Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə40/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   36   37   38   39   40   41   42   43   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


425 

downloaded from KitabYurdu.org



lərdə  istifadə  edilməsi  üçün  yararlıdır:  burada  təmiz  oksigen  ya 

sıxılmış hava, ya da helium ilə qarışdırılır. Sıxılmış havanın istifadə 

edilməsi  ilə  su  altına  dalması  7  m-dən  artıq  dərinlikdə  həyata 

keçirmək  olar,  belə  ki,  helium  ilə  olan  qarışıq  azotu  narkozdan 

müdafiə  edir.  Lakin  70  m  və  daha  dərin  qatlara  dalma  zamanı 

hipertoksik zədələnmələrdən uzaq olmaq üçün qarışığın tərkibində 

normada olduğundan daha az oksigen olmalıdır. 

18.9.  Su altında istiqamətin müəyyən edilməsi 

Görmə. Dərinlik artdıqca su altında işıqlanmanm intensivliyi 

azalır. 


100

 m dərinlikdə hətta əlverişli şəraitdə belə, əbədi qaranlıq 

hökm  sürür.  Əgər  mühafizə  gözlükləri  taxılmazsa  gözün  buynuz 

qişası hava əvəzinə fərqli sındırma xüsusiyyətlərinə malik olan su 

ilə  təmasda  olur.  Bunun  nəticəsində  yalnız  gözə  yaxın  məsafədə 

yerləşən obyektlər fokusda olur. Suya dalmaq üçün olan gözlüklər 

bu təsiri aradan qaldırır, lakin iti bucaq altında düşən işıq şüalarının 

çoxsaylı sınmalarının hesabına əşyalar daha xırda və uzaq məsafədə 

görsənir. Bundan əlavə, görmə oxuna lateral istiqamətdə yerləşən 

əşyalar təhrif olunurlar, lakin dalğıclar buna çox tez öyrəşirlər. 



Eşitmə. Suda səs havadakma nisbətən daha tez yayılır (330 

m/s  yerinə 1450).  Bu səbəbdən də su  altında səs mənbəyi insana 

əslində olduğundan daha yaxın gəlir. Bundan əlavə, qısa qulaqarası 

ləngiməyə görə səs mənbəyinin müəyyən edilməsi praktiki olaraq 

qeyri-mümkün olur. 

Müvazinət  sistemi.  Əgər  təbil  pərdəsi  zədələnərsə  su  orta 

qulağa düşə və üfüqi yarımdairəvi kanalın istilik stimulyasi- yasına 

səbəb  ola  bilər  ki,  bu  zaman  məkandə  istiqamətin  müəyyən 

edilməsində pozğunluqlar meydana çıxa bilər. Bu vəziyyətdə dalğıc 

təlaşa düşüb özünü itirərsə, öz həyatını təhlükə altına qoymuş olar. 

Su altında qalmanın qaydaları. Adi şəraitdə təhlükəsiz olan 

bir çox hal və vəziyyətlər su altında təhlükəli ola bilərlər. 



426 

downloaded from KitabYurdu.org



Su altına dalmanın 10 ən vacib qaydalarından, xüsusilə, 2-ni nəinki 

bütün  dalğıclar,  həm  də  heç  bir  yüksək  nailiyyət  əldə  etmək 

iddiasında olmayan həvəskarlar belə yadda saxlamalıdırlar: 

1.  Heç bir zaman təklikdə su altında qalmayın. 

2. Əgər  soyuqdəyməniz  varsa,  heç  bir  zaman  su  altında 

qalmayın (barozədələnmə). 



18.10.  İqlim və yaşayış yerinin ventilyasiya edilməsi 

İqlim.  İqlim  həkimlər  üçün  həm  müalicəvi  təsir  nöqteyi- 

nəzərindən (günəş şüası, təmiz hava və aşağı atmosfer təzyiqinin 

təsiri),  (həm  də  hava  kondisionerlərinin  yaşayış  yerlərində 

temperatur  və  rütubəti  tənzim  edən  cihaz)  tətbiq  edilməsi  ilə 

əlaqədar böyük maraq doğurur. Havanın  kondisiyalaşdırılma- sı* 

tətbiqi  fiziologiyanın  misalıdır,  çünki,  yaşayış  yerlərində  iqlim, 

otaqda təmiz havaya olan ehtiyac nəzərə alınmaqla insanda istilik 

tənzimi barədə məlum olanların əsasında yaradılır. 



Komfort  (rahatlıq)  şəraiti.  Yaşayış  yerindən  kənarda  olan 

insanlarda istilik tənziminin əsas təyinedici amilləri rolunda ətraf 

mühitin  temperaturu,  nisbi  rütubət,  küləyin  sürəti  və  günəş 

radiasiyası çıxış edir. Geyimdən, fiziki aktivliyin səviyyəsi və fərdi 

meyllilikdən asılı olaraq bu amillərə insanın subyektiv reaksiyası 

“komfort” hissindən “diskomfort” vəziyyətinə qədər dəyişə bilər. 

Psixoloji olaraq müəyyən edilən komfort zonası neytral temperatur 

tərəfindən fizioloji olaraq müəyyən edilən sahəsidir. İnsanın havada 

və ya su altına dalmış vəziyyətdə olmasından, həmçinin geyimdən 

asılı  olaraq  komfortun  şərtləri  arasında  kəskin  fərq  mövcuddur 

(cədvəl 4). 

Soyuğun  təsiri.  Çox  aşağı  temperaturun  təsiri  iki  növ  -  ya 

ayrı-ayrılıqda, ya da bütünlükdə pozğunluqlar əmələ gətirə bilər. 



Müəyyən  hüduddan  kənara  çıxmayan  soyuğun  təsiri  nə-

ticəsində zədələnmələr. +4°C-dən aşağı temperatur şəraitində 

427 

downloaded from KitabYurdu.org



periferik  qan  damarları  kəskin  yığılır;  kondisiyalaşdırma*  - 

standartda,  normaya  uyğunlaşdırma  bunun  da  nəticəsində  bədənin 

burun, qulaq, əl və ayaqda barmaqlar kimi hissələr adekvat olaraq 

qidalandırıcı  maddələrlə  təmin  edilmir.  Bu  şəraitdə  toxumanın 

donması  (nekroz)  ağrı  hissələrinə  səbəb  olmur,  çünki  belə  aşağı 

temperaturlarda sinir impulslarmın keçməsi pozulur (soyuğun təsiri 

ilə anesteziya). Müalicə üsulu kimi təcili olaraq isindirmədən istifadə 

etmək məsləhət görülür; toxumaları zədələmək qorxusu olduğundan 

masajdan uzaq olmaq məsləhətdir. 

Cədvəl 4 

Müxtəlif şəraitlərdən yetkin insan üçün 

təqribi 

neytral 

temperaturlar 

 ______________________________________ 

Ətraf

 

mühit

 

Digər şəraitlər

 

Geyim

 

Temperatur

 

həddi

 

Hava

 

Küləksiz,  40-50%  rü-tu-  bət, 



fiziki  sakitlik,  neytral  radiasiya 

şəraiti

 

Küçə üçün normal

 

20 -22°C

 

 



 

jeyimsiz çimərlik 

kostyumu

 

28 -30°C

 

Su

 

Sakitlik (vanna)

 

Geyimsiz çimərlik 

kostyumu

 

35,5 - 36°C

 

 

Üzgünçülük, 0,4 m/s



 

Geyimsiz çimərlik 

kostyumu

 

28°C

 

Ümumi  hipotermiya.  Aşağı  temperatur  şəraitində  periferik 

vazokonstraksiyanın istilik tənzimi nəticəsində normal şəkildə qanla 

təchiz  olunma  ürək  və  MSS  kimi  mərkəzi  orqanlarda  saxlanılır, 

ətraflar və periferik orqanların qanla təchiz olunması getdikcə daha 

çox  zəifləyir  (azalır).  Qan  axınının  güclənən  bu  mərkəzləşməsinə 

baxmayaraq, sonunda beyin və ürək də həmçinin soyuyur; bədənin 

daxili hissələrində temperaturun 30°C-dən aşağı düşməsi şəraitində 

insan  huşunu  itirir.  28°C-dən  aşağı  temperatur  şəraitində  isə 

mədəciklərin fıltra- siyası meydana çıxır. Hipotermiya vəziyyətində 

olan insanla 



428 

downloaded from KitabYurdu.org



damarların  genişlənməsi  və  ya  əzələ  nasosu  təsirinə,  bunun  nə-

ticəsində  də  periferik  qan  axınının  həddindən  artıq  sürətlə  bərpa 

olunmasına səbəb ola biləcək heç nə etmək olmaz. Bu halda bədənin 

periferik hissəsində olan qan nəinki həddindən artıq soyuq, eləcə də 

cərəyanın  ləngiməsi  nəticəsində  güclü  şəkildə  dəyişmiş  olur 

(məsələn, onda laktatın qatılığı artır), bu səbəbdən də onun mərkəzi 

qan  axınına  sürətli  qaytarılması  ürək  və  beyin  fəaliyyətində 

pozğunluqlara gətirib çıxarır. 

Massaj  və  aktiv  hərəkətlər  qadağandır  -  hipotermiya  və-

ziyyətində olan insana qızınmaq üçün qaçmaq olmaz; bu halda hətta 

gəzinti  belə  ölümə  gətirib  çıxara  bilər.  Yardımın  ən  sadə  və 

təhlükəsiz  forması  xəstənin  istiliyi  əks  etdirən  folqa  və  ədyala 

bükülməsidir  ki,  bu  zaman  orqanizmin  özü  tərəfindən  yaranan 

istiliyin təsirindən yavaş-yavaş, yüngül şəkildə isinmə baş verir. 



İstiliyin təsiri. Həddindən artıq isti sirkulyar kollaja və istilik 

və ya gün vurmaya səbəb ola bilər. Xüsusilə sakit vəziyyətdə, əgər 

rektal  temperatur  38,0-38,3°C-dən  artıq  qalxmırsa  dərinin 

damarlarının  genişlənməsi  istiliyin  təsirindən  bayğınlığa  gətirib 

çıxara  bilər.  Güclü  şəkildə  istilik  törənişinə  baxmayaraq  onu 

müşayiət  edən  dəri  damarlarının  sıxılması  və  qan  təzyiqinin 

hesabına  fiziki  aktivlik  özündən  getməyə  olan  meylə  əks  təsir 

göstərir. Beləliklə, qızmar şəraitdə iş zamanı istilik vurma təhlükəsi 

-  beynin  40°C-dən  artıq  temperatur  şəraitində  mərkəzi  sinirin 

tənzimedici  sistemində  pozğunluqlar  mövcud  olur.  İstiliyin 

təsirindən  baş  verən  bayğınlıq  zamanı  zərərçəkənin  ayaqlarını 

qaldırmaq,  bədən  temperaturunu  xarici  soyutma  yolu  ilə  aşağı 

salmaq və sonrakı isinmənin qarşısını almaq lazımdır. Lakin dərinin 

kəskin soyudulması az effektli olur, belə ki, dəridə qanın cərəyan 

etməsi o qədər zəif olur ki, soyuma orqanizmin daxili hissələrinə 

əməlli-başlı təsir göstərə bilmir. 

Yerli qızdırılma dəridə yanıqların əmələ gəlməsinə səbəb ola 

bilər. Anesteziya vəziyyətində olan və periferik sinirləri zədələnmiş 

xəstələrdə xüsusi ehtiyatlılıq tələb olunur ki, bunlarda hətta 37°C 

kimi aşağı temperaturda zədələnmələrə gətirib 



429 

downloaded from KitabYurdu.org



çıxara bilər. 

Klimatologiya. Tibbi klimatologiya müxtəlif iqlim amilləri - 

havanın  təmizliyi,  temperaturu,  həmçinin  yağıntı,  buludlu-  luq, 

külək  və  günəş  şüalanmasının,  xüsusilə  onun  ultrabənövşəyi 

komponentinin təsirinin müalicəvi əhəmiy-yətini  öyrənir. Yüksək 

dağlıq  yerin iqlimi  üçün intensiv  günəş radiasiyası,  quru hava və 

aşağı  miqdarda  oksigenin  olması  xarakterikdir;  dəniz  iqliminin 

vacib  xüsusiyyəti  havada  aerozolların  olmasıdır.  İqlimin  dəriyə 

təsirini istilik və şüa təsirlərinə bölürlər; sonuncunun təsiri günəş 

radiasiyası, xüsusilə ultrabənövşəyi şüaların təsiri ilə bağlıdır. 

Bu  iqlim  amillərinin  təsiri  iki  cürdür.  Bu  tərəfdən  onlar 

orqanizmdə spesifik vegetativ və endokrin, həmçinin qeyri- spesifık 

uyğunlaşma dərinliklərinə səbəb olurlar. Digər tərəfdən, təmiz hava 

aşağı  miqdarda allergenlərin olduğu mühitdir. Nəhayət,  müəyyən 

rolu, məsələn, kurortda istirahət  zamanı psixoloji təsir də oynaya 

bilər. 

18.11.  Udulan hava və yaşayış ventilyasiyası 

Bağlı otaqda udulan havanın qaz tərkibi. Adətən belə hesab 

edirlər ki, bağlı otaqda çoxlu sayda insan olduqda diqqətin itməsi 

və yorğunluğa səbəb olan oksigen çatışmazlığı əmələ gəlir. Lakin 

bu  belə  deyildir,  oksigenin  kifayət  qədər  miqdarı  qapı  və 

pəncərələrin  yarıqlarından  hava  mübadiləsinin  hesabına  və  əgər 

otaqda  mexaniki  ventilyasiya  işləyirsə  daha  çox  təmin  edilir. 

Oksigen çatışmazlığı ancaq hermetik bağlı otaqlarda və yalnız bir 

neçə saat keçdikdən sonra yarana bilər. 

Misal: Tutumu 400 m

3

 olan hermetik bağlı otaqda 100 insan 



olduqda  oksigenin  başlanğıc  miqdarı  85  m

3

,  onun  insanlar 



tərəfindən israf edilməsi isə təqribən 1800 

1

/saat təşkil edir. Deməli, 



O

2

 miqdarı 1 saat ərzində 0,45 10 



2

 qədər azalır və 9 saatdan sonra 

otaqda O

2

 fraksiyası hələ də təqribən 0,17-ə bə 



430 

downloaded from KitabYurdu.org



rabər olacaq 0,04-ə bərabər olan bu azalma tənəffüsün və fizioloji 

işgörmə  qabiliyyətinin  tənzim  olunmasından  çox  az  təsir 

göstərəcək;  Ck-nin  müqayisə  olunan  parsial  təzyiqinə  dəniz 

səviyyəsindən 1700 m yüksəklikdə təsadüf etmək olar. 

Bununla yanaşı, havada CO

2

 miqdarı hiss olunacaq dərəcədə 



yüksəlir. 0,83-ə bərabər olan tənəffüs əmsalı  şəraitində 9 saatdan 

sonra CO


2

 miqdarı 3,3-10'

2

-ə çatır, ağciyər ventilyasiy- asınm sürəti 



isə əvvəlkinə nisbətən 

2

 dəfə artır (cədvəl). 



Cədvəl 

Udulan havada (FuC0

2

)C02 miqdarının artması ilə 

V



ağciyər 

ven-  tilyasiyasının  yüksəlməsi  və  alveol  havasmdakı  (Pa

cc

,

2



uyğun gələn 

CCh-nin parsial təzyiqi 

F

U

C0

2

 

(-10-



2

)

 

0,03

 

2

 

4

 

6

 

V



E

 

(1/dəq)

 

6,6

 

9,2

 

15,5

 

30,5

 

PaC0

2

 

(mm.c.süt.)

 

38

 

41

 

44

 

50

 

Udulan  havada  CO



2

  miqdarının  artması  nəinki  ağciyər 

ventilyasiyasının  artmasına,  həm  də  əqli  işgörmə  qabiliyyətində 

pozğunluqlara  səbəb  olur.  Baxmayaraq  3-10 

2

  olan  CO



2

  sə-


viyyəsində çox cüzi mənfi təsirlər qeydə alınır, udulan havada CCh-

nin  5-10'

2

-dən  artıq  miqdarında  aydın  şəkildə  əqli  işgörmə 



qabiliyyətində, xüsusilə təlim zamanı pozğunluqlar yaranır. 

Havanın çirklənməsi. Əgər udulan havada çirkləndiricilər - 

qazlar,  buxar,  toz  və  s.  vardırsa  insanlar  subyektiv  olaraq  onu 

xoşagəlməz hesab edirlər; bu zaman onlarda həmçinin patofizioloji 

və  ya  toksiki  reaksiyalar,  hətta  xəstəliklər  əmələ  gələ  bilər. 

Sağlamlığın  mühafizə  edilməsinin  bu  sahəsində  aparılan  tibbi 

tədqiqatlar müxtəlif çeşiddə olan maddələr üçün "mümkün ola bilən 

son qatılığı" müəyyən etməyə imkan vermişdir (MSQ). 

Mümkün  ola  bilən  son  qatılıq  (MSQ)  -  iş  yerlərinin  ha- 

vasmdakı hər hansı bir maddənin çox böyük olmayan qatılığı- dır 

ki, hətta təkrar və uzun müddətli təsir zamanı (bir qayda olaraq, 40 

saatlıq iş həftəsində gün ərzində 

8

 saat müddətində) 



431 

downloaded from KitabYurdu.org



bu  maddə  işçilərin  sağlamlığına  xələl  gətirmir  və  arzuolunmaz 

reaksiyalara səbəb olmur. 



Binaların ventilyasiyası və havanın kondisiyalaşdırılması. 

İş  görmək  üçün  nəzərdə  tutulmuş  bina  və  istirahət  otaqlarında 

havanın  ventilyasiyası  və  kondisiyalaşdırılması  üçün  cihazlar 

quraşdırılmış  olur.  Bu  cihazların  vəzifəsi  insanları  havanın  "pis" 

olması kimi subyektiv hissədən uzaq tutmaqdır. 

"Pis  hava"  anlayışı  aşağı  miqdarda  oksigenə  malik  hava 

mənasını  vermir.  Bu,  tərkibində  kifayət  qədər  uçucu  maddələr 

(insanlar və onların geyimləri tərəfindən xaric edilən) və ya siqaret 

tüstüsü, avtomobillərin işlənməsi, qazları və s. olan havadır. Əksinə, 

"yaxşı hava" tərkibində yüksək miqdarda oksigenin olması ilə deyil, 

adları qeyd olunan maddələrin aşağı qatılığı ilə xarakterizə olunur. 

Hətta meşədə, belə havada oksigenin miqdarı yüksək deyil, havanın 

tərkibində  fotosintez  üçün  vacib  olan  CO

2

  miqdarı  və  fotosintez 



prosesinin  sürəti  O

miqdarının  nəzəçarpacaq  yüksəlməsini  təmin 



etmək üçün həddindən artıq azalır. 

Havanın  regenerasiyası  üçün  uducu  filtrlərdən  çox  nadir 

hallarda  istifadə  edilir.  Adətən  buna  xaricdən  təmiz  havanın  arzu 

olunmayan  maddələrin  qatılığmı  aşağı  səviyyədə  saxlamaq  üçün 

kifayət  qədər  olan  miqdarı  hesabına  nail  olunur.  Binaların 

havasmdakı CO

2

 miqdarı nə qədər təmiz havanın əlavə edilməsinə 



ehtiyac  olunmasının  ən  əhəmiyyətli  indikatoru  kimi  xidmət  edir. 

0,15-10'


2

-dən  aşağı  olan  qatılıq  (Pettenkof  ədədi)  adi  şəraitdə  nə 

qıcıqlanmaya, nə də pozğunluğa səbəb olur. Əgər otaqdakı havanın 

tərkibi  bu  göstəricinin  əsasında  tənzim  olunursa,  havanın 

kondisiyalaşdırılmasında külli miqdarda enerjiyə qənaət etmək olar. 

Havanın  kondisiyalaşdırılma  sistemləri.  Çox  da  böyük 

olmayan kondisionerlər sadəcə olaraq havanı soyudur və qurudur 

(çünki,  su  buxarı  soyuducu  qurğuda  kondensasiya  olunur),  bu, 

təravətləndirici  təsir  göstərir  və  bununla  da  ətraf  mühitin  yüksək 

temperaturuna  dözməyə  şərait  yaradır.  Daha  mürəkkəb  qurğular 

verilmiş  parametrlərə  uyğun  olaraq  havanın  temperatur  və 

rütubətini tənzim edir. Bəzi yerlərdə, məsə 

432 

downloaded from KitabYurdu.org



lən, cərrahiyyə otaqları və mikrosxemlərin yığıldığı sahələrdə hava, 

həmçinin mikrob və tozlardan da təmizlənməlidir; bu zaman nəzarət 

etmək  lazımdır  ki,  hava  filtrləri  və  rütubətlən-  diriciləri 

bakteriyaların  çoxalması  üçün  substrat  rolunda  çıxış  etməsinlər. 

Havası  ventilyasiya  olunan  və  kondisiyalaşdırılan  otaqlarda 

temperatur komfortu  yaratmaq üçün sürəti 

0,1

  m/s-  dən  artıq  olan 



hava axını - yelçəkənin qarşısını almaq lazımdır. 

SƏS - KÜY, VİBRASİYA VƏ TƏCİL 

18.12. Səs-küy

 

Eşitmə sisteminin pozğunluğu və zədələnməsinə səbəb olan 

arzuolunmaz səslər səs-küy hesab edilir. Səs-küyün təsirini qulaq və 

qulaqdan  kənar  təsirə  ayırmaq  olar.  Birinci,  geri  dönən 

qulaqbatmaya  (karlığa)  (eşitmə  qapısının  müvəqqəti  olaraq 

yüksəlməsi və ya audioqramma əyrisinin aşağı düşməsi) və yaxud 

stabil zədələnməyə səbəb olur. Səs-küyün xarici təsirləri arasında 

eşitmə  rabitəsinin  pozğunluğunu,  işgörmə  qabiliyyəti  və  digər 

psixoloji  göstəricilərin  aşağı  düşməsini,  həmçinin  bir  çox  fiziolji 

funksiyalara təsir göstərən yuxunun pozulmasını qeyd etmək olar. 

Səs-küy  bir  çox  istehsal  sahəsindəki  yükün  tipik  komponentidir. 

Onun  intensivliyinin  yüksəkliyinin  səviyyəsini  dB-da  qeydə  alan 

cihazlarla  ölçmək  olar.  Səs-  küyün  qiymətləndirilməsi  zamanı 

təsirin müddətini nəzərə almaq lazımdır. Uzun müddət davam edən 

səs-küyün səviyyəsi (orta səviyyə) işini 

8

 saatın dövrü üçün, ekoloji 



səs-küy şəraitində isə 16 günlük və ya 

8

 saatlıq dövr üçün hesablanır 



(cədvəl 5). Səs-küyün təsiri əvvəlcə psixoloji olaraq hiss edilir; və-

ziyyətdən  və  səs-küyün  xarakterindən  asılı  olaraq  onun  aşağı 

intensivliyi belə yorucu və ya qıcıqlandırıcı kimi qəbul edilə bilər. 

İnsanlar gecə istirahətinin vaxtı çatdıqda daha həssas olurlar; onlara 

avtomobil, qatar və təyyarənin səsi mane olur. Gecə vaxtı səs-küyün 

ən yüksək həddi 35 dB səviyyəsi hesab edilir (cədvəl 

6

). 


433 

downloaded from KitabYurdu.org



Cədvəl 5 

Səs-kfly yükünün təsnifatı və onların insanlara təsiri 

Səs-küyün

 

səviyyəsi

 

Səsin səviyyəsi

dB

 

Təsirin nəticələri

 

I

 

30-65

 

Psixoloji 

reaksiyalar, 

bəzi 

psixoloji 

pozğunluqlar

 

II

 

65-90

 

I səviyyədə olduğu kimi + fizioloji reaksiyalar, 



xüsusilə  vegetativ  tənzi-  medici  sistemlərin 

(ürək  yığılmaları  tezliyi  və  qan  təzyiqinin 

artması,  periferik  damarların  sıxılması,  əzələ 

tonusunun  reflektor  yüksəlişi,  yuxunun 

pozulması)

 

III

 

90-120

 

I  və  II  səviyyələrdə  olduğu  kimi  +  geri  dönən 



karlıq, uzun illər ərzində təsirdən sonra eşitmə 

qabiliyyətinin stabil olaraq aşağı düşməsi

 

IV

 

> 120

 

I  -  III  səviyyələrdə  olduğu  kimi  +  sinir 



hüceyrələrinin zədələnməsi

 

Cədvəl 6 



Almaniyada qəbul olunmuş standartlara uyğun olaraq 

müxtəlif zonalarda icazə verilən səs-küyün son həddinin 

qiyməti, dB  

 Gündüz

 _______  Gecə 

Kurortlar

 

45

 

35

 

Sırf yaşayış zonalar

 

50

 

35

 

Qarışıq zonalar (məsələn, şəhərin 

mərkəzində)

 

60

 

45

 

Psixoloji  və  emosional  reaksiyalardan  başqa  səs-küy  eks-



tremal vəziyyətdə eşitmə orqanının zədələnməsi və psixosoma- tik 

pozğunluqlara gətirib çıxaran müxtəlif fizioloji cavablara səbəb ola 

bilər. Zədələnmələrin dərəcəsi fərdi meyllilik, həmçinin səs-küyün 

intensivliyi,  xarakteri  və  müddəti  ilə  müəyyən  edilir.  90  dB 

intensivliyə  malik  səs-küyün  təsirinə  sutkada 

saat  məruz  qalan 



insanlardan  5%-i  10  ildən  sonra  ehtimal  olunur  ki,  ağır  eşitmədən 

əziyyət çəkəcəklər. 85 dB və daha artıq 



434 

downloaded from KitabYurdu.org



intensivliyə  malik  səs-küy  şəraitində  qulaqlıq  və  ya  digər  səsi- 

batıran  qurğular  daşımaq  məsləhət  görülür;  90  dB  və  daha  artıq 

səviyyədə səs-küyün təsirinə məruz qalan şəxslər mütəmadi olaraq 

həkim müayinəsindən keçməlidirlər. 



18.13.  Vibrasiya 

Titrəyişin (məsələn, maşınların) bədənə və başa ayaqlar, sarğı 

və  ya  əllər  vasitəsilə  ötürülür.  Onların  rezonans  tezliyindən  (fo) 

asılı  olaraq  titrəyişlərə  ayrı-ayrı  orqanlar  və  bütün  bədən  məruz 

qalır.  Oturan  insanın  bütün  bədəni  üçün  fo=4-7Hs;  ayrı-ayrı 

orqanlar  və  bədən  hissələri  üçün  rezonans  tezlikləri  cədvəldə 

təqdim olunmuşdur (cədvəl 7). 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin