DƏrslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 08. 06. 2015-ci IL tarixli 645 nömrəli əmri ilə



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix31.01.2017
ölçüsü8,74 Mb.
#7142
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   11

Kamran Məmmədov
1.  Sizcə, H.Ərəblinski niyə əsərdə qadın obrazının olmamasına sevinir?
2.  Fərqləndirilmiş abzası iki görkəmli şəxs arasında gedən söhbətin hansı
hissəsinə əlavə etmək olar?
3.  Hansı sualın cavabı mətndə yoxdur:
H. Sarabski nə zaman Tiflisə gəlmişdir?
Ə.Haqverdiyev Qacar obrazını yaradarkən hansı aktyoru nəzərdə tutub
əsəri yazmışdır?
H.Ərəblinski Ə.Haqverdiyevin hansı sözündən inciyir?
4.  Mətndən əsas faktları və əsas fikri müəyyənləşdirin.
5.  Fikirləri tamamlamaqla dostların mühakimə xarakterli söhbətinə (səh. 104) siz
də qoşulun. Fikirlərinizi əsaslandırın. Yoldaşlarınızı mülahizələrinizə
inandırmağa çalışın.
H. Ərəblinskinin bu fədakarlığı nə ilə bağlı idi?

6.  Talant sözünün sinonimini tapın.
7.  Quruluş, rol sözlərinin leksik mənalarını izah edin və onları müvafiq cümlələrdə
işlədin.
8.  Mətndə mötərizədə verilmiş nöqtələrin yerinə elə yaxınmənalı sözlər tapın ki,
cümlələrin mənasına xələl gəlməsin.
9.  Mətndə çərçivəyə alınmış ifadə nitq etiketinin hansı növünə aiddir? Eyni
məzmuna malik nitq etiketlərini tapıb qruplaşdırın. Bunun üçün aşağıdakı
cümlələri tamamlayın. Belə nümunələrin sayını artırın.
1. Təzə paltarın........... .     2. ..........., teatr tamaşası uğurlu alındı.
10.  Mətndəki əlavə işlənən cümlələri seçib yazın. Cümlələri təhlil edərək əlavələrin
hansı üzvə aid olduğunu müəyyənləşdirin. Hansı əlavələr cümlə üzvlərinə aid
deyil?
Bütün cümlə üzvlərinin əlavəsi olur. Məsələn:
1795-ci ilə qədər Odessa - Ukraynanın bu şəhəri Hacıbəy adlanmışdır. 
(S. Əhmədli)
11.  Aşağıdakı cümlələrdə əlavələrin hansı cümlə üzvünə aid olduğunu və nə ilə
ifadə olunduğunu müəyyənləşdirin.
Balaca İsmayıl əlini dağlara sarı uzadıb Aləmşahbəyimdən soruşdu: 
- Ana, oraya - o uca dağlara çıxsam, hara görünər? (Ə. Cəfərzadə)

• Alp Aruz dedi: 
- Ağam Qazan, kafər ölkəsinə - Gürcüstan sərhədinə gedirsən, ev-eşiyinin
üstündə kimi qoyursan. (“Kitabi-Dədə Qorqud”dan
• Qaraca Çoban iki qardaşını - Qabangücü, və Dəmirgücü yanma aldı ağılın
qapısını bərkitdi. (“Kitabi-Dədə Qorqud”dan
• Ramiz Vahidoğlu - şair Əliağa Vahidin oğlu atası haqqında deyir:
“Atamın çox kitabları çapdan çıxmışdı, lakin 1916-cı ildə “Orucov qardaşları”
mətbəəsində çapdan çıxan ilk kitabı - “Tamahın nəticəsi” kitabını unuda bilmirdi.
Qısa müddətdə satılıb qurtaran bu kitab o qədər tez yayılmışdı ki, hətta varlı bir
adam bu kitabın bircə nüsxəsinə görə atama qızıl onluq bağışlamışdı”.
(“Kaspi” qəzeti, 2011-ci il)

 Hansı cümlələrdə durğu işarələrinin işlənmə qaydasına düzgün əməl
olunmayıb? Fikrinizi izah edin.
12.  Aşağıdakı mətndə əlavələri müəyyənləşdirib durğu işarələrini bərpa edin.
Əlavələrin hansı cümlə üzvünə aid olduğunu müəyyənləşdirin.
1908-ci ilin 25 yanvar günü... Bu gün Azərbaycan xalqının incəsənət tarixinə şanlı
bir səhifə yazıldı. Şəhərin divarlarına yapışdırılmış afişalarda xəbər verilirdi:
“Hacı Zeynalabdin teatrında “Nicat” maarif cəmiyyətinin dram heyəti şənbə
günü yanvarın 25-də müsəlman səhnəsində ilk opera “Leyli və Məcnun”
tamaşaya qoyulacaq.
İlk tamaşada baş rolu Məcnun rolunu H. Sarabski, Leyli rolunu xanəndə
Əbdürrəhman Fərəcov ifa edirdi. Xorda oxuyanlar və orkestrdə çalanlar
müəllimlər idi. Orkestrdə skripkada çalan operanın müəllifi dahi bəstəkar
Ü.Hacıbəyli özü idi.
“Şəbi-hicran yanar canım”ın sədaları altında pərdə qalxarkən tamaşaçıların
diqqətini tamaşanın gedişini, xor və orkestri idarə edən bir nəfər cəlb etdi. Bu
şəxs Ə.Haqverdiyev Azərbaycanın tanınmış yazıçı və dramaturqu, operamızın ilk
dirijoru idi.
(Kamran Məmmədov)

 Sizcə, tamaşadan sonra dostlar və tamaşaçılar hansı nitq etiketindən istifadə
edəcəklər?
13.  Hər hansı bir teatr tamaşasına baxın, fikirlərinizi yoldaşlarınız üçün maraqlı
olacaq formada yazın. Foye, anşlaq, pərdə, qrim, parter, loja, rejissor, dekorasiya,
aktyor sözlərindən istifadə edin. Həmin yazınızı digər oxucuların oxuması üçün
qəzetinizin uyğun bölməsinə yerləşdirin.

VAQİF OBRAZINDAN BAŞLANAN 
SƏHNƏ UĞURU
Adı sənət tariximizin ən parlaq səhifələrində yer alan böyük aktyorlardan biri də
Ələsgər Ələkbərovdur. O, həqiqətən, dramatik rolların əvəzsiz ifaçısı idi. Aktyorun
səhnədə görünməsi, demək olar ki, tamaşanın taleyini həll edərdi.
Maktuf (“Maqbet”), şah Zeyir (“Şahnamə”), Aydın (“Aydın”), Heydər bəy (“1905-ci
ildə”), Fərhad (“Fərhad və Şirin”) və onlarla rolları aktyorun güclü plastikaya, geniş
diapazona malik olduğunu təsdiqləyirdi. Lakin iki obraz - Vaqif (“Vaqif”) və Otello
(“Otello”) rolları onun sənət dünyasının ən parlaq və yaddaqalan nümunələridir. Bu
obrazları Azərbaycan səhnəsində güclü aktyorlar ifa ediblər. Ələsgər Ələkbərovun
ifasında isə onlar tamam başqa bir aləmdir.
Ələsgər Ələkbərov Vaqif obrazını 28 yaşından oynamağa başlamışdı. “Otello”
tamaşasından Ələsgər Ələkbərovun şəkli Şekspir muzeyində indi də saxlanılır.
Aktyor bu rolu qüdrətli bir rəssam kimi tam dolğun, mənalı və səsli yaratdığına
görədir ki, indi də çoxlarının xəyalında Vaqif məhz Ələkbərovun oynadığı Vaqif kimi
canlanır. Onun ifasındakı Vaqif obrazı teatr tariximizdə qazanılan ən böyük
müvəffəqiyyətlərdən biri sayılır. Ədil İsgəndərovun quruluşunda “Vaqif” tamaşası
milli teatrda düz 1064 dəfə səhnələşdirilib.
“Otello”da onun aktyor yüksəlişi yeni pilləyə qalxdı. Bu rol Ələsgər Ələkbərovun
yaradıcılıq qələbəsi idi. O, rejissorun yaratmış olduğu imkanlardan layiqincə istifadə
etmişdi. Teatr tənqidinin o vaxt “bütün Otellolardan daha canlı insan” adlandırdığı
Ə.Ələkbərovun - Otellonun hər kəlməsi müstəmləkəçi imperialistlərə qarşı odlu
ittiham kimi səslənirdi.
Moskva dekadasında həmin tamaşanı seyr edən və heyran qalan ingilislər tamaşanı
lentə alıb aparıblar. Tamaşa vaxtı Moskva teatrının pərdəsi alqışlardan düz 17 dəfə
bağlanıb və yenidən açılıb. Bir fakt da var ki, rejissor Ə.lsgəndərov “Otello”
tamaşasında baş rolu Ələsgər Ələkbərova verəndə onunla münasibətləri pis imiş.
Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov ciddi münaqişədə olduğu Ədil
İsgəndərov haqqında “O məni yaratdı” deyirmiş...
Sizcə, aktyor
tamaşanın taleyini
necə həll edə bilər?

1.  “O məni yaratdı” ifadəsi ilə Ə.Ələkbərov nə demək istəyirdi?
2.  Ə.Ələkbərovun çəkildiyi hansı filmlərə baxmısınız? Onun kino sahəsində
fəaliyyətini necə qiymətləndirirsiniz?
3.  Hansı abzasda “yad cümlə” vardır? Həmin cümləni tapıb mətndə uyğun abzasa
əlavə edin.
4.  Mətndən əsas faktları seçin. Həmin faktları “Bunları bilirsinizmi?” başlığı altında
bir yerə toplayın.
5.  Ə.Ələkbərov haqqında məlumat toplayıb 5-6 cümlədən ibarət kiçik mətn
hazırlayın. Onu mətnin uyğun hissəsinə yerləşdirin. Yazdığınız hissənin əsas
mətnlə uyğunlaşmasına diqqət yetirin.
6.  Fərqləndirilmiş sözlərin mənalarını izah edin
7.  Örnək sözünün sinonimini tapın.
8.  Mətnin leksikası üzərində iş aparmaq üçün suallar tərtib edin.
9.  Mətnin ikinci abzasındakı durğu işarələrinin qoyulma səbəbini izah edin. Həmin
abzasda sadalama intonasiyası ilə deyilən sözlərin hansı cümlə üzvü olduğunu
müəyyənləşdirin.
Eyni üzvlə əlaqələnən, eyni suala cavab verib eyni cümlə üzvü olan
bərabərhüquqlu söz və ifadələrə həmcins üzvlər deyilir.
Məsələn:
Həmcins üzvlər arasında tabesizlik əlaqəsi olur. Onlar sadalama
intonasiyası və tabesizlik bağlayıcıları vasitəsilə bir-birinə bağlanır.
Məsələn:
Oğuz bəyləri bunu görüb əl çaldılar, gülüşdülər ("Kitabi-Dədə Qorqud"dan).
Bütün cümlə üzvləri həmcins olur.

10.  7-ci sinifdə bağlayıcı haqqında öyrəndiklərinizi yadınıza salaraq sxemi
tamamlayın. Bağlayıcılardan istifadə edərək həmcins üzvlü cümlələr qurun.
11.  Mətnin (səh. 106) 2-ci abzasında həmcins üzvlərin hansı vasitələrlə bağlandığını
müəyyənləşdirin.
12.  Verilmiş cümlələrdə həmcins üzvləri müəyyənləşdirib hansı cümlə üzvü
olduğunu deyin. Hansı bağlayıcılardan istifadə etsəniz, cümlələrin məzmununa
xələl gəlməz?
Ölməz bu gözəl aləmə idrakla gələnlər, 
Məna evinin sirrini vicdanla bilənlər. (S. Vurğun)
Dili qiymətdən salar 
Ucuz söz, hiylə, böhtan. (R.Rza)
Şeir mədəniyyət, incəsənətdir, 
İncə ruh, incə zövq, incə sənətdir. (M. Şəhriyar)
1843-cü ildən 1846-cı ilə qədər Mirzə Şəfi F.Bodenştedtə Azərbaycan və fars
dillərini, Şərq poeziyasının incəliklərini öyrədir.

 Hansı həmcins cümlə üzvlərinə aid nümunə yoxdur? Bədii əsərlərdən istifadə
edərək bu nümunələrin sayını artırın.

13.  Mətndə altından xətt çəkilmiş cümlələrdəki təyinləri müqayisə edin. Fərq
nədədir?
Təyinlər həmcins və qeyri-həmcins olur. Həmcins təyinlər sadalama
intonasiyası ilə deyilir və arasında vergül işarəsi qoyulur. Məsələn:
Belə təyinlər arasında bağlayıcılardan da istifadə edilir. Məsələn:
Şən və mehriban uşaqlar həyətdə voleybol oynayırdılar.
Qeyri-həmcins təyinlər sadalama intonasiyası ilə deyilmir və arasında
vergül işarəsi qoyulmur.
14.  “Bünövrəsi möhkəm, özü sirli-hikmətli Azərbaycanım dünya durduqca var
olacaqdır” cümləsində həmcins, yoxsa qeyri-həmcins təyinlərin olduğunu
əsaslandırın.
15.  Uyğunluğu müəyyənləşdirin.
1.  Əjdər bəy Aşurbəyov Yaponiyaya səfər etmiş, oradan qayıtdıqdan sonra
yapon memarlıq üslubunda “Mikado” adlı teatrını - indiki Rus Dram
Teatrının binasını tikdirmişdi.
2.  XVI əsrdə aktyorlar ya varlıların evlərində, ya da onların evinin qarşısında -
açıq havada çıxış edirdilər.
3. 
Afrikadan, Hindistandan 
Qonaq gəlir bizə quşlar 
Zülm əlindən qurtulmuşlar. (S. Vurğun
a. Cümlədə həmcins üzvlər işlənmişdir. 
b. Cümlədə tamamlığın əlavəsi vardır. 
c. Cümlədə həm həmcins üzvlər, həm də əlavələr vardır. 
d. Bu cümlədə həmcins üzvlər bölüşdürmə bağlayıcısı ilə bağlanmışdır.
16.  “Aktyorun ən böyük qazancı xalq məhəbbətidir” adlı esse yazın.

İLK AKTRİSAMIZ KİMDİR?
20-ci əsrin əvvəllərində Tiflis Cənubi Qafqazın ən inkişaf etmiş mədəniyyət mərkəzi
idi. Qafqazın ən önəmli mədəni, ictimai, siyasi hadisələri məhz bu şəhərdə baş
verirdi. Azərbaycanlı xanım aktrisanın səhnəyə çıxması da bu hadisələrdən biri oldu.
İlk dəfə 1906-cı ildə səhnəyə çıxan Gövhər Qazıyeva - teatrımızın ilk aktrisası teatr
tarixində “Göyərçin xanım” adı ilə xatırlanır.
1887-ci ildə Tiflisdə ziyalı ailəsində anadan olan Gövhər xanım Azərbaycan və rus
dillərində mükəmməl təhsil alıb. Tiflisdə Nəcib Qızlar İnstitutunu bitirib.
19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində başqa sahələrdə olduğu kimi, Tiflisin teatr
mühiti də Bakıdakından fərqli olaraq, çox canlı və maraqlı idi. Elə o zaman fəaliyyət
göstərən Tiflis zadəgan teatrında azərbaycanlı aktyor və aktrisalar da çıxış edirdi.
Azərbaycan truppalarının tamaşalarında fəal iştirak edən Gövhərin teatra həvəsi
1906-cı ildə onun ilk dəfə səhnəyə çıxması ilə nəticələnir. Gövhərin Tiflis zadəgan
teatrında ilk çıxışı isə 1910-cu il oktyabrın 9-da olur. N.Vəzirovun “Müsibəti
Fəxrəddin” faciəsində çox böyük uğurla oynayan aktrisa oktyabrın 30-da Şəmsəddin
Saminin hazırladığı “Gaveyi- ahəngər” (“Dəmirçi Gavə”) tamaşasına dəvət alır.
Göyərçin xanım tezliklə bütün Qafqazda: Tiflisdə, Bakıda məşhurlaşır. Qəzetlər onun
haqqında yazmağa başlayır. Bir çox tamaşalarda çıxış edən Gövhər xanım
Azərbaycan teatrının ilk qadın “Leyli”lərindən olur. Bundan başqa, aktrisa Bakıda bir
çox tamaşalarda: H.Heynenin “Əlmənsur”, Loxmanovun “Napoleonun vəfatı”,
N.Kamalın “Qara bəla”, N.Nərimanovun “Nadir şah”, Ə.Haqverdiyevin “Pəri Cadu”,
“Bəxtsiz cavan”, Z.Hacıbəyovun “Evliykən subay” əsərlərində əsas rollan ifa edib.
1911-ci ildə Tiflisdə aktrisanın benefisi keçirilir. Bu gecədə ilk dəfə Zülfuqar
Hacıbəyovun “On bir yaşlı arvad” pyesi göstərilir, Gövhər xanım da bu tamaşada
əsas rolu canlandırır.
Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzəağa Əliyevlə - bir sözlə, teatrımızın
korifeyləri ilə birgə çıxış edən “Göyərçin xanım”ın səhnəyə çıxmasına mane olanlar
da var idi. Buna baxmayaraq, Azərbaycan səhnəsinin ilk göyərçini səhnə fəaliyyətinə
davam edir.
Sizcə, bunun
səbəbi nə
idi?

Tale elə gətirmişdir ki, Gövhər Qazıyeva İrana getmiş və həmişəlik orada qalmışdır.
1937-ci ildə aktrisa bir neçə günlüyə Bakıya gəlir. Keçmiş səhnə dostları onun şərəfinə
teatrda qəbul təşkil edirlər. O gün Cəfər Cabbarlının “Almaz” pyesi əsasında hazırlanan
tamaşa nümayiş etdirilirmiş. Həmin gün daha bir qeyri-adi hadisə baş verir: Gövhər
Qazıyeva itirdiyi və on beş il həsrət qaldığı oğlu İsmayılı tapır. Sevincdən özünü itirən
qadın teatrda hamıya hədiyyə paylamağa başlayır.
1960-cı ildə Cənubi Azərbaycanda vəfat edən səhnəmizin “Göyərçin xanımı”nın
Azərbaycan tarixinin ən cəsarətli qadınları arasında öz yeri var.
Səmra Sədrəddinli
1.  Hansı məşhur qadın aktrisaları tanıyırsınız? Onların teatrın inkişafında rolunu
müəyyənləşdirin. Mülahizələrinizi müasir dövrlə əlaqələndirin.
2.  Mətndən əsas faktları seçin. Kiçik qəzet materialı hazırlayın. Mətnin xarakterini
özünüz seçin.
3.  Mətndə fərqləndirilmiş abzas əsasında dialoq qurun, uyğun nitq etiketlərindən
istifadə edin.
4.  Fərqləndirilmiş sözlərin mənasını izah edin.
5.  Başqa sözünün omonim olduğunu əsaslandırın. Mətndən həmin sözün işləndiyi
cümlələri seçib işlənmə məqamına əsasən fikirlərinizi sübut edin.
6.  Mətndə altından xətt çəkilmiş cümlələri təhlil edib həmcins üzvləri
müəyyənləşdirin. Həmcins üzvləri bir söz vasitəsilə ümumiləşdirən ifadəni tapıb
onun işlənmə yerinə və durğu işarələrinə diqqət edin.

Həmcins üzvlərin hamısına aid olub onların mənasını ümumiləşdirən söz
və ifadələrə ümumiləşdirici sözlər deyilir. Ümumiləşdirici sözlər həmcins
üzvlərdən həm əvvəl, həm də sonra işlənir. Ümumiləşdirici söz həmcins
üzvlərdən əvvəl gəldikdə ondan sonra qoşa nöqtə qoyulur. Məsələn:
Qızlar: Nigar, Xanım, Röya və Nəzrin həvəslə bayram şənliyinə hazırlaşırdılar. 
Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gəldikdə ondan əvvəl tire
işarəsi qoyulur. Məsələn:
H.Turabov, N.Zeynalova, H.Məmmədov, F.Mütəllimova, R.Balayev - bunların
hamısı səhnəmizin görkəmli xadimləridir.
7.  Mətni oxuyun. Ümumiləşdirici sözləri müəyyənləşdirib durğu işarələrinin
işlənmə qaydasını izah edin.
1982-ci ilin 21 oktyabr tarixində Azərbaycanın üç igid oğlu: Həmid Cəfərov, Zakir
Nəsibov və Telman Əliyev uzaq Sibirə, İrkutsk vilayətinin Tayşet şəhəri
yaxınlığındakı Şevçenko kəndi məzarlığında dizə qədər qara bata-bata 41 il əvvəl
vəfat etmiş Hüseyn Cavidin məzarını axtarırdı.
Və ... nəhayət ki, tapdılar.
Məzar açılanda hər üçü: Həmid də, Telman da, Zakir də Cavidin nəşi qarşısında
diz çöküb göz yaşı tökdülər. Bu həm hüzn, həm də sevinc göz yaşları idi. Onlar
dahi şəxsiyyəti doğma elinə - Azərbaycana aparmağa gəlmişdilər.
Vaxtilə Bakıda 59 nömrəli mənzildə yaşayan, 59 yaşında vəfat edən, 59 nömrəli
qəbirdə uyuyan, 59 nömrəli aktla torpağa tapşırılan Azərbaycan şairi,
dramaturqu vətənə - 59 yaşlı Turanın görüşünə gedirdi.
O, ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində Vətənə qayıdırdı.
(Gülarə Munis)
8.  Cümlədə ümumiləşdirici sözləri müəyyən edin. Ümumiləşdirici sözlərin yerini
dəyişin. Bağlayıcı və ara sözdən də istifadə etməklə cümləni 4 formada yazın.
Bu zaman durğu işarələrindən düzgün istifadə edin.
1914-15-ci illərdə Əliağa Vahid ilk şeirlərini - qəzəl, meyxana və felyetonlarını bir
sıra qəzet və jurnallarda: “Zəhmət”, “Babayi-Əmir”, “Tuti” və “Bəsirət”də çap
etdirmişdir.

 “Qəzəlxan şair” ifadəsini Əliağa Vahid adından həəvvəl, həm də sonra işlədin.
Müşahidə etdiyinizi şərh edin.

Ümumiləşdirici sözdən sonra yəni,məsələn bağlayıcıları işlənərsə,
bağlayıcıdan əvvəl vergül, sonra qoşa nöqtə qoyulur. Məsələn:
Dərman bitkiləri, yəni: itburnu, çaytikanı, çobanyastığı, zəncirotu
respublikamızın müxtəlif bölgələrində bitir.
Ümumiləşdirici sözdən əvvəl ara söz (bir sözlə) işlənərsə, ara sözdən əvvəl
tire, sonra vergül qoyulur. Məsələn:
H.Ərəblinski, H.Sarabski, Ü.Hacıbəyli, Ə.Haqverdiyev - bir sözlə, bütün
sənətsevərlər bir araya gəlib Azərbaycan teatrının inkişafı üçün əllərindən gələni
əsirgəmirdilər.
9.  Mətndə ümumiləşdirici sözləri müəyyənləşdirib durğu işarələrini bərpa edin.
“...Naxçıvanda teatr həvəskarları, mən də onların içində, teatr oynayırdıq. Və bu
oyunun mənfəəti kasıb məktəb şagirdləri üçün idi. Naxçıvanda o vaxt səhnədə
Mirzə Fətəlinin pyesləri “Hacı Qara”, “Məstəli şah”, “Kimyagər” və “Xan sərabi”
göstərilirdi. Burada mənim söhbətim “Kimyagər” komediyası barəsindədir...
Qərar qoyduq ki, tamaşanı məhz məktəb şagirdləri üçün oynayaq və elə də
elədik...
Mirzə Fətəlinin nadir qələmindən törəyən ləzzətli komediyanın duzlu və zərif
məzhəkələri uşaqlara o qədər xoş gəldi ki, tamaşa qurtarandan sonra bunlar
teatr həyətinə və sonra küçəyə çıxa-çıxa bir ucdan çığırışırdılar:
- Molla Həmid, görüyü bas!
Bir neçə dəqiqənin içində şəhər, küçə və bazarlarda bir sözlə hər bir yerdə elə
uşaqlar çığırırdı: - Molla Həmid, görüyü bas!”
(Cəlil Məmmədquluzadə)
10.  Aşağıdakı cədvələ uyğun cümlələr yazın.
Sadalama intonasiyası
ilə bağlanan həmcins
üzvlər
Tabesizlik bağlayıcıları
ilə bağlanan həmcins
üzvlər
Ümumiləşdirici
sözlərlə işlənən
həmcins üzvlər
 
 
 
11.  “Leyli rolunun ifaçıları” adlı məlumat hazırlayın. Təqdimatınızı müşayiət edəcək
nitqinizin düzgün qurulmasına və onu hansı formada təqdim edəcəyinizə diqqət
yetirin.

“EVRİKA”
(“Bahar oğlu” romanından, ixtisarla)
Neçə gün idi ki, onun otağı içəridən bağlı idi, nəinki qapısı, hətta yeganə
pəncərəsinin taxtası da qapanmışdı. Bu qapı-pəncərənin bayır tərəfində də bir kəs
nəzərə çarpmır, bir səs qulağa dəymirdi. Bağçaya baxan eyvan dərin sükuta
batmışdı. Yalnız ara-sıra içəridən - onun tənha otağından qırıq-qırıq səslər eşidilirdi.
Sona barmaqlarının ucunda dəhlizdən eyvana çıxır, nəfəsini dərmədən qulağını
qapıya dayayıb dinləyir, ancaq eşitdiyi tək-tük kəlmələrdən bir məna çıxara bilmirdi.
“Həyat... Ölüm... Varlıq... Yoxluq... İntiqam...”
Bu sözlərlə o, nə demək istəyirdi? Nə yazırdı?
O, “Hamlet”i azərbaycancaya tərcümə edirdi. Lakin qəribə idi ki, qarşısında açılmış
bu qədər kitab arasında bircə dənə də lüğət, onun özünün dediyi kimi, “dilbil” yox idi.
Deyəsən, Cəfər Şekspirin şah əsərini adicə tərcümə etmir, öz ana dilində yazmaq
istəyirdi.
...Budur, o, ingiliscə bir kitabı açıb ucadan oxudu: “To-be-or not to-be?..”
Sonra rus dilində başqa bir kitaba baxıb pıçıldadı: “Быть, или не быть?..”
Fikrə getdi: “Olmaq və ya olmamaq?..” “Etmək və ya etməmək?..” Xeyli fikirləşdikdən
sonra təkrar etdi: - Bəlkə, “Ölmək və ya ölməmək?..” Yoxsa “Almaq... İntiqam almaq
və ya almamaq?..” “Öldürmək və ya öldürməmək?”
Dili tələffüz etdikcə, əli də dediklərini kağıza köçürürdü. Yazır, sonra pozurdu. Yenə
kitablara baxır, təzədən deklamasiya edir, yenə yazır, yenə pozurdu...
Yenə ingiliscə və ruscanı oxudu, bəzən alçaqdan pıçıldadı, bəzən yüksəkdən
deklamasiya etdi: “To-be-or not to-be?..” “Быть, или не быть?..”
Birdən ayağa qalxdı:
- А как же быть? Bəs necə yazmaq ki, həm düz olsun, həm də yaxşı səslənsin?.. Heç
birisi: olmaq, etmək, həyat, yaşamaq ifadələri ürəyimə yatmır... Ola bilməz ki,
dilimizdə bunun qarşılığı olmasın. Yox, vardır! Ancaq onu axtarıb tapmaq lazımdır...
Bəlkə, yeni bir söz, təzə bir ibarə ixtira edilməlidir?
Sizcə, bu
əsərin
qəhrəmanı
hansı
Cəfərdir?

Stol arxasında oturdu. Papiros yandırdı. Başım əlləri arasına aldı. Xəyala daldı:
- Olmaq... Ölmək... Almaq... Aldırmaq... Öldürmək... Oldurmaq... Varlıq... Yoxluq...
Ölülük... Oluluq... Olumluq... Ya gərək ölüm, ya sənin tərcümanın olum! - dedi və
birdən otağın ortasında durdu. Sönmüş papirosunu yandırdı. Kibrit alovundan otaq
işıqlanan kimi oldu. Gözlərini geniş açaraq, tüstü dumanı içində közərən neft
lampasının piltəsinə baxdı. Ciyərlərinə çəkdiyi papiros tüstüsünü lampa şüşəsinə
üfürdü. Piltənin alovu bir an gücləndi, sonra tamam söndü. Zülmətə qərq olmuş
otaqda gözləri parladı. Aram-aram, sanki dili ilə deyil, nəfəsi ilə pıçıldadı:
- Olum, ya ölüm?.. - deyərək əlini alnına çırpıb ucadan səsləndi:
- Evrika!
Elə çığırdı ki, Sona dəhlizdən eyvana yüyürdü. Və daha qulağını bağlı qapıya, ya
pəncərəyə yapışdırmadan, içəridən aydın eşidilən sözləri dinlədi: - “Olum, ya ölüm?”
...Budur məsələ!.. Hansı daha şərəflidir?
Seyfəddin Dağlı
1.  Mətndən mövzuya uyğun açar sözlər seçin və fikir mübadiləsi edin.
2.  Bu mətn əvvəlki mətnlərdən nə ilə fərqlənir? Fikirlərinizi əsaslandırın.
3.  “Evrika”nın teatrla nə əlaqəsi var? Fikirlərinizi faktlarla əsaslandırın.
4.  Aşağıdakı hansı hikmətli fikir mətnin ideyasına uyğundur?
Yüksəyə qalxmaq istəyirsənsə, lap aşağıdan başlamalısan.
Həyatda ən böyük uğur xoşbəxtliyə nail olmaqdır.
Müvəffəqiyyətin sirri israrla işləməkdir.
5.  Mətndən frazeoloji birləşmələri seçib yazın.
Cəfəri sevindirən
və “Evrika” deyə
ucadan
səslənməsinə
səbəb nə idi?
Siz necə
düşünürsünüz,
hansı daha
şərəflidir?
Evrika nə
deməkdir? Bu
haqda nə bilirsiniz?

6.  Piltə, pilətə və plitə sözlərini fərqləndirin.
7.  Həyat, ölüm, varlıq, yoxluq, intiqam sözlərinin məzmun qrupunda hansı söz artıq
ola bilər? Fikirlərinizi əsaslandırın.
8.  Altından xətt çəkilmiş cümlələrdə həmcins üzvləri tapıb, onlarda qrammatik
şəkilçinin işlənməsinə diqqət yetirin. Hansı şəkilçilər ixtisar olunub? Sizcə,
bunun səbəbi nədir?

Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin