526
Quraq torpağın yaşıl ağaca ehtiyacı
olduğu kimi, xalqın da ağıllı
rəhbərə ehtiyacı vardır. Platon göstərirdi ki, dünya yalnız müdriklərin çar
olacağı və ya hökmdarların müdrikləşəcəyi dövrdə xoşbəxt olacaqdır.
Bəşəriyyətin tarixi boyu baş vermiş sonsuz sayda hadisələr müxtəlif
mənəviyyata və zəkaya malik şəxsiyyətlərin (dahi və ya küt, istedadlı və
ya orta səviyyəli, iradəli və iradəsiz, mütərəqqi və ya mürtəce) rəhbərliyi
altında həyata keçirilmişdir. Şəxsiyyət təsadüf və ya zərurət üzündən
dövlət başına, orduya, xalq hərəkatına,
siyasi partiyaya, rəhbərliyə
keçdikdən sonra tarixi hadisələrin gedişinə çox müxtəlif istiqamətlərdə
(müsbət və ya mənfi) təsir göstərir.
Buna görə də siyasi, dövlət
hakimiyyətinin və ümumiyyətlə inzibati hakimiyyətin kimin əlində
olmasının cəmiyyət üçün böyük əhəmiyyəti vardır.
Şəxsiyyətin rəhbərlik
etməsi həm cəmiyyətin və həm də həmin adamın özünün şəxsi
keyfiyyətləri ilə şərtlənir.
Dostları ilə paylaş: