Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


  downloaded from KitabYurdu.org Plazmanuı  zülallarının  funksiyası



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə31/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   27   28   29   30   31   32   33   34   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


332 

downloaded from KitabYurdu.org



Plazmanuı  zülallarının  funksiyası.  Plazmanm  əsas  zü-

lalları - albimun, qlobulin və fıbrinogen zülallarıdır. Albumin- lər 

kalloid  osmotik  təzyiqi  təmin  edir,  Qlobulin  immunitetin 

formalaşmasında  iştirak  edir.  Fibronogen  qanın  laxtalanmasına 

səbəb olan fıbrin liflərini əmələ gətirir. 

Hər gün orqanizmdə ən azı 400 qr zülal parçalanır və sintez 

olunur.  Hətta  aclıq  və  qorxulu  çəkinin  tükənməsinə  səbəb  olan 

xəstəliklər zamanı belə toxuma zülalları ilə ümumi plazma zülalları 

arasında münasibət (33:1) nisbətən sabit qalır. 

Orqanizmdə zülalların iştirakı olmadan icra olunan heç bir 

funksiya  yoxdur.  Ona  görə  də  zülal  mübadiləsi  orqanizmin 

mübadilə proseslərində əsas yer turur. Bir çox kimyəvi reaksiyalar 

bioloji  katalizatorlar  hesab  edilən  zülal  fermentlər  vasitəsilə 

sürətlənirlər. Karbohidrat mübadiləsini tənzimləyən in- sulin kimi 

bəzi hormonlar da zülallı təbiətə malikdirlər. 

Tərkibində  dəmir  olan  hemoqlobin  zülalı  qaz  mübadi-

ləsində  iştirak  edir.  Yad  mənşəli  maddələrin  orqanizmə  düş-

məsindən sonra hasil olunan anticisimlər kimi xüsusi maddələr də 

zülallı  təbiətə  malikdirlər.  Sümük  əzələ  sisteminin  əsas 

komponentləri də zülallardan ibarətdir. 



Toxuma metobolizmi zamanı zülalların parçalanması və 

sintezi  prosesləri.  Zülalların  plastik  rolu  onların  enerji  əhə-

miyyətindən böyükdür, ona görə də nə yağlar, nə karbohidrat- lar 

və nə də hər hansı başqa maddələr zülalları əvəz edə bilməz. Zülal 

bilavasitə qana yeridildikdə ilk növbədə yüksək qızdırma və bəzi 

başqa reaksiyalar əmələ  gəlir. Müəyyən müddətdən sonra (15-20 

gün)  zülalı  təkrar  bədənə  yeritdikdə  tənəffüs  iflici,  ürək 

fəaliyyətinin  kəskin  surətdə  pozulması  və  qıcolma  nəticəsində 

ölüm baş verir. 

Son vaxtlar eksperiment yolu ilə isbat edilmişdir ki, məlum 

olan  24  amin  turşusundan  14-ü  əvəz  edilən,  10-u  isə  əvəz 

edilməyəndir (cədvəl 5). 

Əgər  qidada  bunlardan  bir  neçəsi  olmazsa,  mənfi  azot 

balansı  və  zülal  sintezinin  pozulması  ilə  əlaqədar  həmin  amin 

turşusuna  uyğun  xüsusi  dəyişikliklər,  boyun  inkişafdan  qalması, 

çəkinin azalması və sinir pozğunluqları (ümumi zəiflik, 

333 

downloaded from KitabYurdu.org



başgicəllənmə, həssaslığın pozulması, bəzən ağrılar) baş verir. 

Cədvəl 5 

Əvəz edilən amin turşuları

 

Əvəz edilməyən amin turşuları

 

Qlikokol

 

Valin

 

Alanin

 

Leysin

 

Sistein

 

İzoleysin

 

Qlyutamin turşusu

 

Lizin

 

Asparagin turşusu

 

Arginin

 

Tirozin

 

Metionin

 

Prolin

 

Treonin

 

Oksiprolin

 

Fenilalanin

 

Serin

 

Triptofan

 

Oksilizin

 

Histidin

 

Ornitin

 

-



 

Qlitsin

 

-



 

Norleysin

 

-



 

Sitrüllin

 

-



 

 

 



Belə ki, hamiləliyin normal gedişi üçün triptofan lazımdır. 

Əgər mayalanmadan sonra siçanın qidasından triptofan çıxarılarsa, 

14-cü gün rüşeym sorulmağa başlayır. Siçovulların qidasında valin 

olmadıqda  onların  müvazinəti  pozulur  və  sinir  sisteminin 

zədələnməsi müşahidə edilir. 

Bitki ilə qidalanan heyvanlar qida vasitəsilə yaşıl bitkilər ilə 

sintez olunmuş bitki zülallarını, vəhşi heyvanlar isə - heyvan mənşəli 

zülallar  alırlar  və  onlardan  orqanizmin  hüceyrələrində  özlərinə 

məxsus olan zülal sintez edirlər. 

İnsan orqanizmi tərəfindən istifadə olunan qida məhsulları 

müxtəlif  miqdarda  zülallardan  ibarət  olurlar;  zülallar  ilə  zəngin 

məhsullar  -  ət,  balıq,  qarğıdalı,  yumurta  və  b.  Cüzi  zülal  tərkibli 

məhsullar  isə  -  tərəvəz  və  meyvələrdir.  Bu  baxımdan  aralıq  yeri 

çörək və digər məhsullar tuturlar. 

İnsan orqanizmi gündəlik təxminən lazım olan 100 qrama 

qədər zülalı amin turşuları şəklində qan damarlarına daxil 



334 

downloaded from KitabYurdu.org



olaraq, daha sonra qanla bütün orqan və toxumalara nəql olunurlar. 

Amin  turşuları  orqanizmdə  əsasən  plastik  funksiyanı  yerinə 

yetirirlər;  onlar  səciyyəvi  zülalların,  hormonların  (məsələn, 

insulinin, qlükoqonun, hipofız hormonlarının və b.) hüceyrələr ilə 

toxumaların  azotlu,  zülalsız  birləşmələrinin  sintezi  üçün  material 

kimi xidmət göstərirlər. Qida zülalında olan amin turşuları nəinki 

parçalanmış zülalları sintez etmək, həm də toxuma və hüceyrələrin 

zülallı komponentlərinin çoxalması üçün istifadə olunur. 

Zülal  molekullarının  parçalanması  zamanı  orqanizmdə 

əmələ  gələn  zəhərli  maddələrin  neytrallaşması  qaraciyərdə  baş 

verir. 

Azot  tarazlıq.  Qidanın  tərkibindəki  azotun  əsas  hissəsi 

zülalın  payına  düşür.  Orqanizmdə  zülal  mübadiləsinin  vəziyyəti 

haqqında  azot  tarazlığı  əsasında  mühakimə  yürüdürlər.  Qida 

vasitəsilə orqanizmə daxil olan zülallı maddələrin tərkibində olan 

bütün N əsas etibarilə sidik, sidik cövhəri, sidik turşusu vasitəsilə 

azotlu maddələr şəklində bədəndən xaric olur. Orqanizmdən nəcis, 

tər  vasitəsilə  xaric  olunan  azotlu  maddələrin  payı  əhəmiyyətsiz 

olur. 


Orqanizmə  qida  məhsullarının  zülalları  ilə  birlikdə  daxil 

olan N sidik cövhəri və yaxud sidik turşusu şəklində ifraz olunan 

azotlu birləşmələrin miqdarına bərabər olduqda orqanizmin bu cür 

vəziyyəti azot tarazlığı adlanır. 



Azot tarazlığı vəziyyəti - Zülallı maddələrin tərkibini təşkil 

edən azot orta hesabla 16%-a bərabər olur. Qida ilə qəbul olunan 

N-un  miqdarı  onun  orqanizmdən  xaric  olunan  miqdarından  çox 

olduqda, bu cür vəziyyət müsbət azotlu tarazlıq, orqanizmdən xaric 

olunan N-un miqdarı orqanizmə daxil olan N-un miqdarından çox 

olduqda isə bu cür vəziyyət mənfi azotlu balans adlanır. 

Azotun hamısı mənimsənilmədiyindən hesablamanın dəqiq 

olması üçün nəcisdə azotun miqdarını tapır və onu qəbul edilmiş 

azotdan  çıxırlar.  Alınmış  rəqəm  mənimsənilmiş  azotun  dəqiq 

göstəricisi  olur.  Bu  göstəricinin  köməyilə  orqanizmə  daxil  olan 

zülalın miqdarı tapılır. Gündəlik qəbul etdiy 

335 

downloaded from KitabYurdu.org



imiz  qida  maddələrinin  tərkibində  olan  zülalın  miqdarını  tapmaq 

üçün  nə  etmək  lazımdır?  Bunun  üçün  əvvəlcə  zülalın  tərkibində 

olan  azotun  miqdarı  təyin  edilir  və  məlum  olan  6,25  rəqəminə 

vurulur. Belə ki, müəyyən edilmişdir ki, zülalın tərkibində 14-19%-

ə qədər, orta hesabla 16% azot var. 6,25 q zülalda 1 q azot olur. 

Deməli,  6,25  rəqəmini  almaq  üçün  100-ü  16-ya  bölürlər 

(100:16=6,25). Beləliklə, qidanın tərkibindəki azotu təyin etməklə 

zülalın miqdarını bilmək olar. 

Parçalanmış  zülalın  səviyyəsini  təyin  etmək  üçün  sidiyin 

tərkibində olan azotun miqdarını 6,25-ə vurmaq lazımdır. 

Tərkibində orqanizm üçün yararlı bütün amin turşuları olan 

zülalların  tam  dəyərli  (jelatindən  başqa  bütün  heyvan  mənşəli 

zülallar tam dəyərli hesab edilir. Bunlardan ətdə, yumurtada, süddə, 

balıqda,  balıq  kürüsündə  olan  zülalların  orqanizm  üçün  xüsusilə 

böyük əhəmiyyəti var), amin turşuları çatışmayanlar isə az dəyərli 

zülalları hesab edilir. Tam dəyərli zülallardan orqanizmə xas olan 

zülalları sintez edilir. Tam dəyərli zülal iki ya üç dəyərsiz zülalla 

əvəz  oluna  bilər.  Lakin  bəzi  bitkilərdə  tam  dəyərli  zülallar 

(məsələn,  qarğıdalıda  -  zein,  buğdada  -  qliadin,  arpada  -  qordein 

zülalı) var. 

Zülalın  parçalanması  amin  turşusunun  oksidləşməsi  ilə 

başlayır və ammonyak, karbon qazı və suya qədər ayrılır. Zəhərli 

maddə olan ammonyakın çox hissəsi xüsusi reaksiyalar vasitəsilə 

təsirsiz birləşmələrə çevrilir xaric edilir, digər hissəsi isə karbamidə 

qaraciyərdə  keçdikdən  sonra  zərərsiz  hala  salınır  və  böyrəklərlə 

ifraz olunur. 

Ammonyakın qaraciyərdə karbamidə çevrilməsi  prosesini 

Ekk-Pavlov  fıstulası  ilə  heyvanlar  üzərində  asanlıqla  nümayiş 

etdirmək  olar.  Belə  ki,  qaraciyər  arteriyasını  bağlamaqla  Ekk-

Pavlov  flstulasının  köməyilə  qapı  vena  sisteminin  qaraciyərlə 

əlaqəsini kəsdikdə sidikdə karbamid kəskin azalır, ammonyak isə 

çoxalır.  Ekk-Pavlov  fıstulası  olan  heyvanlarda  karbamidin  əmələ 

gəlməsinin  tamamilə  dayanması  göstərir  ki,  başqa  üzvlər 

qaraciyərin  bu  funksiyasını  əvəz  edə  bilmir.  Əgər  qaraciyəri 

çıxarılmış  heyvan  qida  ilə  az  zülal,  yəni  az  amin  turşusu  qəbul 

edərsə uzun müddət yaşaya bilir. Lakin çoxlu ət ye 



336 

downloaded from KitabYurdu.org



dikdə  isə  ətdə  olan  zülalın  parçalanmasından  əmələ  gələn  am- 

monyak  qana  keçərək  toxuma  və  hüceyrələri  zəhərləyir,  nəticədə 

heyvan  qıcolma  və  hərəkət  koordinasiyasının  pozulması  ilə 

müşayiət edilən intoksikasiyasından məhv olur. 

Tədqiqatlar göstərir ki, orta yaşlı sağlam orqanizmdə qəbul 

olunan və xaric edilən azotun miqdarı bərabər olur. 

Əgər azot qida vasitəsilə qəbul olunan qədər orqanizmi tərk 

edərsə  azot  balansı  sıfra  bərabər  olur.  Bu  halda  azot  müvazinəti 

yaranır. 

Qidada zülalın miqdarı xeyli azaldıqda bir sıra pozğunluqlar 

baş  verir.  Gündəlik  qida  ilə  80-110  q  zülal  daxil  olduqda  azot 

müvazinəti  yaranır.  Zülalın  miqdarı  60  qramdan  aşağı  düşdükdə 

mənfi  azot  balansı  əmələ  gəlir.  Orqanizmə  daxil  olan  qidanın 

tərkibindəki  azot  müvazinətini  saxlayan  zülalın  ən  az  miqdarına 

zülal  minimumu  deyilir.  Bəzi  fizioloji  şəraitdə  çoxlu  zülallı  qida 

daxil  olarsa  azot  balansı  müsbət  olur  və  orqanizmdə  azotun 

ləngiməsi baş verir. Bu vəziyyət əksər hallarda uşaqlarda rast gəlir. 

Çünki uşaqların normal inkişafı onların böyüməsi üçün çoxlu zülal 

tələb olunur. 

Orqanizmin zülalla kafi dərəcədə təmin olunmaması zülal 

aclığı törədir. Bu zaman bədən çəkisi azalır və uzun müddət zülal 

aclığı nəhayət ölümə səbəb olur. 



Azot  balansına  təsir  edən  amillər.  Orqanizmdə  zülal  ba-

lansının  müvazinətini  sidik  cövhərinin  (sidik  cövhərinin  azotu) 

miqdarına  görə  müəyyən  edirlər,  belə  ki,  sidikdə  olan  azotun 

miqdarı zülalların katobolizminin real göstəricisidir. Əgər sidikdə 

olan  miqdarı  qida  ilə  orqanizmə  daxil  olan  azotun  miqdarına 

bərabər  olarsa,  onda  insan  azot  tarazlığı  (balansı)  müvazinətində 

olur. Əgər orqanizmə artıq miqdarda zülal daxil olmağa başlayırsa 

onda  amin  turşularının  artığı  dezaminlə-  şir  və  sidik  cövhərinin 

miqdarı  yüksəlir  və  azot  balansı  saxlanılır.  Lakin  böyrəküstü 

vəzinin  katabolizm  hormonlarının  ifraz  olunmasının  yüksəlməsi 

şəraitində  və  ya  insulin  hormonun  sekresiyasının  çatışmazlığı 

zamanı,  həmçinin  aclıq  zamanı  və  ya  hərəkətin  məcburi 

məhdudlaşdırılması  zamanı  orqanizmdən  xaric  olan  azotun 

miqdarı, daxil olan azotdan çox olur 



337 

downloaded from KitabYurdu.org



və  azot  balansı  mənfi  olur.  Dietdə  əvəz  edilməyən  amin  turşu-

larından  birinin  olmaması  nəticəsində  mübadilə  üçün  lazım  olan 

zülal  sintez  olunmur.  Böyümə  və  ağır  xəstəlikdən  sonra  sağalma 

zamanı  və  ya  anobalizm  steroidlərin  (testestoron  kimi)  tətbiqi 

zamanı orqanizmə qəbul olan azot, xaric olandan çox olur və azot 

balansı  müsbət  olur.  Orqanizmin  itirdiyi  zülalın  qarşısını  almaq 

üçün 20-30 qr zülala ehtiyac olur. Zülal balansını qorumaq üçün hər 

gün qida ilə orqanizmə 60-75 qr zülalın daxil olması lazımdır. 



Zülallı  mübadilənin  tənzimlənməsi.  Orqanizmdə  zülal 

mübadiləsi beynin böyük yarımkürələrinin qabığını daxil etməklə 

yanaşı, mərkəzi sinir sisteminin təsiri altında zülallar mübadiləsinin 

intensivliyinin  şərti  reflektor  şəkildə  dəyişilməsi  halları  elmə 

İ.P.Pavlovun işlərindən yaxşı məlumdur. 

Tədqiqatlar  göstərir  ki,  ara  beynin  hipotalamus  şöbəsində 

zülal mübadiləsini tənzim edən xüsusi mərkəzlər var. 

Eksperiment  yolu  ilə  hipotalamusun  müəyyən  nüvələrini 

zədələdikdə sidiklə xaric olan azotun miqdarı kəskin artır. Bu isə 

zülalın  parçalanmasının  nəzərə  çarpacaq  dərəcədə  sürətləndiyini 

göstərir. 

Toxumalarda  zülal  mübadiləsinə  sinir  sisteminin  təsir 

mexanizmi  aşağıdakı  yollarla həyata keçirilir. Sinir sistemi  daxili 

sekresiya vəzilərinə, xüsusən qalxanvarı vəzə təsir edərək tiroksin 

və  triyodtrionin  hormonunun  əmələ  gəlməsini  və  ifrazını 

sürətləndirir. Bu isə toxumalarda zülal mübadiləsinin dəyişilməsinə 

səbəb olur. 

Qalxanvarı vəzin hormonlarından başqa zülal mübadiləsinə 

hipofızin  ön  payından  ifraz  olunan  somototrop  hormonu  da  təsir 

göstərir. 



Zülal mübadiləsinin hormonal tənzimi. Zülallı mübadilə-

nin  tənzimlənməsi  neyro  humoral  yolu  ilə  həyata  keçirilsə  də, 

təsirləri  idarə  edən  yekun  halqa  kimi  bir  qayda  olaraq  humoral 

təsirlər  (hormonlar  ilə  vitaminlərin  fəaliyyəti)  çıxış  edir.  Or-

qanizmin zülallarının biosintezində B

12

  vitamini  -  nikotin  turşusu 



fəal  iştirak  edir.  Boy  hormonu  zülal  sintezinin  intensivliyin  amin 

turşularının hüceyrə membranından nəqlini artırmaq və 



338 

downloaded from KitabYurdu.org



transkripsiya və transilyasiya sürətləndirmək hesabına artırır. 

tnsulin  bir  sıra  amin  turşularının  hüceyrəyə  nəqliyyatını 

sürətləndirir. Hüceyrənin qlükozaya olan tələbatını artırmaqla amin 

turşularının  energetik  sərf  edilməsinin  yerini  doldurmaq  üçün 

istifadəsini azaldır. 

Testesteron  orqanizmdə  zülalın  toplanmasını  artırır. 

Xüsusilə əzələ zülalını artırır. 

Estrogen  testesteronla  müqayisədə  nisbətən  zəif  olsa  da 

zülalların əzələ hüceyrəsində toplanmasını artırır. 

Qlükokartikoidlər  çoxlu  toxumalarda  zülalların  miqdarını 

azaldır,  lakin  plazmada  amin  turşularının  qatılığım,  qaraciyər  və 

plazma zülallarının miqdarını artırır. 

Tiroksin  bütün  hüceyrələrdə  metabolizmin  intensivliyim 

artırır və zülal mübadiləsini yüksəldir. 



15.5.  Karbohidrat mübadiləsi 

Maddələr  mübadiləsinin  əsas  növləri.  Həzm  borusunda 

karbohidratların parçalanmasının son məhsulu qlükoza, fruk- toza 

və  qalaktozadır.  Qanda  sirkulyasiya  edən  əsas  karbohidrat 

qlükozadır (venoz qanda qlükozanın normal səviyyəsi 80120 mq% 

(3,9-6,46 mmol/L), arterial qanda 15-20 mq% çox olur). 

Qlükozanın hüceyrə membranından nəql olunması. Qlü-

koza  əvvəlcə  onu  hüceyrə  membranından  hüceyrə  daxilinə  dif- 

fuziya  yolu  ilə  nəql  edən  zülaldaşıyıcıya  birləşir.  Qlükozanın 

transmembran  daşınmasının  əsas  fəallaşdırıcısı  insulindir.  İn- 

sulinsiz  hüceyrəyə  daxil  olan  qlükozanın  miqdarı  (beyin  və  qa-

raciyər  müstəsna  olmaqla)  çox  az  olub,  metobolizmin  normal 

səviyyəsini  enerji  ilə  təmin  edə  bilməz.  İnsulinin  təsiri  altında 

hüceyrə membranından nəql olunan qlükozanın sürəti və miqdarı 

əhəmiyyətli səviyyədə artır. 

Qlükozanın fosforlaşması. Hüceyrəyə daxil olan qlükoza 

qlükokinaza  fermentinin  təsiri  altında  fosforlaşır.  Qlü-  kozanm 

fosforlaşması qaraciyər, böyrək kanalcıqları və bağır 

339 

downloaded from KitabYurdu.org



saq  epitel  hüceyrələrindən  başqa  geri  dönməyən  prosesdir.  Bu 

hüceyrələrdə fosforlaşma reaksiyasını dəyişdirən xüsusi fosfo- taza 

fermenti  vardır.  Beləliklə,  əksər  hüceyrələrdə  qlükoza  xaricə 

diffuziya edə bilmir. 



Qlükozanın  toplanması  və  qlükogenoliz.  Qlükoza  hü-

ceyrəyə  daxil  olandan  sonra,  enerji  əmələ  gəlməsi  üçün  və  ya 

qlükogen şəklində toplanır. Orqanizmin bütün hüceyrələri müəyyən 

miqdar  qlükogen  toplamaq  qabiliyyətinə  malik  olsa  da,  lakin 

hepatositlər,  skelet  əzələ  lifləri  və  kardiomiositlər  daha  çox 

qlükogen ehtiyatı deponirə edə bilirlər. 

Qlükozadan  qlükogenin  əmələ  gəlməsi  prosesinə  -  qlü- 

kogenez,  qlükoqenin  parçalanıb  qlükoza  əmələ  gətirməsinə  - 

qlükogenoliz deyilir. Qlükoza molekulunun qlükogendən ayrılması 

prosesi fosforilaza fermentinin təsiri altında olur. Sakit vəziyyətdə 

fosforlaza ferment passiv vəziyyətdə olur. Adrena- lin və qlükoqon 

hormonlarının təsiri altında fosforilazanın fə- allaşması baş verir. 



Qlükozadan  enerjinin  ayrılması.  Bir  molekula  qlükoza- 

nın tam parçalanması zamanı 686 min kalori ayrılır. Bundan ancaq 

12 min kalori ATF-in əmələ gəlməsi üçün lazım olur. Nəticədə hər 

bir  qlükozadan  38  molekul  ATF  əmələ  gələ  bilir.  Bundan  2-si 

qlikoliz,  2-si  limon  turşusu  şəklində,  34  isə  oksid-  ləşdirici 

fosforlaşma  zamanı  əmələ  gəlir.  Beləliklə,  əmələ  gələn  686  min 

kalori  enerjidən  456  min  kalorisi  ATF  şəklində  deponirə  olunur. 

Başqa sözlə orqanizmin ehtiyacı üçün 66% istifadə olunur, 34% isə 

istiliyə çevrilir. 

Qlükozanın parçalanmasının tənzimi. Qlükoliz və oksid- 

ləşdirici  fosforlaşma tənzim oluna bilən prosesdir. Hər iki proses 

hüceyrənin  ATF  uyğun  tələbatına  görə  daima  nəzarətdə  olur.  Bu 

nəzarət ATF və ADF arasında olan qatılıqla əks əlaqə mexanizminə 

görə  münasibətdə  olur.  Enerjiyə  nəzarətin  elementlərindən  biri 

ATF-in qlukolizin ilk mərhələsində baş verən fermentativ prosesə 

inqibirəedici təsirdir. 

ATF  artıqlığı  qlükolizi  karbohidrat  metobolizmini  lən-

giməklə  dayandırır.  ADF  isə  əksinə  olaraq  qlükolitik  prosesin 

fəallığını artırır. ATF toxumalar tərəfindən mənimsənilən kimi



340 

downloaded from KitabYurdu.org



ATF qlükoliz fermentinə inqibirə edici təsiri azalır. Bununla eyni 

vaxtda ADF formalaşmadan fermentlərin fəallığı artır. 

Hüceyrədə  ATF  ehtiyatı  yenidən  bərpa  olan  kimi,  fer- 

mentativ proseslər ləngiyir. 



Qlükonogenez.  Karbohidratlarm  miqdarı  orqanizmdə 

ehtiyat  normadan aşağı  olur. Onda qlükozanm  orta miqdarı amin 

turşuları və yağların qliserin hissəsindən qlükonogenez prosesində 

yarana  bilər.  Orqanizmin  zülallarının  amin  turşusunun  60%-dan 

çoxu  asanlıqla  karbohidrata  çevrilir.  Hüceyrədə  karbohidratlarm 

aşağı  səviyyəsi  və  qanda  qlükozanm  miqdarının  azlığı 

qlükonogenezin intensivliyinin yüksəlməsi üçün əsas stimuldur. 

Ani  anlarda  hüceyrələri  enerji  ilə  təmin  etmək  üçün  or-

qanizmdə  əsas  mənbə  karbohidratlardır.  Karbohidratlar  -  bitki 

mənşəli  qida  məhsullarının  əsasını  təşkil  edirlər.  Yaşlı  insanın 

orqanizmə  qida  ilə  birlikdə  gündəlik  350-450  qr  karbohidratlar 

daxil  olur.  Orqanizmin  enerji  tələbatlarının  təqribən  60%-i 

karbohidratlarm sayəsində təmin olunurlar. 

Toxuma  metobotizmində  karbohidratlar.  Karbohidratlar 

polosaxaridlər  (sellüloz,  kartofunu,  qlükogen  və  yaxud  heyvan 

unu),  oliqasaxaridlər  -  mürəkkəb  şəkərlər  (maltoza,  laktoza, 

saxaroza) və monosaxaridlər (qlükoza, fruktoza, qa- laktoza və b.) 

şəkildə 

ola 


bilərlər. 

Karbohidratlarm 

ümumi 

düsturu 


(CH20)

n

=3,4,5,6  kimi  olur.  Monosaxaridlərin  iki  mo-  lekulunun 



birləşməsi disaxaridin əmələ gəlməsi ilə nəticələnir. Bu zaman bir 

monosaxaridin  hidroksilli  qrupu  digərinin  kar-  bohidratı  ilə 

birləşərək,  suyun  azad  olması  ilə  xarakterik  qlükozidli  əlaqəni 

əmələ gətirir. 

Qlükozanm  qanda  miqdarı  40  mq%  aşağı  olduqda  hi- 

poqlikemiya, 180 mq% çox olduqda hiperqlikemiya baş verir. Hər 

iki hal orqanizm üçün təhlükəlidir. Bu zaman huşsuzluq, baş ağrısı, 

qıc olma müşahidə olunur. 

Karbohidratlara  daha  çox  çörəkdə  və  digər  un  məmu-

latlarda,  kartofda,  daha  az  isə  süddə,  tərəvəzlərdə  rast  gəlinir.  Ət 

məhsullarında karbohidrat yoxdur. 

Qlükogenin qaraciyərdə sintezi prosesində qlükozanm 



341 

downloaded from KitabYurdu.org



fosforlaşması baş verir. Onun miqdarı 150-200 qrama çatır. 

Şəkərin miqdarı azaldıqda qaraciyərdəki ehtiyat qli- kogent 

qlükozaya çevrilir və qana keçir. 

Qlükogen yalnız qaraciyərdə deyil, həm də xeyli miqdarda 

əzələlərdə  toplanır.  Fosforilaza  fermentinin  təsiri  nəticəsində 

əvvəlcə əzələ təqəllüsü fəallaşır, qlükogen fosfor turşusu molekulu 

ilə  birləşir  və  əzələ  təqəllüsü  üçün  enerji  mənbəyi  olan  qlükoza-

monofosfota qədər parçalanır. 

Bağırsaqda karbohidratlarm parçalanmasının əsas məhsulu 

olan  qlükoza  qanın  daimi  tərkib  hissəsidir.  İnsanın  qanında  onun 

tərkibi normada 70-120 mq% təşkil edir. 

Ali səviyyəli heyvanlarda anaeroblu kimyəvi proseslər özü-

özlüyündə  həyat  fəaliyyətinin  qorunub  saxlanılması  üçün  kifayət 

qədər  olsa  da,  onlar  karbohidratlarm  aeroblu  parçalanma 

proseslərinin  əhəmiyyətli  əlavəsi  kimi  xidmət  göstərirlər.  Bunun 

nəticəsində külli miqdarda enerji azad olur. Belə ki, intensiv fiziki 

iş  zamanı  insan  orqanizmində  istifadə  olunan  külli  miqdarda 

enerjinin  böyük  bir  hissəsi  qlükozanm  anaeroblu  parçalanması 

prosesində  hasil  olunur.  Lakin  bu  zaman  əzələ  toxumasında 

orqanizmin oksigen çatışmazlığı əlaməti ilə yəni yorğunluq hissi ilə 

nəticələnən külli miqdarda süd turşusu toplanır. 

Karbohidrat  mübadiləsinin  tənzimlənməsi.  Karbohidrat 

mübadiləsinin tənzimlənməsində mərkəzi sinir sisteminin müxtəlif 

strukturları  iştirak  edirlər:  IV  mədəciyin  nahiyəsində  uzunsov 

beyin,  hipotalamus,  beynin  böyük  yarımkürələrinin  qabığı. 

Hipotalamus ilə beynin böyük yarımkürəsinin qabığı strukturlarının 

stimullaşdırıcı  effekti  vasitəli  xarakter  daşıyır:  Sinir  sisteminin 

karbohidrat mübadiləsinə təsirini ilk dəfə fransız alimi Klod Bernar 

uzunsov beyində IV mədəciyin dibinə iynə batırmış «şəkər iynəsi» 

qaraciyərin qlükogeni parçalanaraq qlükozaya çevrilib, qana keçir 

və  həm  də  sidiklə  (qlü-  kozuriya)  xaric  olur.  Dalaq  və  ağciyərdə 

ehtiyat  qlükoza  olmur,  onlar  qlükozanı  qandan  alırlar.  Simpatik 

sinir sisteminin fəallaşması böyrəküstü vəzilərdə qana adrenalinin 

ifrazını  artırır,  adrenalin  isə  qaraciyər  və  əzələlərə  təsir  edərək 

qlikogeni 



Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin