529
VIII FƏSIL
MƏDƏNIYYƏT VƏ SIVILIZASIYA
1. Mədəniyyətin fəlsəfi anlayışı
Sosial fəlsəfədə mədəniyyət mövzusu çox mühüm yer tutur. Bu
təsadüfi deyildir. Ictimai inkişaf gedişində
ölkə daxilində və beynəlxalq
miqyasda mədəniyyətin rolu durmadan artır
. Bununla əlaqədar olaraq
mədəniyyətin nəzəri məsələlərinin təhləli də zəruri hal alır.
Mədəniyyəti müxtəlif elmlər- arxeologiya, etnoqrafiya, tarix, digər
ictimai elmlər öyrənir. Fəlsəfə konkret
elmlərdən fərqli olaraq
mədəniyyətin bu və ya digər tərəfini deyil, onun dünyagörüşü ilə bağlı
olan ümumi nəzəri səpgisini əsas götürür.
Mədəniyyətin fəlsəfi anlayışı ona insan
və onun fəaliyyəti ilə
ayrılmaz vəhdətdə yanaşır. Hətta mədəniyyət sözünün etimoloji mənşəyi
də (kultura- latın sözü olub təbii dəyişikliklərdən
fərqli olaraq insan
fəaliyyətinin təsiri ilə baş verən dəyişiklikləri nəzərdə tutur) onun əzəldən
insanla bilavasitə bağlılığını sübut edir.
Mədəniyyət spesifik sosial hadisədir. Bu anlayış həcm etibarilə
geniş olub, özündə müxtəlif ünsürləri ehtiva edir. Sonralar isə bu anlayış
sintetik xarakter almış, bəşəriyyətin yaratdığı
bütün sərvətlərin
ümumiləşmiş ifadəsinə çevrilmişdir.
Dostları ilə paylaş: