541
siya) sivilizasiyaları seçib ayırır. Məsələn,
industriala qədərki siviliza-
siyada
aşağıdakı texniki qurğu və vasitələr əsas yer tuturdu (su
dəyirmanları və küləyin gücündən istifadə edən dəyirmanlar). Bu
mərhələdə həm də əmək bölgüsünün dərinləşməsi nəticəsində yeni
fəaliyyət sahələri (həkim, müəllim, vəkil, notarius və s.) yaranır, dağ-
mədən sənayesi və şəhər sənətkarlığı inkişaf edir.
Həmin mərhələnin
sonlarına doğru (XV əsrdə) elmin və texnikanın inkişafında ciddi
irəliləyişlər özünü göstərir.
«Industiral sivilizasiya»
nın yaranması
XVI-
XVII əsrlərin sənaye inqilabı və iqtisadi yüksəlişi ilə əlaqədardır. Bu
dövrdə texnikada və iqtisadi həyatda mühüm keyfiyyət
dəyişiklikləri baş
verdi. Formalaşmaqda olan bazar münasibətlərinin təsiri altında kömür
sənayesi inkişafa başladı, buxar maşını kəşf edildi. Bu mərhələdə insanın
fiziki qüvvələri sıradan çıxır onun yerini tədricən texnika tutur.
Industrial sivilizasiya aqrar cəmiyyətdən
sənayecə inkişaf etmiş
cəmiyyətə keçidi təmin etdi. Əgər birincidə natural təsərrüfat və silki
təbəqə
quruluşu əsas yer tuturdusa, ikincidə bazar istehsalı hökmranlıq
edir.
Dostları ilə paylaş: