Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə572/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   568   569   570   571   572   573   574   575   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

mə'nəvi həyat 
sferasında
həyata keçirir. Doğrudur mə'nəvi nemətlərin (elmin, incəsənət 
nümunələrinin) yaradılması müəyyən konkret şəxslərin adı ilə bağlıdır. 
Lakin bu fakt mə'nəvi mədəniyyətin inkişafında xalqın böyük rol 
oynadığını inkar etmir. 
Hər şeydən əvvəl,
xalq mə'nəvi mədəniyyətin 
əsasında duran dilin yaradıcısı və qoruyucusudur. 
Ikinci
,
professional 
mədəniyyət və incəsənət özünün qazandığı heyrətamiz nailiyyətlərə görə 
xalq yaradıcılığına borcludur. Belə ki, xalq yaradıcılığında əks olunan 
sonsuz müdriklik, yüksək mə'nəvi dəyərlər, heyranedici təsviri sənət 
nümunələri professional mədəniyyətə və incəsənətə çox güclü tə'sir 
göstərir. 
Üçüncü
 
tarixdə ən böyük elm fədailəri, bədii sənət korifeyləri, 
böyük müdriklər xalq ilə ayrılmaz əlaqədə fəaliyyət göstərmişlər. Onların 
yaratdığı nadir incilər məhz xalqın arzu və istəyini, tələbat və mənafelərini 
əks etdirdiyindən bütün zamanlar üçün ölməzlik, əbədilik statusu almışlar. 
Xalq mədəni dəyərləri nəinki təkcə yaradır, həm də qoruyub saxlayır və 
gələcək nəsillərə ötürür. O həm də mə'nəvi əxlaqi dəyərlərin, birgəyaşayış 
normalarının tükənməz xəzinəsidir. Məsələn Azərbaycan xalqının mentali-
tetini ifadə edən cəhətlər (ədalət hissi, böyüyə hörmət, qadına hörmət, 
qonaqpərvərlik, halallıq və sair) onun ayrı-ayrı nümayəndələri tərəfindən 
yaradılmamışdır. Onlar bütövlükdə xalqın xarakterini ifadə edən mə'nəvi 
keyfiyyətlərdir. 
Elmi biliklərin və incəsənətin ilk rüşeymləri də xalqın adı ilə 
bağlıdır. Odu və bir çox dərman bitkilərini ilk dəfə xalq kəşf etmişdir. 
Incəsənətin tarixi sübut edir ki, xalq fantaziyası son dərəcədə güclü mifo-
loji poetik surətlər, heyrətamiz rəqslər, ağac üzərində naxış sənəti, toxuma, 
rəssamlıq, me'marlıq, səhnə sənəti nümunələri yaratmağa qadirdir. Dünya 
miqyasında şairlər və nasirlərin yaratdığı ən böyük obrazlar xalqın kollek-
tiv yaradıcılığı nümunələrinin ümumiləşirilməsi və inkişafı məhsuludur. 
Mə'nəvi sərvətlərin yaradılması sahəsində xalq kütlələrinin rolu 
özünü həm də aşağıdakı cəhətdə təzahür etdirir: bütün təcrübi elmlər 
insanların istehsal fəaliyyəti və tələbatının nəticəsi kimi meydana 
gəlmişdir. Belə ki, fizika, kimya, geologiya kimi elmlərin meydana 


520 
gəlməsi və inkişafı sənayenin tələbatı ilə, biologiya elmlərinin meydana 
gəlməsi və inkişafı isə kənd təsərrüfatı istehsalının ehtiyacları ilə 
bilavasitə bağlı olmuşdur. Bəşər tarixi sübut edir ki, mexanika və astro-
nomiya elmləri dənizçiliyin və sün'i suvarmanın tələbatı ilə əlaqədar 
yaranmışdır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   568   569   570   571   572   573   574   575   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin