Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə583/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   579   580   581   582   583   584   585   586   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

mədəniyyətin 
müxtəlif tərəflərinin ictimai həyat hadisələri ilə əlaqəsi eyni deyildir

Belə ki, əgər mədəniyyətin təbiət, texniki, iqtisadi elmlər kimi ünsürləri 
iqtisadi həyatla bağlıdırsa, onun fəlsəfə, əxlaq, incəsənət kimi ünsürlərinə 
münasibətdə bu əlaqə birbaşa olmayıb dolayı xarakter daşıyır. Buna görə 
də mədəniyyətin inkişafı prosesi qeyri- bərabər və ziddiyyətli şəkildə baş 
verir. Məsələn, müəyyən dövrlərdə bu və ya digər ölkədə ola bilər ki, tex-
nika yüksək dərəcədə inkişaf etsin, ancaq əxlaq və bədii mədəniyyət isə 
tənəzzül keçirsin. Digər tərəfdən isə iqtisadi cəhətdən geridə qalmış 
ölkədə bə
'
zən incəsənətin çiçəklənməsi özünü göstərə bilir. Lakin 
bütövlükdə götürdükdə ictimai həyatın inkişafına uyğun olaraq 
mədəniyyət də inkişaf edir. Mədəniyyətin inkişafı iki formada baş verir. 
Bir tərəfdən tərbiyə prosesində insanların bacarıq və qabiliyyətləri, 
vərdişləri inkişaf edir, əvvəlki nəsildən keçən dəyərlər mənimsənilir və 
yeni dəyərlər yaradılır. Digər tərəfdən isə, maddiləşmiş dəyərlər nəsildən 
nəsilə keçirilir. 
Qeyd olunmalıdır ki, cəmiyyətin inkişafı gedişində insanların mad-
di həyat şəraiti ilə mədəniyyəti arasında əlaqələrin xarakteri dəyişir, daha 
mürəkkəb şəkil alır. Cəmiyyətin iqtisadi həyatı və ictimai strukturları 
mədəniyyətin əsas göstəricilərinə və ümumi istiqamətinə güclü təsir edir. 
Bu təsir öz xarakterinə görə pozitiv və ya neqativ ola bilir. Əgər iqtisa-
diyyat istehsal fəaliyyəti üçün obyektiv məzmunlu bilikləri tələb edirsə, bu 
təsir müsbət olur. Bunun əksi olduğu halda isə iqtisadiyyatın mədəniyyətə 
təsiri mənfi xarakter daşıyır, mədəni həyatda müxtəlif miflərin, ideoloji 
illüziyaların genişlənməsinə şərait yaradır. 
Cəmiyyətdə gedən mədəniyyət proseslərinə həm də əhalinin həyat 
səviyyəsi, maddi rifah halı, həyat vasitələri və mədəni inkişaf vasitələri ilə 
təchiz edilmə səviyyəsi də əhəmiyyətli təsir göstərir. Lakin bu o demək 
deyildir ki, əhalinin maddi rifah halının yaxşılaşması avtomatik surətdə 
mədəniyyətin yüksəlməsinə gətirib çıxarır. Əslində bu iki tərəf arasında 
əlaqələr birbaşa olmayıb, sosial münasibətlər vasitəsilə özünü göstərir. 
Daha dəqiq desək, əhalinin maddi təminatının yüksəlişi, mədəniyyətin 
inkişafı vasitələri ilə təchiz edilməsinin yaxşılaşması, mədəniyyətin 
mənimsənilməsi və insanın özünün inkişafı üçün əlverişli şərait yaradır. 
Lakin cəmiyyətin və ayrı- ayrı sosial təbəqələrin maddi vəziyyətinin 


533 
yaxşılaşması həm də mədəniyyətin durğunluğuna və hətta tənəzzülünə də 
gətirib çıxara bilər. Deyilənlər göstərir ki

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   579   580   581   582   583   584   585   586   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin