Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə3/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   470
Böyük (yaxud şəhər) Dionis bayramı.  Mərasim mart ayının sonunda və aprel ayının 

əvvəlində keçirilib. 



Leneylərin Dionis bayramı. Şənlik yanvarın sonunda və fevralın əvvəlində düzənlənib. 

Antesterilərin Dionis bayramı. Bu bayram fevralın sonunda və martın  əvvəlində qeyd 

edilib. 


Kiçk (yaxud kənd) Dionis bayramı. Təntənə dekabrın sonunda və yanvarın  əvvəlində 

göstərilib. 

Elm onu da sübut edib ki, insanlar dörd milyon il bundan əvvəl heyvanlar içərisində ilk dəfə 

keçini əhliləşdiriblər. Elm dönə-dönə bunu da sübut edir ki, ana südünə ən yaxın olanı məhz keçi 

südüdür. Dünya xalqlarının oyunlarının  əksəriyyəti keçi ilə bağlıdır. Azərbaycanın oyun 

qəhrəmanları arasında keçi obrazı ilə rəqabətə yalnız kosa personajı girə bilər. 

Oyunun türkdilli xalqlarda etimologiyasma toxunmazdan əvvəl, dünyada bu anlama müxtəlif 

estetik və fəlsəfi münasibətlərinin bəzi məqamlarına nəzər yetirmək səmərəli olar. 

İyirminci  əsrin görkəmli tarixçisi və  mədəniyyətşünası, Hollandiya alimi Yohan Heyzinqa 

dünya humanist düşüncəsinin nadir əsərlərindən sayılan "Homo Ludens" ("Oynayan insan") 

kitabında oyun fenomenini, onun anlayış  və stixiyasını, funksiyasını,  əhəmiyyətini  ətraflı  təhlilə 

çəkib. Mütəfəkkirin düşüncə  zəncirbəndi "oyun mədəniyyətdən qədimdir" postulatından başlayır. 

Onun qənaətinə görə, oynamaq meyili yalnız insanlara deyil, heyvanat aləminə  də xas olan 

tələbatdır. Əsatirlər, mərasimlər, ayinlər daha sonralar yaranıblar. 

Bu fikri açıqlayan alim göstərir ki, əsatir və  mərasimin bətnində  mədəni həyatın böyük 

aparıcı qüvvələri mayalanır. 

Ilk növbədə  də hüquq və asayiş, ünsiyyət və  işgüzarlıq,  əsnafçılıq və incəsənət,  şeiriyyət, 

savad, elm. Beləliklə, bütün bunlar öz kökləri ilə oyun tədbirlərindən şirələnirlər. 

Oyun nıədəniyyətinin mühüm mərhələsindən olan bayram, şənlik, qutlama, şərəfləndirmə 

tədbirlərinə nəzər yetirən alim bu olaylarda da oyunun ilkinliyini xüsusi vurğulayır. 

İlahi, sehrli mistik məzmunlu bayram şənliklərinin daxili quruluşlarında maraqlı oyun 

əlamətləri var. Mərasim keçirən insanlar sövq-təbii duyublar ki, onlar öz oyunları ilə müəyyən 

müqəddəs xeyri (qutu) həyata keçirirlər, ali dəyərlərlə özlərinin var olmalarını təsdiqləyirlər. Bütün 

oyunlar  şən olur, sərbəst  şəkildə, lakin bayram ovqatında baş verir. Ayrı-ayrı ayinlər bəzən qanlı 

olsa da, mənəvi sınaqlar sərt və  qəddar görünsə  də, oyunçuların istifadə etdikləri maskalar dəhşət 

doğursa da, bütün görüntülər bayram ovqatı ilə bağlanır. Həmin məqamda insanların adi həyatı bitir, 

ruhlarda, daxili ehtiraslarda dərkolunmaz səmaviliyə tapınmaq duyğusu güclənir. 

Ciddilik oyunun antonimi deyil. Hələ Aristotel eramızdan əvvəl söyləmişdi ki, "ciddi olmaq 

istəyirsənsə, oyna". Oyunun tərsi, antonimləri mədəniyyətsizlik, barbarlıq, cəhalətdir. Çağdaş 

dünyanın bütün inkişaf etmiş, sivilizasiyanın yüksək pilləsində duran milli mədəniyyətlərin

istisnasız olaraq, hamısı ibtidai, əski oyunlardan faydalanmaq mərhələsini keçmişlər. 

İnsanlar hələ dil ünsiyyətinə yiyələnməmişdən  əvvəl təbiətlə "olum, ya qalım" cənginə 

giriblər. Girdikcə  də mühitlə  əlaqələri dərinləşib, müəyyən dərketməyə yiyələniblər. Bunlar da, 

əsasən, insan və təbiət, insan və ov (quş, heyvan, yırtıcı...) oyunları əsasında intişar tapıb. Nəticədə 

də teatr ünsürlü tamaşalar doğulublar. Həmin tamaşalar isə müxtəlif mənalar, müxtəlif estetik 

səciyyələr kəsb ediblər. Eyni zamanda insanlar dərkolunmaz təbiət hadisələrini 

fövqəlbəşərləşdirərək, ilahiləşdirərək ona tapınmğı ehtiva edən mərasim oyunları yaradıblar. 

Dünya elmi dönə-dönə sübut edib ki, eramızdan əvvəl yaşamış Pifaqor, Demokrit, Aristotel

Platon kimi dühalar "Avesta" təlimini dərindən öyrənmişdilər və onun mahiyyətini idraki təfəkkürlə 

mənimsəmişdilər. Xalqımızın  milli-dini mədəniyyət abidələrindən olan, Zərdüştiliyi təbliğ edən 

"Avesta"nın Yasna, Qat, Yast kimi bəhslərində oyun tamaşanın güclü estetik prinsipləri,  əlvan 



formaları mövcuddur. Burada xor, xoreoqrafiya, rəqs, danışıq məharəti, pantomima vərdişləri 

ahəngdar sintezdə birləşib. 

Azərbaycanlıların məskunlaşdıqları ərazilərdə mədəniyyətin təşəkkül yollarını izləyən ingilis 

alimi Riçard Fray eramızdan əvvələ istinad edərək yazırdı ki, Persepolda və onun ətrafında yeni illə 

bağlı bayram şənlikləri və başqa təntənələ keçirilib. Tədqiqatçı onu da qeyd edir ki, müsəlman 

məscidinin əzəmətli ibadətgah yeri qədim Suzdakı möhtəşəm Appadan sarayının əzəmətli salonunun 

prototipidir. 

Təxti-Cəmşidin Appadan salonundakı  rəsmlərində musiqiçilərin, oyun-tamaşaların da 

təsvirləri vardır. Qeyd edim ki bu salonun, bütövlükdə Persopolun tikintisində həm Midiyanın, həm 

Lidiyanın, həm də Misirin, Hindistanın və başqa ölkələrin ustaları  fəal iştirak etmişlər. Təbii ki, 

gəldikləri öikənin mədəniyyətinə  bələd olmayan ustalar burada dünya şedevrlərini yarada 

bilməzdilər. Üstəlik də, həmin memar və ustalar görüb-götürdükləri oyunların elementlərini öz 

vətənlərinə aparınışlar. Filosof Hegel estetikaya aid mühazirələrində  qəti hökm verirdi ki, Antik 

Yunanıstanda keçirilən Dioni şənliklərindəki şən xor, fallik mahnılar bu məmləkətə məhz Şərqdən 

keçib. 

Dünyanın ən qədim elm qaynaqlarında türk dilində işlənən "oyun", "oyun babası" sözlərinə 

rast gəlinir. Görkəml alim Mirəli Seyidovun elmi qənaətlərinə görə, oyun sözü türk dilli xalqların 

mifoloji, qam-şaman görüşləri, mərasim meydan tamaşaları ilə bağlıdır. Bir çox xalqlar, o cümlədən 

altaylar, qırğızlar və başqırdlar qam-şamana və onun keçirdiyi ayinə oyun demişlər. Unutınayaq ki, 

xalq şam-qamanı ağıl və zəka sahibi kimi qəbul edirdi. Çalmağı, plastik, ecazkar hərəkətlərlə rəqs 

etməyi, sehrli oxumağı, loğınanlığı, cadukünlüyü məharətlə bacaran şam-qamanın (və ya qam-

şamamın) hörməti el müdriki səviyyəsində möhtərəm tutulurdu. 

Buna görə  də, müxtəlif xarakterli mərasimlərdə, meydan oyun-tamaşalarında bütün 

göstərilənləri düzənləyənə oyunbabası (oyun babası) deyirmişlər. Çağdaş teatr deyimində rejissor 

(latınca mənası "leqo" sözündən götürülüb və fransız dilində formalaşıb. Mənası idarə etmək, 

müəyyən səmtə yönəltınəkdir), adlandırılan oyunbabası  mərasimin ağsaqqalı, elin müdrik adamı 

sayılıb, ehtiramı uca tutulub. 

Yuğ oyun-tamaşalarının formalaşmasında, kütləviliyində, özünün estetik prinsiplərini, 

poetika göstəricilərini cilalamasında oyun babalarının böyük xidməti olub. Türkdilli xalqlarda yuğ 

sözünün, onun fonetik variantlarının matəm, qəbir, ölü basdırmaq mərasimi və sairə bu kimi 

mənaları vardır. Bu sözə islamdan əvvəlki yüzilliklərin abidələrində, "Gültəkin"də, Mahmud 

Qaşqaridə rast gəlinir. Hazırda Çində yaşayan türkdilli solarlar ölü üstündə söylənən ağıya, çəkilən 

yanıqlı bayatılara "uyğu" deyirlər. 

Bir daha o fikrə  gəlirəm ki, Azərbaycan türkləri həm müxtəlif mərasimlərlə, həm təbiətlə, 

həm məişətlə, həm də ölümlə bağlı çoxlu oyun-tamaşalar yaratmış  və onu mədəniyyətimizin 

ayrılmaz bir qolu kimi inkişaf etdirmişlər. Bu inkişaf özünün fərdiliyini saxlamaqla yanaşı, dünya 

oyun mədəniyyəti prosesinin üzvi qolu olmuşdur. 

Son qənaətdə qətiyyətlə deyə bilərəm ki, milli sərvətimizin mədəni qollarından biri də geniş 

kütləvilik qazanmış etno-mədəni oyun-tamaşalardır. 

  

 





Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin