FİZİKİ YÜKLƏRƏ ADAPTASİYA
Fiziki fəallıq əzələ, ürək-damar və tənəffüs sistemi də daxil
olmaqla müxtəlif orqanlar sistemində dərhal reaksiyaları fəaliyyətə
gətirir. Sürətlə baş verən bu uyğunlaşma dəyişkənlikləri az və ya
çox dərəcədə uzun müddətə, məsələn məşqlər nəticəsində inkişaf
edən uyğunlaşmadan fərqlənir. Sürətin reaksiyalarının qiyməti bir
qayda olaraq gərginliyin ölçüsü kimi xidmət edir.
İntrafərdi və fərdlərarası fərqlər.
İş eyni bir adamdan günün vaxtı və ətraf mühitin tempe-
raturundan asılı olaraq bu və ya digər fiziki uyğunlaşmanı tələb edə
bilər; belə fərqlər fərddaxili adlandırılır. Fərdlərin qruplarının
daxilində kifayət qədər əhəmiyyətli fərqlər qeydə alma bilər.
384
downloaded from KitabYurdu.org
17.2. Dinamiki iş zamanı əzələlərə qan axını
və maddələr mübadiləsi
Əzələlərdə qan axını: Sakit halda əzələlərdə qan axım 2040
ml dəq kq təşkil edir. Ekstremal fiziki yükün altında bu qiymət
maksimuma çataraq dözümlülüyə öyrənilmiş adamlarda 1,81 dəq
kq, öyrəşməmiş adamlarda 1,3 I dəq kq olub, xeyli dərəcədə artır.
Qan axını işin başlanması ilə dərhal deyil, 20-30 saniyədən az
olmayan müddət ərzində güclənir; bu zaman yüngül işin yerinə
yetirilməsi üçün vacib qan axını ilə təmin olunmağa kifayət edir.
Lakin ağır dinamiki iş zamanı oksigenə tələbat tamamilə təmin
oluna bilməz, buna görə də anaerob metabolizmin hesabına alınan
enerji payı artır.
Əzələlərdə maddələr mübadiləsi: Yüngül işin görülməsi
zamanı enerjinin alınması işin başlanmasından sonra yalnız qısa
keçid dövrü ərzində anaerob yolla baş verir, daha sonra isə
metabolizm substrat kimi qlükoza, həmçinin yağ turşuları və
qliseroldan istifadə olunmaqla tamamilə aerob reaksiyaların
hesabına həyata keçirilir. Bundan fərqli olaraq ağır iş zamanı
enerjinin alınması qismən anaerob proseslər ilə təmin edilir.
Anaerob metabolizm istiqamətində dəyişkənlik (süd turşusunun
əmələ gəlməsinə səbəb olan) əsas etibarilə əzələlərdə arterial qan
axınının çatışmazlığı və ya arterial hipoksiya üzündən baş verir.
Enerji ilə təmin olunma proseslərində olan bu və işin
başlanmasından dərhal sonra müvəqqəti olaraq meydana çıxan
digər «dar bölgələr»lə yanaşı, ekstremal yüklərin təsiri altında
metabolizmin müxtəlif mərhələlərində fer- mentlərin aktivliyi ilə
bağlı olan «dar bölgələr» yaranır. Külli miqdarda süd turşusunun
toplanması ilə əzələlərin yorulması baş verir.
İşin başlanmasından sonra əzələdə anaerob energetik
proseslərin intensivliyinin yüklənməsi üçün bir qədər zaman tələb
olunur. Bu dövr ərzində enerjidə olan kəsir asanlıqla əldə olunan
anaerob energetik ehtiyatların (ATF və kreatinfosfat) hesabına
barpa olunur. Mikroergik fosfatlarm miqdarı qli- kogen ehtiyatı ilə
müqayisədə böyük deyil, lakin onlar nəinki
385
downloaded from KitabYurdu.org
qeyd olunan dövr ərzində, beləcə də işin görülməsi zamanı qısa
müddətli yüklənmə şəraitində enerji ilə təmin olunmada əvəzo-
lunmazdılar (cədvəl
1
).
Cədvəl 1
75 kq çəkiyə malik adamın ehtiyatları, kC_____
ATF
4
Kreatinfosfat
15
Qlikogen
4600
Yağlar
300000
17.3. Dinamiki iş zamanı ürək-damar sisteminin
işinin göstəriciləri
Dinamiki iş zamanı ürək-damar sisteminin işində əhə-
miyyətli dərəcədə uyğunlaşma dəyişkənlikləri yaranır. Ürəkdən
çıxan qanın miqdarı və işləyən əzələdə qan axını artır, bununla da
oksigenə olan ehtiyac qanın hesabına daha tam ödənilir, əzələdə
əmələ gələn istilik isə istilik vermənin baş verdiyi orqanizmin
hissələrinə ötürülür.
Qan təzyiqi. Dinamiki iş şəraitində arterial qan təzyiqi yerinə
yetirilən işin funksiyası kimi dəyişir. Sistolik təzyiq 200 Vt yükün
təsiri altında demək olar ki, yerinə yetirilən yükə mütənasib olaraq
artaraq təqribən 220 mm. C. süt-na (29 kPa) çatır. Diastolik təzyiq
adətən azalma istiqamətində olmaqla cüzi dərəcədə dəyişir. Buna
görə də orta arterial təzyiq yüngülcə artır. Qan təzyiqinin normal
artmasının yüksək həddi veloerqometriya (100 Vt) şəraitində
oturaq vəziyyətdə 200/100 mm. c.süt., uzanılı vəziyyətdə 210/105
mm.c.süt., təşkil edir (RR metodu). Qan dövranı sistemində iş
görülən zaman aşağı təzyiqin təsiri altında funksiya göstərən qan
təzyiqi az artır, bu bölgədə aydın nəzərə çarpan yüksəliş patologiya
(məsələn, ürək çatışmazlığında) hesab olunur.
386
downloaded from KitabYurdu.org
17.4. Dinamiki iş şəraitində tənəffüsdə oksigenin sərf edilməsi
Orqanizm tərəfindən oksigenin sərf edilməsi çəkilmiş
zəhmətin effektivliyi və yükündən asılı olan kəmiyyət qədər artır.
Asan iş görülən zaman stasionar vəziyyət əldə edilir, bu zaman
oksigenin sərf və istifadə edilməsi ekvivalentdir, lakin bu 3-5 dəq
keçdikdən sonra baş verir ki, bu müddət ərzində əzələdə qan axını
və maddələr mübadiləsi yeni tələblərə uyğunlaşır. Stasionar
vəziyyət əldə olunmayana qədər əzələ mi- oqlobinlə bağlı olan
oksigenin təmin etdiyi az miqdarda oksigen ehtiyatından və qandan
daha çox miqdarda oksigen almaq qabiliyyətindən asılıdır. Ağır
əzələ işi şəraitində o, tərkiblə yerinə yetirilirsə belə stasionar
vəziyyət mümkün olmur, ürəyin yığılmasının tezliyi kimi oksigenin
sərf edilməsi maksimuma çataraq yüksəlir.
TƏNƏFFÜS
Yüngül dinamiki iş zamanı tənəffüsün bir dəqiqədə olan
həcmi ürəkdən qanın çıxması kimi oksigen sərfinə mütənasib
qaydada artır. Bu yüksəliş tənəffüs həcminin və ya tənəffüsün
tezliyinin artması nəticəsində meydana çıxır.
Belə güman edirlər ki, yüngül iş zamanı oksigen sərfi ilə bir
dəqiqədə olan tənəffüs həcmi arasında mütənasibliyə ürəyin
yığılmasının tezliyinin uyğunlaşması (adaptasiyası) halında olduğu
kimi metabolitik aktivlikdən asılı olan əzələ reseptorla- rı nəzarət
edir. Ağır iş şəraitində tənəffüsün 1 dəqiqədə olan həcminin
qiymətinin artması oksigenin sərfində olan dəyişkənliklərə
mütənasib olan dəyişkənlikləri hiss olunacaq dərəcədə üstələyir,
ona görə ki, əzələdə əmələ gələn süd turşusu qanda metabolitik
asidoz yaratmaqla tənəffüsün əlavə tənzimləyicisi kimi çıxış edir.
387
downloaded from KitabYurdu.org
17.5. Dinamiki iş zamanı qanın göstəriciləri
Dinamiki işdən əvvəl və sonra qanda kifayət qədər əhə-
miyyətli dəyişkənliklər əmələ gəlir. Çox nadir hallarda bu dəy-
işikliklərə əsasən həqiqətən də fiziki gərginliyin dərəcəsini
qiymətləndirmək olar, lakin onların başlıca əhəmiyyəti ondadır ki,
onlar laborator diaqnostikada edilən səhvlərin mənbəyi rolunda
çıxış edirlər.
Yüngül fiziki iş zamanı sağlam adamın arterial qanında
karbon qazı və oksigenin porsial təzyiqindən yalnız cüzi dəyi-
şikliklər aşkar edilir. Ağır iş daha da hiss olunacaq dəyişikliklərə
səbəb olur. Sakitlik səviyyəsindən ən çox kənaraçıxma arterial P
02
üçün
8
%, arterial Pco
2
üçün
10
% təşkil edir.
Gərginliyin artması ilə qarışıq venoz qanın oksigenlə
doyması aşağı düşür; buna uyğun olaraq oksigenə görə olan
arteriovenoz fərq sakitlik səviyyəsində olan 0,05-ə bərabər
qiymətdən öyrənilməmiş adamlarda 0,14-ə, öyrəşmiş adamlarda
0,17-ə qədər yüksəlir. Bu yüksəliş işləyən əzələdə qandan
oksigenin ayrılmasının artması ilə şərtlənmiş olur.
Fiziki iş şəraitində hematokritin göstəricisi nəinki plazma
həcminin aşağı düşməsi (kapillyar fıltrasiyanm güclənməsi ilə
əlaqədar), eləcə də eritrositlərin onların əmələ gəldiyi yerdən daxil
olması hesabına (bu zaman yetkin olmayan formaların payı artır)
yüksəlir. Həmçinin leykositlərin sayının arması da qeydə
alınmamış (işçi leykositoz).
Uzaq məsafəyə qaçan qaçıcınm qanında leykositlərin sayı
işgörmə qabiliyyətindən asılı olaraq qaçışın uzunluğuna mütənasib
şəkildə 5000-15000 hüceyrə/mkl qədər yüksəlir (yüksək işgörmə
qabiliyyətinə malik şəxslərinkindən az). Yüksəlmə əsasən neytrofıl
qranulositlərin kəmiyyətinin artması hesabına baş verir, belə ki, bu
zaman müxtəlif tip hüceyrələrin sayında olan nisbət dəyişilir.
Bundan əlavə, işin intensivliyinə mütənasib olaraq trambositlərin
sayı da artır.
Yüngül fiziki iş turşu - əsas tarazlığına təsir göstərmir, belə
ki, əmələ gələn karbon qazının bütün artıq miqdarı ağciyərlər
tərəfindən xaric edilir. Ağır iş zamanı metabolitik asidoz
388
downloaded from KitabYurdu.org
inkişaf edir ki, onun dərəcəsi laktatm əmələ gəlməsinin sürətinə
mütənasibdir; o qismən tənəffüsün hesabına kompensə olunur
(arterial Po2-in aşağı düşməsi).
17.6. Qanda qidalı maddələrin miqdarı
İş zamanı sağlam adamın arterial qanında qlükozanm
səviyyəsi az dəyişir. Yalnız ağır və uzun müddətli iş zamanı arterial
qanda qlükozanm qatılığının aşağı düşməsi baş verir ki, bu
yaxınlaşmaqda olan yorulmaya (üzülməyə) dəlalət edir. Əgər qida
rasionu karbohidratlarla zəngindirsə sərbəst yağ turşuları və
qliserrolun qatılığı işin təsiri altında az dəyişir, belə ki,
karbohidratların sərfi ilə şərtlənmiş insulin sekresiyası lipoliz
prosesini ləngidir. Lakin adı qida rasionu şəraitində uzun müddətli
ağır iş qanda sərbəst yağ turşuları və qliserolun qatdığının 4 dəfə və
ya daha çox artması ilə müşayiət olunur.
QANDAKI DİGƏR MADDƏLƏR
Fiziki yük şəraitində qanda bəzi ionların (məsələn, kalium)
və üzvi maddələrin (məs., tranaminazalarm) qatılığı artır. Bu
dəyişikliklər əzələlərdə membran keçiriciliyi ilə izah olunur ki,
bunun sayəsində hüceyrədaxili komponentlər qan axınına keçirlər.
Ümumiyyətlə, işin təsir ilə qanda meydana çıxan dəyişkənliklər
xəstəliyin təsirindən yaranaraq dəyişkənliklərdən çox çətinliklə
fərqlənirlər.
17.7. Dinamiki iş zamanı humoral tənzimolunma
Fiziki işdən əvvəl və sonra qanda bir çox hormonların qatdığı
dəyişir. Əksər hallarda bu effekt ya qeyri-spesifikdir, ya da tam
olaraq aydın deyil. Bu məsələlərə şamil edilməklə üç hor- monal
sistemi xüsusi olaraq nəzərdən keçirilməyə layiqdir.
389
downloaded from KitabYurdu.org
Şəkil 1. Bədənin temperaturundan asılı olaraq bazu nahiyə-
sində (qida borusunun temperaturu) dərinin qanla təmin olunması-
nın ölçüsü kimi qan axını.
İş zamanı (ürəyin yığılmasının tezliyi dəqiqədə 120-130
vurur) yüksək istilik əmələ gəlməsinə baxmayaraq dəridə qan
axınının sürəti sakitlik vəziyyətindəki ekvivalent şərtlərə nisbətən
aşağıdır; oturaq vəziyyətdə qanla təmin olunma dik və- ziyyətdəkinə
nisbətən daha az intensivdir (şəkil
1
).
1. Simpatik adrenalin sistemi.
Fiziki iş zamanı qana külli miqdarda, xüsusilə böyrəküstü
vəzilərin beyin maddəsindən, adrenalin ifraz olunur, nordre- nalin
çox az miqdarda sekresiya olunur. Digər xüsusiyyətləri ilə yanaşı,
adrenalin depodan qlikogen və yağların səfərbər olunmasına səbəb
olur, tsiklik AMF-ın daha güclü hasil edilməsini tənzimləyir,
həmçinin ürək fəaliyyətini aktivləşdirir və fikir aydınlığını
yüksəldir. Adrenalin ifraz olunması adətən işçi yükün təsirindən
qabaq başlayır və ya ən geci onun başlanğıcı ilə üst-üstə düşür.
Adrenalinin ifraz olunma sürətinin atması sidiyin vanilbadam
turşusu (VBT) - katexolamenlərin parçalanma məhsulu ilə xaric
olunmasında öz əksini tapmışdır.
2. Hipofiz -böyrəküstü vəzilərinin qabıq maddəsi sistemi.
İşin başlanmasından təqribən
2
dəqiqə sonra adeno-hi-
pofız tərəfindən böyrəküstü vəzilərin qabıq maddəsindən kar-
tikosteroidlərin ayrılmasını tənzimləyən AKTH ifrazı güclənir.
390
downloaded from KitabYurdu.org
Fiziki yükün yerinə yetirilməsi üçün kartikosteroidlərin əhəmiyyəti
tam aydın deyil, halbuki məlumdur ki, onlar qlikoge- nin səfərbər
olunmasını tənzimləyir.
3. İnsulin - qlükoqon turşusu.
İnsulin və qlükoqonun qatılığının dəyişməsi çox qeyri-
bərabər şəkildə baş verir, tş zamanı insulinin qatılığı bir qədər aşağı
düşür, qlükoqonun səviyyəsi isə həm arta, həm də azala bilər. Belə
şəkil dəyişkənliyi çoxlu sayda hormonların karbo- hidrat və yağ
mübadiləsinə təsiri, həmçinin insanın qidalanma və dözümlülük
vəziyyəti ilə əlaqədardır. Fiziki iş şəraitində insulin səviyyəsinin
qanda qlükozanm qatdığının dəyişməsinin xarakterinə təsiri şəkil
1
-
də təsvir edilmişdir. İşə yaxşı adaptasiya olunmuş diabetiklərdə
dəqiq hipoqlikemik reaksiya özünü göstərir (şəkil
2
).
17.8. Statik işə uyğunlaşma
Statik iş izotermik əzələ yığılmalarının vasitəsilə yerinə
yetirilir, ya postural iş (bədənin müəyyən vəziyyətinin saxla-
nılması), ya da köməkçi iş (əşyaların saxlanılması) ola bilər.
Dinamiki iş kimi, o da əzələdən keçən qan axını və enerji ilə təchiz
olunmadakı dəyişkənliklərlə bağlı olan orqanizmin müəyyən bir
uyğunlaşmasını tələb edir.
ƏZƏLƏDƏ QANLA TƏCHİZOLUNMA
VƏ METABOLİZM
Maksimal qiymətdən tutmuş 30%-dək intensivliyə malik
statik iş şəraitində əzələlərdə qan axını güclənir. Böyük intensivliyə
malik iş zamanı yüksək əzələdaxili təzyiq qan axınına mane olur,
maksimal miqdarın 70% və ya daha çox intensivliyə malik statik iş
şəraitində əzələlərdə qan dövranı tamamilə dayanır.
391
downloaded from KitabYurdu.org
Zəif adaptasiya olunmuş diabetiklər
-10 o
, ləzarət qurupu|,. _ . . . .
lyaBi ~M(«sa-- -
f
-
^ ı V ı i Ş W r , .
ı r
60
90
120
150 180 210
Vaxt
’
d3f
l
________________
, Bərpa .
*
'olunma
İş
Şəkil 2.
Fiziki yükün şəkər xəstəliyinə tutulmuş və kontrol şəxslərdə
qlükozanm qatılığına təsiri; iş veloerqometrdə ürəyin yığılmalarının tezliyi » 110 dəq-
1
olan şəraitdə yerinə yetirilmişdir. Şaquli xətlərlə standart vəziyyətdən kənaraçıxmalar
göstərilmişdir.
Təcrübələr göstərmişdir ki, əzələlərdə qan axını hər hansı bir
xarici təsirin nəticəsində kəsilirsə, onun işin davam etməsini
saxlayan maksimal müddəti maksimal qiymətdən 50% aşağı
intensivlik şəraitində azalır, 50% üstün intensivlik şəraitində isə
dəyişilməz qalır. Belə effektlərin səbəbi ondan ibarətdir ki, tu- tub
saxlamağa sərf olunan işin müddəti bir dəqiqəni aşıb keçmirsə,
aerob proseslərin hesabına enerjinin əldə edilməsi limit amil kimi
xidmət etmək üçün həddindən artıq yavaş artır, buna görə də qan
axınının sürəti inadekvat olur.
17.9. Fiziki olmayan yüklərə orqanizmin reaksiyası
Sinir psixi yüklərə reaksiyalar.
Enerji mübadiləsinin intensivliyi həmçinin, sinir-psixi
yükləri dəf edən zamanda da artır, lakin buna səbəb baş-be
392
downloaded from KitabYurdu.org
yində güclü maddələr mübadiləsi deyil, yüksək əzələ tonusudur.
Bir çox hallarda fiziki işin yerinə yetirilməsi ilə bağlı olan
reaksiyalara bənzər vegetativ reaksiyalar: yüksək ürək yığılma-
larının tezliyi və tənəffüsün dəqiqədə olan artmış həcmi, elektrik
müqavimətinin azalması ilə müşayiət olunan dəridə yüksək qan
axını, artmış tər ifrazı və sidik vasitəsilə vanilil, badam turşusunun
xaric edilməsinin yüksəlməsinə uyğun olan şəraitdə çoxlu
miqdarda adrenalinin ifraz olunması meydana çıxır. Bir-birilə
əlaqəli olan sinir-psixi və fiziki işçi yüklər müasir həyat üçün çox
xarakterikdir, lakin belə vəziyyətlərin kəmiyyət baxımından
öyrənilməsi çətinliklərlə bağlıdır. Fiziki reaksiyaların qeydə
alınması yolu ilə onlar tərəfindən yaradılan gərginliyi
qiymətləndirmək üçün ayrı-ayrı cəhdlər edilmişdir.
Şəkil
3. Müxtəlif intensivlikli statik iş şəraitində ürək yığılmalarının tezliyinin
dəyişməsi (yükün hər iki əllə tutulması).
Lakin belə məlumatlar eynən fiziki iş kimi psixoloji və psixo-
fıziki işi də həmin əminliklə (arxayınlıqla) analiz etmək imkanı
vermir.
Bəzi vəziyyətlər əsas etibarilə emosiyalara təsir göstərir,
emosional yüklərə qarşı reaksiya zamanı insanlarda əqli işdə
393
downloaded from KitabYurdu.org
ortaya çıxan əlamətlər - taxikardiya, hiperventilyasiya, tər ifraz
olunması (məsələn, qorxu və ya həyəcanla bağlı) və s. müşahidə
edilir (şəkil 3). Həmçinin simpatik-adrenalin sisteminin
əhəmiyyətli dərəcədə tənzim olunması baş verir, qeyd etmək
lazımdır ki, bu zaman ifraz olunmuş adrenalin və noradrena- lin
miqdarının nisbəti bəzi hüdudlarda dəyişir. Həddindən artıq
narahatçılıq və güclü qorxu vəziyyəti nəinki bir neçə saniyə
müddətində kəskin şəkildə ifadə olunmuş erqotron reaksiya (dərhal
cavab) yaradır, eləcə də həmçinin çox zaman parasimpatik sinir
sisteminin tənzim olunmasım şərtləndirir. Qeyd olunan sonuncu
effekt belə hallarda defekasiya (fekal kütlənin xaric edilməsi) və
sidiyin xaric edilməsi və ya hətta ürəyin dayanmasına gətirib çıxara
bilər.
17.10. İşgörmə qabiliyyətinin hüdudları
İşgörmə qabiliyyətini məhdudlaşdıran
amillər
Aralarında sərhədləri qeyri-ixtiyari müəyyən olunan işin
davametmə müddətinin üç kateqoriyasını nəzərdən keçirmək
məsləhətdir.
Qısamüddətli iş (davametmə müddəti « 20 san). Bu halda
ATF və keratinfosfatın (KF) hüceyrədaxili ehtiyatları böyük
əhəmiyyət daşıyır. Bu makroergik fosfat birləşmələri işin ilk 15-20
san ərzində maksimal işgörmə qabiliyyəti üçün kifayət olan enerji
miqdarı ilə təmin edə bilərlər.
Orta davametmə müddətli iş. Bu kateqoriyaya aid edilən ən
az davametmə müddətinə malik iş («
1
dəq) əsasən anaerob proses
- qlikolizin (ATF və KF ehtiyatlarının sərf edilməsində və qlikolizin
intensivliyinin armasından sonra) hesabına enerji ilə təmin edilir.
Beləliklə, işin yerinə yetirilməsi imkanlarını məhdudlaşdıran amil
əzələnin qlükolitik yolla metabolizmi həyata keçirmək qabiliyyəti
və laktatın toplanması nəticəsində meydana çıxan asidozdur. Bu
kateqoriyaya aid edilən ən çox davametmə müddətinə malik iş («
6
dəq) şəraitində enerjinin böyük hissəsinin hamısı metabolizmin
aerob proseslərinin he
394
downloaded from KitabYurdu.org
sabına əldə edilir, buna görə də işgörmə qabiliyyəti daha az şəkildə
anaerob mübadilənin və daha böyük şəkildə aerob mübadilənin
sürəti ilə limitləndirilir.
Uzunmüddətli iş (dözümlülük tələb edən iş; «
6
dəq və daha
çox) Uzunmüddətli iş zamanı aerob enerji mübadiləsi üstünlük
təşkil edir. İşgörmə qabiliyyəti əsas etibarilə onunla bağlı amillər-
əzələ hüceyrələrində metabolitik qlikogen ehtiyatı ürək-damar
sisteminin fəaliyyəti hesabına əldə olunan oksigen və substratlarla
təmin edən məsələlərin (vəzifələrin) həlli zamanı uzunmüddətli iş
şəraitində həlledici rol ürəyin işinə (nasos kimi) və aerob
metabolizm - ehtiyatlarına məxsusdur. Yalnız o zaman işin müddəti
qlikogen ehtiyatlarının tükənməsi ilə məhdudlaşır ki, iş dalbadal bir
neçə saat ərzində lazım olan intensivliklə yerinə yetirilsin.
17.11. Yorulma və tükənmə
Yorulma - ağır işin təsirindən yaranan və işgörmə qabi-
liyyətinin aşağı düşməsi ilə bağlı olan haldır. O, fiziki əzələvi və ya
sinir - psixi (mərkəzi) ola bilər. Yorğunluğun hər iki forması ağır iş
şəraitində bir-birinə uyğun gəlir, onları kəskin (qəti) şəkildə bir-
birindən ayırmaq olmaz. Ağır fiziki ilk növbədə əzələ yorğunluğuna
gətirib çıxarır, güclü əqli və ya yekcins iş mərkəzi təbiətli
yorğunluğa səbəb olur. Gücdən düşmə və ya yorğunluqla yorulmanı
(bu halda yuxuya ehtiyac duyulur) bir-birindən dəqiq olaraq
sərhədləndirmək lazımdır.
Bərpaedilmə - bu proses iş kəsilən, gərginliyinə görə aşağı
düşən və ya xarakterinə görə dəyişən zaman başlayır; o yorğ-
unluğun azalmasına və işgörmə qabiliyyətinin yüksəlməsinə uyğun
gəlir. Bu göstəricilər öz əvvəlki səviyyəsinə qayıdan zaman
bərpaedilmə prosesi də başa çatır.
Bərpaedilmə və iş fasilələrinin bölüşdürülməsi
Konkret insanın yorulma həddindən üstün olan işin yerinə
yetirilməsi zamanı bərpaedilmə prosesi üçün zaman-zaman
Dostları ilə paylaş: |