Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə45/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   470
"NİCAT" TEATR TRUPPASI 

 

Bakıda teatr prosesi 1906-cı ildə müəyyən yeniliklərlə  nəzəri cəlb edib. İlin  əvvəlində 

şəhərdəki "Müsəlman dram artistləri" truppası əsasında "İkinci teatr dəstəsi" yaranıb. Dəstə müxtəlif 

mətbuat səhifələrində "Tovarişestvo", "Müsəlman artistləri tovarişestvosu", "Yeni müsəlman teatr 

dəstəsi" adları ilə  də  təqdim olunub. Dəstənin  əsas aktyorları Murad Muradov, İbrahim 

Rüstəmbəyov, Mirzə Muxtar Məmmədov, Hüseynqulu Sarabski, Mehdi bəy Cuvarlinski, Əbülfət 

Vəli, Hacı bəy Axundov (Şirvanski) olublar. 

Tanınmış aktyorlar Cahangir Zeynalov, Mirzağa  Əliyev, Hüseyn Ərəblinski, Mirmahmud 

Kazımovski "Şirkətdə" (birinci dəstədə) qalmışdılar. 

İlin ikinci yarısında Mirzağa Əliyev özü "Həmiyyət" (ərəbcə mənası "qeyrət", "şərəf hissi" 

deməkdir) adlı müstəqil teatr truppası yaradıb. Ziyalı Məmmədsadıq Axundov bu işdə ona yardımçı 

idi. Truppa bir ilə yaxın fəaliyyət göstərib. 

Azərbaycanda maarifçiliyi genişləndirmək məqsədilə 1906-cı ildə Bakıda "Nicat" mədəni-

maarif cəmiyyəti yaradılıb. Cəmiyyət kitabxanalar, məktəblər açıb, qiraətxanalar təşkiİ edib, gecə 

kursları yaradıb, müxtəlif mədəni-kütləvi müsamirələr keçirib və oradan toplanan vəsaiti, verilən 

ianələri, əsasən, yoxsul şagirdlərin tədrisinə xərcləyib. 

Fəaliyyətə başlayanda cəmiyyətin atdığı uğurlu addımlardan biri də teatr truppası yaratmaq 

olub. "Nicat" teatr truppası 1906-cı ilin noyabrından (6 noyabr. Tağıyev teatrı, Nikolay Qoqolun 

"Müfəttiş" komediyasının tamaşası ilə) fəaliyyətə başlayaraq milli teatr sənətinin inkişafında və 

tərəqqisində, peşəkar aktyorluq sənətinin formalaşmasında böyük işlər görüb. "Nicat" 1917-ci ildə 

öz fəaliyyətinə son qoyub. 

"Nəşri-maarif" xeyriyyə  cəmiyyəti Bakıdakı müxtəlif teatr dəstələrinə yaxından köməklik 

göstərib, 1908-ci ildən ısə öz fəaliyyətini "Nicat"la birgə aparıb. 

Qısa fasilələri nəzərə almasaq, "Nicat" truppasının  əsas baş rejissoru Hüseyn Ərəblinski, 

daha səmərəli fəaliyyət göstərən sıravi rejissorları Əbülfət Vəli , Hüseynqulu Sarabski və son illərdə 

Abbasmirzə Şərifzadə olublar. 

Truppa təzə  fəaliyyətə başlayanda tamaşalara rejissorluğu aktyorlar və bir neçə  dəfə rus 

teatrından dəvət olunmuş Saracan Valentinov edib. 1906-cı ildə "Nicat" "Döymə qapımı, döyərlər 

qapını" (Haşım bəy Vəzirov) və "Hacı Qəmbər" (Nəcəf bəy Vəzirov) komediyalarını da oynayıb. 

1907. "Nicat"ın bu il ərzindəki uğurlu işləri Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (rejissor 

Əbülfət Vəli. Hacı Qara - Cahangir Zeynalov, Heydər bəy - Məhəmməd bəy  Əlvəndi, Naçalnik - 

Hüseyn  Ərəblinski), Henrix Heynenin "Əl Mənsur" (rejissor Hüseyn Ərəblinski.  Əl Mənsur - 

Məmməsadıq Axundov, Don Qanzalo - Hüseyn Ərəblinski), Fridrix Şillerin "Qaçaqlar" ("Əşqiya". 

Rejissor Hüseyn Ərəblinski. Qoca Moor - Cahangir Zeynalov, Karl Moor - Mehdi bəy Hacınski, 

Frans Moor - Hüseyn Ərəblinski, Şveytser - Əbülfət Vəli və Hüseynqulu Sarabski), Əbdürrəhim bəy 

Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" (rejissor və Qacar rolunun ifaçısı Hüseyn Ərəblinski, 

Mürtəzaquulu xan - Əbülfət Vəli, Cəfərqulu xan - Hüseynqulu Sarabski və Qulamrza Şərifzadə), 

Namiq Kamalın "Vətən" ("Vətən, yaxud Silistirə"), Nəriman Nərimanovun "Nadir şah" (Nadir şah - 

Hüseyn Ərəblinski) əsərlərinin tamaşaları olub. 



1908. Yanvar ayının 12-də ilk milli muğam operası olan Üzeyir bəy Hacıbəyovun "Leyli və 

Məcnun"unu "Nicat" truppası Hüseyn Ərəblinskinin rejissorluğunda Tağıyev teatrı binasında 

oynayıb (Məcnun - Hüseynqulu Sarabski, Leyli - Əbdürrəhman Fərəcov). 



Bu il truppa əvvəllər dəfələrlə oynadığı  əsərlərin təkrar quruluşlarından  əlavə, repertuarına 

yeni pyeslərin tamaşalarını da daxil edib. Bunlardan "Əmir  Əbül Üla" və  "İbrahim bəy" (Hüseyn 

Bədrəddin və  Məhəmməd Rüfət. Tərcümə edəni Qulamrza Şərifzadə), "Sultan Osman" (Fransua 

Volter. Çevirəni  Əbdürrəhim bəy Haqverdiyev), "Dəmirçi Gavə" (Şəmsəddin Sami. Tərcüməçi 

Süleyman Sani Axundov), "Qəzavat" (S.Lanskoy. Tərcüməçi  Əbdürrəhim bəy Haqverdiyev), 

"Bəxtsiz bala" (Namiq Kamal. Təbdil edəni Səkinə Axundzadə), "Zorən təbib" (Jan Batist Molyer. 

Tərcüməçi Əhməd Qəmərli) tamaşalarını göstərmək olar. 

Hüseyn  Ərəblinski bir qrup sənət dostu ilə  bu  ilin  mart  və aprel aylarında Tiflisə qastrola 

gedib. Sentyabr ayında "Nicat" qüvvələrini səfərbər edərək həftədə bir tamaşa oynamağa qərar 

verib. 


Bu ildən başlayaraq, təxminən on il ərzində repertuarda Mirzə  Fətəli Axundzadənin "Hacı 

Qara", "Lənkəran xanının vəziri" və "Müsyö Jordan və dərviş Məstəli şah", Nəcəf bəy Vəzirovun 

"Hacı  Qəmbər", "Ev tərbiyəsinin bir şəkli" və "Müsibəti-Fəxrəddin",  Əbdürrəhim bəy 

Haqverdiyevin "Bəxtsiz cavan", "Ağa Məhəmməd  şah Qacar", "Pəri cadu" və "Ac həriflər", 

Nəriman Nərimanovun "Dilin bəlası" ("Şamdan bəy"), "Nadir şah" komediya və faciələri vaxtaşırı 

təzə quruluşlarda göstərilib. 

Hüseyn Ərəblinski Xlestakov ("Müfəttiş") rolunda uğurla çıxış edib 

1909. "Nicat"ın idarə heyətinin rəhbərlərindən İsa bəy Aşurbəyli ilə aktyorlar arasında ixtilaf 

yarandığına görə, başda Ərəblinski olmaqla, aparıcı sənətkarlar bir müddət truppadan uzaqlaşıblar. 

Onlar qayıtdıqdan sonra truppanın repertuarında yeni canlanma yaranıb. 

Hüseyn Ərəblinskinin rəhbərliyi ilə truppanın bir qrup aktyoru Tiflisdə, İrəvanda, Batumda, 

Naxçıvanda qastrollarda olub. 

Repertuarda son on ildə oynanılan  əsərlərlə yanaşı, Çirikovun "Yəhudilər" (tərcüməçi 

Əbdürrəhim bəy Haqverdiyev), Mirzə  Fətəli Axundzadənin "Mürafiə  vəkilləri" ("Təbriz vəkilləri" 

adı ilə), Viktor Dükanjın Qumarbazın otuzillik həyatı" (tərcüməçi Vəli Qasımov), Məhəmməd 

Ehsanın "Cövdət bəy" (tərcüməçi Qulamrza Şərifzadə) dram və komediyaları da tamaşaçılara 

göstərilib. Sultanməcid Qənizadənin, Nəcəf bəy Vəzirovun təbdil və  məzhəkələri, Myasnitskinin 

"Mən ölmüşəm", Lentovskinin "Aktyorun həyatı", Vasaq Mədətovun "Tamahkarlıq düşmən 

qazanır" vodevilləri vaxtaşırı oynanılıb. 

Sentyabr ayında "Nicat"ın artıq kiçik sayılan teatr bölməsi ləğv olunub və onun əsasında 

daha böyük dəstə yaranıb. Truppaya, bu aktyorlar daxil ediliblər: Hüseyn Ərəblinski, Məhəmməd 

bəy  Əlvəndi,  Əbülfət Vəli, Hüseyqulu Sarabski, Əliabbas Rzayev (Avarski), Rüstəm Kazımov, 

Məmmədhaşım  Əliyev, Mirmahmud Kazımovski, Hüseyn Ağayev, Mirzağa  Əliyev,  İmran 

Qasımov, Mehdi bəy Hacınski, Süleyman Səlimbəyov, Qulamrza Şərifzadə, Murad Muradov, Hacı 

İbrahim Qasımov, Xəlil Hüseynov, Murad Muradov, Məmmədbağır  Əlinski, Məhəmmədhəsən 

Həsənov, Abbasmirzə  Şərifzadə. Truppaya, həmçinin azərbaycanca az-çox danışmağı bacaran 

Mislavskaya, Aleksandra (Şura) Olenskaya, Tamarina-Qruzinskaya, Doqmarova, Stepanova da 

aktrisa kimi qəbul olunublar.  

1910. Azərbaycan operetta teatrının bünövrəsmin qoyulması da "Nicat" teatr truppası ilə 

bağlıdır. Bu il may ayının 24-də Üzeyir bəy Hacıbəyovun operetta janrında yazdığı ilk "Ər və arvad" 

musiqili komediyası oynanılıb. Nikitin qardaşlarının sirkində göstərilən tamaşaya quruluşu rejissor 

Hüseyn  Ərəblinski verib və  əsas rolları Mirzağa  Əliyev (Kərbəlayı Qubad), Hüseynqulu Sarabski 

(Mərcan bəy) və Əhməd Ağdamski (Minnət xanım) ifa ediblər. 

Repertuarda ilk dəfə göstərilən tamaşalardan  İvan Turgenevin "Pulsuzluq" (tərcüməçi 

Ceyhun bəy Hacıbəyli), Nikolay Qoqolun "Evlənmə" (tərcüməçilər İsa bəy Aşurbəyli və Mehdi bəy 

Hacınski),  Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?", Qulamrza Şərifzadənin "Molla 

Nəsrəddin",  Ələsgər Kamalın "Bədbəxt oğul", Yusif Talıbzadənin "Xalid ibn Valid" ("Suriyanın 

fəthi"), Vilyam Şekspirin "Otello" (tərcüməçi Haşım bəy Vəzirov, rejissor Hüseyn Ərəblinski. 

Otello-Hüseyn  Ərəblinski, Yaqo - Məhəmməd bəy  Əlvəndi), Rudolf Batşalm "Qafqaz çiçəkləri" 



(tərcüməçi Abdulla Şaiq Talıbzadə), Yusif Talıbzadənin "Ərmənusə" ("Fəthi-Misir"),  Əhməd 

Qəmərlinin təbdilində "Cavanların məişəti", Hüseynqulu Sarabskinin "Cəhalət" pyeslərinin 

quruluşları da oynanılıb. 

Qurban bayramı münasibətilə yanvarın 30-da Azərbaycan teatr həyatında ilk dəfə olaraq 

aktyor və rejissor Kərbəlayı Cahangir Zeynalova yaradıcılığının 25 illiyi münasibətilə yubiley 

təntənəsi keçirilib. Tağıyev teatrı binasında keçirilən bayram mərasiminin rəsmi hissəsindən sonra 

"Lənkəran xanının vəziri" komediyası göstərilib. Tamaşada  əsas rolları Cahangir Zeynalov (vəzir 

Mirzə Həbib) və rejissor Hüseyn Ərəblinski (Teymur ağa) oynayıblar. 



1911. Ötən illərdə teatr tamaşaları iri binalardan, əsasən, Tağıyev teatrında, Nikitin 

qardaşlarının sirkində, Ağa Musa Nağıyev teatrında, Dənizçilər klubunda, "Obşest-vennoye 

sobiraniye"də göstərilib. Bu il fevralın 28-də Modem Musorqskinin "Boris Qodunov" operası ilə 

Mayılov teatrının (hazırki Opera və Balet Teatrı) açılışı olub. "Nicat" kirayə ilə  həmin binada da 

tamaşalar göstərməyə başlayıb. 

Truppa bu ildən etibarən Əbdülhəq Hamidin "Tariq ibn Ziyad, yaxud Əndəlis" (tərcüməçilər 

Dadaş Bünyadzadə  və Pirqulu Mürsəlzadə), Rza Zaki Lətifbəyovun "Köhnə Türkiyə", Vahid 

Lütfinin "Naci bəy" ("Naci bəy fədakari-hürriyyət". Tərcüməçi Dadaş Bünyadzadə) pyeslərini də 

oynamağa başlayıb. 

Tədricən truppanın repertuarında musiqi janrlı tamaşaların göstərilməsi üstünlüyü ələ alıb. 

Mətbuatda buna narazılıq bildirilib və ayrı-ayrı qəzetlər müəyyən qərəzli mövqelərdən Üzeyir bəy 

və Zülfüqar bəy Hacıbəyov qardaşlarına qarşı qərəzli hücumlar ediblər. 

Bakı  şəhər polisi Azərbaycanda teatr sənətinin tərəqqisindən təşvişə düşüb. "Nicat"ın 

göstərdiyi tamaşaların hamısında polisin nümayəndəsi birinci sırada  əyləşib və  səhnədən deyilən 

senzuradankənar "siyasi" sözləri öz idarəsinə çatdırıb.  


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin