur
. Bu xəttin tərəfdarları göstərirdilər ki, ümumi anlayışlar konkret 


57 
şeylərin adlarını bildirir. Buna görə də onlar 
təkcə hadisələrdən kənarda 
və onlarla yanaşı müstəqil mövcud ola bilməzlər
. Ümumi anlayışları 
bizim əqlimiz (cisimlərə və hadisələrə xas olan ümumi əlamətləri 
mücərrədləşdirmək yolu ilə) yaradır. Məsələn, biz ayrı-ayrı adamlara xas 
olan fərdi xüsusiyyətlərdən sərf- nəzər etmək və onların hamısı üçün 
ümumi tərəfləri götürməklə insan anlayışı əldə edirik.
Beləliklə, nominalistlərə görə universalilər şeylərdən əvvəl yox, on-
lardan sonra gəlir. Ifrat nominalistlər (məsələn, Rosselini XI-XII əsrlər) 
hətta sübut edirdilər ki, ümumi anlayışlar öz mahiyyətinə görə insan 
səsindən başqa bir şey deyildir. Real mövcud olan təkcədir, ümumi isə heç 
insanın əqlində də mövcud olmayan illüziyadır. 
Yetkin sxolastika tə‟liminin ən görkəmli nümayəndələrindən biri 
Akvinalı Foma 
(1225-1274) olmuşdur. O, orta əsrlərin məşhur teoloqu, 
filosofu və təbiətşünası Albert Velikinin (1193- 1280) tələbəsi idi. Öz 
müəllimi kimi Foma da, Aristotelin tə‟liminə əsaslanmaqla xristian 
ilahiyyatının əsas prinsiplərini sistemləşdirmişdir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin