371
downloaded from KitabYurdu.org
İstilik vermənin sürəti dəridə əmələ gəlmə yerindən asılı olaraq
istilik vermənin sürəti (əsasən qan cərəyanı ilə) və dəri vasitəsilə
istiliyin xarici mühitə verilmə sürətidir.
Dəri və dərialtı piy toxuması xarici mühitin müxtəlif
temperatur şəraitində belə temperaturun bədəndə saxlanması üçün
istilik izolyatoru rolunu oynayır.
Normal bədən temperaturunun qorunması məqsədilə
orqanizmdə istilik təşkilinin çoxalması heyvanın soyumaya qarşı
təcili reaksiyasının nümunəsidir. Homoyotermli orqanizmlərdə
soyuğa uyğunlaşma əsasən onların bədəninin istilik izolyasiya
qabiliyyətinin çoxalması sayəsində baş verir; burada yun
örtüyünün, ləkələri, dərialtı piyin əmələ gəlməsi də böyük rol
oynayır. Dərialtı yağ təbəqəsinin inkişafı su məməliləri üçün
səciyyəvidir.
İnsanın bədən temperaturunu ya düz bağırsaqda (daha çox
uşaqlarda), ya da qoltuqaltında ölçülür. Adətən sağlam adamlarda
temperatur qoltuq altında 36,5-36,9°C-ə, düz bağırsaqda isə 37,2-
37,5°C olur. Ən yüksək temperatur gündüz saat 16-18, ən aşağı
temperatur isə gecə saat 3-4 arasında olur. Orqanizmdə normal
temperatur dəyişilməsi kimyəvi və fiziki tənzimləmə yolları ilə olur
(şəkil 7).
Şəkil 7.
Bədən temperaturunun saxlanılmasında fiziki və
kimyəvi tənzim mexanizmlərin əlaqəsi.
372
downloaded from KitabYurdu.org
Fiziki tənzim orqanizmin toxuma və hüceyrələrində is-
tiliyin verilmə intensivliyinin dəyişilməsi, kimyəvi tənzim isə
hüceyrə və toxumalarda maddələr mübadiləsi intensivliyinin
qüvvətlənməsi və zəifləməsi səviyyəsi ilə xarakterizə olunur.
İstiliyin kimyəvi baxımdan tənzimlənməsi mühitin cüzi
temperaturunda böyük əhəmiyyət kəsb edir. İstiliyin təşkili
heyvanın müxtəlif orqan və toxumalarında baş verən oksid-
ləşdirici ekzotermik reaksiyalar nəticəsində, daha intensiv istilik
təşkili prosesi isə əzələ sistemində baş verir. Beləliklə, heyvan
orqanizmində istilik təşkilinin səviyyəsini təyin edən əsas amillər
qida və daha çox isə əzələlərinin fəaliyyətidir.
Bədənin daxilində və xaricində temperatur müxtəlif olur.
Məsələn, ən çox daxildə qaraciyərdə (37,8-28,3°S), ən az isə
bədənin səthində - dəridə (29,5-35,9°S) olur.
Dəridə ürəyin damarlara vurduğu qanın O-dan 30%-ə
qədəri cərəyan edir. Dəri tənzim olunan effektiv istilik mübadilə
sistemidir, hansı ki, dəridə qan cərəyanı istiliyi bədəndən dəriyə
gətirən əsas mexanizmə malikdir. Əgər bədən temperaturu xarici
mühitin temperaturundan çox olarsa, onda bədən qanı bədən
səthində olan damarlarda cərəyan etdirməklə istiliyi dəri vasitəsilə
xarici mühitə verəcəkdir. Deməli, orqanizm istiliyi bədən səthi ilə
xaricə verir. İstiliyin xaricə verilməsi şüalanma, istilik nəqletmə,
konveksiya və buxarlanma vasitəsilə həyata keçirilir.
Şüalanma. 8-ci şəkildən görünür ki, çılpaq insan otaq
temperaturunda xarici mühitə buraxılan istiliyin 60%-ni, dalğa
uzunluğu 760 mm olan infraqırmızı şüalanma dalğaları vasitəsilə
itirir.
Konveksiya - istiliyin (15% qədər) havanın hərəkət edən
hissəcikləri və su vasitəsilə itirilməsinə deyilir. Konveksiya yolu ilə
verilən istilik, havanın hərəkəti zamanı (ventilyator, külək) artır.
Suda çimən zaman itirilən istiliyin miqdarı, konvek- siyası,
havadan dəfələrlə çox olur.
Nəqletmə - bədənin səthinin hər hansı fiziki cisim ilə
təmasda olma zamanı (məsələn, stul, balınc, paltar və s.) təmas yolu
ilə istiliyin nəql olunması (3% qədər) baş verir. Şüa-
373
downloaded from KitabYurdu.org
lanma, konveksiya və nəqletmə yolu ilə istiliyin verilməsi, bədən
temperaturu xarici mühitin temperaturundan çox olduqda baş verir.
Əgər bədən səthinin temperaturu xarici mühitin temperaturuna
bərabər və ya aşağı olarsa onda orqanizmin bu üsulla istilik verməsi
təsirləri olmur.
Buxarlanma - yüksək temperatur istilik xaric etmənin
zəruri mexanizmidir. Bədən səthi ilə suyun buxarlanması hər qram
buxarlanmış su üçün 0,58 kkal istilik itirilməsinə səbəb olur. Hətta
gözə görünməyən tər ifrazı zamanı gündə su bədən səthindən və
ağciyərlərdən 450-dən 600 ml qədər xaric olur ki, Bu da saatda 12-
16 kkal istilik itirməyə səbəb olur.
Cüzi buxarlanma - su molekulunun tənəffüs səthindən və
dəridən arası kəsilmədən diffuziyasının nəticəsidir, buna
temperatur tənzimi sistemi nəzarət edə bilmir.
Mühitin temperaturunun bədən temperaturundan yüksək
olması bədən temperaturunun yüksəlməsinə səbəb olur. Bu şəraitdə
artıq istiliyin xaric edilməsi və soyuma ancaq tər ifrazı ilə həyata
keçirilir. Dərinin ətrafında havanın hərəkəti buxarlanmanm sürətini
artırır (Ventilyatorun soyutma effekti).
374
downloaded from KitabYurdu.org
Tər ifrazı - orqanizmin xarici mühitin dəyişilən şəraitinə ən
mühüm uyğunlaşma reaksiyalarından biridir. Gündəlik həyatda 2
növ tər ifrazı müşahidə olunur. Termo tənzimləmə (fiziki iş və ətraf
mühitin temperaturunun yüksəlməsi zamanı, cavab olaraq bütün
bədən temperaturun yüksəlməsi baş verir) və psixogen (emosional
stresə cavab olaraq adətən lokal, lakin bəzən generalizasiya
olunur).
Tər vəzilərinə malik olan insanda və bəzən digər hey-
vanlarda istiliyin ayrılmasının daha iri fizioloji mexanizmi tər
ifrazıdır. İnsanda müxtəlif dəri sahələri üçün tər ifrazı başlan-
masına şərait yaradan dərinin ilkin temperaturu 30-32°C-yə
bərabərdir. Hava temperaturunun artması ilə tər ifrazı daha intensiv
şəkildə artır. Bu zaman adətən rütubətin dəri səthindən
buxarlanması onun ifrazından geri qalır. Hava temperaturunun
31°C çox olması zamanı insanda istiliyin verilməsində əsas rolu
buxarlanma oynayır. İnsan ətalət vəziyyətində buxarlanma yolu ilə
20%, əzələlərin işi zamanı isə 75-80%-ə qədər istilik itirir.
Orqanizmdə əsas mübadilə şəraitində saatda təqribən 330
kilo Coulun azad olmasını nəzərə alsaq, o zaman ağır fiziki iş
zamanı güclü tər ifrazı ilə insan orqanizmi istiliyin verilməsi
sayəsində ətraf mühitə 10-11 dəfə çox istilik ifraz edir.
Tər ifrazından başqa termo tənzimlənmənin vacib fiziki
amili kimi çıxış edən suyun buxarlanması tənəffüs hərəkətləri
tezliyinin dərinləşməsində, tənəffüsün çətinləşməsində təzahür
edir.
İnsan dərisinin üst səthi 20 mln. çox tər ifraz edən tər
vəzilərinə malikdir. Bu vəzilər tər ilə NaCl məhlulu ifraz edir və
termo tənzimi təmin edir.
Apokrin tər vəziləri (əzələaltı və qasıx vəzisi) feromen ifraz
edirlər və bədənin iyinin yaranmasında iştirak edirlər. Tərin ifrazı
işin növündən və xarici mühitin temperaturundan asılı olaraq
variasiya edir (şəkil 9).
Tər ifrazı mexanizmi mühitin temperaturuna adaptasiya olunur.
Akklimatizasiya olunmamış insanlarda isti iqlim mühiti onlarda
saatda 1 L qədər tər ifrazına səbəb olur. Akkli-
375
downloaded from KitabYurdu.org
matizasiya olunmuş adam saatda 2-3 L tər ifraz edir. Yüksək
səviyyəli tər ifrazı saatada 2-3 L tər yolu ilə verilməsinə səbəb
olmaqla normal temperaturu təmin edir. Akklimatizasiya za-
manı yüksək səviyyəli (buxarlanma) tər ifrazı elektrolit balan-
sının saxlanmasına səbəb olur. Böyrəküstü vəzin qabıq maddə-
sinin hormonu aldostoron natriumun tər vəzilərinin axarından
reabsorbsiya olunmasını stimulyasiya edir.
Tər ifrazı (L/saat) 1.42
27
32
38
43
Havanın temperaturu
Şəkil 9.
Müxtəlif temperatur şəraitində müxtəlif fəaliyyət zamanı tər ifrazı.
Bədən temperaturunun tənzimi. Termo tənzim sistemi əks
əlaqə prinsipinə uyğun işləyir və üç komponentdən ibarətdir, sensor
reseptorlar, mərkəzi inteqrator və effektor orqanlar sistemi (şəkil
10).
Reseptorlar
İnteqrator
Havanın
temperaturu
Şəkil 10.
Termotənzim sisteminin əsas komponentləri.
376
downloaded from KitabYurdu.org
16.2. Sensor reseptorlar
Mərkəzi neyronlar. Ön hipotalamus və onun preoptik
şöbəsində orqanizmin soyumasına daha çox reaksiya verən
termohissedici neyronlar vardır. Hipotalamusun arxa şöbəsi ilə
istilik hasilatının tənzimi həyata keçirilir. Dəri termoresep- torları
temperaturun 0,005°C minimal dəyişməsinə reaksiya verir və
termotənzim mərkəzini temperatur və onun cəld dəyişilməsi
haqqınla indiki məlumatla təmin edir.
Hipotalamik termostat. Mərkəzi və mühiti termoresep-
torlar haqqında məlumat hipotalamusun ön və preoptik sahəsində
«hipotalamik termostat» adlanan termotənzim mərkəzində birləşir.
Termotənzim mərkəzi daxili temperaturun daimi 37,1°C
saxlayır (temperatur tənziminin istiqamətləndirici nöqtəsi)
termotənzim
mərkəzindən
istiqamətləndirici
nöqtədən
temperaturun tərədüdü haqqında alman məlumatı effektor sistemə
nəql edir.
Bəzən xarici mühitin temperaturu normadan ya çox yüksək
(40-50°C), ya da çox aşağı (-50-60°C) olur. Belə şəraitdə fiziki və
kimyəvi tənzimləmə mexanizmləri homeostazın- orqanizmin daxili
mühitinin sabitliyini təmin edə bilmirlər. Belə şəraitdə bədənin
temperaturunun artması, yəni qızması - hipertermiya (qoltuq altında
temperatur 37°C-dən çox 38-40- 41°C) və ya azalması -
hipotermiya (qoltuq altında 35°C-dən aşağı olduqda) baş verir. Bu
zaman simpatik sinir sisteminin ya tormuzlanması (istilik azalır), ya
da oyanması (istilik əmələgəlmə artır) vəziyyəti dəyişir.
Soyuqda əvvəlcə əzələlərin təqəllüsü və ya titrəməsi baş
verir. Bir müddət sonra bədən temperaturu enməyə başlayır.
Heyvanlarda hissiyatm itməsi, reflektor reaksiyaların zəifləməsi,
sinir mərkəzlərinin oyanıcılığının azalması və s. hi- portemiya
zamanı maddələr mübadiləsinin intensivliyi kəskin surətdə
zəifləyir, tənəffüs ləngiyir, ürək döyüntüləri və qanın sistolik həcmi
azalır, arterial təzyiq enir.
Bədən temperaturunu aşağı salan mexanizm (şəkil 11.A).
377
downloaded from KitabYurdu.org
Bu mexanizm bədənin bütün sahələrində dərinin qan damarlarını
tam genişləndirərək dəriyə gətirilən istiliyin miqdarını 8 dəfə
yüksəldir. Arxa hipotalamusun simpatik aktivliyinin ləngiməsi
zamanı tər ifrazı buxarlanma hesabına baş verir.
Tər ifrazı buxarlanma hesabına istilik verməni artırır.
Bədən temperaturunun 1°C yüksəlməsi tər ifrazına səbəb olur, bu,
istilik əmələ gəlmənin səviyyəsini 10 dəfə aşağı salmaq üçün
kifayət edər.
Kimyəvi termogenez və titrəmə hesabına istiliyin əmələ
gəlməsi tormuzlanır.
Badən temperaturunu artıran mexanizm (şəkil ll.B). Də-
rinin əsas sahələrində damarların daralması bədən temperaturunu
artırır. Arxa hipotalamusun simpatik mərkəzindən fəallığı
sayəsində damarların daralması baş verir.
A
B
Şəkil 11. Temperaturun yüksəlməsi
və aşağı salınmasının effektor mexanizmləri.
Piloereksiya - bədənin tükünün düzlənməsi reaksiyası. Bu
reaksiya insanlarda heyvanlar qədər əhəmiyyətli deyil (hava
izolyatoru).
Simpatik sinir oyanması və trioksinin ifrazının artması və
əzələ titrəməsinin vasitəsilə istilik hasilatı əhəmiyyətli miqdarda
artır. Əzələ titrəməsi temperatur hasilatını 4-5 dəfə artıra bilər.
Titrəmənin hərəki mərkəzi arxa hipotalamusun dor- zamedial
hissəsində yerləşir. O xarici mühitin temperaturu yüksələndə
tormozlanır və əksinə onun azalması zamanı oya
378
downloaded from KitabYurdu.org
nır. Titrəmə mərkəzindən gələn siqnallar əzələ tonusunun yük-
səlməsinə səbəb olur. Yüksək əzələ tonusu iyvarı əzələ ritmik
reflekslərin yaranmasına səbəb olur ki, bu da titrəməyə səbəb olur.
Bədən temperaturunun sinir-humoral tənzimi. MSS-nin
müxtəlif şöbələrini qıcıqlandırmaq, zədələmək və ya çıxartmaq,
mikroelektrodlar qoyub sükunət və fəaliyyət potensialını qeyd
etməklə baş-beyin yarımkürələri zolaqlı cism, görmə qabarları,
hipotalamusun və s. bədən temperaturunun tənzimində rolu
müəyyən edilmişdir (şəkil 12).
Şəkil 12.
Temperatur tənziminin sinir mexanizmini nümayiş etdirən sxem. H -
hipotalamus; C - onurğa beynin boyun şöbəsi; TH - onurğa beynin döş şöbəsi;
I
və
II
-
beynin sütununun kəsilməsi;
III
- onurğa beynin kəsilməsi.
İlk dəfə Rise dovşanda zolaqlı cismi nazik uzun iynə ilə
(Rişe iynəsi dağıtdıqda temperaturun (2,5-3°-yə qədər) artdığını,
S.V.Renson isə temperaturu tənzim edən mərkəzin əsasən
hipotalamusda olduğunu apardığı təcrübələrlə isbat etmişdir.
Bu mərkəz hipotalamusda on şırımla (comissura ante-
379
downloaded from KitabYurdu.org
rior) görmə çarpazı (chiazma opticun) arasında olduğu müəyyən
edilib. Daxili sekresiya vəzilərindən böyrəküstü vəzin beyin
maddəsinin hormonu adrenalin, qalxanabənzər vəzin hormonu
trioksin humoral yolla bədən temperaturunun tənzimində iştirak
edirlər.
Böyrəküstü vəzidən ifraz olunan adrenalinin bədənə
yeridilməsi, xüsusilə əzələlərdə oksidləşmə prosesini sürətlən-
dirməklə, istiliyin əmələ gəlməsini artırır və dəri damarlarını
dartmaqla istiliyin verilməsini azaldır. Ona görə adrenalin bədən
temperaturunun yüksəlməsinə (adrenalin hipertermiyası) səbəb
olur.
380
downloaded from KitabYurdu.org
XVII FƏSİL
ƏMƏYİN FİZİOLOGİYASI.
17.1. Əməyin fiziologiyasının başlıca müddəaları
İş şəraitində və idmanla yüklənmiş orqanizmin funk-
siyalarının öyrənilməsi ilə sıx bağlı olan ekoloji Fiziologiya əmək
və idman fəaliyyəti nəticəsində meydana çıxan fiziki iş yükləri və
onların insana təsirinin analizi ilə məhdudlaşmayan fiziologiyanın
bir sahəsini təşkil edir.
Bir zamanlar ağır fiziki əmək həyatın ayrılmaz hissəsi hesab
olunurdu, lakin müasir işçilərin böyük əksəriyyəti vəziyyətin
qiymətləndirilməsi, məlumatın sürətlə qəbul edilməsi və
işlənməsini, həmçinin planlar işlənib hazırlanması və qərarlar qəbul
etmək (məsələn, yığma xətlərində, nəzarət bölgələrində və təcrübə
stansiyalarında) qabiliyyətini tələb edən məsələləri yerinə
yetirirlər. Əməyin fiziologiyası ilə məşğul olan tədqiqatçılar hətta
idman sahəsində belə bu psixoloji aspektlərə böyük diqqət
ayırmalıdır, baxmayaraq ki, burada adətən həlledici rolu fiziki səy
daşıyır.
Əgər fiziki yük öz təbiətindən asılı olmayaraq, həddindən
artıq ağır olarsa, orqanizm çox gərginləşir və sağlamlığın zəif-
ləməsi baş verir. Sağlamlıq anlayışı Ümumdünya Sağlamlıq
Təşkilatı (ÜST) tərəfindən aşağıdakı kimi müəyyən edilmişdir:
Yalnız xəstəlik və halsızlıq əksik olduğu tam fiziki, psixi və
sosial rifah (salamatlıq) vəziyyəti.
Fizioloji əməyin əsaslarını bilmədən əməyin humanist
şərtlərini müəyyən etmək qeyri-mümkündür. Beləliklə, müvafiq
ixtisas adamları fiziologiyanın bütün sahələrini cəlb etməklə insan
və onun iş yeri (idman meydanları da daxil olmaqla) arasında
qarşılıqlı təsirin öyrənilməsilə məşğul olurlar. Yalnız məsələyə bu
cür yanaşma imkan verir ki, iş şəraiti və ya maşının işçiyə
uyğunlaşmasını və əksinə işçinin iş şəraitinə adaptasiyasını
(yararlılıq testləri üzrə seçmə və ya təlim yolu ilə) asan
381
downloaded from KitabYurdu.org
laşdıran məsləhətlər işləyib-hazırlamaq olar. Bu mənada əməyin
fiziologiyasını insanın fıravanlığı istiqamətinə yönəlmiş elm kimi
nəzərdən keçirmək mümkündür.
YÜK, İŞ VƏ GƏRGİNLİK
Terminologiya. Yük, iş yerinə yetirən insandan asılı olmayan
parametrlərə malik xarici məsələdir. Eyni zamanda iş- yükə uyğun
reaksiya şəklində büruzə verilən fəaliyyətdir ki, bu insanın fərdi
xüsusiyyətlərindən asılıdır. Müəyyən işi yerinə yetirərkən
orqanizmin keçirdiyi gərginlik, müxtəlif fizioloji funksiyaların
dəyişməsində əks olunur. Qeyd olunan hər 3 kəmiyyəti ölçmək
mümkündür.
Yükün növləri. Sinir-psixi və fiziki ayırd edilir. Fiziki yükləri
adətən fiziki kəmiyyətlərlə xarakterizə etmək mümkün olsa da,
sinir-psixi yüklərə çox zaman dil ilə təsvir vermək olur. Sinir-psixi
yüklərə bəzi reaksiyalar sonrakı başlıqlarda müzakirə olunacaqdır.
Gərginliyi müəyən edən amillər. Orqanizmin ona verilən
yükün öhdəsindən gəlməsi üçün vacib olan fizioloji funksiyaların
yenidən qurulmasının dərəcəsi əsasən iki amildən - işgörmə
qabiliyyəti və fəaliyyətin effektivliyindən asılıdır.
işgörmə qabiliyyəti - yükə reaksiya vermə, müəyyən işi
yerinə yetirmək qabilliyyətidir. İş görmə qabiliyyəti sağlamlığın
vəziyyəti, təcrübəlilik, həmçinin görülən işə qarşı olan istedaddan
asılıdır. Hər bir ayrı-ayrı vəziyyətlərdə ona ətraf mühit (məsələn,
iqlim, günün saatı, səs-küy) və əqli fəaliyyət və emosional dairənin
ümumi vəziyyətinə təsir göstərir.
Faydalı iş əmsalı - sərf olunmuş səyin faydalı ölçüsüdür; işin
görülməsi zamanı insana verilən yük nə qədər yüksək olarsa, onun
iş görmə qabiliyyəti və faydalı iş əmsalı bir o qədər aşağı olar və
əksinə.
İŞİN TİPLƏRİ
Yükün xarakterindən asılı olaraq yerinə yetirilən iş də fiziki
və zehni ola bilər, baxmayaraq ki, gərginliyin göstəricilə
382
downloaded from KitabYurdu.org
rinə əsaslanaraq bu iki növ arasında hüdud qoymaq çox zaman
çətinlik törədir. Fiziki yük kimi fiziki işi fiziki kəmiyyətlərlə ifadə
etmək olar. Zehni və emosional işi isə (məsələn, incəsənət
yaradıcılığı və ya elmi tədqiqatlarda) adətən ölçmək olmaz.
Fiziki iş. Dinamiki iş o zaman yerinə yetirir ki, fiziki mənada
müəyyən məsafədə müqavimətin dəf edilməsi baş verir. Bu zaman
(məs., velosiped sürərkən, pilləkən və ya dağa çıxarkən) iş fiziki
vahidlərlə ifadə oluna bilər. (lVt = lC/s = İNm/s) Müsbət dinamiki
iş şəraitində əzələlər "mühərrik" vəzifəsində çıxış etdiyi halda,
mənfi dinamiki iş şəraitində "əyləc" rolunda çıxış edir (məsələn,
dağdan düşərkən).
Statik iş - izotermik əzələ yığılması zamanı əmələ gəlir.
Zehni iş -özündə təfəkkür və emosional komponentləri
cəmləşdirir. Təfəkkür komponentləri o zaman üstünlük təşkil edir
ki, iş ilk növbədə intellektual qabiliyyətlərin istifadə olunmasını
tələb edir. Məsələn, burada düşünmə və diqqətin bir yerə
cəmlənməsini tələb edən məsələləri, yaxud siqnalların aşkar
edilməsi və işlənməsini əşya və ya hadisələri izləyərkən məhsulun
keyfiyyətinə nəzarət zamanı və ya avtomobil idarə edərkən misal
çəkə bilərik. Emosional komponentlərin üstünlük təşkil etdiyi zehni
iş vegetativ sinir sisteminin konkret reaksiyaları ilə bağlıdır və
insanın əhval-ruhiyyəsində təzahür edir (sevinc, qəzəb, kədər
duyan zaman).
İşin digər növləri. Sensomotor fəaliyyət üçün ağır əzələ işi
deyil, müəyyən vərdiş və səriştə xarakterikdir (məsələn, cərrahiyyə
əməliyyatları və ya maşının yığılması). Gündəlik əmək
fəaliyyətində qarşılaşdığımız məsələlərin həll edilməsi çox zaman
işin müxtəlif növlərinin kombinasiyasının yerinə yetirilməsini tələb
edir.
ERQOMETRİYA
Erqometriya - fiziki işgörmə qabiliyyətinin müəyyən
edilməsi üsuludur. Erqometrlər işin görülməsi zamanı faydalı iş
əmsalını nisbi sabit səviyyədə saxlamaq imkanı verirlər; aşağıda
təsvir olunduğu kimi onlar 2 əsas növdə olurlar.
383
downloaded from KitabYurdu.org
Veloerqomethr. Müəyyən kütləyə malik stasionar velo-
sipedin çarxı məlum tormozlanma qüvvəsini uzadaraq fırlanır.
Fırlanmanın tezliyi nə qədər yüksək olarsa (dövrdən, d/dəq) və
tormozlanmanm qüvvəsi (f) nə qədər çox olarsa, bir o qədər böyük
iş görülür. Beləliklə, iş (p) p=d/dəqf düsturu ilə ifadə olunur. Bir
çox erqometrlərdə iş avtomatik olaraq qeydə alınır; bu qeydedici
cihazların dəqiqliyini 2 ildən bir yoxlamaq lazımdır.
Tredban erqometrlər. Əgər insan öz bədəninin vəziyyətini
saxlamağa can atarkən maili qaçış zolağı ilə addımlayırsa, onun
bədəninin ağırlıq mərkəzi daimi qaçış zolağı ilə enərkən düşdüyü
səviyyəyə (qiymətə) qalxır (onun hərəkətinin sürəti və maillikdən
asılı olaraq). Bu səbəbdən bu iki dəyişkən (eyni ilə dağa qalxan
zaman olduğu kimi) görülmüş işi müəyyən edir. Velorqometr kimi
bu aparat da faydalı iş əmsalı 20-25% olan iş yaratmağa imkan
verir.
Dostları ilə paylaş: |