Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə335/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   331   332   333   334   335   336   337   338   ...   470
AZƏRBAYCAN  DÖVLƏT MUSİQİLİ   

KOMEDİYA TEATRI (1938 - 1949) 

 

Operetta trupppası OBT-nin nəzdində olanda, 1938-ci il aprelin 5-dən 15-dək SSRİ-nin 



paytaxtı Moskvada Azərbaycan  Ədəbiyyatı  və  İncəsənəti Dekadası keçirilib. Ongünlükdə Üzeyir 

bəy Hacıbəyovun "Koroğlu", Müslüm Maqomayevin "Nərgiz", Reynqold Qlierin "Şahsənəm" 

operaları ilə  bərabər, Üzeyir bəyin "Arşın mal alan" operettası da göstərilib. Tamaşa Moskvada 

böyük uğur qazanıb. Bu elə vaxt idi ki, teatrın operettaya meyilli aktyorları  tədricən musiqili 

komediya truppası kimi fəallaşmışdılar. Rus bölməsi isə Rus Musiqili komediya Teatrı kimi daha 

müstəqil yaradıcılıq yolu tutmuşdu. 

Moskvada musiqili teatr rejissoru ixtisasına yiyələnmiş Soltan Dadaşov bəstəkar Zülfüqar 

bəy Hacıbəyovun "Evliykən subay" operettasını yeni redaksiyada işlədi və onu tamaşaya qoydu. İlk 

tamaşa 1938-ci il 30 mayda "Rote Fane" (indiki Nizami adına park) mədəniyyət və istirahət 

parkinda göstərildi. Afişalarda və proqramın yuxarı hissəsində "Azərbaycan Dövlət Musiqili 

Komediya Teatrı" sözləri yazılmışdı.  Əslində Azərbaycan hökumətinin 14 may 1941-ci il tarixli, 

1937 saylı  qərarı ilə Stalin prospektində yerləşən (indiki Neftçilər prospekti) "Oborona" 

kinoteatrının (keçmiş "Fenomen") binası MKT-yə  verilib.  Bu  teatrın az müddət məskunlaşdığı 

Yəhudi Dövlət Teatrının binasına Azərbaycan Dövlət Kukla Teatrı köçüb. 

1941-ci il iyun ayının 22-də Faşist Almaniyası SSRİ-yə hücum etdi. Hökumətin qərarı ilə 

teatrın fəaliyyət - iş prinsipi yenidən quruldu. Kollektivə "Aqitteatr" (Azərbaycan Dövlət Agitasiya 

Teatrı) funksiyası verildi. Teatr cari repertuarını saxlamaqla, bədii kompozisiyalar üzərində 

işləməyə başladı. 1942-ci ilin aprelində isə "Aqitteatrın" nəzdində kiçik səyyar truppa ("Səyyar 

teatr" da adlanırdı) yaradıldı. Həmin truppanın başlıca funksiyaları rayonlara getmək, hərbi 

qospitallarda döyüş üçün hazırlıq keçən əsgərlər arasında təbliğati tamaşa oynamaq idi. Azərbaycan 

Dövlət Aqitasiya Teatrı (afişalarda bu sözlərdən yuxarıda Azərbaycan Dövlət Musiqili Komediya 

Teatrı yazılırdı) əksər vaxtlarda hərbi qospitallarda, əsgərliyə çağırış məntəqələrində çıxışlar edirdi. 

Kollektiv bir il səyyar təbliğat teatr truppası kimi fəaliyyət göstərib. Dəstə yığcam alındığına 

görə bəzi aktyorlar başqa teatrlara getməli olublar. Nəhayət, hökumət 29 avqust 1942-ci ildə təbliğat 

teatrının yenidən Azərbaycan Dövlət Musiqili komediya Teatrı adlandırılması barədə  əmr verdi. 

Şəmsi Bədəlbəyli aprel ayının 27-də teatra direktor və bədii rəhbər təyin edildi. Fevral ayının 19-da 

Üzeyir bəyin "Arşın mal alan" operettası yeni quruluşda repertuara daxil edildi. Avqustun 28-də 

Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay", sentyabrın 15-də isə Üzeyir bəyin "Məşədi  İbad" 

operettaları Şəmsi Bədəlbəylinin əsaslı bərpasından sonra tamaşaçılara göstərildi. İl ərzində Üzeyir 

bəyin "Ər və arvad" operettası təzə quruluşda oynanılıb. Səttar Axundovun "Çətin dərə" (12 may), 

Karlo Haldoninin "İki ağanın bir nökəri" (12 dekabr) komediyaları musiqili komediya janrında 



işlənib tamaşaya hazırlandı.  Əsilində  hər iki tamaşa musiqisi çox olan komediya idi və operetta 

janrının estetik prinsiplərinə cavab vermirdi. 

ADMkT-yə 1943-cü ilin avqust ayında nasir-dramaturq, publisist, "Molla Nəsrəddin" 

jurnalının banisi Cəlil Məmmədquluzadənin adı verildi. Teatrın afişa və proqramlarında, qəzet 

elanlarında Mirzə Cəlilin adından sonra mötərizədə "Molla Nəsrəddin" sözləri də yazılırdı. 

1943 - 1945-ci illərdə teatrda Mirzə  Fətəli Axundzadənin eyniadlı  məsxərəsi  əsasında 

"Dərviş Məstəli şah" (musiqi tərtibçisi Şəmsəddin Fətullayev. Quruluşçu rejissor Şəmsi Bədəlbəyli), 

Zülfüqar bəy Hacıbəyovun "Əlli yaşında cavan" (quruluşçu rejissor Şəmsi Bədəlbəyli), Fikrət 

Əmirovun "Ürəkçalanlar" (libretto müəllifi Məmməd Səid Ordubadi, rejissor Şəmsi Bədəlbəyli, 

rəssam Nüsrət Fətullayev, dirijor Şəmsəddin Fətullayev, rəqslərin quruluşçusu Qəmər Almaszadə), 

"Toy kimindir?" (rejissor Həsən Əliyev, rəssam Gülməmməd Əliyev, dirijor Hacı Xanməmmədov), 

"Beş manatlıq gəlin" (rejissor Niyaz Şərifov, rəssam Əsgər Abbasov, dirijor Hacı Xanməmmədov), 

"Qızılgül" (rejissor Niyaz Şərifov, rəssam  Əsgər Abbasov, rəqslərin quruluşçusu  Əlibaba 

Abdullayev, dirijor Süleyman Ələsgərov), Vladimir Dolidzenin "Keto və kote" (tərcüməçi Tələt 

Əyyubov, rejissor N.Yediqarov, rəssam Nüsrət Fətullayev, rəqslərin quruluşçusu  Əlibaba 

Abdullayev, dirijorlar Aleksandr Lixovitski və Süleyman Ələsgərov), "Məşədi İbad" (rejissor Şəmsi 

Bədəlbəyli, rəssam İsmayıl Axundov, rəqslərin quruluşçusu Əlibaba Abdullayev, dirijor Süleyman 

Ələsgərov), Süleyman Ələsgərovun "Məhəbbət gülü" (libretto müəllifi Hüseyn Muxtarov, rejissorlar 

Şəmsi Bədəlbəyli və Niyaz Şərifov, rəssam Nüsrət Fətullayev, dirijor Süleyman Ələsgərov) musiqili 

komediyaları tamaşaya hazırlanıb. 

"Məşədi  İbad" tamaşası daha uğurlu olub. Rejissor və dirijor Üzeyir bəyin partiturasından 

heç bir parçanı ixtisara salmamışdılar. Orkestrin heyəti də təkmilləşmişdi,  əlavə musiqiçilər qəbul 

olunmuşdu. "Məşədi İbad" operettasının yeni quruluşunda əsas partiyaları Aliyə Terequlova və Azər 

Talıbova (Gülnaz), Kamal Kərimov (Sərvər) oxuyurdular. Xarakterik rollarda Əlihüseyn Qafarlı 

(Məşədi  İbad), Nəsibə Zeynalova (Sənəm),  Əhməd Anatollu (Həsən bəy), Yusif Yusifzadə 

(Həsənqulu bəy), Fateh Fətullayev (Rza bəy), Ağəli Məstanov və Əliimran Şirvanski (Rüstəm bəy), 

Lütfəli Abdullayev (Hambal), Abbasağa Hüseynov (Qoçu Əsgər) iştirak edirdilər. Tamaşanın  ən 

canlı,  şirəli və dinamik aktyor oyunu Əlihüseyn Qafarlıya, Nəsibə Zeynalovaya və Lütfəli 

Abdullayevə məxsus idi. 

1946-1949-cu illərdə müasir mövzular istiqamətində axtarışlar aparan teatr müəyyən 

nailiyyətlər qazana bilib. Teatrın repertuarına 1946-cı ildə dramaturq Məhərrəm  Əlizadənin və 

bəstəkar Fikrət Əmirovun "Gözün aydın" (17 iyul. Rejissor Niyaz Şərifov, rəssam Əsgər Abbasov, 

rəqslərin quruluşçusu  Ələsgər Hənifəzadə, dirijor Süleyman Ələsgərov), 1947-ci ildə dramaturq 

Süleyman Rüstəmlə  bəstəkar Səid Rüstəmovun "Durna" (28 aprel. Rejissor Şəmsi Bədəlbəyli, 

rəssam Əsgər Abbasov, dirijor Süleyman Ələsgərov, baletmeyster Ələsgər Hənifəzadə), 1948-ci ildə 

Sabit Rəhman və Süleyman Ələsgərovun "Ulduz" (30 dekabr. Rejissor Şəmsi Bədəlbəyli, rəssam 

Əsgər Abbasov, dirijor Xəlil Cəfərov) musiqili komediyaları daxil edilib. 

"Gözün aydın" tamaşasında maraqlı aktyor ansamblı seçməyə müvəffəq olmuş Niyaz Şərifov 

əsas rolları Kamal Kərimova (Alay), Aliyə Terequlovaya və Nəcibə Behbudovaya (Sevgili), Əhməd 

Səfayiyə  (Əlimərdan), Nuriyyə  Rəcəbovaya (Leyla), İbrahim Hüseynova (Fantanov), Abbasağa 

Hüseynova (Səlyanski), Nəsibə Zeynalovaya və Cahan Talışinskayaya Nargilə), Lütfəli 

Abdullayevə (Qəhrəman) tapşırmışdı. "Gözün aydın"ın 1957-ci il quruluşunda Mama obrazı 

Gövhər, Fantanov surəti Tellon, Sevgili isə Gülər adlandırıldı. 

Aliyə Terequlovanın ilhamla oynadığı açıqürəkii, şən və mehriban Durna obrazı aktrisanın 

yaradıcılığına yeni əlvanlıq gətirdi. Vokalçı-aktyor Kamal Kərimovun partiyalarını  şövq və aydın 

səslə oxuduğu Aşıq Murad, Ağəli Məstanovun təbii cizgilərlə  rəsm etdiyi Kərim kişi, Cahan 

Talışinskayanın avazla oxuması ilə yumorlu oyunun ahəngdar vəhdətində yaratdığı Lalə "Durna" 

tamaşasının dinamik, canlı  və  rəğbətlə qarşılanan obrazları idi. Əlihüseyn Qafarlı  və Lütfəli 




Abdullayev Dursun rollarında rejissorun səhnə  təfsirinin üslub xüsusiyyətlərinə uyğun gələn ifa 

tərzini tamaşa boyu qorumağa çalışırdılar. 

"Ulduz" tamaşasında Bəxtiyar və Ulduz partiyalarını Kamal Kərimov (Bəxtiyar), Firəngiz 

Şərifova və Aliyə Terequlova (Ulduz) musiqi və mətnin poetik vəhdətində ifa edirdilər. Tamaşanın 

bütün komizmınin  şəhdi-şirəsi, təravəti və canı isə Züleyxa və  Məhəmməd duetində  cəmləşmişdi. 

Nəsibə Zeynalova ilə Lütfəli Abdullayevin ifasında bu duet tamaşanın ən həyati, koloritli obrazlarını 

tamaşaçılara sevdirirdi. 

1948-ci il sentyabrın 25-də teatrın Azərbaycan bölməsi  İmre Kalmanın dünya şöhrətli 

"Bayadera" operettasına öz repertuarında yer verdi. Operettanın mətnini dramaturq Sabit Rəhman 

orijinala uyğun tərzdə  tərcümə etmişdi. Tamaşanın quruluşunu  Şəmsi Bədəlbəyli, bədii tərtibatını 

rəssamlar  Əsgər Abbasov və Mirra Panaliadi vermişdilər. Dirijor Süleyman Ələsgərov idi. 

"Bayadera" tamaşası görkəmli səhnə ustaları, xalq artisti Abbasmirzə  Şərifzadənin və SSRİ xalq 

artisti Mərziyə xanım Davudovanın övladları, konservatoriyanın vokal sinifini yenicə bitirmiş gənc 

aktrisa Firəngiz Şərifovanın parlaq istedadının yeni tərəfini üzə çıxartdı. O, baş rol olan Odettanın 

partiyasını ifa edirdi. Tamaşada Nəcibə Behbudova (Marietta) və  Əlihüseyn Qafarlı (Filipo) da 

maraqlı obrazlar təqdim edirdilər. 

Teatrın truppasının yaradıcı heyəti 1948-ci ildə aşağıdakı sənətkarlardan ibarət idi: direktor 

və  bədii rəhbər  Şəmsi Bədəlbəyli, musiqi hissə müdiri Süleyman Ələsgərov, dirijorlar Süleyman 

Ələsgərov və Hacı Xanməmmədov, baletmeyster Əlibaba Abdullayev (o, müqavilə ilə çox az 

işlədi), rəssam  Əsgər Abbasov, quruluşçu rejissor Niyaz Şərifov, rejissor Əsəd Cəfərov, balet 

quruluşçusu Ələsgər Hənifəzadə. 

A k t y o r 1 a r: Əlihüseyn Qafarlı,  İbrahim Hüseynov (Şünasi),  Ələkbər Hüseynzadə, 

Lütfəli Abdullayev, Kamal Kərimov,  Əhməd Anatollu (Səfərov), Ağəli Məstanov, Abbasağa 

(Abbas) Hüseynov, Əliimran (Əli)  Şirvanski (Dəmirov),  Əliklənsur Quliyev, Semyon (Simon) 

Aqaronov, Əhməd Səfayi (Əhmədov), Sənan Ağabəyov, Əlihüseyn Hüseynov, Əli Quliyev, İslam 

Şərifov,  Əlibala  Şərifov,  Kərim Kərimov,  Ənvər Mahmudov, Kazım Zeynalov, Tofiq Qasımov, 

Yusif Quliyev Gülağa Məmmədov. 

A k t r i s a 1 a r: Aliyə (Alya da yazılıb) Terequlova Xalidə Hüseynova, Fəxrəndə Ağayeva 

(Ağazadə), Nəsibə Zeynalova, Firəngiz Şərifova, Nuriyyə Rəcəbova, Azər (Azəri) Talıbova, Cahan 

Talışinskaya, Elmira Axundova, Nina Mironova, Fizzə Seyidbəyova, Nəcibə Məlikova. 

Teatrın rus bölməsi kollektivin fəaliyyət göstərdiyi on bir il ərzində müxtəlif tamaşalarla öz 

repertuarını zənginləşdirib. Kollektiv 1939-cu ildə Boris Aleksandrovun "Malinovkada toy", Üzeyir 

bəyin "Arşın mal alan", Ferents Leqarın "Şən dul qadın", 1940-cı ildə  İmre Kalmanın "Monmartr 

bənövşəsi", "Bayadera", "Silva", "Holland qız", "Sirk Kraliçası" ("Sirk şahzadəsi" adı ilə), Matvey 

Blanterin "Amur sahilində", Aleksey Ryabovun "Kolombina" və "Soroçin yarmarkası", Anton 

Rubinşteynin "Qarşılıqlı  məhəbbət", 1941-ci il-də Valentin Valentinovun "Od möbidəsi",  İmre 

Kalmanın "Vətənə  məhəbbət" (23 oktyabr), 1945-ci ildə "Borcianın bazubəndi",   1946-cı ildə  

"Əngin dəniz",   "Bir saatlıq sehrbaz", 1947-ci ildə Ferents Leqarın "Qraf Lüksemburq" və avqustda 

Oskar Feltsmanın "Özgə  qızı", 1948-ci ildə  İsaak Dunayevskinin "Azad ruzigar", "Dənizdəkilərin 

eşqinə", "Əyalət valisi", "Günəşli çiçək", Karl Tsellerin "Quşsatan", Ferents Leqarın "Qaraçı 

məhəbbəti" ("Qaraçının eşqi" kimi də yazılıb), 1949-cu ildə Sidni Consun "Keyşa" operettalarına 

quruluşlar verib. Teatr 1949-cu və 1956-1960-cı illərə  qədər yay aylarından öz tamaşalarını 

Ordubadi adına, Cabbarlı adına Yay teatrlarında və Yay bağında oynayıb. Bununla bərabər, 

Muskomediya yay mövsümlərində Dağüstü, Nizami, Dzerjinski (İndiki  Şuşa) parklarında da 

tamaşalar göstərirdi. 

1946-1948-ci illərdə teatrın rus bölməsi müstəqil Azərbaycan Dövlət Rus Operetta Teatrı 

kimi qış aylarında Azadlıq (indiki Səməd Vurğun) küçəsində yerləşən Zabitlər evində, yay 

mövsümündə isə müxtəlif yay teatrlarında tamaşalar oynayıb. 

 



*  *  * 

  

SSRİ hökumətinin qərarı ilə 1948-ci ilin sonlarından bütün dövlət teatrları özünü 



maliyyələşdirmə (təsərrüfat hesabı) iş üsuluna keçdi. Azərbaycanda bir-birinin ardınca  Şəmkir, 

Şamaxı,  Şəki, Qazax, Ağdam, Qapyagin (Füzuli), Ağdaş, Salyan, Sabirabad, Lənkəran, Qazax, 

Zaqatala, Ordubad, Göyçay, Şuşa dövlət teatrları  fəaliyyətlərini dayandırmağa məcbur oldular. 

Azərbaycan SSR Nazirlər Sovetinin 25 may 1949-cu il tarixli, 613 saylı  qərarı ilə  Cəlil 

Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da bağlandı. Rus Operetta 

Teatrı isə Ordubadi adına Yay teatrı ilə birləşdi. 

Aktyorlardan Lütfəli Abdullayev, Azər Talıbova, İbrahim Hüseynov, rəssam Əsgər (Ələsgər) 

Abbasov AMDT-yə, Firəngiz Şərifova, Nəcibə Behbudova GTT-yə, Məmmədsadıq Nuriyev Gəncə 

Dövlət Dram Teatrına,  Əhməd Səfayi Göyçay teatrına (az sonra o teatr da bağlandı), Abbasağa 

Hüseynov, Kamal Kərimov, Əlihüseyn Qafarlı Opera və Balet Teatrına keçdilər. Əhməd Anatollu 

və Nina Mironova təqaüdə  çıxdılar.  Şəmsəddin Fətullayev konservatoriyaya təhsilini davam 

etdirməyə göndərildi. Baletmeyster Ələsgər Hənifəzadə, Ağəli Məstanov və  Əliimran  Şirvanski 

(Dəmirov) Xalq Yaradıcılığı Evinin, Azərbaycan Dövlət Filarmoniyasının, Aliyə Terequlova, 

Nuriyyə  Rəcəbova, Nəsibə Zeynalova, İslam  Şərifov və başqaları  İncəsənət  İşləri  İdarəsinin 

sərəncamında qaldılar. 

 

 



 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   331   332   333   334   335   336   337   338   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin