Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə28/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   24   25   26   27   28   29   30   31   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


301 

downloaded from KitabYurdu.org



olur.  Bu  şəraitdə  böyrəklərdən  turş  məhsulların  ifrazı  artır. 

Ağciyərlərin  hipoventilyasiyası  tənəffüs  asidozu,  hiperventil- 

yasiyası  isə  alkoloz  verir.  Xlorid  turşusunun  itgisi  ilə  müşayiət 

olunan qusma aktı metabolik alkoloza səbəb olur. 

Son  nəticədə  böyrəklər  qanın  plazmasmda  H

+

  ionlarının 



səviyyəsini sabitləşdirərək, PH-ın 7,36-ya bərabər olmasını təmin 

edir. 


14.5.  Sidik ifrazat sisteminin orqanlarının innervasiyası. 

Onların qeyri-iradi və iradi fəaliyyətinin 

neyro-humoral tənzimi 

Sidik-ifrazat sistemi (bax: şəkil 1) böyrəklərdən və hər bir 

böyrəkdən  xaric  olan  sidik  axarından  və  sidik  axarı  açılan  sidik 

kisəsindən və sidik kisəsindən xaric olan sidik buraxıcı kanaldan 

(uretra) ibarətdir. Sidik buraxma dövru olaraq baş verən və sidik 

kisəsinin iradi boşalmasıdır. 



Sidik  axarları.  Sidik  böyrəklərin  sidik  toplayıcı  boru- 

cuqları  ilə  kiçik  kasacıqlara  daxil  olur  və  onların  divarının  pe- 

ristaltik  genişlənməsinə  və  böyrək  ləyəninə  yayılan  yığılmasına 

səbəb  olur.  Burdan  peristaltika  sidik  axarları  boyunca  yayılaraq 

sidiyi  sidik  kisəsi  istiqamətində  hərəkət  etdirir.  Sidik  axarlarının 

saya  əzələ  hüceyrələri  simpatik  və  pasimpatik  liflər  tərəfindən 

innervasiya  olunur.  Sidik  axarlarının  peristaltik  yığılması 

parasimpatik 

stimulyasiyanı 

qüvvətləndirir, 

simpatik 

stimulyasiyanı  isə  ləngidir.  Sidik  axarları  ağrını  hiss  edən  sinir 

ucları ilə sıx təmin olunub. Sidik axarlarının daşla tutulması güclü 

refrektoru ağrı yığılmalar ilə müşayiət olunur. 

Sidik  axarları  çox  da  böyük  olmayan  bucaq  altında  qo- 

vucuğun əzələ qişasından sidik kisəsinə daxil olur. Sidik axarlarının 

açıldığı  yerin  sidik  buraxma  anında  tonus  artır  və  sidiyin  geri 

qayıtmasına mane olur. Hər bir sidik axarı boyunca hərəkət edən 

peristaltik dalğa sidik axarlarının daxilində təzyiqi artırır, qovuğun 

divarının əzələsi tərəfindən sıxılan sidik axarları açılır və sidik sidik 

kisəsinə daxil olur. 

Sidik kisəsinin sidiklə dolması. Kisədə sidik olmayanda 

302 

downloaded from KitabYurdu.org



onun kisə daxilindəki təzyiq 0-a yaxınlaşır. Kisəyə 30-50 ml sidiyin 

daxil  olması  orada  təzyiqi  5-6  sm  su.st.  qədər  yüksəldir.  Əlavə 

olaraq 200-dən 400 ml qədər sidiyin daxil olması təzyiqin artmasına 

təsir edir. Təzyiqin bu daimi səviyyəsi sidik kisəsinin xüsusi tonusu 

vasitəsilə  tənzim  olunur.  Təzyiqin  piki,  yəni  ən  yüksək  səviyyəsi 

100  ml  su.st.  yüksək  ola  bilər.  Bu  təzyiq  sidiyin  buraxılmasına 

səbəb olur. Sidik buraxandan sonra sidik kisəsində qalan sidik qalıq 

sidik adlanır. 

Sidik  kisəsinin  saya  əzələ  hüceyrələrinin  yığılması  sidik 

kisəsinin boşalmasına səbəb olur. Saya əzələ lifləri sidik buraxma 

kanalının  daxili  sfinkterini  təşkil  edir.  Daxili  sfinikter  sidik 

kisəsinin  boşalmasını  onda  təzyiqin  kritik  səviyyədən  yüksək 

olması  anma  qədər  qoruyur.  Sidik  buraxma  kanalı  (uretra)  skelet 

əzələsinin qatını təşkil edən sidik cinsiyyət dia- fraqmasından keçir 

(sidik buraxma kanalının xarici sfinkteri. Şəkil 7). Xarici sfmktora 

sinir sistemi ilə nəzarət olunur və daxili sfinekterdə təzyiqi yox olan 

zaman sidiyi saxlaya bilir. 

Sidik kisəsinin innervasiyası. Sidik kisəsinin funksiyasının 

sinir tənzim edən mərkəz onurğa beynin oma nahiyəsindən başlanır, 

burdan oyandırıcı parasimpatik liflər çanaq sinirlərinin tərkibində 

sidiyi  qovan  əzələlərə  (dutrusor  vesical)  istiqamətlənir  (şəkil  7). 

Parasimpatik  sinirlərin  oyanması  saya  əzələ  hüceyrələrinin 

yığılmasına və sidik kisəsinin daxili sfınekterin boşalmasına səbəb 

olur. 

Onurğa  beynin  aşağı  şöbəsinin  yan  nüvəsindən  çıxan 



ləngidici  simpatik  liflər  alt  müsaqirə  düyününə,  oradan  isə  oy-

anmalar  qarın  altı  siniri  vasitəsilə  isə  kisənin  əzələsinə  ötürülür. 

Simpatik sinirin qıcıqlandırılması daxili sfınekterin yığılmasına və 

saya  əzələ  hüceyrəsinin  boşalmasına  və  sidiyin  ifrazının 

dayanmasına səbəb olur. 

Hissedici  sinirlər.  Çanaq  sinirlərin  tərkibində  sidik  kisə-

sinin  divarının  gərginləşmə  dərəcəsi  haqqında  məlumat  verən 

hissedici sinir lifləri keçir. Gərginləşmə dərəcəsi haqqında ən güclü 

siqnal sidik kanalının arxa şöbəsindən sidik kisəsinə daxil olur və 

onun boşalmasına səbəb olur. 

303 

downloaded from KitabYurdu.org



 

Şəkil 7. Sidik kisəsinin innervasiyası. 

Somatik  hərəki  sinirlər.  Cinsiyyət  sinirlərinin  tərkibində 

xarici  sfinkterin  skelet  əzələsini  innervasiya  edən  somatik  hərəki 

lifləri keçir. 

Sidik  buraxma  refleksi.  Sidik  kisəsində  təzyiq  qapıüstü 

səviyyəyə  çatanda,  kisənin  divarında  yerləşən  gərginlik  resep- 

torlarmın xüsusilə sidik kanalının arxa şöbəsinin reseptorları- nın 

qıcıqlanmasma səbəb olur. 

Gərginlik reseptorlarmdan siqnallar çanaq siniri ilə onurğa 

beynin oma nahiyəsinə nəql olunur və reflektoru yolla parasimpatik 

sinir elə həmin çanaq siniri vasitəsilə geriyə sidik kisəsinə qayıdır. 

Əgər sidik kisəsi sidiklə tam dolubsa, onda sidik kisəsinin birinci 

yığılması gərginlik reseptorlarını fəallaşdırır və daha çox impulslar 

göndərilməsinə  səbəb  olur  və  sonrakı  yığılmanın  daha  da 

güclənməsinə  səbəb  olur.  Bir  neçə  saniyə  keçəndən  sonra  sidik 

kisəsi  boşalır.  Beləliklə,  sidik  buraxma  refleksi  aşağıdakı 

dövrlərdən  ibarətdir:  təzyiqin  tez  artması,  təzyiqin  saxlanması 

dövru və təzyiqin ilk vəziyyətə qayıtma dövrü. 



İradi olaraq sidik buraxma. İradi olaraq sidik buraxma 

304 

downloaded from KitabYurdu.org



aşağıdakı  şəkildə  başlayır.  Əvvəlcə  insan  iradi  olaraq  qarın 

əzələsini  yığır,  bu  isə  sidik  kisəsində  təzyiqi  artıraraq  onun  di-

varının gərilməsi hesabına sidiyin sidik kisəsinin boynuna və sidik 

buraxıcı  kanalının  xarici  şöbəsinə  əlavə  sidiyin  daxil  olmasına 

səbəb  olur.  Beləliklə,  insan  lazım  olduqda  iradi  olaraq  həmin 

əzələləri yığmaq və boşaltmaq vasitəsilə ya sidiyi sidik kisəsindən 

xaric edir, ya da orda müəyyən müddət saxlaya bilir. 

Reflektoru  nəzarət.  Sidik  kisəsinin  divarının  gərilmə 

reseptorları  xüsusi  tənzimləyici  innervasiyaya  malik  deyil.  Lakin 

boşalma refleksin qıcıq həddi beyin sütununun yüngülləş- dirici və 

tormozlayıcı mərkəzlərinin fəallığı ilə idarə olunur. Yüngülləşdirici 

nahiyə körpü və arxa hipotalamus zonasında, tormozlanma isə orta 

beyin və yuxarı alın qırışığında yerləşir. 



Uşaqlarda sidik buraxma. Yeni anadan olmuş və döş südü 

əmən  uşaqlarda  sidik  buraxma  reflektoru  olaraq  həyata  keçirilir. 

Refleks  qövsü  onurğa  və  orta  beyin  səviyyəsində  qapanır.  Sidik 

kisəsinin  dolma  dövrü,  qeyri  iradi  boşalma  ilə  əvəz  olunur.  Bir 

yaşından sonra qeyri-iradi  sidik buraxma, iradi  sidik buraxma ilə 

əvəz olunur, yəni onurğa beyni və beyin sütununun sidik ifrazının 

tənzimi ilə əlaqədar şöbələrinin fəaliyyəti baş-beyin yarımkürələri 

qabığı tərəfindən idarə olunur. Bəzi uşaqlarda bu proses müəyyən 

yaşa qədər yubanır və bundan sonra uşaq iradi olaraq istədiyi vaxt 

sidik ifrazına istədiyi kimi (yəni sidiyi ya saxlayır, ya da buraxır) 

nəzarət edir. 

Adətən uşaq tərəfindən  sidik buraxma kanalının  xarici  və 

daxili  sfinekterinin  fəal  olaraq  yığılma  və  boşalması  3-4  yaşında 

başa çatır. 

Adi su içmə rejimində olan 13-14 yaşlı uşaqlarda normada 

gün ərzində buraxılan sidiyin miqdarı (diurez) 500-1500 ml təşkil 

edir. Bunun 2/3 birinci  12 saat müddətində  - saat 6

00

-  dan  18



00

-ə 


qədər  ifraz  olunur.  Ayıq  vaxtı  sidik  buraxmaya  ehtiyac  hissi  5-8 

dəfədən çox olmur. Bir dəfə ifraz olunan sidiyin miqdarı 50 ml-dən, 

350 ml-ə qədər ola bilər və fasiləsiz olaraq davam edir. Bu proses 

zamanı digər əzələlərin, xüsusi olaraq ön qarın divarı əzələlərinin 

gərginləşməsinə ehtiyac qalmır. 

305 

downloaded from KitabYurdu.org



Yaşlılarda sidik buraxmanın sayı orta hesabla 4-6 dəfə olur, 

hər dəfə ifraz olunan sidiyin miqdarı 100-400 ml (orta hesabla 200-

300 ml) arasında dəyişir. 

Beləliklə,  qeyd  etmək  olar  ki,  uşaqlarda  müəyyən  yaşa 

qədər  afferent  impulslar,  yalnız  sidik  ifrazını  tənzim  edən  ve- 

getativ mərkəzə çatır. Yaş artdıqca tədricən afferent impulslar beyin 

qabığına nəql olunur. Lakin beyin qabığına gələn impulslar birbaşa 

sidik kisəsinə verilmir. Sidiyin ixracına beyin qabığı nəzarət edir. 

Beyin qabığı sidiyin ifrazını ləngitmək, gücləndirmək və ya qeyri-

iradi olmasını tənzimləyir. 

Sidik  buraxmanın  qabıq  nəzarəti  o  qədər  möhkəmlənmiş 

prosesdir ki, hətta kisənin həddən artıq dolaraq partlaması müşahidə 

edilmişdir. 

Yaşlı uşaqlarda və yaşlı adamlarda qeyri-iradi olaraq sidik 

buraxma,  habelə  gecələr  sidiyi  saxlaya  bilməmək  reti-  kulyar 

formasiyanın fəallaşması və qabıq nəzarətinin sidik ifrazını tənzim 

edən sinir mərkəzi üzərindən götürülməsidir. 

Böyrək  fəaliyyətinin  neyrohumoral  tənzimi.  Böyrəklər 

simpatik  və  parasimpatik  sinir  lifləri  ilə  təchiz  olunmuşdur. 

Parasimpatik sinirin kanalcıqlarda  geriyə sorulma prosesinə təsiri 

güman olunur. Böyrəklərin simpatik sinirlərinin qıcıq- lanması ona 

gələn  qan  damarlarını  daraldır.  Məsələn,  xarici  arteriola 

büzüldükdə təzyiq artır və süzülmə prosesləri sürətlənir. Ağrı qıcığı 

sidik  ifrazının  kəskin  surətdə  azalması,  hətta  onun  tamamilə 

dayanmasını  (anuriya)  verir.  Bu  zaman  hipo-  talamusun  müvafiq 

mərkəzləri  qıcıqlanır,  böyrəküstü  vəzindən  çoxlu  adrenalin  və 

neyrohipofizdən  antidiuretik  hormon  ifraz  olunur.  Nəticədə 

böyrəklərin  qan  damarları  daralır,  qıvrım  kanalcıqlarda  suyun 

geriyə sorulması sürətlənir və anuriya baş verir. 

Mərkəzi sinir sistemi və onun ali şöbəsi beyin qabığı həm 

ilk sidiyin əmələ gəlməsini, həm də sidik kisəsindən sidik kanalı ilə 

bədəndən  xaric  olunmasını  tənzim  edir.  Görmə  qabarma,  boz 

qabara,  beyinciyə  və  dördüncü  mədəciyin  dibinə  iynə  batırdıqda 

sidiyin miqdarı artır. 

İt üzərində aparılan təcrübədə sidik ifrazını artıran 



306 

downloaded from KitabYurdu.org



amilləri  (müəyyən  miqdarda  su  içirilməsi)  hər  hansı  şərti  qıcıqla 

(məsələn, zəngin çalınması) əlaqələndirdikdə və onu bir neçə dəfə 

təkrarladıqda təkcə zəngin çalınması sidiyin artmasına poliuriyaya 

səbəb olmuşdur. 

Orqanizmin  daxili  mühitində  su  və  mineral  maddələrin 

nisbi  sabit  səviyyədə  saxlanması  və  böyrək  fəaliyyətinin  tənzim 

edilməsi hipotalamusun suborbital nüvələrinin osmoreseptor və ya 

neyrosekretor  hüceyrələrinin  fəaliyyəti  ilə  əlaqədardır.  Normada 

həmin  hüceyrələrin  osmotik  təzyiqi  qanın  osmotik  təzyiqinə 

bərabər olur. Qanın osmotik təzyiqi artıqda maye ətraf mühitə keçir, 

nəticədə osmoreseptorlar büzüşür və oyanma baş verir. 

Retikulyar  formasiya  və  beyin  qabığına  yayılan  oyanma 

impulsları  susuzluq  hissiyatımn  formalaşmasına,  neyrohi-  pofızə 

çatan  oyanma  impulslar  isə  antidiuretik  (sidik  ifrazını  ləngidən) 

hormonun  ifrazına  səbəb  olur.  ADH  hormon  qanla  böyrəklərə 

çataraq  qıvrım  kanalcıqlarda  suyun  geri  sorulma-  sını 

qüvvətləndirir və nəticədə ifraz olunan sidiyin miqdarı azalır. 

Antidiuretik  hormon  toplayıcı  borucuqlarda  suyun  geriyə 

sorulmasım sürətləndirir. 

Qanda qlükozanın, keratinin artması səviyyəsi suyun geriyə 

sorulmasım ləngitməklə poliuriya səbəb olur. Qlükozu- riya sidiklə 

çoxlu şəkərin ifraz olunmasına deyilir. 

Böyrəklərin fəaliyyətinə qalxanvarı vəzin, tiroksin, böyrək 

üstü vəzinin adrenalin hormonları da təsir göstərir. Tiroksin sidiyin 

əmələ  gəlməsini  gücləndirir,  adrenalin  isə  azaldır.  Ağrı  qıcığın 

təsirindən sidiyin azalması müşahidə edilir. 

Sidik cövhəri, kofein və bəzi başqa maddələr sidiyin əmələ 

gəlməsini  gücləndirir.  Beləliklə,  böyrək  fəaliyyətinin  tənzim 

mexanizmində sinir və humoral komponentlər bir-birilə sıx əlaqədə 

olub, qarşılıqlı təsir göstərirlər. 



Sidiyin  tərkibi  və  xassələri.  Sidik  açıq-sarı  rəngli  şəffaf 

mayedir.  Sidiyə  rəngi  od  piqmenti  bilirubin  bağırsaqlarda  par-

çalanma məhsulları olan urobulin və uroxrom verir. Sağlam adamın 

sidiyi zəif turş reaksiyaya malik olub, PH-ı 4,7-6,5 



307 

downloaded from KitabYurdu.org



arasında dəyişir. 

Gün ərzində orqanizmdən xaric olan sidiyin miqdarı 1,0-

1,5 /-ə qədər olur. Gecə saat 3-4 arasında sidik azalır. 

Sidiyin xüsusi çəkisi 1,012-1,020-yə, donma nöqtəsi 1,3- 

2,2-yə  bərabər  olur.  Sidik  96%  sudan,  4%  bərk  maddələrdən 

ibarətdir. 

Zülallarla  zəngin  qidalar  reaksiyanı  turş,  bitki  mənşəli 

qidalar və karbohidratlar isə qələvi edir. 

Amiak, sidik turşusu, kreatin və s. böyrəklərlə xaric olunur. 

İfraz olunana sidikdə azot maddələrin 90%-ni təşkil edir. Sidikdə 

onun qatılığı 2%, gündəlik miqdarı 25-35 q olur. 

Bağırsaq mikroflorasımn təsiri ilə zülalların çürüməsindən 

əmələ  gələn  indol,  skalot,  fenol  kimi  azot  məhsulları  da  sidiklə 

ifraz olunur. 

Adi şəraitdə normal sidikdə zülal, qlükoza və qan olmur. 

Lakin  patoloji  vəziyyətlərdə  (şəkər  xəstəliyi,  hiperlike-  miya 

zamanı  sidiklə  qlükoza  xaric  olur,  yəni  qlükozuriya  müşahidə 

edilir. 


Sidikdə  ağır  fiziki  iş  zamanı  artıq  miqdar  qida  qəbul 

etdikdə  şəkərin  artması  patoloji  olmayıb  (alimentar  hiperqli- 

kemiya) istirahətdən sonra keçir. 

Hematuriya  (sidikdə  qanın  görünməsi)  böyrəklərə  qan 

sızdıqda müşahidə olunur. 

Gündəlik  sidiyin  tərkibində  olan  maddələrin  miqdarı 

cədvəl 1-də verilmişdir. 

Cədvəl 1 

Üzvi maddələr

 

Miqdarı

 

q-la

 

Qeyri-üzvi maddələr

 

Miqdarı

 

q-la

 

Sidik cövhəri

 

25-35

 

Xörək duzu

 

10-15

 

Sidik turşusu

 

0,7

 

Kalium xlor

 

3-3,5

 

Kreatin

 

1,5

 

Kükürd turşusunun duzları

 

2,5

 

Hippyr turşusu

 

0,7

 

Fosfat turşusunun duzlan

 

2,5

 

 

 



Kalium-oksid

 

3,3

 

 

 



Maqnezium-oksid

 

0,8

 

 

 



Ammonyak

 

0,7

 

308 

downloaded from KitabYurdu.org



Beləliklə,  sidik  kisəsi  simpatik  və  parasimpatik  sinirlərlə 

innervasiya olunur. 

Simpatik  sinirin  oyanması  sidik  kisəsində  sidiyin  top-

lanmasına  parasimpatik  sinirlərin  oyanması  xaric  olması  şərait 

yaradır. 

Sidiyn ixrac olunması reflektoru prosesdir. Bu refleks sidik 

kisəsinə 150-300 ml sidik toplandıqda burada təzyiqin yüksəlməsi 

sidik kisəsi divarının gərilməsinə səbəb olur və nəticədə reseptorlar 

qıcıqlanır. Meydana çıxan oyanma afferent smir lifləri ilə onurğa 

beynin  2-ci,  və 4-cü oma seqmentlərində sidik ixracının reflektor 

mərkəzinə  nəql  olunur.  Onurğa  beynində  isə  oyanmalar 

parasimpatik  sinir  lifləri  ilə  imrulslar  sidik  kisəsinə  daxil  olaraq 

eyni zamanda sfınktorları boşaldır. Nəticədə sidik ixracı baş verir. 

Böyrəklərin çıxarılmasının nəticələri və süni böyrək. Hey-

vanların hər iki böyrəyi çıxarıldıqda və insanlarda isə ağır böyrək 

pozğunluqları zamanı tənəffüs pozğunluqları, huşun itməsi və 67 

gündən  sonra  ölüm  baş  verir.  Belə  halda  sidiyin  tərkibində  sidik 

cövhəri 30-40 mq%-dən 900 mq%-ə qədər artır. Böyrək xəstələrinə 

kömək üçün müvəqqəti olaraq böyrəklərin funksiyasını əvəz edən 

böyrək tətbiq olunur. Qanın dializi üçün 1943- cü ildən tətbiq edilən 

süni  böyrək  aparatları  (spiral,  ilbiz  və  lövhəvarı)  yarımkeçirici 

xassəyə malik spiral şəkilli nazik iki sellofan borulardan ibarət olur. 

Boruların biri dirsək çuxurunda arteriyaya, digəri isə venaya daxil 

edilir. 

Dializ  zamanı  bir  saat  müddətində  sellofan  borulardan 

keçən  qanın  tərkibində  6-16  q-a  qədər  sidik  cövhəri  ayırmaq 

mümkündür. Həftədə 2-3 dəfə hemodializ apardıqda süni böyrəklə 

xəstələri ölümdən qurtarıb, ömürlərini uzatmaq olar. Bir böyrəklə 

uzun müddət yaşamaq olar. 



14.6.  Tər, piy və süd vəzilərinin funksiyaları haqqında 

Tər  vəziləri.  Azot  mübadiləsi  məhsullarının  müəyyən 

miqdarı  bir  çox  heyvanların  orqanizmindən  dəri  törəmələri  - 

müxtəlif növlü buynuzlu törəmələr və dəri örtüklərinin (yun, 

309 

downloaded from KitabYurdu.org



tük) müxtəlif elementləri vasitəsilə xaric olunur. 

Ali məməlilərdə dərinin ifrazedici funksiyası xüsusi aparat 

olan  tər  vəzilərinin  inkişafı  ilə  təyin  olunur.  Onlar  pişiklərdə,  it-

lərdə,  meymunlarda,  kirpilərdə,  yaxşı  inkişaf  edərək,  vəhşi  mə-

məlilərdə,  balinakimilərdə  tamamilə  olmurlar.  Onlar  insanda 

xüsusilə  yaxşı  inkişaf  etmişdir.  Tər  vəzilərinin  vəzi  epitelərinin 

ümumi səthi dəri səthindən 500-600 dəfə çox olur. 

İfraz olunan tərin miqdarı ətraf mühitin temperaturundan və 

insanın  yerinə  yetirdiyi  işin  ağırlığından  asılı  olur.  Tər  vəziləri 

heyvan  orqanizmində  ilk  növbədə  bədən  temperaturunun 

tənzimlənməsi  orqanları  kimi  çıxış  etsələr  də,  onlar  metobolik 

tullantıların  orqanizmdən  xaric  olunması  proseslərində  də  əhə-

miyyətli  rol  oynayırlar.  Tər  vəzilərinin  şirəsində  sidik  turşusu, 

kreatin,  serin,  yağlar,  yağ  turşuları,  eləcə  də  qələvi  metalların 

duzları,  xüsusilə  də  külli  miqdarda  NaCl  olur.  Tər  vasitəsilə  or-

qanizmdən 5%-dən 10%-ə kimi sidik cövhəri xaric olunur. 

Tər  vəziləri  insanda  qulaq  çirkində  ifraz  edirlər.  Bəzi 

heyvanlarda tər vəziləri tükə (yuna) müvafiq rəng verən rəngli çirk 

də ifraz edirlər. Tər vəziləri vasitəsilə orqanizmdən tük töküləndə 

xaric olan bir sıra yağ piqmentləri də ifraz olunur. 

Tər  vəziləri  maddələr  mübadiləsinin  son  məhsullarını 

orqanizmdən  kənar  etməklə  osmotik  təzyiqin  və  qanın  reak-

siyasının sabitliyinə kömək edir. 

Tərin 98%-ni su və 0,7-2%-ni isə bərk maddələr təşkil edir. 

Bu maddələr 0,4-1% qeyri-üzvi və 0,31% isə üzvi birləşmələrdən 

ibarətdir.  Üzvi  maddələr  sidik  cövhəri  (0,03-0,05%-ə  bərabər), 

sidik  turşusu,  ammonyak,  hippur  turşusu,  indikan  aiddir.  Bəzən 

şəkərli diabet xəstələrində tərin tərkibində qlü- koza da olur. 

Sidiyə  nisbətən  tərdə  bərk  maddələr  az  olduğundan  onun 

xüsusi çəkisi 1,005-1,010-a bərabər olur. 

Orta  yaşlı  sağlam  adam  tez-tez  tərləyir  və  500-600  ml-ə 

qədər tər ifraz edir. Tərlə gündə 2 q xörək duzu və 11 q-a qədər azot 

itirilir. Böyrəklərin funksiyası pozulduqda tər vəzilərinin fəaliyyəti 

ikiqat artır. 

Yüksək temperatur və ya ağır fiziki iş zamanı tər ifrazı 

310 

downloaded from KitabYurdu.org



bir neçə dəfə artır və o tamamilə buxarlana bilmədiyindən damcı 

şəklində  axır.  İnsanda  tər  ifrazı  V.L.Minorun  təklif  etdiyi  yod-

nişasta üsulu ilə tədqiq  edilir. Bunun üçün dərinin  üzərinə spirtli 

yod  məhlulu  sürtülür.  Spirt  buxarlandıqdan  sonra  buraya  nişasta 

səpilir. Əgər tər ifraz olunarsa nişasta göy rəngə boyanır. 

Tər ifrazını lupa ilə də müşahidə etmək olar. 

Tər  vəzilərinin  sekretor  sinirləri  simpatik  sinirlərdir.  Tər 

ifrazı  sinir  sisteminin  təsiri  altında  baş  verən  reflektor  prosesdir. 

Havanın  temperaturu  yüksəldikcə  reseptorlarda  əmələ  gələn 

oyanma  müvafiq  mərkəzlərə  nəql  olunur  və  buradan  simpatik 

liflərlə tər vəzilərinə çataraq tər ifrazına səbəb olur. 

Tər  vəzilərinin  simpatik  innevarsiyası  müstəsnalıq  təşkil 

edir. Bu vəziləri fəaliyyətə gətirən mediator xolinergik təbiətlidir. 

Yəni tər vəzilərini innevarsiya edən simpatik sinirlərin mediatoru 

asetilxolindir. 

Simpatik  sinirlərin  stimulyasiyası  qatı,  yapışqanvarı  tərin 

cüzi miqdarda ifraz olunması ilə nəticələnir. 

Tər vəzilərinin fəaliyyətinə beyin qabığı da təsir edir. İnsan 

qəzəbləndikdə, qorxduqda tər ifrazı artır. Şiddətli ağrı da tər ifrazı 

ilə müşayiət olunur. 



Piy ifrazı. Bədənin səthində və tüklərin dibində yerləşən piy 

vəziləri simpatik sinirlərlə innevarsiya olunur. Onlar gündə 20 q-a 

qədər piy ifraz edir. Piy tükləri və dərini y ağlayar aq yumşaldır. 

Piy  vəziləri  halokrin  vəzilərə  aid  olub,  bəzi  hüceyrələrinin 

dağılması ilə fəaliyyətlərini başa vurur. 

Süd  ifrazı.  Uşağın  embrional  inkişafı  dövründə  süd  və-

zilərinin inkişafına və sekresiyaya hazırlayan qadın cinsi hormonu 

progestoron və südün əmələ gəlməsi ilə əlaqədar olan digər cinsi 

hormon  esterogen  süd  ifraz  edən  hüceyrələrin  işə  başlamasını 

tənzim edən hipofizin ön payından ifraz olunun prolaktin ifrazını 

ləngidərək,  südün  ixracına  maneçilik  törədir.  Hamiləliyin  axırma 

yaxın vəzilər süd ifrazına hazır olur. 

Doğuşdan sonra prostembrional  dövrdə onların hipofi- zə 

ləngidici  təsiri  aradan  qalxır  və  prolaktin  hormonu  ifraz  olunur. 

Prolaktin isə süd vəzilərinin fəaliyyətini sürətləndirir. 



Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin