Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


FİZİKİ YÜKLƏRƏ ADAPTASİYA



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə36/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   32   33   34   35   36   37   38   39   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


FİZİKİ YÜKLƏRƏ ADAPTASİYA 

Fiziki fəallıq əzələ, ürək-damar və tənəffüs sistemi də daxil 

olmaqla müxtəlif orqanlar sistemində dərhal reaksiyaları fəaliyyətə 

gətirir. Sürətlə baş verən bu uyğunlaşma dəyişkənlikləri az və  ya 

çox dərəcədə uzun müddətə, məsələn məşqlər nəticəsində inkişaf 

edən uyğunlaşmadan fərqlənir. Sürətin reaksiyalarının qiyməti bir 

qayda olaraq gərginliyin ölçüsü kimi xidmət edir. 

İntrafərdi və fərdlərarası fərqlər. 

İş  eyni  bir  adamdan  günün  vaxtı  və  ətraf  mühitin  tempe-

raturundan asılı olaraq bu və ya digər fiziki uyğunlaşmanı tələb edə 

bilər;  belə  fərqlər  fərddaxili  adlandırılır.  Fərdlərin  qruplarının 

daxilində kifayət qədər əhəmiyyətli fərqlər qeydə alma bilər. 



384 

downloaded from KitabYurdu.org



17.2. Dinamiki iş zamanı əzələlərə qan axını 

və maddələr mübadiləsi 

Əzələlərdə qan axını: Sakit halda əzələlərdə qan axım 2040 

ml  dəq  kq  təşkil  edir.  Ekstremal  fiziki  yükün  altında  bu  qiymət 

maksimuma çataraq dözümlülüyə öyrənilmiş adamlarda 1,81 dəq 

kq, öyrəşməmiş adamlarda 1,3 I dəq kq olub, xeyli dərəcədə artır. 

Qan  axını  işin  başlanması  ilə  dərhal  deyil,  20-30  saniyədən  az 

olmayan  müddət  ərzində  güclənir;  bu  zaman  yüngül  işin  yerinə 

yetirilməsi  üçün vacib  qan axını ilə təmin  olunmağa kifayət  edir. 

Lakin  ağır  dinamiki  iş  zamanı  oksigenə  tələbat  tamamilə  təmin 

oluna bilməz, buna görə də anaerob metabolizmin hesabına alınan 

enerji payı artır. 



Əzələlərdə  maddələr  mübadiləsi:  Yüngül  işin  görülməsi 

zamanı  enerjinin  alınması  işin  başlanmasından  sonra  yalnız  qısa 

keçid  dövrü  ərzində  anaerob  yolla  baş  verir,  daha  sonra  isə 

metabolizm  substrat  kimi  qlükoza,  həmçinin  yağ  turşuları  və 

qliseroldan  istifadə  olunmaqla  tamamilə  aerob  reaksiyaların 

hesabına  həyata  keçirilir.  Bundan  fərqli  olaraq  ağır  iş  zamanı 

enerjinin  alınması  qismən  anaerob  proseslər  ilə  təmin  edilir. 

Anaerob  metabolizm  istiqamətində  dəyişkənlik  (süd  turşusunun 

əmələ gəlməsinə səbəb olan) əsas etibarilə əzələlərdə arterial qan 

axınının  çatışmazlığı  və  ya  arterial  hipoksiya  üzündən  baş  verir. 

Enerji  ilə  təmin  olunma  proseslərində  olan  bu  və  işin 

başlanmasından  dərhal  sonra  müvəqqəti  olaraq  meydana  çıxan 

digər  «dar  bölgələr»lə  yanaşı,  ekstremal  yüklərin  təsiri  altında 

metabolizmin  müxtəlif mərhələlərində  fer-  mentlərin  aktivliyi  ilə 

bağlı olan «dar bölgələr» yaranır. Külli miqdarda süd turşusunun 

toplanması ilə əzələlərin yorulması baş verir. 

İşin  başlanmasından  sonra  əzələdə  anaerob  energetik 

proseslərin intensivliyinin yüklənməsi üçün bir qədər zaman tələb 

olunur. Bu dövr ərzində enerjidə olan kəsir asanlıqla əldə olunan 

anaerob  energetik  ehtiyatların  (ATF  və  kreatinfosfat)  hesabına 

barpa olunur. Mikroergik fosfatlarm miqdarı qli- kogen ehtiyatı ilə 

müqayisədə böyük deyil, lakin onlar nəinki 



385 

downloaded from KitabYurdu.org



qeyd  olunan  dövr  ərzində,  beləcə  də  işin  görülməsi  zamanı  qısa 

müddətli  yüklənmə  şəraitində  enerji  ilə  təmin  olunmada  əvəzo- 

lunmazdılar (cədvəl 

1

). 



Cədvəl 1 

75 kq çəkiyə malik adamın ehtiyatları, kC_____   

ATF 


Kreatinfosfat 

15 

Qlikogen 



4600 

Yağlar 


300000 

17.3. Dinamiki iş zamanı ürək-damar sisteminin 

işinin göstəriciləri 

Dinamiki  iş  zamanı  ürək-damar  sisteminin  işində  əhə-

miyyətli  dərəcədə  uyğunlaşma  dəyişkənlikləri  yaranır.  Ürəkdən 

çıxan qanın miqdarı və işləyən əzələdə qan axını artır, bununla da 

oksigenə  olan  ehtiyac  qanın  hesabına  daha  tam  ödənilir,  əzələdə 

əmələ  gələn  istilik  isə  istilik  vermənin  baş  verdiyi  orqanizmin 

hissələrinə ötürülür. 

Qan təzyiqi. Dinamiki iş şəraitində arterial qan təzyiqi yerinə 

yetirilən işin funksiyası kimi dəyişir. Sistolik təzyiq 200 Vt yükün 

təsiri altında demək olar ki, yerinə yetirilən yükə mütənasib olaraq 

artaraq təqribən 220 mm. C. süt-na (29 kPa) çatır. Diastolik təzyiq 

adətən azalma istiqamətində olmaqla cüzi dərəcədə dəyişir. Buna 

görə də orta arterial təzyiq yüngülcə artır. Qan təzyiqinin normal 

artmasının  yüksək  həddi  veloerqometriya  (100  Vt)  şəraitində 

oturaq vəziyyətdə 200/100 mm. c.süt., uzanılı vəziyyətdə 210/105 

mm.c.süt.,  təşkil  edir  (RR  metodu).  Qan  dövranı  sistemində  iş 

görülən  zaman  aşağı  təzyiqin  təsiri  altında  funksiya  göstərən  qan 

təzyiqi az artır, bu bölgədə aydın nəzərə çarpan yüksəliş patologiya 

(məsələn, ürək çatışmazlığında) hesab olunur. 



386 

downloaded from KitabYurdu.org



17.4. Dinamiki iş şəraitində tənəffüsdə oksigenin sərf edilməsi 

Orqanizm  tərəfindən  oksigenin  sərf  edilməsi  çəkilmiş 

zəhmətin effektivliyi və yükündən asılı olan kəmiyyət qədər artır. 

Asan  iş  görülən  zaman  stasionar  vəziyyət  əldə  edilir,  bu  zaman 

oksigenin sərf və istifadə edilməsi ekvivalentdir, lakin bu 3-5 dəq 

keçdikdən sonra baş verir ki, bu müddət ərzində əzələdə qan axını 

və  maddələr  mübadiləsi  yeni  tələblərə  uyğunlaşır.  Stasionar 

vəziyyət  əldə  olunmayana  qədər  əzələ  mi-  oqlobinlə  bağlı  olan 

oksigenin təmin etdiyi az miqdarda oksigen ehtiyatından və qandan 

daha  çox  miqdarda  oksigen  almaq  qabiliyyətindən  asılıdır.  Ağır 

əzələ  işi  şəraitində  o,  tərkiblə  yerinə  yetirilirsə  belə  stasionar 

vəziyyət mümkün olmur, ürəyin yığılmasının tezliyi kimi oksigenin 

sərf edilməsi maksimuma çataraq yüksəlir. 

TƏNƏFFÜS 

Yüngül  dinamiki  iş  zamanı  tənəffüsün  bir  dəqiqədə  olan 

həcmi  ürəkdən  qanın  çıxması  kimi  oksigen  sərfinə  mütənasib 

qaydada  artır.  Bu  yüksəliş  tənəffüs  həcminin  və  ya  tənəffüsün 

tezliyinin artması nəticəsində meydana çıxır. 

Belə güman edirlər ki, yüngül iş zamanı oksigen sərfi ilə bir 

dəqiqədə  olan  tənəffüs  həcmi  arasında  mütənasibliyə  ürəyin 

yığılmasının tezliyinin uyğunlaşması (adaptasiyası) halında olduğu 

kimi metabolitik aktivlikdən asılı olan əzələ reseptorla- rı nəzarət 

edir.  Ağır  iş  şəraitində  tənəffüsün  1  dəqiqədə  olan  həcminin 

qiymətinin  artması  oksigenin  sərfində  olan  dəyişkənliklərə 

mütənasib  olan  dəyişkənlikləri  hiss  olunacaq  dərəcədə  üstələyir, 

ona  görə  ki,  əzələdə  əmələ  gələn  süd  turşusu  qanda  metabolitik 

asidoz yaratmaqla tənəffüsün əlavə tənzimləyicisi kimi çıxış edir. 



387 

downloaded from KitabYurdu.org



17.5. Dinamiki iş zamanı qanın göstəriciləri 

Dinamiki  işdən  əvvəl  və  sonra  qanda  kifayət  qədər  əhə-

miyyətli  dəyişkənliklər  əmələ  gəlir.  Çox  nadir  hallarda  bu  dəy-

işikliklərə  əsasən  həqiqətən  də  fiziki  gərginliyin  dərəcəsini 

qiymətləndirmək olar, lakin onların başlıca əhəmiyyəti ondadır ki, 

onlar  laborator  diaqnostikada  edilən  səhvlərin  mənbəyi  rolunda 

çıxış edirlər. 

Yüngül  fiziki  iş  zamanı  sağlam  adamın  arterial  qanında 

karbon  qazı  və  oksigenin  porsial  təzyiqindən  yalnız  cüzi  dəyi-

şikliklər aşkar edilir. Ağır iş daha da hiss olunacaq dəyişikliklərə 

səbəb olur. Sakitlik səviyyəsindən ən çox kənaraçıxma arterial P

02

 



üçün 

8

%, arterial Pco



2

 üçün 


10

% təşkil edir. 

Gərginliyin  artması  ilə  qarışıq  venoz  qanın  oksigenlə 

doyması  aşağı  düşür;  buna  uyğun  olaraq  oksigenə  görə  olan 

arteriovenoz  fərq  sakitlik  səviyyəsində  olan  0,05-ə  bərabər 

qiymətdən  öyrənilməmiş  adamlarda  0,14-ə,  öyrəşmiş  adamlarda 

0,17-ə  qədər  yüksəlir.  Bu  yüksəliş  işləyən  əzələdə  qandan 

oksigenin ayrılmasının artması ilə şərtlənmiş olur. 

Fiziki  iş  şəraitində  hematokritin  göstəricisi  nəinki  plazma 

həcminin  aşağı  düşməsi  (kapillyar  fıltrasiyanm  güclənməsi  ilə 

əlaqədar), eləcə də eritrositlərin onların əmələ gəldiyi yerdən daxil 

olması hesabına (bu zaman yetkin olmayan formaların payı artır) 

yüksəlir.  Həmçinin  leykositlərin  sayının  arması  da  qeydə 

alınmamış (işçi leykositoz). 

Uzaq  məsafəyə  qaçan  qaçıcınm  qanında  leykositlərin  sayı 

işgörmə qabiliyyətindən asılı olaraq qaçışın uzunluğuna mütənasib 

şəkildə  5000-15000  hüceyrə/mkl  qədər  yüksəlir  (yüksək  işgörmə 

qabiliyyətinə malik şəxslərinkindən az). Yüksəlmə əsasən neytrofıl 

qranulositlərin kəmiyyətinin artması hesabına baş verir, belə ki, bu 

zaman  müxtəlif  tip  hüceyrələrin  sayında  olan  nisbət  dəyişilir. 

Bundan  əlavə, işin intensivliyinə mütənasib  olaraq trambositlərin 

sayı da artır. 

Yüngül fiziki iş turşu - əsas tarazlığına təsir göstərmir, belə 

ki,  əmələ  gələn  karbon  qazının  bütün  artıq  miqdarı  ağciyərlər 

tərəfindən xaric edilir. Ağır iş zamanı metabolitik asidoz 

388 

downloaded from KitabYurdu.org



inkişaf  edir  ki,  onun  dərəcəsi  laktatm  əmələ  gəlməsinin  sürətinə 

mütənasibdir;  o  qismən  tənəffüsün  hesabına  kompensə  olunur 

(arterial Po2-in aşağı düşməsi). 

17.6.  Qanda qidalı maddələrin miqdarı 

İş  zamanı  sağlam  adamın  arterial  qanında  qlükozanm 

səviyyəsi az dəyişir. Yalnız ağır və uzun müddətli iş zamanı arterial 

qanda  qlükozanm  qatılığının  aşağı  düşməsi  baş  verir  ki,  bu 

yaxınlaşmaqda olan yorulmaya (üzülməyə) dəlalət edir. Əgər qida 

rasionu  karbohidratlarla  zəngindirsə  sərbəst  yağ  turşuları  və 

qliserrolun  qatılığı  işin  təsiri  altında  az  dəyişir,  belə  ki, 

karbohidratların  sərfi  ilə  şərtlənmiş  insulin  sekresiyası  lipoliz 

prosesini ləngidir. Lakin adı qida rasionu şəraitində uzun müddətli 

ağır iş qanda sərbəst yağ turşuları və qliserolun qatdığının 4 dəfə və 

ya daha çox artması ilə müşayiət olunur. 

QANDAKI DİGƏR MADDƏLƏR 

Fiziki yük şəraitində qanda bəzi ionların (məsələn, kalium) 

və  üzvi  maddələrin  (məs.,  tranaminazalarm)  qatılığı  artır.  Bu 

dəyişikliklər  əzələlərdə  membran  keçiriciliyi  ilə  izah  olunur  ki, 

bunun sayəsində hüceyrədaxili komponentlər qan axınına keçirlər. 

Ümumiyyətlə,  işin  təsir  ilə  qanda  meydana  çıxan  dəyişkənliklər 

xəstəliyin  təsirindən  yaranaraq  dəyişkənliklərdən  çox  çətinliklə 

fərqlənirlər. 



17.7.  Dinamiki iş zamanı humoral tənzimolunma 

Fiziki işdən əvvəl və sonra qanda bir çox hormonların qatdığı 

dəyişir.  Əksər  hallarda  bu  effekt  ya  qeyri-spesifikdir,  ya  da  tam 

olaraq aydın deyil. Bu məsələlərə şamil edilməklə üç hor- monal 

sistemi xüsusi olaraq nəzərdən keçirilməyə layiqdir. 

389 

downloaded from KitabYurdu.org



 

Şəkil 1. Bədənin  temperaturundan asılı  olaraq bazu nahiyə-

sində (qida borusunun temperaturu) dərinin qanla təmin olunması-

nın ölçüsü kimi qan axını. 

İş  zamanı  (ürəyin  yığılmasının  tezliyi  dəqiqədə  120-130 

vurur)  yüksək  istilik  əmələ  gəlməsinə  baxmayaraq  dəridə  qan 

axınının  sürəti  sakitlik  vəziyyətindəki  ekvivalent  şərtlərə  nisbətən 

aşağıdır; oturaq vəziyyətdə qanla təmin olunma dik və- ziyyətdəkinə 

nisbətən daha az intensivdir (şəkil 

1

). 


1.  Simpatik adrenalin sistemi. 

Fiziki  iş  zamanı  qana  külli  miqdarda,  xüsusilə  böyrəküstü 

vəzilərin beyin maddəsindən, adrenalin ifraz olunur,  nordre- nalin 

çox az miqdarda sekresiya olunur. Digər xüsusiyyətləri ilə yanaşı, 

adrenalin depodan qlikogen və yağların səfərbər olunmasına səbəb 

olur,  tsiklik  AMF-ın  daha  güclü  hasil  edilməsini  tənzimləyir, 

həmçinin  ürək  fəaliyyətini  aktivləşdirir  və  fikir  aydınlığını 

yüksəldir.  Adrenalin  ifraz  olunması  adətən  işçi  yükün  təsirindən 

qabaq  başlayır  və  ya  ən  geci  onun  başlanğıcı  ilə  üst-üstə  düşür. 

Adrenalinin  ifraz  olunma  sürətinin  atması  sidiyin  vanilbadam 

turşusu  (VBT)  -  katexolamenlərin  parçalanma  məhsulu  ilə  xaric 

olunmasında öz əksini tapmışdır. 

2.  Hipofiz -böyrəküstü vəzilərinin qabıq maddəsi sistemi. 

İşin başlanmasından təqribən 

2

 dəqiqə sonra adeno-hi- 



pofız  tərəfindən  böyrəküstü  vəzilərin  qabıq  maddəsindən  kar- 

tikosteroidlərin ayrılmasını tənzimləyən AKTH ifrazı güclənir. 



390 

downloaded from KitabYurdu.org



Fiziki yükün yerinə yetirilməsi üçün kartikosteroidlərin əhəmiyyəti 

tam aydın deyil, halbuki məlumdur ki, onlar qlikoge- nin səfərbər 

olunmasını tənzimləyir. 

3.  İnsulin - qlükoqon turşusu. 

İnsulin  və  qlükoqonun  qatılığının  dəyişməsi  çox  qeyri- 

bərabər şəkildə baş verir, tş zamanı insulinin qatılığı bir qədər aşağı 

düşür, qlükoqonun səviyyəsi isə həm arta, həm də azala bilər. Belə 

şəkil  dəyişkənliyi  çoxlu  sayda  hormonların  karbo-  hidrat  və  yağ 

mübadiləsinə  təsiri,  həmçinin  insanın  qidalanma  və  dözümlülük 

vəziyyəti  ilə  əlaqədardır.  Fiziki  iş  şəraitində  insulin  səviyyəsinin 

qanda qlükozanm qatdığının dəyişməsinin xarakterinə təsiri şəkil 

1

-



də  təsvir  edilmişdir.  İşə  yaxşı  adaptasiya  olunmuş  diabetiklərdə 

dəqiq hipoqlikemik reaksiya özünü göstərir (şəkil 

2

). 


17.8.  Statik işə uyğunlaşma 

Statik  iş  izotermik  əzələ  yığılmalarının  vasitəsilə  yerinə 

yetirilir,  ya  postural  iş  (bədənin  müəyyən  vəziyyətinin  saxla-

nılması),  ya  da  köməkçi  iş  (əşyaların  saxlanılması)  ola  bilər. 

Dinamiki iş kimi, o da əzələdən keçən qan axını və enerji ilə təchiz 

olunmadakı  dəyişkənliklərlə  bağlı  olan  orqanizmin  müəyyən  bir 

uyğunlaşmasını tələb edir. 

ƏZƏLƏDƏ QANLA TƏCHİZOLUNMA 

VƏ METABOLİZM 

Maksimal  qiymətdən  tutmuş  30%-dək  intensivliyə  malik 

statik iş şəraitində əzələlərdə qan axını güclənir. Böyük intensivliyə 

malik iş zamanı yüksək əzələdaxili təzyiq qan axınına mane olur, 

maksimal miqdarın 70% və ya daha çox intensivliyə malik statik iş 

şəraitində əzələlərdə qan dövranı tamamilə dayanır. 



391 

downloaded from KitabYurdu.org



Zəif adaptasiya olunmuş diabetiklər 

-10 o 


, ləzarət qurupu|,. _ . . . .

 

lyaBi ~M(«sa-- - 



f

-

^ ı V ı i Ş W r , .



ı r

 

60 



90 

120 


150 180 210

 

Vaxt





d3f



 ________________  

, Bərpa . 

*

 'olunma 

İş 


Şəkil  2. 

Fiziki  yükün  şəkər  xəstəliyinə  tutulmuş  və  kontrol  şəxslərdə 

qlükozanm  qatılığına təsiri;  iş  veloerqometrdə  ürəyin yığılmalarının  tezliyi  »  110  dəq-

1

 

olan  şəraitdə  yerinə  yetirilmişdir.  Şaquli  xətlərlə  standart  vəziyyətdən  kənaraçıxmalar 

göstərilmişdir. 

Təcrübələr göstərmişdir ki, əzələlərdə qan axını hər hansı bir 

xarici  təsirin  nəticəsində  kəsilirsə,  onun  işin  davam  etməsini 

saxlayan  maksimal  müddəti  maksimal  qiymətdən  50%  aşağı 

intensivlik  şəraitində  azalır,  50%  üstün  intensivlik  şəraitində  isə 

dəyişilməz qalır. Belə effektlərin səbəbi ondan ibarətdir ki, tu- tub 

saxlamağa  sərf  olunan  işin  müddəti  bir  dəqiqəni  aşıb  keçmirsə, 

aerob proseslərin hesabına enerjinin əldə edilməsi limit amil kimi 

xidmət etmək üçün həddindən artıq yavaş artır, buna görə də qan 

axınının sürəti inadekvat olur. 



17.9.  Fiziki olmayan yüklərə orqanizmin reaksiyası 

Sinir psixi yüklərə reaksiyalar. 

Enerji  mübadiləsinin  intensivliyi  həmçinin,  sinir-psixi 

yükləri dəf edən zamanda da artır, lakin buna səbəb baş-be 

392 

downloaded from KitabYurdu.org



yində  güclü  maddələr  mübadiləsi  deyil,  yüksək  əzələ  tonusudur. 

Bir  çox  hallarda  fiziki  işin  yerinə  yetirilməsi  ilə  bağlı  olan 

reaksiyalara  bənzər  vegetativ  reaksiyalar:  yüksək  ürək  yığılma-

larının tezliyi  və tənəffüsün dəqiqədə olan artmış həcmi, elektrik 

müqavimətinin  azalması  ilə  müşayiət  olunan  dəridə  yüksək  qan 

axını, artmış tər ifrazı və sidik vasitəsilə vanilil, badam turşusunun 

xaric  edilməsinin  yüksəlməsinə  uyğun  olan  şəraitdə  çoxlu 

miqdarda  adrenalinin  ifraz  olunması  meydana  çıxır.  Bir-birilə 

əlaqəli olan sinir-psixi və fiziki işçi yüklər müasir həyat üçün çox 

xarakterikdir,  lakin  belə  vəziyyətlərin  kəmiyyət  baxımından 

öyrənilməsi  çətinliklərlə  bağlıdır.  Fiziki  reaksiyaların  qeydə 

alınması  yolu  ilə  onlar  tərəfindən  yaradılan  gərginliyi 

qiymətləndirmək üçün ayrı-ayrı cəhdlər edilmişdir. 

 

Şəkil 



3. Müxtəlif intensivlikli statik iş şəraitində ürək yığılmalarının tezliyinin 

dəyişməsi (yükün hər iki əllə tutulması). 

Lakin belə məlumatlar eynən fiziki iş kimi psixoloji və psixo-

fıziki  işi  də  həmin  əminliklə  (arxayınlıqla)  analiz  etmək  imkanı 

vermir. 


Bəzi  vəziyyətlər  əsas  etibarilə  emosiyalara  təsir  göstərir, 

emosional yüklərə qarşı reaksiya zamanı insanlarda əqli işdə 



393 

downloaded from KitabYurdu.org



ortaya  çıxan  əlamətlər  -  taxikardiya,  hiperventilyasiya,  tər  ifraz 

olunması  (məsələn, qorxu və  ya həyəcanla bağlı) və s. müşahidə 

edilir  (şəkil  3).  Həmçinin  simpatik-adrenalin  sisteminin 

əhəmiyyətli  dərəcədə  tənzim  olunması  baş  verir,  qeyd  etmək 

lazımdır  ki,  bu  zaman  ifraz  olunmuş  adrenalin  və  noradrena-  lin 

miqdarının  nisbəti  bəzi  hüdudlarda  dəyişir.  Həddindən  artıq 

narahatçılıq  və  güclü  qorxu  vəziyyəti  nəinki  bir  neçə  saniyə 

müddətində kəskin şəkildə ifadə olunmuş erqotron reaksiya (dərhal 

cavab)  yaradır,  eləcə  də  həmçinin  çox  zaman  parasimpatik  sinir 

sisteminin  tənzim  olunmasım  şərtləndirir.  Qeyd  olunan  sonuncu 

effekt  belə  hallarda  defekasiya  (fekal  kütlənin  xaric  edilməsi)  və 

sidiyin xaric edilməsi və ya hətta ürəyin dayanmasına gətirib çıxara 

bilər. 

17.10.  İşgörmə qabiliyyətinin hüdudları 

İşgörmə qabiliyyətini məhdudlaşdıran 

amillər 

Aralarında  sərhədləri  qeyri-ixtiyari  müəyyən  olunan  işin 

davametmə  müddətinin  üç  kateqoriyasını  nəzərdən  keçirmək 

məsləhətdir. 



Qısamüddətli  iş  (davametmə  müddəti  «  20  san).  Bu  halda 

ATF  və  keratinfosfatın  (KF)  hüceyrədaxili  ehtiyatları  böyük 

əhəmiyyət daşıyır. Bu makroergik fosfat birləşmələri işin ilk 15-20 

san ərzində maksimal işgörmə qabiliyyəti üçün kifayət olan enerji 

miqdarı ilə təmin edə bilərlər. 

Orta davametmə müddətli iş. Bu kateqoriyaya aid edilən ən 

az davametmə müddətinə malik iş (« 

1

 dəq) əsasən anaerob proses 



- qlikolizin (ATF və KF ehtiyatlarının sərf edilməsində və qlikolizin 

intensivliyinin armasından sonra) hesabına enerji ilə təmin edilir. 

Beləliklə, işin yerinə yetirilməsi imkanlarını məhdudlaşdıran amil 

əzələnin qlükolitik yolla metabolizmi həyata keçirmək qabiliyyəti 

və  laktatın  toplanması  nəticəsində  meydana  çıxan  asidozdur.  Bu 

kateqoriyaya aid edilən ən çox davametmə müddətinə malik iş (« 

6

 

dəq)  şəraitində  enerjinin  böyük  hissəsinin  hamısı  metabolizmin 



aerob proseslərinin he 

394 

downloaded from KitabYurdu.org



sabına əldə edilir, buna görə də işgörmə qabiliyyəti daha az şəkildə 

anaerob  mübadilənin  və  daha  böyük  şəkildə  aerob  mübadilənin 

sürəti ilə limitləndirilir. 

Uzunmüddətli iş (dözümlülük tələb edən iş; « 

6

 dəq və daha 



çox)  Uzunmüddətli  iş  zamanı  aerob  enerji  mübadiləsi  üstünlük 

təşkil edir. İşgörmə qabiliyyəti əsas etibarilə onunla bağlı amillər-

əzələ  hüceyrələrində  metabolitik  qlikogen  ehtiyatı  ürək-damar 

sisteminin fəaliyyəti hesabına əldə olunan oksigen və substratlarla 

təmin edən məsələlərin (vəzifələrin) həlli zamanı uzunmüddətli iş 

şəraitində  həlledici  rol  ürəyin  işinə  (nasos  kimi)  və  aerob 

metabolizm - ehtiyatlarına məxsusdur. Yalnız o zaman işin müddəti 

qlikogen ehtiyatlarının tükənməsi ilə məhdudlaşır ki, iş dalbadal bir 

neçə saat ərzində lazım olan intensivliklə yerinə yetirilsin. 

17.11.  Yorulma və tükənmə 

Yorulma  -  ağır  işin  təsirindən  yaranan  və  işgörmə  qabi-

liyyətinin aşağı düşməsi ilə bağlı olan haldır. O, fiziki əzələvi və ya 

sinir - psixi (mərkəzi) ola bilər. Yorğunluğun hər iki forması ağır iş 

şəraitində  bir-birinə  uyğun  gəlir,  onları  kəskin  (qəti)  şəkildə  bir-

birindən ayırmaq olmaz. Ağır fiziki ilk növbədə əzələ yorğunluğuna 

gətirib  çıxarır,  güclü  əqli  və  ya  yekcins  iş  mərkəzi  təbiətli 

yorğunluğa səbəb olur. Gücdən düşmə və ya yorğunluqla yorulmanı 

(bu  halda  yuxuya  ehtiyac  duyulur)  bir-birindən  dəqiq  olaraq 

sərhədləndirmək lazımdır. 

Bərpaedilmə - bu proses iş kəsilən, gərginliyinə görə aşağı 

düşən  və  ya  xarakterinə  görə  dəyişən  zaman  başlayır;  o  yorğ-

unluğun azalmasına və işgörmə qabiliyyətinin yüksəlməsinə uyğun 

gəlir.  Bu  göstəricilər  öz  əvvəlki  səviyyəsinə  qayıdan  zaman 

bərpaedilmə prosesi də başa çatır. 

Bərpaedilmə və iş fasilələrinin bölüşdürülməsi 

Konkret  insanın  yorulma  həddindən  üstün  olan  işin  yerinə 

yetirilməsi zamanı bərpaedilmə prosesi üçün zaman-zaman 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin