Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə36/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   32   33   34   35   36   37   38   39   ...   58

377 

downloaded from KitabYurdu.org



Bu mexanizm  bədənin  bütün  sahələrində dərinin qan damarlarını 

tam  genişləndirərək  dəriyə  gətirilən  istiliyin  miqdarını  8  dəfə 

yüksəldir.  Arxa  hipotalamusun  simpatik  aktivliyinin  ləngiməsi 

zamanı tər ifrazı buxarlanma hesabına baş verir. 

Tər  ifrazı  buxarlanma  hesabına  istilik  verməni  artırır. 

Bədən temperaturunun 1°C yüksəlməsi tər ifrazına səbəb olur, bu, 

istilik  əmələ  gəlmənin  səviyyəsini  10  dəfə  aşağı  salmaq  üçün 

kifayət edər. 

Kimyəvi  termogenez  və  titrəmə  hesabına  istiliyin  əmələ 

gəlməsi tormuzlanır. 



Badən  temperaturunu  artıran  mexanizm  (şəkil  ll.B).  Də-

rinin əsas sahələrində damarların  daralması  bədən temperaturunu 

artırır.  Arxa  hipotalamusun  simpatik  mərkəzindən  fəallığı 

sayəsində damarların daralması baş verir. 

 





Şəkil 11. Temperaturun yüksəlməsi 

və aşağı salınmasının effektor mexanizmləri. 

Piloereksiya - bədənin tükünün düzlənməsi reaksiyası. Bu 

reaksiya  insanlarda  heyvanlar  qədər  əhəmiyyətli  deyil  (hava 

izolyatoru). 

Simpatik  sinir  oyanması  və  trioksinin  ifrazının  artması  və 

əzələ  titrəməsinin  vasitəsilə  istilik  hasilatı  əhəmiyyətli  miqdarda 

artır.  Əzələ  titrəməsi  temperatur  hasilatını  4-5  dəfə  artıra  bilər. 

Titrəmənin  hərəki  mərkəzi  arxa  hipotalamusun  dor-  zamedial 

hissəsində  yerləşir.  O  xarici  mühitin  temperaturu  yüksələndə 

tormozlanır və əksinə onun azalması zamanı oya 

378 

downloaded from KitabYurdu.org



nır.  Titrəmə  mərkəzindən  gələn  siqnallar  əzələ  tonusunun  yük-

səlməsinə  səbəb  olur.  Yüksək  əzələ  tonusu  iyvarı  əzələ  ritmik 

reflekslərin yaranmasına səbəb olur ki, bu da titrəməyə səbəb olur. 

Bədən  temperaturunun  sinir-humoral  tənzimi.  MSS-nin 

müxtəlif  şöbələrini  qıcıqlandırmaq,  zədələmək  və  ya  çıxartmaq, 

mikroelektrodlar  qoyub  sükunət  və  fəaliyyət  potensialını  qeyd 

etməklə  baş-beyin  yarımkürələri  zolaqlı  cism,  görmə  qabarları, 

hipotalamusun  və  s.  bədən  temperaturunun  tənzimində  rolu 

müəyyən edilmişdir (şəkil 12). 

 

Şəkil 12. 

Temperatur tənziminin sinir mexanizmini nümayiş etdirən sxem. H - 

hipotalamus; C - onurğa beynin boyun şöbəsi; TH - onurğa beynin döş şöbəsi; 



və 

II 



beynin sütununun kəsilməsi; 

III 

- onurğa beynin kəsilməsi. 

İlk  dəfə  Rise  dovşanda  zolaqlı  cismi  nazik  uzun  iynə  ilə 

(Rişe  iynəsi  dağıtdıqda  temperaturun  (2,5-3°-yə  qədər)  artdığını, 

S.V.Renson  isə  temperaturu  tənzim  edən  mərkəzin  əsasən 

hipotalamusda olduğunu apardığı təcrübələrlə isbat etmişdir. 

Bu mərkəz hipotalamusda on şırımla (comissura ante- 



379 

downloaded from KitabYurdu.org



rior)  görmə  çarpazı  (chiazma  opticun)  arasında  olduğu  müəyyən 

edilib.  Daxili  sekresiya  vəzilərindən  böyrəküstü  vəzin  beyin 

maddəsinin  hormonu  adrenalin,  qalxanabənzər  vəzin  hormonu 

trioksin  humoral  yolla  bədən  temperaturunun  tənzimində  iştirak 

edirlər. 

Böyrəküstü  vəzidən  ifraz  olunan  adrenalinin  bədənə 

yeridilməsi,  xüsusilə  əzələlərdə  oksidləşmə  prosesini  sürətlən-

dirməklə,  istiliyin  əmələ  gəlməsini  artırır  və  dəri  damarlarını 

dartmaqla  istiliyin  verilməsini  azaldır.  Ona  görə  adrenalin  bədən 

temperaturunun  yüksəlməsinə  (adrenalin  hipertermiyası)  səbəb 

olur. 

380 

downloaded from KitabYurdu.org



XVII FƏSİL 

ƏMƏYİN FİZİOLOGİYASI. 

17.1.

 

Əməyin fiziologiyasının başlıca müddəaları 



İş  şəraitində  və  idmanla  yüklənmiş  orqanizmin  funk-

siyalarının öyrənilməsi ilə sıx bağlı olan ekoloji Fiziologiya əmək 

və idman fəaliyyəti nəticəsində meydana çıxan fiziki iş yükləri və 

onların insana təsirinin analizi ilə məhdudlaşmayan fiziologiyanın 

bir sahəsini təşkil edir. 

Bir zamanlar ağır fiziki əmək həyatın ayrılmaz hissəsi hesab 

olunurdu,  lakin  müasir  işçilərin  böyük  əksəriyyəti  vəziyyətin 

qiymətləndirilməsi,  məlumatın  sürətlə  qəbul  edilməsi  və 

işlənməsini, həmçinin planlar işlənib hazırlanması və qərarlar qəbul 

etmək (məsələn, yığma xətlərində, nəzarət bölgələrində və təcrübə 

stansiyalarında)  qabiliyyətini  tələb  edən  məsələləri  yerinə 

yetirirlər. Əməyin fiziologiyası ilə məşğul olan tədqiqatçılar hətta 

idman  sahəsində  belə  bu  psixoloji  aspektlərə  böyük  diqqət 

ayırmalıdır, baxmayaraq ki, burada adətən həlledici rolu fiziki səy 

daşıyır. 

Əgər  fiziki  yük  öz  təbiətindən  asılı  olmayaraq,  həddindən 

artıq  ağır  olarsa,  orqanizm  çox  gərginləşir  və  sağlamlığın  zəif-

ləməsi  baş  verir.  Sağlamlıq  anlayışı  Ümumdünya  Sağlamlıq 

Təşkilatı (ÜST) tərəfindən aşağıdakı kimi müəyyən edilmişdir: 

Yalnız xəstəlik və halsızlıq əksik olduğu tam fiziki, psixi və 

sosial rifah (salamatlıq) vəziyyəti. 

Fizioloji  əməyin  əsaslarını  bilmədən  əməyin  humanist 

şərtlərini  müəyyən  etmək  qeyri-mümkündür.  Beləliklə,  müvafiq 

ixtisas adamları fiziologiyanın bütün sahələrini cəlb etməklə insan 

və  onun  iş  yeri  (idman  meydanları  da  daxil  olmaqla)  arasında 

qarşılıqlı təsirin öyrənilməsilə məşğul olurlar. Yalnız məsələyə bu 

cür  yanaşma  imkan  verir  ki,  iş  şəraiti  və  ya  maşının  işçiyə 

uyğunlaşmasını  və  əksinə  işçinin  iş  şəraitinə  adaptasiyasını 

(yararlılıq testləri üzrə seçmə və ya təlim yolu ilə) asan 

381 

downloaded from KitabYurdu.org



laşdıran  məsləhətlər  işləyib-hazırlamaq  olar.  Bu  mənada  əməyin 

fiziologiyasını  insanın  fıravanlığı  istiqamətinə  yönəlmiş  elm  kimi 

nəzərdən keçirmək mümkündür. 

YÜK, İŞ VƏ GƏRGİNLİK 

Terminologiya. Yük, iş yerinə yetirən insandan asılı olmayan 

parametrlərə malik xarici məsələdir. Eyni zamanda iş- yükə uyğun 

reaksiya  şəklində  büruzə  verilən  fəaliyyətdir  ki,  bu  insanın  fərdi 

xüsusiyyətlərindən  asılıdır.  Müəyyən  işi  yerinə  yetirərkən 

orqanizmin  keçirdiyi  gərginlik,  müxtəlif  fizioloji  funksiyaların 

dəyişməsində  əks  olunur.  Qeyd  olunan  hər  3  kəmiyyəti  ölçmək 

mümkündür. 

Yükün növləri. Sinir-psixi və fiziki ayırd edilir. Fiziki yükləri 

adətən  fiziki  kəmiyyətlərlə  xarakterizə  etmək  mümkün  olsa  da, 

sinir-psixi yüklərə çox zaman dil ilə təsvir vermək olur. Sinir-psixi 

yüklərə bəzi reaksiyalar sonrakı başlıqlarda müzakirə olunacaqdır. 



Gərginliyi  müəyən  edən  amillər.  Orqanizmin  ona  verilən 

yükün öhdəsindən  gəlməsi  üçün vacib  olan fizioloji funksiyaların 

yenidən  qurulmasının  dərəcəsi  əsasən  iki  amildən  -  işgörmə 

qabiliyyəti və fəaliyyətin effektivliyindən asılıdır. 



işgörmə  qabiliyyəti  -  yükə  reaksiya  vermə,  müəyyən  işi 

yerinə  yetirmək  qabilliyyətidir.  İş  görmə  qabiliyyəti  sağlamlığın 

vəziyyəti, təcrübəlilik, həmçinin görülən işə qarşı olan istedaddan 

asılıdır.  Hər  bir  ayrı-ayrı  vəziyyətlərdə  ona  ətraf  mühit  (məsələn, 

iqlim, günün saatı, səs-küy) və əqli fəaliyyət və emosional dairənin 

ümumi vəziyyətinə təsir göstərir. 

Faydalı iş əmsalı - sərf olunmuş səyin faydalı ölçüsüdür; işin 

görülməsi zamanı insana verilən yük nə qədər yüksək olarsa, onun 

iş görmə qabiliyyəti və faydalı iş əmsalı bir o qədər aşağı olar və 

əksinə. 


İŞİN TİPLƏRİ 

Yükün xarakterindən asılı olaraq yerinə yetirilən iş də fiziki 

və zehni ola bilər, baxmayaraq ki, gərginliyin göstəricilə 

382 

downloaded from KitabYurdu.org



rinə  əsaslanaraq  bu  iki  növ  arasında  hüdud  qoymaq  çox  zaman 

çətinlik törədir. Fiziki yük kimi fiziki işi fiziki kəmiyyətlərlə ifadə 

etmək  olar.  Zehni  və  emosional  işi  isə  (məsələn,  incəsənət 

yaradıcılığı və ya elmi tədqiqatlarda) adətən ölçmək olmaz. 



Fiziki iş. Dinamiki iş o zaman yerinə yetirir ki, fiziki mənada 

müəyyən məsafədə müqavimətin dəf edilməsi baş verir. Bu zaman 

(məs., velosiped sürərkən, pilləkən və  ya dağa çıxarkən) iş  fiziki 

vahidlərlə ifadə oluna bilər. (lVt = lC/s = İNm/s) Müsbət dinamiki 

iş  şəraitində  əzələlər  "mühərrik"  vəzifəsində  çıxış  etdiyi  halda, 

mənfi  dinamiki  iş  şəraitində  "əyləc"  rolunda  çıxış  edir  (məsələn, 

dağdan düşərkən). 

Statik iş - izotermik əzələ yığılması zamanı əmələ gəlir. 

Zehni  iş  -özündə  təfəkkür  və  emosional  komponentləri 

cəmləşdirir. Təfəkkür komponentləri o zaman üstünlük təşkil edir 

ki,  iş  ilk  növbədə  intellektual  qabiliyyətlərin  istifadə  olunmasını 

tələb  edir.  Məsələn,  burada  düşünmə  və  diqqətin  bir  yerə 

cəmlənməsini  tələb  edən  məsələləri,  yaxud  siqnalların  aşkar 

edilməsi və işlənməsini əşya və ya hadisələri izləyərkən məhsulun 

keyfiyyətinə nəzarət zamanı və ya avtomobil idarə edərkən misal 

çəkə bilərik. Emosional komponentlərin üstünlük təşkil etdiyi zehni 

iş  vegetativ  sinir  sisteminin  konkret  reaksiyaları  ilə  bağlıdır  və 

insanın  əhval-ruhiyyəsində  təzahür  edir  (sevinc,  qəzəb,  kədər 

duyan zaman). 

İşin digər növləri. Sensomotor fəaliyyət üçün ağır əzələ işi 

deyil, müəyyən vərdiş və səriştə xarakterikdir (məsələn, cərrahiyyə 

əməliyyatları  və  ya  maşının  yığılması).  Gündəlik  əmək 

fəaliyyətində qarşılaşdığımız məsələlərin həll edilməsi çox zaman 

işin müxtəlif növlərinin kombinasiyasının yerinə yetirilməsini tələb 

edir. 


ERQOMETRİYA 

Erqometriya  -  fiziki  işgörmə  qabiliyyətinin  müəyyən 

edilməsi  üsuludur.  Erqometrlər  işin  görülməsi  zamanı  faydalı  iş 

əmsalını  nisbi  sabit  səviyyədə  saxlamaq  imkanı  verirlər;  aşağıda 

təsvir olunduğu kimi onlar 2 əsas növdə olurlar. 



383 

downloaded from KitabYurdu.org



Veloerqomethr.  Müəyyən  kütləyə  malik  stasionar  velo-

sipedin  çarxı  məlum  tormozlanma  qüvvəsini  uzadaraq  fırlanır. 

Fırlanmanın  tezliyi  nə  qədər  yüksək  olarsa  (dövrdən,  d/dəq)  və 

tormozlanmanm qüvvəsi (f) nə qədər çox olarsa, bir o qədər böyük 

iş görülür. Beləliklə, iş (p) p=d/dəqf düsturu ilə ifadə olunur. Bir 

çox  erqometrlərdə  iş  avtomatik  olaraq  qeydə  alınır;  bu  qeydedici 

cihazların dəqiqliyini 2 ildən bir yoxlamaq lazımdır. 

Tredban  erqometrlər.  Əgər  insan  öz  bədəninin  vəziyyətini 

saxlamağa  can  atarkən  maili  qaçış  zolağı  ilə  addımlayırsa,  onun 

bədəninin ağırlıq mərkəzi daimi qaçış zolağı ilə enərkən düşdüyü 

səviyyəyə (qiymətə) qalxır (onun hərəkətinin sürəti və maillikdən 

asılı  olaraq).  Bu  səbəbdən  bu  iki  dəyişkən  (eyni  ilə  dağa  qalxan 

zaman olduğu kimi) görülmüş işi müəyyən edir. Velorqometr kimi 

bu  aparat  da  faydalı  iş  əmsalı  20-25%  olan  iş  yaratmağa  imkan 

verir. 


FİZİKİ YÜKLƏRƏ ADAPTASİYA 

Fiziki fəallıq əzələ, ürək-damar və tənəffüs sistemi də daxil 

olmaqla müxtəlif orqanlar sistemində dərhal reaksiyaları fəaliyyətə 

gətirir. Sürətlə baş verən bu uyğunlaşma dəyişkənlikləri az və  ya 

çox dərəcədə uzun müddətə, məsələn məşqlər nəticəsində inkişaf 

edən uyğunlaşmadan fərqlənir. Sürətin reaksiyalarının qiyməti bir 

qayda olaraq gərginliyin ölçüsü kimi xidmət edir. 

İntrafərdi və fərdlərarası fərqlər. 

İş  eyni  bir  adamdan  günün  vaxtı  və  ətraf  mühitin  tempe-

raturundan asılı olaraq bu və ya digər fiziki uyğunlaşmanı tələb edə 

bilər;  belə  fərqlər  fərddaxili  adlandırılır.  Fərdlərin  qruplarının 

daxilində kifayət qədər əhəmiyyətli fərqlər qeydə alma bilər. 



384 

downloaded from KitabYurdu.org



17.2. Dinamiki iş zamanı əzələlərə qan axını 

maddələr mübadiləsi 

Əzələlərdə qan axını: Sakit halda əzələlərdə qan axım 2040 

ml  dəq  kq  təşkil  edir.  Ekstremal  fiziki  yükün  altında  bu  qiymət 

maksimuma çataraq dözümlülüyə öyrənilmiş adamlarda 1,81 dəq 

kq, öyrəşməmiş adamlarda 1,3 I dəq kq olub, xeyli dərəcədə artır. 

Qan  axını  işin  başlanması  ilə  dərhal  deyil,  20-30  saniyədən  az 

olmayan  müddət  ərzində  güclənir;  bu  zaman  yüngül  işin  yerinə 

yetirilməsi  üçün vacib  qan axını ilə təmin  olunmağa kifayət  edir. 

Lakin  ağır  dinamiki  iş  zamanı  oksigenə  tələbat  tamamilə  təmin 

oluna bilməz, buna görə də anaerob metabolizmin hesabına alınan 

enerji payı artır. 



Əzələlərdə  maddələr  mübadiləsi:  Yüngül  işin  görülməsi 

zamanı  enerjinin  alınması  işin  başlanmasından  sonra  yalnız  qısa 

keçid  dövrü  ərzində  anaerob  yolla  baş  verir,  daha  sonra  isə 

metabolizm  substrat  kimi  qlükoza,  həmçinin  yağ  turşuları  və 

qliseroldan  istifadə  olunmaqla  tamamilə  aerob  reaksiyaların 

hesabına  həyata  keçirilir.  Bundan  fərqli  olaraq  ağır  iş  zamanı 

enerjinin  alınması  qismən  anaerob  proseslər  ilə  təmin  edilir. 

Anaerob  metabolizm  istiqamətində  dəyişkənlik  (süd  turşusunun 

əmələ gəlməsinə səbəb olan) əsas etibarilə əzələlərdə arterial qan 

axınının  çatışmazlığı  və  ya  arterial  hipoksiya  üzündən  baş  verir. 

Enerji  ilə  təmin  olunma  proseslərində  olan  bu  və  işin 

başlanmasından  dərhal  sonra  müvəqqəti  olaraq  meydana  çıxan 

digər  «dar  bölgələr»lə  yanaşı,  ekstremal  yüklərin  təsiri  altında 

metabolizmin  müxtəlif mərhələlərində  fer-  mentlərin  aktivliyi  ilə 

bağlı olan «dar bölgələr» yaranır. Külli miqdarda süd turşusunun 

toplanması ilə əzələlərin yorulması baş verir. 

İşin  başlanmasından  sonra  əzələdə  anaerob  energetik 

proseslərin intensivliyinin yüklənməsi üçün bir qədər zaman tələb 

olunur. Bu dövr ərzində enerjidə olan kəsir asanlıqla əldə olunan 

anaerob  energetik  ehtiyatların  (ATF  və  kreatinfosfat)  hesabına 

barpa olunur. Mikroergik fosfatlarm miqdarı qli- kogen ehtiyatı ilə 

müqayisədə böyük deyil, lakin onlar nəinki 



385 

downloaded from KitabYurdu.org



qeyd  olunan  dövr  ərzində,  beləcə  də  işin  görülməsi  zamanı  qısa 

müddətli  yüklənmə  şəraitində  enerji  ilə  təmin  olunmada  əvəzo- 

lunmazdılar (cədvəl 

1

). 



Cədvəl 1 

75 kq çəkiyə malik adamın ehtiyatları, kC_____   

ATF 


Kreatinfosfat 

15 

Qlikogen 



4600 

Yağlar 


300000 

17.3. Dinamiki iş zamanı ürək-damar sisteminin 

işinin göstəriciləri 

Dinamiki  iş  zamanı  ürək-damar  sisteminin  işində  əhə-

miyyətli  dərəcədə  uyğunlaşma  dəyişkənlikləri  yaranır.  Ürəkdən 

çıxan qanın miqdarı və işləyən əzələdə qan axını artır, bununla da 

oksigenə  olan  ehtiyac  qanın  hesabına  daha  tam  ödənilir,  əzələdə 

əmələ  gələn  istilik  isə  istilik  vermənin  baş  verdiyi  orqanizmin 

hissələrinə ötürülür. 

Qan təzyiqi. Dinamiki iş şəraitində arterial qan təzyiqi yerinə 

yetirilən işin funksiyası kimi dəyişir. Sistolik təzyiq 200 Vt yükün 

təsiri altında demək olar ki, yerinə yetirilən yükə mütənasib olaraq 

artaraq təqribən 220 mm. C. süt-na (29 kPa) çatır. Diastolik təzyiq 

adətən azalma istiqamətində olmaqla cüzi dərəcədə dəyişir. Buna 

görə də orta arterial təzyiq yüngülcə artır. Qan təzyiqinin normal 

artmasının  yüksək  həddi  veloerqometriya  (100  Vt)  şəraitində 

oturaq vəziyyətdə 200/100 mm. c.süt., uzanılı vəziyyətdə 210/105 

mm.c.süt.,  təşkil  edir  (RR  metodu).  Qan  dövranı  sistemində  iş 

görülən  zaman  aşağı  təzyiqin  təsiri  altında  funksiya  göstərən  qan 

təzyiqi az artır, bu bölgədə aydın nəzərə çarpan yüksəliş patologiya 

(məsələn, ürək çatışmazlığında) hesab olunur. 



386 

downloaded from KitabYurdu.org



17.4. Dinamiki iş şəraitində tənəffüsdə oksigenin sərf edilməsi 

Orqanizm  tərəfindən  oksigenin  sərf  edilməsi  çəkilmiş 

zəhmətin effektivliyi və yükündən asılı olan kəmiyyət qədər artır. 

Asan  iş  görülən  zaman  stasionar  vəziyyət  əldə  edilir,  bu  zaman 

oksigenin sərf və istifadə edilməsi ekvivalentdir, lakin bu 3-5 dəq 

keçdikdən sonra baş verir ki, bu müddət ərzində əzələdə qan axını 

və  maddələr  mübadiləsi  yeni  tələblərə  uyğunlaşır.  Stasionar 

vəziyyət  əldə  olunmayana  qədər  əzələ  mi-  oqlobinlə  bağlı  olan 

oksigenin təmin etdiyi az miqdarda oksigen ehtiyatından və qandan 

daha  çox  miqdarda  oksigen  almaq  qabiliyyətindən  asılıdır.  Ağır 

əzələ  işi  şəraitində  o,  tərkiblə  yerinə  yetirilirsə  belə  stasionar 

vəziyyət mümkün olmur, ürəyin yığılmasının tezliyi kimi oksigenin 

sərf edilməsi maksimuma çataraq yüksəlir. 

TƏNƏFFÜS 

Yüngül  dinamiki  iş  zamanı  tənəffüsün  bir  dəqiqədə  olan 

həcmi  ürəkdən  qanın  çıxması  kimi  oksigen  sərfinə  mütənasib 

qaydada  artır.  Bu  yüksəliş  tənəffüs  həcminin  və  ya  tənəffüsün 

tezliyinin artması nəticəsində meydana çıxır. 

Belə güman edirlər ki, yüngül iş zamanı oksigen sərfi ilə bir 

dəqiqədə  olan  tənəffüs  həcmi  arasında  mütənasibliyə  ürəyin 

yığılmasının tezliyinin uyğunlaşması (adaptasiyası) halında olduğu 

kimi metabolitik aktivlikdən asılı olan əzələ reseptorla- rı nəzarət 

edir.  Ağır  iş  şəraitində  tənəffüsün  1  dəqiqədə  olan  həcminin 

qiymətinin  artması  oksigenin  sərfində  olan  dəyişkənliklərə 

mütənasib  olan  dəyişkənlikləri  hiss  olunacaq  dərəcədə  üstələyir, 

ona  görə  ki,  əzələdə  əmələ  gələn  süd  turşusu  qanda  metabolitik 

asidoz yaratmaqla tənəffüsün əlavə tənzimləyicisi kimi çıxış edir. 



387 

downloaded from KitabYurdu.org



17.5. Dinamiki iş zamanı qanın göstəriciləri 

Dinamiki  işdən  əvvəl  və  sonra  qanda  kifayət  qədər  əhə-

miyyətli  dəyişkənliklər  əmələ  gəlir.  Çox  nadir  hallarda  bu  dəy-

işikliklərə  əsasən  həqiqətən  də  fiziki  gərginliyin  dərəcəsini 

qiymətləndirmək olar, lakin onların başlıca əhəmiyyəti ondadır ki, 

onlar  laborator  diaqnostikada  edilən  səhvlərin  mənbəyi  rolunda 

çıxış edirlər. 

Yüngül  fiziki  iş  zamanı  sağlam  adamın  arterial  qanında 

karbon  qazı  və  oksigenin  porsial  təzyiqindən  yalnız  cüzi  dəyi-

şikliklər aşkar edilir. Ağır iş daha da hiss olunacaq dəyişikliklərə 

səbəb olur. Sakitlik səviyyəsindən ən çox kənaraçıxma arterial P

02

 



üçün 

8

%, arterial Pco



2

 üçün 


10

% təşkil edir. 

Gərginliyin  artması  ilə  qarışıq  venoz  qanın  oksigenlə 

doyması  aşağı  düşür;  buna  uyğun  olaraq  oksigenə  görə  olan 

arteriovenoz  fərq  sakitlik  səviyyəsində  olan  0,05-ə  bərabər 

qiymətdən  öyrənilməmiş  adamlarda  0,14-ə,  öyrəşmiş  adamlarda 

0,17-ə  qədər  yüksəlir.  Bu  yüksəliş  işləyən  əzələdə  qandan 

oksigenin ayrılmasının artması ilə şərtlənmiş olur. 

Fiziki  iş  şəraitində  hematokritin  göstəricisi  nəinki  plazma 

həcminin  aşağı  düşməsi  (kapillyar  fıltrasiyanm  güclənməsi  ilə 

əlaqədar), eləcə də eritrositlərin onların əmələ gəldiyi yerdən daxil 

olması hesabına (bu zaman yetkin olmayan formaların payı artır) 

yüksəlir.  Həmçinin  leykositlərin  sayının  arması  da  qeydə 

alınmamış (işçi leykositoz). 

Uzaq  məsafəyə  qaçan  qaçıcınm  qanında  leykositlərin  sayı 

işgörmə qabiliyyətindən asılı olaraq qaçışın uzunluğuna mütənasib 

şəkildə  5000-15000  hüceyrə/mkl  qədər  yüksəlir  (yüksək  işgörmə 

qabiliyyətinə malik şəxslərinkindən az). Yüksəlmə əsasən neytrofıl 

qranulositlərin kəmiyyətinin artması hesabına baş verir, belə ki, bu 

zaman  müxtəlif  tip  hüceyrələrin  sayında  olan  nisbət  dəyişilir. 

Bundan  əlavə, işin intensivliyinə mütənasib  olaraq trambositlərin 

sayı da artır. 

Yüngül fiziki iş turşu - əsas tarazlığına təsir göstərmir, belə 

ki,  əmələ  gələn  karbon  qazının  bütün  artıq  miqdarı  ağciyərlər 

tərəfindən xaric edilir. Ağır iş zamanı metabolitik asidoz 

388 

downloaded from KitabYurdu.org



inkişaf  edir  ki,  onun  dərəcəsi  laktatm  əmələ  gəlməsinin  sürətinə 

mütənasibdir;  o  qismən  tənəffüsün  hesabına  kompensə  olunur 

(arterial Po2-in aşağı düşməsi). 

17.6.

 

Qanda qidalı maddələrin miqdarı 

İş  zamanı  sağlam  adamın  arterial  qanında  qlükozanm 

səviyyəsi az dəyişir. Yalnız ağır və uzun müddətli iş zamanı arterial 

qanda  qlükozanm  qatılığının  aşağı  düşməsi  baş  verir  ki,  bu 

yaxınlaşmaqda olan yorulmaya (üzülməyə) dəlalət edir. Əgər qida 

rasionu  karbohidratlarla  zəngindirsə  sərbəst  yağ  turşuları  və 

qliserrolun  qatılığı  işin  təsiri  altında  az  dəyişir,  belə  ki, 

karbohidratların  sərfi  ilə  şərtlənmiş  insulin  sekresiyası  lipoliz 

prosesini ləngidir. Lakin adı qida rasionu şəraitində uzun müddətli 

ağır iş qanda sərbəst yağ turşuları və qliserolun qatdığının 4 dəfə və 

ya daha çox artması ilə müşayiət olunur. 

QANDAKI DİGƏR MADDƏLƏR 

Fiziki yük şəraitində qanda bəzi ionların (məsələn, kalium) 

və  üzvi  maddələrin  (məs.,  tranaminazalarm)  qatılığı  artır.  Bu 

dəyişikliklər  əzələlərdə  membran  keçiriciliyi  ilə  izah  olunur  ki, 

bunun sayəsində hüceyrədaxili komponentlər qan axınına keçirlər. 

Ümumiyyətlə,  işin  təsir  ilə  qanda  meydana  çıxan  dəyişkənliklər 

xəstəliyin  təsirindən  yaranaraq  dəyişkənliklərdən  çox  çətinliklə 

fərqlənirlər. 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin