Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Kütlə (camaat) və onun səciyyəvi cəhətləri



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə574/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   570   571   572   573   574   575   576   577   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

3. Kütlə (camaat) və onun səciyyəvi cəhətləri 
 
Qeyd olunmalıdır ki, xalq birdən-birə yetişmir. Onun formalaşması 
və inkişafı bir neçə pillədən keçir. Belə mərhələlərdən birini onun kütlə 
(qara camaat) vəziyyəti təşkil edir. Buna görə də son vaxtlarda xalqı izah 
edərkən kütlə anlayışına da diqqət yetirilir. Qeyd edək ki, camaat (kütlə) 
anlayışı sözün geniş və dar mənasında işlənilə bilir. Birinci halda kütlə
(camaat) dedikdə xalqın formalaşmasına qədər mövcud olan sosial-
psixoloji səviyyə, yaxud da xalqın tənəzzülünü ifadə edən vəziyyət başa 
düşülür. Sözün məhdud, dar mənasında götürüldükdə «qara camaat» bir-
birilə üz-üzə duran və birbaşa təmasda olan insanlar çoxluğu deməkdir. Bu 
anlayış ikinci mənada işlənildikdə insanların sabit sosial və ya etnik bir-
liyini ifadə etmir. Maraqlıdır ki, ilk dövrlərdə «camaat» anlayışının bu iki 
mənası bir-birindən o qədər də fərqlənməmişdir. Məsələn Platonunun 


522 
təsəvvür etdiyi ideal dövlətdə 5000 adamın olması nəzərdə tutulurdu. On-
lar bir-birini tanıyır və oxlokratiya (camaat hakimiyyəti) idarəçiliyi 
yaradırdı. Platona görə o ən yaxşı dövlət idarəçiliyi idi. Sonralar 
cəmiyyətin miqyası və əhatə dairəsi genişləndikcə «camaat» və «kütlə» 
anlayışları da bir-birindən ayrıldı.
Psixoloji mövqedən yanaşdıqda camaat öz davranışına ağıllı 
nəzarətin zəif olması ilə səciyyələnir
. Bunun nəticəsində camaatda 
(kütlədə) ehtirasların emosional-iradi coşqunluğu özünü göstərir. Aydın 
bilinməyən və qeyri-sabit xarakterli mənafelərə əsaslanan hərəkətlər baş 
verir. Kütlənin (camaatın) özünü aparması adətən mövcud ani əhval-
ruhiyyə ilə müəyyən olunur. Bu prosesdə liderin, yəni kütlənin əhval-
ruhiyyəsini başqalarından nisbətən daha tez və yaxşı hiss edən adamın 
təsiri çox güclü olur. Məhz lider kütlənin coşqunluğundan istifadə edərək 
onu ələ alır və lazım gəldikdə ondan öz məqsədlərinə uyğun istifadə edə 
bilir. Həm də lider kütlədə öz istəyinə uyğun əhval-ruhiyyə 
formalaşdırmağa çalışır. Qeyd olunmalıdır ki, məhdud saylı insanlar qrupu 
kimi götürülən camaat ilə xalqın sosial- psixoloji vəziyyəti kimi nəzərdə 
tutulan camaat arasında bir sıra oxşar cəhətlər müşahidə olunur: məsələn, 
tez qıcıqlanmaq, coşqun enerjini ifadə etmək qabiliyyəti (qısa müddət 
ərzində olsa da) hərəkətlərinin törədəcəyi nəticələri qabaqcadan görə 
bilməmək bununla əlaqədar baş verən qeyri-sabitlik, və mütəhərriklik; tez-
tez bir ifrat həddindən və qütbdən digər ifrat həddinə, qütbə yuvarlanmaq 
və sair. Bə'zən ədəbiyyatda camaatı yatmış vəziyyətdə olan süst, dağınıq, 
kobud kütlə kimi səciyyələndirirlər. Qeyd olunmalıdır ki, bu keyfiyyətlər 
camaatın özünün inkişafının müxtəlif pillərini ifadə edir. Belə ki, süstlük 
və dağınıqlıq hələ oyanmamış kütləyə xas olan keyfiyyətlərdir. Lakin 
nəzərdə tutulmalıdır ki, oyanmış kütlənin özü də birdən- birə camaat 
səviyyəsindən kənara çıxmır.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   570   571   572   573   574   575   576   577   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin