Bu dərnək 1917-ci ilin son aylarında və əsasən 1918-ci ilin birinci yarısında Bakı şəhərində
Dərnəyin
üzvləri, əsasən, Rza Ərəbskidən,
Həmid Məlikovdan, Əli Əzimzadədən,
Mirabdulla Mirinskidən, Əsgər Hüseynzadədən, Abbas bəy Qubinskidən, Süleyman
Hüseynovdan, Əbülfəz Məcidovdan, Heydər bəy Məlmovdan, Əyyub Bağırlıdan, Balabəy
Qubalıdan ibarət olub. "Müsəlman dram artistləri dərnəyi" həm kiçik dramları, həm melodramları,
həm yüngül süjetli məsxərələri, həm də zəif və primitiv musiqili komediyaları tamaşaya hazırlayıb.
Onların tamaşaları, əsasən, şəhər ətrafında, fəhlə klublarında göstərilib. Dərnəyin tamaşalarının əsas
rejissoru Mirabdulla Mirinski olub.
"Müsəlman dram artistləri dərnəyi"nin tamaşalarında məşhur pəhləvan Salı Süleyman
özünün orijinal proqramları ilə çıxış edib. Dərnəyin üzvləri 1919-cu ildə İrana və Dərbəndə qastrola
gedib.
Dostları ilə paylaş: