Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə37/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   33   34   35   36   37   38   39   40   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


395 

downloaded from KitabYurdu.org



işi  dayandırmaq  vacibdir  (zəruridir).  Bərpaedilmə  prosesi  belə 

fasilənin  başlanğıcında  daha  tez  baş  verdiyi  üçün,  işi  aşağıdakı 

prinsip  üzrə  təşkil  etmək  lazımdır:  bir  neçə  uzunmüddətli  fasi- 

lədənsə, çoxlu sayda qısa müddətli fasilələr zamanı, eləcə də daha 

asan işin dövrləri zamanı da baş verə bilər. 

17.12.  Fiziki yorğunluq 

Fiziki yorğunluq uzun müddətli iş zamanı skelet əzələsində 

meydana  çıxan  dəyişikliklər  nəticəsində  yaranır  və  işg-  örmə 

qabiliyyətinin aşağı düşməsinə gətirib çıxaran enerji ehtiyatlarının 

tükənməsi və süd turşusunun (“yorğunluq maddəsi”) toplanması ilə 

bağlıdır. Fiziki işin ardınca gələn bərpaedilmə fazası zamanı enerji 

ehtiyatları bərpa olunur, süd turşusu ilə kənar edilir. 

Dinamiki iş zamanı yorğunluq. Yorğunluğun son həddindən 

aşağı həddə yerinə yetirilən iş zamanı hərəkətlərin xarakteri (təbiəti) 

əzələlərin boşalması üçün lazım olan kifayət qədər müddətlə təmin 

edir  ki,  bu  müddət  ərzində  yığılmalar  zamanı  istifadə  olunan 

makroerqik fosfat birləşmələri bərpa olunur, mübadilənin sonuncu 

məhsulları  isə  kənar  edilir.  Boşalma  müddəti  bərpaedilmə  üçün 

zəruri  olan  müddətə  uyğun  gəlir.  Bu  halda  yorğunluğun  qalıq 

əlamətləri müşahidə olunmadığına görə belə işi yorucu olmayan iş 

adlandırırlar.  Yorğunluğun  son  həddindən  yuxarı  həddə  yerinə 

yetirilən  iş  zamanı  fasiləsiz  bərpaedilmə  imkanı  olmur,  belə  ki, 

boşalma  müddətinin  uzunluğu  bərpaedilmə  üçün  zəruri  olan 

müddətdən  azdır.  Enerji  ehtiyatlarının  bərpa  edilməsi  və  süd 

turşusunun  kənar  edilməsi  tam  olaraq  baş  vermir  və  qalıq 

yorğunluğun  son  həddindən  yuxarı  həddə  olan  şəraitdə  əzələ 

yorğunluğunun  dərəcəsi  fizioloji  (məsələn,  bərpaedilmə  müddəti, 

bərpaedilmənin nəbzi cəmi) əsasında təyin edilə bilməz. 



Axsaq  at  sindromu.  Bu  sindrom  əzələlərin  keyləşməsi  və 

xəstə  olmasından  ibarət  olub,  çox  zaman  hesab  edildiyi  kimi 

əzələlərdə süd turşusunun toplanması ilə şərtlənmir. Təzyiq al 

396 

downloaded from KitabYurdu.org



tında və hərəkət zamanı əzələ ağrısı iş zamanı toplanan süd turşusu 

əzələdən kənar edildikdən sonra yaranır. Belə xəstəlik halının fərqi 

daha artıq miqdarda təzahür etdiyi əzələlərin xeyli dərəcədə qüvvə 

(güc) yaratması laktat mexanizmi ilə uyğunsuzluq təşkil edir; bu o 

hallar üçün daha ədalətli hesab olunur ki, bu zaman tormozlanma ilə 

həyata  keçirilən  iş  şəraitində  (mənfi  iş)  belə  əzələdaxili  əlaqənin 

(koordinasiyanın)  pozulması  baş  verir.  Xeyli  dərəcədə  səylərin 

inkişaf etməsi Z- lövhəciklər (plastinkalar) nahiyəsində rabitəsizliyə 

(qırılmaya) səbəb olur, onların bərpa olunmasının ölçüsünə uyğun 

olaraq  müəyyən  müddətdən  bir  əzələ  ağrılarını  əmələ  gətirən 

maddələrin ifraz olunması baş verir. 

Statik iş zamanı yorğunluq. Gündəlik həyatda mühafizə etmə 

(tutub saxlama) ilə bağlı olan iş adətən yorğunluq son həddən yuxarı 

olur.  Onun  əmələ  gətirdiyi  yorğunluq  ardıcıl  olaraq  enerji 

ehtiyatlarının tükənməsi ilə əlaqədardır. Maksimal qüvvənin 50%-

dən az olmayan hissəsini tələb edən və 

dəqiqədən artıq davam edən 



mühafizə  xarakterli  iş  şəraitində  qan  axını  işgörmə  qabiliyyətini 

məhdudlaşdıran amil kimi çıxış edir. 



Əsəbi -psixiyorğunluq 

Əsəbi  -  psixi  (mərkəzi)  yorğunluq  mərkəzi  sinirlə  tənzim- 

lənmədəki  pozğunluqların  təsirindən  əmək  qabiliyyətinin  aşağı 

düşməsinə  gətirib  çıxarır.  Onun  tipik  əlamətləri  arasında  in-

formasiyanın ötürülməsinin ləngiməsini, təfəkkürün funksiyalarının 

və məsələlərin həllinin pisləşməsi, sensor qavrama və sensomotor 

funksiyanın zəifləməsinin aşağı düşməsi ilə müşayiət olunur, bəzən 

ona  görə  depressiyaya  (ruh  düşgünlüyünə)  meyllilik,  səbəbsiz 

narahatçılıq və ya fəallığın aşağı düşməsi, həmçinin tez əsəbləşmək 

və qərarsızlıq əsəbi-psixi yorğunluğu əmələ gətirir: 

1) 


diqqətin cəmləşməsini tələb edən uzun müddətli əqli iş; 

2) 


ağır fiziki iş; 

3) 


monoton ritmdə yeknəsəq iş; 

4) 


əmək üçün qənaətbəxş hesab olunmayan səs-küy, zəif 

işıqlanma və havanın temperaturu; 



397 

downloaded from KitabYurdu.org



5) 

mübahisə, fikir (təşviş) və ya işə marağın olmaması; 

6) 

xəstəlik, ağrı və qidalanmanın çatışmaması. 



17.13.  Həddindən artıq yüklənmə (iş) və üzülmə 

Həddindən artıq yüklənmə (iş) yüklənmə sindromunun ortaya 

çıxması  ilə  şübhəsiz  olur,  uzun  zaman  ərzində  yorğunluq 

bərpaedilmə  ilə  tam  olaraq  kompensasiya  olunmadıqda  (xroniki 

pozğunluq)  və  ya  iş  stimulyatorların  təsiri  altında  yetirilərkən 

qısamüddətli yüklərin maksimal həddini aşıb keçən zaman (kəskin 

pozğunluq).  Xüsusilə  ağır  hallarda  pozanın  saxlanmasında  və 

hərəkətlərdə  iştirak  edən  orqanlar  zədələnir,  (sümüklərin  sınağı, 

əzələ və əzələ liflərinin dartılması, fəqərəa- rası disklərin yerindən 

oynaması,  oynaqların  menisklərinin  zədələnməsi).  Bəzi  fəaliyyət 

növlərində  zamanın  uzun  müddət  ərzində  skelet-əzələ  sisteminə 

ifrat dərəcədə mexaniki yük təsir göstərirsə, bu sistemin funksiyası 

pozula  və  daimi  zədələnmə-  lərin  yaranması  -  məsələn,  yük 

maşınları və traktor sürücülərində onurğa sütununun deformasiyası 

mümkün ola bilər. 

Çox zaman oynaq, bağ və əzələ liflərinin zədələnməsi idman 

sahəsində fəal məşqetmə və idman yarışlarında meydana çıxır. 

Tükənmə  o  halda  baş  verir  ki,  intensivliyi  dözümlüyün  son 

həddində yüksək olan fiziki və ya əqli iş kifayət qədər sürətlə başa 

çatmır və ya (təkrar maksimal iş zamanı) bərpa- edilmənin mümkün 

olması üçün kifayət qədər uzun müddətə dayandırılmır. Əgər bir çox 

tənzimedici  sistemlərin  funksiyaları  pozulursa,  həddindən  artıq 

yorulma qaçılmaz olaraq işin dayandırılmasına gətirib çıxarır. 

Kəskin  tükənmə  termini  ağır  yorucu  iş  zamanı  işgörmə 

qabiliyyətinin  kəskin  aşağı  düşməsi  şəraitində  tətbiq  edilir. 

Tükənmə  vəziyyəti  kəskin  metabolitik  asidozla  müşayiət  olunur  - 

qanda pH 

6

,



8

-ə qədər və əzələdə 6,4-ə qədər aşağı düşür. Yarışmalar 

və məşqlər zamanı idmançılarda bu qiymətlər demək olar ki, normal 

şəkildə qeydə almır, onlar xroniki poz 



398 

downloaded from KitabYurdu.org



ğunluqlardan əziyyət çəkmirlər. Fövqəladə vəziyyətlərdə daha ağır 

tükənmə yarana bilər və bu halda pozğunluqlar daimi xarakter əldə 

edə bilər. Üzülməyə səbəb yükdən sonra bərpaedil- mə üçün vacib 

olan vaxt tükənmənin ağırlığına mütənasib olaraq artır. 

Əgər  gərgin  iş  uzun  müddət  ərzində  davam  edirsə  və  ya 

həddindən  artıq  tez-tez  təkrar  olunursa  xroniki  tükənmə  ad-

landırılan  vəziyyət  yarana  bilər.  O,  tənzimləyici  sistemlərin 

(məsələn,  böyrəküstü  vəzn  qabıq  maddəsi)  uzunmüddətli  poz-

ğunluqları  ilə  müşayiət  olunur,  bəzi  hallarda  bu  pozğunluqlar  o 

qədər ağır olur ki, ölüm baş verir. 

Əvvəllər  mövcud  olan  təsəvvürlərin  əksinə  olaraq  indi 

məlumdur  ki,  maksimal  fiziki  iş  şəraitində  sağlam  adamın  ürək-

damar  sisteminin  funksiyası  nəzərəçarpacaq  dərəcədə  dəyişilmir. 

Ağır fiziki iş zamanı miokarddan daha tez olaraq skelet əzələləri 

yorulur; “idmançı ürəyində” patoloji deyil, adaptiv (uyğunlaşmış) 

dəyişikliklər  mövcud  olur.  Lakin  ürək  xəstəliklərindən,  məsələn, 

tac damarlarının sklerozundan əziyyət çəkən adamlarda həddindən 

artıq fiziki yük ürəyin zə- dələnməsinə səbəb ola bilər, oxşar nəticə 

dopinqin  tətbiq  edilməsi  ilə  də  mümkün  ola  bilər.  Hətta  xarici 

görünüşü sağlam olan adamlarda belə tükənmə güman olunur ki, 

mədəciklərin fibrilyasiyası nəticəsində letal kollapsa gətirib çıxara 

bilər (baxmayaraq ki, onun ehtimallığı həddindən artıq azdır). 



Həyəcan siqnalı və uyğunlaşma sindromu vegetativ sinir və 

endokrin  sistemlə  sıx  bağlıdır.  Hər  iki  sistem  müxtəlif  yüklərə 

stereotip  olaraq  reaksiya  göstərir.  Əvvəlcə  adrenalin  və 

noradrenalin  hormonlarının,  daha  sonra  qlükokartikoidlərin 

sekresiyasını  stimulyasiya  edən  AKTH-in  güclü  surətdə  ifraz 

olunması  baş  verir.  Həyəcan  reaksiyası  termini  bu  vəziyyətə  o 

hallarda  tətbiq  olunur  ki,  reaksiyaya  cavab  daha  kəskin  bü-  ruzə 

verilir;  bu  şəraitdə  orqanizmin  vəziyyəti  stress  adlanır,  stresi 

yaradan  vəziyyətləri  isə  stresə  səbəb  vəziyyətlər  adlandırırlar  ki, 

bunlara  bütün  güclü  fiziki  və  sinir-psixi  yüklər,  o  cümlədən 

həddindən artıq ağır iş soyuma və qızma, udulan havadakı oksigen 

çatışmazlığı, hipoqlikemiya, xəstəliklər, cər- 



399 

downloaded from KitabYurdu.org



rahiyyə əməliyyatları, yaralar, ağrı və hiddət aid edilir. Stresə səbəb 

olan  amillər  uzun  müddət  ərzində  təsir  göstərərsə  böy-  rəküstü 

vəzilərin  qabığının  hipertrofiyasma  səbəb  olan  uyğunlaşma 

sindromu  yaranır.  Stress  zamanı  güclü  surətdə  adrenali-  nin  ifraz 

olunması  vegetativ  sinir  sitemi  ilə  mühafizə  olunan  ehtiyatların 

səfərbərliyə  alınmasına  gətirib  çıxarır.  Nəticədə  sağlamlıq  üçün 

təhlükə ilə bağlı olan işgörmə qabiliyyətinin zahiri artması baş verir. 

Belə fikir mövcuddur ki, xüsusilə sinir-psixi amillərdə kifayət 

qədər bərpaedilmə mümkün deyilsə, funksional pozğunluqlar əmələ 

gətirə  bilərlər;  belə  sindrom  “vegetativ  disto-  niya”  adlanır.  Bu 

zaman müşahidə edilən tipik simptomlar - yuxunun pozulması, qan 

dövranının tənzim olunmasında olan dəyişikliklər, qəflətən tər ifraz 

olunması, daimi yorğunluq və ümumi işgörmə qabiliyyətinin aşağı 

düşməsidir. 



İŞİN YERİNƏ YETİRİLMƏSİ ŞƏRAİTİNDƏ 

ƏKS OLUNMA VƏ TƏNZİM OLUNMA 

İdmanda hər bir adamın öz fiziki imkanları  və ehtiyatlarını 

uyğun  olaraq  yük  tənzimetmə  qabiliyyəti  xüsusilə  aydın  şəkildə 

büruzə  verilir;  məqsədə  nail  olmayana  qədər  adətən  tükənmə  baş 

vermir.  Eyni  hal  həm  mövsümi  iş  (məsələn,  məhsul  yığımı)  və 

günün  müəyyən  vaxtında  təsadüf  edilən  digər  yüklər  üçün 

xarakterikdir. 

Fəaliyyətin  bir  çox  növləri  ağır  və  yüngül  işin  növbə-ləş- 

məsi ilə bağlıdır, həm də bu əvəzolunmanı günün saatları arasında 

elə bölüşdürmək olar ki, tükənmə baş verməz. Buna uyğun olaraq 

normal  şəraitdə  insanlar  öz  işgörmə  qabiliyyətinin  ehtiyatlarını 

optimal  istifadə  etməklə  vaxtından  qabaq  yorulma  və  üzülmədən 

kənar  qaça  bilərlər.  Belə  vəziyyətdə  müşahidə  edilməsi  insanın 

fiziki  işi  zamanı  və  kəmiyyətinə  görə  bölüşdürülməsinə  nəzarət 

edən mexanizmin olması ilə əlaqədar hipotezm meydana çıxmasına 

səbəb  oldu.  Əgər  belə  tənzimləyici  mexanizm  həqiqətən  də 

mövcuddursa, o zaman üzülmə və həddindən artıq yüklənmə onun 

dekompensasiya əlamətləri 



400 

downloaded from KitabYurdu.org



kimi  xidmət  edir;  onlar  bərpaedilmə  dövründə  məcburi  keçidin 

hesabına  işgörmə  qabiliyyətinin  itkisinin  qarşısım  alan  “qəza 

əyləci” ekvivalenti kimi çıxış edirlər. Bu mənşəli dekompensa- siya 

gərginlik  və  bərpaedilmə  arasında  tarazlığın  xarici  təsirlərin  - 

məsələn,  yığma  xətlərində  bəzi  işlər,  xüsusi  motivasiya 

(hədiyyələrin  oynanılması)  və  ya  əks  əlaqə  siqnallarının  po-

zulmasının təsiri altında pozulan zaman baş verir. 

17.14.  İşgörmə qabiliyyətinin dəyişilməsi. 

Sirkad ritmi 

Fiziki və zehni işgörmə qabiliyyətini müəyyən edən bir çox 

amillər  gün  ərzində  sistematik  olaraq  dəyişir.  Adi  şəraitdə  bu 

ritmlər  adətən  xarici  təsirlərlə  “ört-basdır”  edilir,  buna  görə  də 

ritmlərin  aşkar  edilməsi  ilə  aparılan  əksər  eksperimentlərdə 

müayinədən keçirilən şəxsi tamamilə ətraf mühitdən izolə edirlər. 

Belə  təcrübələr  göstərmişlər  ki,  müxtəlif  xarakterli  xarici 

“cəlbedici” (ritm verən) amillərin vasitəsilə daxili “sirkad” ritmi 24 

saatlıq - sutkalıq tsikillə sinxronlaşdırılıb. 

İş şəraitində və ya laborator testlərdə işgörmə qabiliyyətinin 

dəyişilməsinin sutka ərzində sistematik tədqiq edilməsi nəinki bir 

adamdan digərinə doğru, eləcə də yaranan tələbatlardan asılı olaraq 

kifayət  qədər  olan  variasiyaları  aşkar  etməyə  imkan  verir.  Əksər 

hallarda isə hazırlıq sutkanın vaxtı arasında əlaqəni nümayiş etdirən 

əyri  özündə  qaz  sayğaclarının  göstəricilərinin  müəyyən  edilməsi 

şəraitində  səhvlərin  tez-  tez  təkrarlanmasının  qiymətləndirilməsi 

üzrə  19  il  ərzində  müxtəlif  şəxslərlə  aparılan  təcrübələrdə  alınan 

orta nəticələri əks etdirir. Əksər qrup insanlar üçün sutka ərzində 

alınmış qiymətin orta səviyyəli ritminin bu əyrisini bütün insanlara 

və əmək fəaliyyətinin bütün nömrələrinə şamil etmək olmaz (şəkil 

4). 

401 

downloaded from KitabYurdu.org



 

Şəkil 4. 

Sutka ərzində "işə fizioloji hazırlığın" dəyişməsi. Koordinat oxu boynca 

orta sutkalıq qiymətdən (%) kənara çıxmalar. 

17.15. Növbəli iş 

Növbəli işin ən geniş yayılmış forması üçnövbəli sistemdir. 

Sutkanı  adətən  saat 

8

,  16  və  24-də  başlayan  üç  səkkiz  saatlıq  iş 



növbəsinə  bölürlər.  Müxtəlif  növbələrdə  işləyən  şəxslərdə  ritm 

verən xarici  siqnalların  desinxronizasiyası  baş verir. Qeyd etmək 

lazımdır  ki,  Yerin  fırlanmasından  asılı  olan  təbii  siqnallar  isə 

növbədən  asılı  olaraq  dəyişir.  Uyğunlaşmaq  ilə  əlaqədar  olan 

çətinliklər növbənin dəyişilməsinin ilk günlərində xüsusilə nəzərə 

çarpır.  Göstərilmişdir  ki,  insanlar  öz  bioloji  ritmlərinin 

səviyyəsində növbəli işə heç bir zaman uyğunlaşmırlar. Bu zaman 

müxtəlif  növbələrdə  işləyənlərin  daha  ciddi  problemləri  qeyri-

adekvat  (həm  keyfiyyət,  həm  də  kəmiyyətcə)  yuxu,  qənaətbəxş 

olmayan qidalanma (tərkib və qidalanma vaxtına görə), həmçinin 

ailəvi  istirahətlə  bağlı  fəaliyyətdən  ayrılma  nəticəsində  yaranır.

 



İnsanlar  daimi  gecə  və  ya  növbəli  işə  uyğunlaşma  qabiliy-

yətinə  görə  fərqlənirlər.  Bir  çoxları  daimi  gecə  işində  (məsələn, 

restoranlarda,  redaksiyalarda,  xəstəxanalarda)  heç  bir  çətinlik 

olmadan  dözür,  digərləri  üçün  isə  bu  iş  çox  ağır  gəlir.  Konkret 

olaraq bu insan qabiliyyətinə, şəxsə həyatının xüsusiyyətlərinə və 

işin xarakterinə görə növbəli işə yarayıb-yaramaması çox 



402 

downloaded from KitabYurdu.org



vaxt işə başladıqdan bir neçə ay sonra aydın olur. Qeyri- yararlılıq 

özünü  məsələn,  funksional  pozğunluqlarda  göstərə  bilər. 

Fəaliyyətin  bu  növünə  yararlı  olmayan  şəxs  təcili  olaraq  növbəli 

sistemi tələb etməyən işə keçməlidir. 

Müxtəlif mövcud sistemlərdən göründüyü kimi ideal növbəli 

rejim mövcud deyil. Səbəb kifayət qədər dəyişkən olan amillərin - 

həm  işçinin  nöqteyi-nəzəri,  həm  də  işin  qoyduğu  tələblərin 

təsirindəndir.  Əmək  prosesinin  mükəmməlləşməsinə  yönəlmiş 

təkliflər  mövcud  sistemin  mürəkkəbliyini  və  əlavə  şərtlər  lazımi 

dərəcədə nəzərə almırsa, onlar nadir hallarda müvəffəqiyyəti təmin 

edirlər. 

Çox  zaman  növbəli  iş,  məsələn,  sənayedə,  həmçinin  digər 

professional dairələrdə (xəstəxanalar) qaçılmazdır. Bu halda əmək 

və  istirahət  elə  şəkildə  planlaşdırılmalıdır  ki,  növbə  və  gecə 

işçilərinin qüvvələrinin bərpa edilməsində olan tələbatla ödənilsin. 

17.16.  İşgörmə  qabiliyyətinin  mühafizə  edilməsi  (saxlanması) 

və 

artırılması 

işgörmə qabiliyyətinin mühafizə edilməsi. Bu baxımdan bəzi 

amillərin təsirini və onların arasında işçi yükün düzgün seçilməsi və 

fasilələrin  bölüşdürülməsi,  optimal qidalanma, həmçinin  yuxunun 

kəmiyyət və keyfiyyət nöqteyi-nəzərindən tamlığını nəzərə almaq 

lazımdır.  Düzgün  olmayan  dieta  yə  pozulmuş  yuxu  çox  vaxt 

sənayesi inkişaf etmiş dövlətlərin sakinlərinin işgörmə qabiliyyətinə 

və  ümumi  əhval-ruhiyyəsinə  təsir  göstərir.  Buna  görə  də  vəzifəsi 

işçi  və  idmançıların  sağlamlığına  nəzarət  etmək  olan  təbiblər 

onların  işgörmə  qabiliyyətinin  yüksək  səviyyədə  saxlanılmasına 

çox qiymətli nailiyyətlər gətirə bilər. 

İnsanın  öz  boş  vaxtını  və  məzuniyyətini  necə  keçirməsi  də 

həmçinin  işgörmə  qabiliyyətinə  təsir  göstərir.  Əksər  qruplarda  iş 

həftəsi  qısaldığından  və  digər  məşğuliyyətlər  üçün  çox  vaxt 

qaldığından bu amil getdikcə daha vacib olacaqdır. 



İşgörmə qabiliyyətinin artırılması. İşgörmə qabiliyyətinin 

403 

downloaded from KitabYurdu.org



əsl  artımına  yalnız  məşq  etməklə  nail  olmaq  olar;  digər  tədbirlər 

vegetativ sinir sistemi ilə mühafizə olunan ehtiyatların səfərbərliyə 

alınmasının  hesabına  yalnız  zahiri  yüksəlməyə  səbəb  olurlar.  Bu 

mühafizə  xüsusi  motivasiya  şəraitində,  ekstremal  vəziyyətlərdə  və 

ya formokoloji preparatların təsiri altında dəf edilə (aradan qaldırıla) 

bilinər. 



Dopinqin  qəbul  edilməsi.  Bu  termin  formokoloji  prepa-

ratların köməyilə işgörmə qabiliyyətinin artırılması cəhdi mənasını 

verir.  Belə  hesab  edirlər  ki,  bəzi  maddələr  vegetativ  sinir  sistemi 

tərəfindən  mühafizə  olunan  ehtiyatları  səfərbərliyə  almağa 

qabildirlər;  bura  adrenalinin  effektini  imitasiya  edən  (yəni,  süni 

həyəcan reaksiyası  yaradan) və  ya əlaqə mexanizmi üzrə nəzarəti, 

buna uyğun olaraq informasiyanın ötürülməsini aşağı salan və yaxud 

informasiyanın  işlənməsini  pozan  (psixo-  aktiv  preparatlar) 

preparatlar aid edilir. Beləliklə,  dopinqin qəbul edilməsi sağlamlıq 

üçün  kifayət  qədər  təhlükə  ilə  bağlıdır.  Stimulyatorlar  ağır 

funksional pozğunluqlara səbəb olurlar. Sağlamlığın tez-tez sıradan 

çıxmasının,  hətta  ölümə  gətirib  çıxaran  kollapsin  səbəbkarı  kimi 

xidmət edirlər. 

Bundan  əlavə  yüksək  dərəcəli  idmanda  arzuolunan  və  ona 

yaxın nəticələrin alınmasında bu stimulyatorların tətbiq edilməsi ilə 

bağlı kifayət qədər fikir ayrılığı mövcuddur. 

Anabrliklər dopinqin bir variantıdır; bu maddələr əzələlərdə 

zülalın  əmələ  gəlməsini  artıran  və  sürətləndirərək  kişi  cinsiyyət 

hormonlarının  anabolitik  effektini  təkrarlayırlar.  Sağlamlıq  üçün 

təhlükə  onların  hormonal  tarazlığa  əlavə  (əks)  təsiri  və  həddindən 

artıq  yüklənməyə  görə  vətər,  bağ  və  oynaqların  zədələnmələrinin 

mümkünlüyü ilə bağlıdır. 



17.17.  Məşqetmə (təlim) 

Təlim (məşq) zamanı uyğunlaşma prosesləri. 

Tərif:  Təlim  termini  burada  onun  sistematik  məşğələ  (ça-

lışma)  forması  olmasından  və  ya  gündəlik  həyatda  öz-özünə  baş 

verməsindən  asılı  olmayaraq  insanın  dəfələrlə  müəyyən  fiziki  və 

zehni işi yerinə yetirilməsi mənasında işlədilir. Təlim 



404 

downloaded from KitabYurdu.org



orqanizmdə  işgörmə  qabiliyyətinin  mühafizə  edilməsi  və  artı-

rılmasına şərait yaradan uyğunlaşma proseslərinin fəallaşma- sma 

gətirib  çıxarır.  Bu  isə  fərdi  təcrübə  toplamağa  səbəb  olur.  Fərdi 

təcrübə toplamağa təlim deyilir. 

Məşq prosesini təqdim olunan şəkildəki sxemin köməkliyilə 

təsvir  etmək  olar;  məşqin  müəyyən  həcmi  yük  tərəfindən  verilir, 

məşq  işin  bir  forması  hesab  olunur,  təlim  görmüş  (təcrübəlilik) 

vəziyyəti isə bir sıra fizioloji sistemlərin uzunmüddətli uyğunlaş-

masında əks olunur. Halbuki, təlim görmüşlülük vəziyyəti işgörmə 

qabiliyyətinə ekvivalent deyil. Bəzi şəxslər daha intensiv təlimdən 

sonra  təlim  görmüşlülüyün  ən  yüksək  səviyyəsində  olmaqla  orta 

səviyyədən intensivlik və ağırlığına görə cüzi artıq olan işi yerinə 

yetirməyə qadir olurlar, baxmayaraq ki, çox az təlim görmüş digər 

şəxslər bundan daha yorucu işi yerinə yetirməyə qabildirlər. Bunun 

səbəbi  sözsüz  ki,  işgörmə  qabiliyyətinin,  həmçinin  istedadla  da 

müəyyən  olunmasmdadır.  Bu  termin  özündə  təlimdən  asılı 

olmayaraq  işgörmə  qabiliyyətinə  təsir  göstərən  bütün  amilləri 

özündə  birləşdirir.  Belə  xassə  ya  anadangəlmə  olub,  ya  da  erkən 

uşaqlıqda  qazanılmış  və  möhkəmlənmiş  olur.  Beləliklə,  işgörmə 

qabiliyyəti  istənilən  vaxt  həm  təlimdən,  həm  də  istedaddan  asılı 

olur. 

Müəyyən  məqsədə  yönəlmiş  təlim.  Əsas  prinsip  ondan 

ibarətdir  ki,  işgörmə  qabiliyyətinin  yüksəldilməsi  ilə  müşayiət 

olunan  hərəkətlərin  konkret  ardıcıllığını  məşq  etmək  lazımdır. 

Yalnız belə məqsədyönlü təlim bu və ya digər xüsusi iş üçün vacib 

olan  bütün  komponentlərin  optimal  uyğunlaşmasını  təmin  edir. 

Cərrahiyyə 

əməliyyatının 

yerinə 


yetirilməsi 

bacarığını 

təkmilləşdirmək  üçün  əməliyyat  aparmaq,  avarçəkmə  şəraitində 

işgörmə  qabiliyyətinin  yüksəldilməsi  üçün  daha  çox  avarlamaq 

lazımdır. Təlimin digər formaları yalnız əlavə kimi əhəmiyyətlidir. 

17.18.  Hərəkət azlığı. Müalicəvi bədən tərbiyəsi 

Hərəkətin azlığı (hipodinamiya) epidomoloji baxımdan vacib 

risk (təhlükə) amili hesab olunur. Siqaret çəkmə, yüksək 

405 

downloaded from KitabYurdu.org



təzyiq, piylənmə, şəkərli diabet və pozulmuş yağ mübadiləsi kimi 

əsas hesab olunan və özlüyündə həyatın orta statistik davametmə 

müddətinin kifayət qədər aşağı düşməsi ilə korrelyasiya təşkil edən 

amillərdən fərqli olaraq, hərəkət azlığı ilə şərtlənən risk (təhlükə) 

mübadiləsi predmeti olaraq qalır. Çox güman ki, istənilən risk amili 

- məsələn, hiperteneziya və meta- bolitik pozğunluqlardan əziyyət 

çəkən xəstələrdə müşahidə edilən tipik ağırlaşmalar şəraitində fiziki 

aktivlik bəzi profilaktik əhəmiyyətə malik olur. 



Müalicəvi bədən tərbiyəsi. Ürək-damar sisteminin xəstəlik-

lərindən  əziyyət  çəkən  insanlarda  dözümlülüyün  artırılması  üçün 

edilən  məşq  və  hərəkət  aparatının  xəstəlikləri  zamanı  yerinə  ye-

tirilən gimnastik çalışmalar profilaktik əhəmiyyətdən başqa həm də 

müalicəvi  dəyərə  də  malik  ola  bilər.  Lakin  müalicə  məqsədilə 

xəstələrdə  fiziki  çalışmalar  yalnız  həkim  məsləhəti  ilə  və  ciddi 

həkim  nəzarəti  altında  istifadə  edilməlidir.  Arzu  olunan  və 

profilaktik  effektləri  idman  məşğələləri  zamanı  alman  travma 

(zədə)  təhlükələri  ilə  üst-üstə  qoymaq  lazımdır,  onu  da  nəzərə 

almaq lazımdır ki, bir çox insanlar (heç də hamı deyil) belə hesab 

edirlər  ki,  fiziki  aktivlik  onların  ümumi  əhval-ruhiyyəsinin 

yaxşılaşmasına köməklik göstərir. 



Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin