Muxtar Cəfərli
1. Mətndə hansı abzas yerində deyil? Onun yerini müəyyənləşdirin.
2. Mətndən əsas faktları toplayın.
3. Mətn əsasında dialoq qurun. Müşahidə aparın. Bu zaman nədən istifadə
etmədiniz?
4. Hansısa ölkəyə, şəhərə və ya rayona səyahət edərkən ilk anda diqqətinizi nə
cəlb edir? Səfəriniz nə ilə bağlı olur?
5. Fərqləndirilmiş sözlərin leksik mənasını izah edin
6. Mükəmməl, əqidə sözlərinə yaxınmənalı sözlər tapın.
7. Təmkin və səbir sözləri sinonim ola bilərmi? Gəldiyiniz qənaəti nümunələrlə
əsaslandırın.
8. Əsnasında sözünü hansı sözlə əvəz etsək, "Səfər əsnasında onun qabiliyyəti,
ədəbi və təmkini bir dərvişin xoşuna gəlir"’ cümləsinin məzmununa xələl gəlməz?
9. Məslək və məqsəd sözlərini qarşılaşdırın, onların məna fərqini izah edin.
10. Mətnin I abzasında cümlələrin qrammatik əsasını tapm. Hansı cümlənin
mübtədası yoxdur? Onu bərpa etmək olarmı? Mətndə IV abzasda hansı
cümlənin mübtədasını ixtisar etsək, mətnə xələl gəlməz?
Mübtəda və xəbəri olan cümlələr müəyyən şəxsli cümlələrdir.
Neft sözü midiyalıların “nafta” sözündən götürülmüşdür.
İnsan təkbaşına kamilləşə bilməz.
Müəyyən şəxsli cümlələrdə bəzən mübtəda buraxılır. Ancaq xəbərdəki
şəxs sonluğuna əsasən cümlənin mübtədasını bərpa etmək olur.
(Mən) Bilirəm ki, deməyəcək,
Bir sevgilim, bir də Vətən:
Şair, nə tez qocaldın sən?! (S. Vurğun)
Müəyyən şəxsli cümlələr müxtəsər və geniş olur.
Dil millətin varlığıdır. (müxtəsər)
Dil ictimai hadisədir. (geniş)
11. Bədii ədəbiyyatdan müəyyən şəxsli cümlələrə aid nümunələr seçin. Cümlə
üzvlərinin müxtəlif söz və söz birləşmələri ilə ifadə olunmasına diqqət yetirin.
12. Xitab, ara söz və müəyyən şəxsli cümlələr haqqında öyrəndiklərinizi tətbiq etmək
üçün test nümunələri hazırlayın. Cavabları aşağıdakı sxemlərə uyğunlaşdırın.
13. “Mən səyyah olsaydım” adlı təqdimat hazırlayın.
MAHMUD KAŞĞARİ
Mahmud Kaşğari 1029-cu ildə Kaşğar elinin Azıx kəndində anadan olmuşdur. İlk
təhsilini Kaşğarda Saciyə və Hamidiyyə mədrəsələri kimi elm mərkəzlərində almış,
dövrünün elmləri ilə bərabər, ərəb və fars dillərini mükəmməl şəkildə öyrənmişdir.
Təxminən 1058-ci ildə Bağdada getmiş, bir müddət burada yaşamışdır. Bağdad o
zaman Səlcuq imperiyasına tabe idi. Ərəblərin türkləri tanıması, onların adət və
ənənələrini öyrənmək üçün çətinlik çəkməsi, xüsusən dil problemləri Mahmud
Kaşğaridə bir əsər yazmaq ideyasını yaradır: on il müddətində türklərin yaşadığı bir
çox əraziləri
səyahət etdikdən sonra adını tarixə həkk edən
“Divani-lüğətit-Türk” (1072-1074) ensiklopedik əsərini yazır. Bu əsər quruluş etibarilə
lüğət olsa da, hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi nümunələrlə zəngindir.
Səkkiz bölmədən ibarət əsər ərəb dilinin lüğət qaydalarına uyğun yazılmışdır. Müəllif
ensiklopediyada “Dünya xəritəsi” adlanan bir xəritə vermiş, bu xəritədə mərkəz
Balasaqunu seçərək türklərin yaşadığı bütün əraziləri qeyd etmişdir. Xəritə üzərində
“Əradi Azərabadkan” yer adı da qeyd edilmişdir. “Divan”ın sonuna əlavə olunmuş bu
xəritə Mahmud Kaşğari dövründə türkdilli xalqların yaşadığı ərazilərin təsvirini verən
ilk xəritədir. Təxminən 1080-ci ildə Kaşğara qayıdan alim 1105-ci ildə burada dünyasını
dəyişir. Kaşğar yaxınlığındakı Opal kəndində dəfn olunur. Üzərində “Müqəddəs
alimin məzarı” sözləri yazılmış məqbərəni 1984-cü ildə təmir etmişlər. Halhazırda
məqbərədə alimin məzarı yerləşən otaq, “Divani-lüğətit-Türk” əsə
M.Kaşğarinin “Divani- lüğətit-Türk” əsəri nə üçün ensiklopedik xarakter daşıyır?
rinin müxtəlif dillərdə tərcümə və nəşrləri, bir neçə litoqrafik çaplı Qurani-Kərim,
Mahmud Kaşğari və onun əsəri haqqında yazılmış kitablar və məqalələr nümayiş
olunur. Burada həmçinin Mahmud Kaşğarinin portreti və Qaraxanlılar dövrünə aid
əşyalar da vardır.
1. Mətn üzərində iş aparıb abzasları bərpa edin. Əsas faktları nəzərə almaqla
mətni qısaldıb yazın.
2. Mahmud Kaşğarinin “Divani-lüğətit-Türk” əsəri Azərbaycan dilinə tərcümə
edilərək çap olunmuşdur” məlumatını mətnin hansı hissəsinə əlavə etmək olar?
3. “Hacı Zeynalabdin Şirvani” mətni ilə “Mahmud Kaşğari” mətninin məzmununu
müqayisə edin, alimlərin səfər məqsədləri barədə müzakirələr aparın.
4. Fərqləndirilmiş sözlərin mənasını izah edin. Bunlardan hansını sinonimləri ilə
əvəz etmək olar? Səbəbini göstərin.
5. Mətndə fərqləndirilmiş cümlələrin qrammatik əsasını tapın. Cümlələrin fərqi
nədədir? Hansı cümlənin mübtədası yoxdur? Sizcə, bunun səbəbi nədədir?
Mübtədası olmayan, hərəkət və hökmün qeyri-müəyyən şəxsə aid
olduğunu bildirən cümlələrə qeyri-müəyyən şəxsli cümlələr deyilir. Belə
cümlələrin xəbəri III şəxsin cəmində olur. Məsələn:
Ata, həbs etdilər yazıq Eldarı... (S. Vurğun)
Tamaşanın sonunda aktyorları və müəllifi alqışladılar.
Qeyri-müəyyən şəxsli cümlələrdə çox zaman elə bil (ki), sanki, deyəsən,
guya ki və s. modal sözlərdən istifadə olunur. Məsələn:
Sanki nəfəs aldığı havaya da zəhər qatmışdılar. (M.İbrahimov)
Qeyri-müəyyən şəxsli cümlələr də müxtəsər və geniş ola bilir.
Məsəldir, deyərlər, oddan kül olar. (N. Gəncəvi)
6. Mətndən bir neçə müəyyən şəxsli cümlə seçin. Həmin cümlələri mübtədasız
işlədin. Hansı cümləni qeyri-müəyyən şəxsli cümlə kimi işlətmək olar?
Fikirlərinizi əsaslandırın.
7. Aşağıdakı cümlələri müqayisə edib uyğunluğu müəyyənləşdirin.
8. Aşağıdakı söz, söz birləşmələri və adlardan istifadə edərək kiçik mətn tərtib
edin. Mətn tərtib edərkən müəyyən şəxsli və qeyri-müəyyən şəxsli cümlələrdən
istifadə edin.
XIX əsr, Abbasqulu ağa Bakıxanov, xüsusi mövqeyə malik, şair, dövlət
xadimi, “Kəşfül-Qəraib”, Azərbaycan tarixi və coğrafiyası, ən mükəmməl
tədqiqatçısı yazıb yaratmış, alim, Azərbaycan ictimai fikir tarixi, səyahət
etmiş, bir sıra əsərlər, böyük coğrafi əhəmiyyət, Azərbaycanda yazılan ilk
ümumi coğrafiya əsəri.
QURBAN SƏİDİN GİZLİ QALMIŞ ÖMRÜ
(ixtisarla)
“Əli və Nino” romanının müəllifi Qurban Səidin kim olması ilə bağlı fikirlər uzun illər
bir çoxları üçün sirr olaraq qalmışdır. Dünyanın kütləvi informasiya vasitələrində
uzun müddət “Qurban Səid” imzasının sahibinin Lev Nussimbaum adlı yəhudi
olması ilə bağlı fikirlər dolaşmağa başladı. Amma romanda yəhudi mədəniyyətindən
deyil, Qafqaz-müsəlman mədəniyyətindən bəhs edilməsi səslənən bu fikirləri böyük
şübhə altına aldı.
Rəsmi sənədlərdə Qurban Səid təxəllüsünün avstriyalı baronessa Elfrida Erenfelsə
aid olduğunu təsdiq edən faktlara da rast gəlirsən. Buna görə də uzun illər “Əli və
Nino” romanının müəllifi Elfrida Erenfels hesab olunub. Lakin az sonra bir sıra
faktlara əsaslanan amerikalı şərqşünas Tom Rays “Əli və Nino”nun əslən
Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nussimbauma məxsus olduğu fikrini
irəli sürüb. Bəzi mənbələrdə isə “Əli və Nino”nun yazıçı Yusif Vəzir Çəmənzəminliyə
məxsus olmasını iddia edirlər.
Semih Yazıçıoğlu 1971-ci ildə “Əli və Nino”nu türk dilinə çevirərək həmin kitabın
əvvəlində yazır ki, “Amerikada yaşayan Yusif Qəhrəman və Türkəqul adlı şəxslər bu
romanı 1971-ci ildə oxuyandan sonra əsərdə bəhs edilən bir sıra yerlərin adlarını
tanımış və belə bir əsəri yalnız yazıçı Y.V.Çəmənzəminlinin yaza biləcəyini güman
etmişlər.
Azərbaycandakı arxiv sənədlərində Qurban Səid imzasıyla çap edilmiş iki romanın:
“Əli və Nino” və “Altunsaç”ın Y.V.Çəmənzəminliyə məxsus olması barədə heç bir
məlumata rast gəlinmir. Bir məqamı da qeyd etmək yerinə düşər ki, “Altunsaç”
romanında hadisələr Almaniyada, Avstriyada, ABŞ-da və Yaxın Şərqdə cərəyan edir
ki, bu yerlər əsərdə coğrafi dəqiqliklə təsvir edilib. Amma Y.V.Çəmənzəminlinin
adıçəkilən yerlərdə olması heç bir sənəddə öz əksini tapmır. Almaniyada yaşayan
azərbaycanlı şairə Nuridə Atəşi araşdırma işində daha da irəli gedərək Qurban
Səidin arxiv sənədlərindəki faktlara əsasən azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəy
olduğu fikrini irəli sürüb. 1937-ci ildə Qurban Səid imzasıyla Vyananın “Tal”
nəşriyyatında çap edilən “Əli və Nino” romanının müəllifi, həqiqətən də, əslən
azərbaycanlı olan Məhəmməd Əsəd bəy olmuşdur. M.Əsəd bəyin “Əli və Nino”
romanını öz imzasıyla çap etdir- məməsinə əsas səbəb isə onun adının əvvəllər
qalmaqallarda hallanması
idi. Yazıçının adının gündəmə gəlməsi yenidən onu gözü götürməyənləri qıcıqlandıra
bilərdi. Ona görə də M.Əsəd bəy kitabını Qurban Səid imzası ilə çap etdirməklə, bir
növ, öz təhlükəsizliyini təmin etmiş olur.
Qurban Səid imzasının yaranma tarixçəsi isə belədir: 1936-cı ildə Qurban bayramı
günlərində M.Əsəd bəylə kitabxanada görüşərkən Ə.C.Məzhər ona “Qurban səid”,
yəni “Qurban bayramınız mübarək!”-deyir. “Əsəd bəylə söhbət edən bir turist elə başa
düşür ki, Ə.C.Məzhər özünü Qurban Səid kimi təqdim edir. Turist gülümsəyərək ona:
“Sizinlə tanış olmağıma çox şadam, cənab Qurban Səid”, - deyir. Beləliklə, “Qurban
Səid” Məzhərin məzəli adına çevrilir. Əsəd bəy ilk romanını çap etdirərkən Qurban
Səid təxəllüsünü götürmək istədiyini bildirir. Beləcə onlar razılığa gəlirlər”. Bundan
sonra M.Əsəd bəy əsərlərini Qurban Səid imzasıyla çap etdirməyi qərara alır.
Seyid Ramin
1. Fərqləndirilmiş hissənin inandırıcı olub-olmamasını əsaslandırın. “Təsadüf
zərurətə çevrilir” fikrini sübut etməyə çalışın.
2. Mətndə ilk iki abzasda hansı cümlə qəbul etdiyi şəxs sonluğuna görə
digərlərindən fərqlənir və abzasdakı digər cümlələrlə uyğun gəlmir?
3. Mətnin abzaslara düzgün ayrıldığını əsaslandırın. Hər bitkin hissəyə ad verməyə
çalışın.
4. Mətndən əsas faktları seçməklə kiçik dialoq qurun.
5. Mətndə sizin üçün maraqlı nə oldu? Nə üçün?
6. Arxiv, sığorta sözlərinin leksik mənalarını izah edin.
7. Təxəllüs, ləqəb, ayama, nisbə sözlərini sinonim hesab etmək olarmı? Fikirlərinizi
əsaslandırın.
8. Mətndəki frazeoloji birləşmələri seçin, mənalarını izah edin.
9. Altından xətt çəkilmiş cümlələrin qrammatik əsasını müəyyənləşdirin. Hansı
cümlənin mübtədası yoxdur? Onu müəyyən şəxsli və ya qeyri-müəyyən şəxsli
cümlə hesab etmək olarmı? Bu cümlədəki hökm kimə aiddir?
Mübtədası olmayan, hərəkət və hökmün hamıya aid olduğunu bildirən
sadə cümlələrə ümumi şəxsli cümlə deyilir. Bu cümlələrin xəbəri II şəxsin
təkində və III şəxsin cəmində olur.
Məsələn:
Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar.
Sözün doğrusunu zarafatla deyərlər.
Əsasən, atalar sözləri, məsəllər, aforizmlər bu cümlələrlə ifadə
olunur.
Ümumi şəxsli cümlələr daha çox geniş cümlə şəklində olur.
10. Verilmiş atalar sözləri içərisində ümumi şəxsli cümlələrlə müəyyən şəxsli
cümlələri fərqləndirin. Onları fərqləndirmək üçün, sizcə, nəyə çox diqqət
yetirmək lazımdır?
Örtülü bazar dostluğu pozar.
Keçmə namərd körpüsündən, qoy aparsın sel səni.
Yatma tülkü kölgəsində, qoy yesin aslan səni.
Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.
Yurddan çıxsan da, eldən çıxma.
Cücəni payızda sayarlar.
✔
Özünüz də belə nümunələrin sayını artırıb fikirlərinizi izah edin.
11. Cümlələri müqayisə edərək şəxsə görə cümlənin növləri haqqında fikirlərinizi
şərh edin.
Keçənə güzəşt deyərlər. (Azərbaycan atalar sözü)
Uşaqlar həyətdə oynayırlar.
İgid özü üçün doğular, başqaları üçün ölər. (Azərbaycan atalar sözü)
Azərbaycanın hər guşəsində əsrarəngiz gözəlliyə rast gəlirsən.
Gecə düşün, gündüz danış. (İtalyan atalar sözü)
Sanki qurbağa gölünə daş atdılar.
Sabahkı iclasa yaxşı hazırlaşarsan.
12. “Azərbaycan ədəbiyyatında gizli imzalar” mövzusunda məlumat xarakterli mətn
hazırlayın və qəzetinizin uyğun səhifəsinə yerləşdirin.
FƏRHƏNG HÜSEYNOV
(ixtisarla)
Azərbaycan xalqı bir çox dövlətlərin musiqi mədəniyyətinin inkişafında xidmətləri
olmuş istedadlı sənətkarlar yetişdirmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin
istedadlı nümayəndələrindən biri, respublikamızın Əməkdar artisti, adı İngiltərənin
“Qrova”, Hollandiyanın “Avropa musiqisinin 400 illiyi” ensiklopediyalarına daxil
olmuş bəstəkar, skripkaçı, pedaqoq Fərhəng Hüseynov məhz belə
sənətkarlardandır. Bakıda ziyalı ailəsində dünyaya gəlmiş F.Hüseynov dahi
bəstəkarımız Qara Qarayevin diqqətini hələ Bülbül adına orta ixtisas musiqi
məktəbinin yuxarı siniflərində təhsil alarkən cəlb etmişdir. 1968-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasına skripka ifaçısı kimi daxil olan F.Hüseynov musiqi məktəbinin
son sinfində bəstələdiyi fortepiano üçün sonatasını qəbul komissiyasına təqdim edir.
Qara Qarayevin onun sonatasından çox xoşu gəlir. Ona bəstəkarlıq dərsi verməyə
başlayır. Azərbaycan bəstəkarına dünya səviyyəsində yüksək qiymət verilmişdir. 1991-
ci ildə Yaponiyada UNESCO-nun təşəbbüsü ilə “İpək yolu” Beynəlxalq simfonik
musiqi müsabiqəsi keçirilir. Tədbir bir çox ölkələrin musiqiçiləri tərəfindən maraqla
qarşılanır və müsabiqəyə 278 əsər göndərilir. Fərhəng Hüseynov bəstəkar kimi
Yaponiyada keçirilən bu yanşmaya qatılır. Müsabiqəyə təqdim etdiyi 5 hissədən
ibarət olan “Zaman üzrə səyahət” simfonik əsərinə görə üçüncü yeri qazanır.
Müsabiqə təşkilatçıları Fərhəng Hüseynova diplomu təqdim edərkən “Yaponiya ilk
dəfə Azərbaycanı Sizin simanızda tanıdı!” - deyirlər. F.Hüseynov da Tokioya dəvət
olunur. Bəstəkarı təbrik edən yapon şahzadəsi ona deyir: “Cavan oğlan,
“Azərbaycan” sözü bu gün Sizin şəxsinizdə, ilk dəfədir ki, məmləkətimizdə dildən-dilə
düşür. 1995-ci ildə 9 hissəli “Yer üzərində sülh olsun!” oratoriyasına görə yalnız
F.Hüseynov Birləşmiş Millətlər Təşkilatının “Xüsusi mükafat”ına layiq görülmüşdür.
Qərargahı Nyu-Yorkda yerləşən və rəhbəri yaponlardan ibarət “Dünyada Sülh
Naminə Barış Cəmiyyəti”nin menecer direktoru onun adına göndərdiyi məktubda
(11 dekabr, 1995) yazır. “...Təqdim olunan bütün əsərləri gözəlliyinə görə və
müsabiqə yeri baxımından diqqətlə təhlil etdikdən sonra nəticədə bu bəstələrin
içərisində yeganə Xüsusi mükafatın Sizə verilməsi qərarına gəldik və Siz eyni
zamanda Sülh Zirvəsi tituluna layiq görüldünüz...”
Şeyla Heydərova
1. Mətndəki hansı cümlədən F.Hüseynovun gənc yaşlarından şöhrət qazandığı
faktını müşahidə etdiniz?
2. Mətndə hansı fikir yoxdur?
F.Hüseynov hələ uşaq ikən skripka çalmağı öyrənmişdir.
Q.Qarayev onu bəstəkar olmağa həvəsləndirir.
F.Hüseynova Yaponiyada yaşamaq təklif olunur.
3. Mətni abzaslara ayırın, giriş, əsas hissə və nəticəsini 1-2 cümlə ilə yazın.
4. Mətndən əsas faktları toplamaqla dialoq qurun.
5. Konservatoriya, fortepiano, oratoriya sözlərinin leksik mənasını izah edin.
6. Mətndən frazeoloji birləşmələri seçin, onları bir sözlə ifadə etməyə çalışın.
7. Fərqləndirilmiş hissədəki cümlələrin qrammatik əsasını müəyyənləşdirin. Hansı
cümlənin mübtədası yoxdur və onu bərpa etmək də mümkün deyil?
Mübtədası olmayan, təsəvvür olunması da qeyri-mümkün olan sadə
cümlələr şəxssiz cümlələr adlanır. Şəxssiz cümlənin xəbəri III şəxsin
təkində olur. Şəxssiz cümlələrin xəbəri ismi və feili xəbərlərlə, frazeoloji
birləşmələrlə ifadə olunur. Məsələn, ...
✔
Nümunələr tapmaqla yazılanları əsaslandırın
8. Aşağıdakı mətndən şəxssiz cümlələri tapın və fikrinizi əsaslandırın.
27 oktyabr 1978-ci il. Payız günlərindən biridir. Bu gün məşhur skripkaçı,
bəstəkar, aranjimançı Vanessa Meyin doğum günüdür. V.Mey məşhur skripkaçı
Nikolo Paqanini ilə eyni gündə, lakin 196 il sonra Sinqapurda dünyaya göz
açmışdır.
5 yaşında artıq skripka və fortepianoda çalmağı öyrənən Vanessa 8 yaşında
ingilis gənc pianoçularının müsabiqəsində qalib gəlir. 11 yaşında Beynəlxalq
musiqi kollecinə daxil olur. Onun skripkada çalmaqdan çox xoşu gələrdi.
✔
Mətndə hansı cümlə tipinə daha çox rast gəldiniz? Nə üçün?
✔
Hansı mürəkkəb ad səhv yazılmışdır?
✔
Aranjeman və aranjiman sözlərinin məna fərqini izah edin.
9. “Qadın bəstəkarlarımız” mövzusunda təqdimat hazırlayın.
“AZƏRBAYCAN” ŞEİRİNDƏ
NƏLƏR GİZLƏNİB
(ixtisarla)
Millətin millət kimi formalaşmasında onun sayının azlığının, ya çoxluğunun fərqi
yoxdur. Hər bir xalqı dünyada tanıdan onun şəxsiyyətləri, onun dahiləridir.
Azərbaycan xalqı dünyanın xoşbəxt xalqlarırıdandır ki, onun məşhur dahi sənətkarları
və elm adamları olub. Nizami Gəncəvi, Nəsimi, Füzuli, Nəsirəddin Tusi, daha sonra
Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və
digərləri.
Məhz repressiya illərində Müşfiqini, Cavidini, Əhməd Cavadını itirən Azərbaycan
ədəbiyyatının ağırlığının böyük hissəsi S.Vurğunun üzərinə düşüb. Buna görə də
Səməd Vurğun qanlı repressiya illərində özünü qorumağı düşünmədən bir-birinin
ardınca xalqın ədəbi xəzinəsini dolduracaq “Vaqif’ əsərini yazmış, qanlı irtica illərinə
etirazını bildirmişdir. Səməd Vurğun 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri ilə xalqa
özünün zəmanə ruhlu, bəşəri duyğulu sənətkar şair olduğunu göstərmişdir. Şeirdə
Quzey Azərbaycanla Güney Azərbaycanın yaralı yeri olan ədalətsiz parçalanmanın
acısından danışıldığını bilirikmi?
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Demək, doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Burada şair Azərbaycan ərazisinin ən qədim zamanlardan Azərbaycan türklərinə aid
olduğunu real fakt kimi ortaya qoyur. “Ayrılarmı könül candan?” yazmaqla şair tarixin
qara səhifəsində torpaqlarımızı bölmüş güclərə səslənərək Azərbaycan adını iki dəfə
çəkir və əslində, Güney və Quzey Azərbaycanını nəzərdə tutur.
Bir tərəfin bəhri-Xəzər,
Yaşılbaş sonalar gəzər;
Xəyalım dolanar gəzər
Gah Muğanı, gah Eldarı,
Mənzil uzaq, ömür yarı!
Adlan çəkilən şəxslər haqqında nə bilirsiniz?
bəndində isə Quzey Azərbaycanın gözəlliyini vəsf etmiş, lakin sonda “Mənzil uzaq,
ömür yarı” deməklə göstərmişdir ki, bütöv Azərbaycanı dolaşmaq üçün bir insan
ömrü yetməz.
Yusif Alıyev
1. Mətnin məzmunu üzərində iş aparmaq üçün il ərzində yerinə yetirdiyiniz sual və
tapşırıqlardan istifadə edin.
2. Repressiya, irtica, imperiya, toponim sözlərinin leksik mənasını izah edin.
3. Mürtəce və irtica sözləri arasında əlaqə varmı? Fikrinizi izah edin.
4. “Azərbaycan” şeirinin 1-ci bəndindəki “yurdum, yuvam, məskənimsən” sözlərinin
mənaları arasındakı əlaqəni izah edin.
5. Mətnin 1-ci cümləsinin şəxsə görə növünü müəyyən edin. Fikrinizi əsaslandırın.
6. Mətndə fərqləndirilmiş hissədəki cümlələri təhlil edin. Hansı cümlələrin xəbəri
yoxdur? Sizcə, belə cümlələr nə məqsədlə işlənir?
Əşyanın, hadisənin adını çəkməklə onun mövcudluğu haqqında məlumat
verən sadə cümlələrə adlıq cümlələr deyilir. Məsələn:
Yay günü. Yol üstü. Ağac kölgəsi.
Gölgədə bir gəlin oturmuş yalqız. (S. Vurğun)
Belə cümlələrdən yazıda daha çox dramatik növdə yazılmış əsərlərdə
istifadə olunur. Adlıq cümlələr müxtəsər və geniş olur.
7. Aşağıdakı mətni oxuyun. Əvvəlinə adlıq cümlələr artırıb yazın. Hansı
cümlələrdən adlıq cümlələr yaratmaq olar?
Qədim zamanlarda Şüvəlanda bahar aylarında o qədər gölməçə yaranarmış ki,
burada dəniz quşları və vəhşi ördəklər əlindən tərpənmək olmazmış. Bəziləri
buna əsaslanaraq iddia edirdilər ki, Şirvanşahlar tez-tez buraya ova gələrlərmiş.
Guya, o vaxtdan bu yer “Şaholan” adlanmış və za-
S. Vurgun bu
şeirdə fikirlərini
bəzən niyə açıq
demirdi?
man keçdikcə “Şüvəlan”a çevrilmişdir. Bu ehtimal, əlbəttə, əsassızdır. Çünki
tarixdən bizə məlumdur ki, Şirvanşahların, sonralar isə Bakı xanlarının ov
məskəni Zirə tərəf olmuşdur. Əslində isə, “Şüvəlan” sözü buranın coğrafi
şəraiti ilə əlaqədar olaraq yaranmışdır. Bu yerdən dənizə tərəf enişlər başlayır.
Həmin enişlərə görə bu yer Şüvəlan adlanır.
8. Bədii əsərlərdən adlıq cümlələr seçib yazın.
9. Aşağıdakı sxemi tamamlayın və şərh edin. Nəzəri sxemə əsasən praktik sxem
hazırlayın. Bunun üçün sxemə əsasən nümunələr yazın.
✔
İl ərzində öyrəndikləriniz əsasında belə sxemlər tərtib edin.
✔
İl ərzində hazırladığınız lüğətə neçə söz daxil edə bildiniz?
AZƏRBAYCAN
DİLİ
8
Ümumtəhsil məktəblərinin
8-ci sinfi üçün
DƏRSLİK
Müəlliflər:
HACIYEV TOFİQ MÜZƏFFƏR oğlu
BEKTAŞİ SAMİRƏ QABİL qızı
VƏLİYEVA MEHRİBAN HİDAYƏT qızı
HÜSEYNOVA YEGANƏ İBİŞ qızı
www.eastwest.az
www.fb.com/eastwest.az
info@eastwest.az
Çapa imzalanmışdır: 22.06.2015. Format: 70x100 1/16. Ofset çapı
Fiziki çap vərəqi 10. Sifariş 14279. Tiraj 116000
"Şərq-Qərb" ASC-nin mətbəəsində çap olunmuşdur.
AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel.: (+99412)374 83 43
(+99412) 3747384
sharq.qarb@gmail.com
Buraxılışa məsul:
Sevil İsmayılova
Dizayner:
Kərim Məhdəvi
Səhifələyici:
Ələkbər Kərimov
Korrektor:
Nübar Qarayeva
Texniki redaktor:
Fəridə Səmədova
Baş redaktor:
Samirə Bektaşi
Texniki direktor:
Allahverdi Kərimov
Nəşriyyat Evinin direktoru:
Rasim Müzəffərli
Dostları ilə paylaş: |