536
Hər bir mədəniyyət təkrar olunmaz, əvəzolunmaz cəhətlərə malik-
dir. Müxtəlif mədəniyyətlər arasında fərqlərin mühüm mənbəyi bundadır.
Müasir dövrdə mədəniyyətlərin bir- birinə qarşılıqlı təsiri baş
verməkdədir. Bu proses mütərəqqi olub, vahid dünya mədəniyyətinin
inkişafının çox mühüm amilidir. Mədəniyyətlərin qarşılıqlı təsiri prosesi
xeyli dərəcədə nisbi müstəqil xarakterə malikdir, lakin bütövlükdə ümumi
ictimai tarixi prosesin tərkib hissəsi kimi, ictimai münasibətlərdən asılıdır.
Mədəniyyətlərin müxtəlifliyi və rəngarəngliyi daxilində
hər bir
lokal və milli mədəniyyətdə həm də bu və ya digər dərəcədə ümumin-
sani, ümumbəşəri məzmun vardır
. Bu mövqedən çıxış edərkən müxtəlif
mədəniyyətlərin qarşılıqlı təsiri, qarşılıqlı zənginləşməsi, sintezi mümkün
və zəruri hesab olunur.
Müasir dövrdə
mədəniyyətlərin və bütövlükdə ictimai həyatın
beynəlmiləlləşməsi
istiqamətində təsir göstərən amillər çoxdur. Onlardan
istehsalı, nəqliyyat və rabitə vasitələrini əsaslı surətdə dəyişdirən elmi-
texniki tərəqqini, təhsilin inkişafında ümumi meylləri, dünya əhalisinin
artmaqda olan mütəhərrikliyini, dünya miqyasında əmək bölgüsünü, milli-
azadlıq hərəkatlarını və sairi göstərmək olar. Əlbəttə beynəlmiləlləşmə
prosesi çox mürəkkəb və ziddiyyətli xarakter daşıyır. Məsələn
beynəlmiləlləşmə prosesi güclü mədəniyyətlər tərəfindən zəif
mədəniyyətləri zorla assimilyasiya etdikdə sonuncular tərəfindən
müqavimətə rast gəlir. Yaxud da müxtəlif regionlar arasında, xüsusilə də
qərb və şərq mədəniyyətləri arasında yaxınlaşma ilə yanaşı, onların hər
birinin öz varlığını və xüsusiyyətlərini qoruyub saxlamaq meyli də özünü
göstərir.
Dostları ilə paylaş: