Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə60/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   470
İLK PEŞƏKAR AKTYORLAR 

 

Birinci dərs 

 

MİRZƏ MUXTAR MƏMMƏDOV (1841-1930) 

 

Milli səhnə  sənətimizin ilk peşəkar aktyorlarından biri də Mirzə Muxtar Məmmədovdur. 



Realist aktyor məktəbinin inkişafında xüsusi xidmətləri var. 

Mirzə Muxtar Ələsgər oğlu Məmmədov 1841-ci ildə Şuşa şəhərində təvəllüd edib. Əvvəlcə 

mədrəsədə, iki il sonra, on bir yaşında türk-rus (rus-tatar) məktəbində təhsil alıb. Fars və rus dillərini 

mükəmməl öyrənib. İyirmi yaşından Şuşada müəllimliklə məşğul olub. 1870-ci ildə Novruz bayramı 

münasibətilə "Qaravəlli" tamaşası hazırlayıb və oyun camaatın xoşuna gəlib. Bundan sonra o, bütün 

bayramlarda məsxərəli və  məzhəkəli tamaşalar hazırlayıb. 1874-cü ildə  Şuşada Mirzə  Fətəli 

Axundzadənin "Hacı Qara" komediyasını tamaşaya hazırlayıb. Tamaşa rus əsgərlərinin qışlamasında 

(kazarmasında) göstərilib. 

Mirzə Muxtar Məmmədovun aktyorluğunun ilkin mərhələsi (1873- 1883) Şuşa dövrünə 

aiddir. Bir müddət Tiflisdə  və  Gəncədə  işləyən Mirzə Muxtar 1899-cu ildə Bakıya köçüb. Şəhər 

məktəblərindən birinə müəllimliyə düzələndən sonra şəhərin teatr həvəskarları ilə tanış olub. 

Tezliklə teatr tamaşalarının hazırlanmasında fəallıq göstərən ziyalı kimi tanınıb. Müxtəlif illərdə 

birinci və ikinci "Müsəlman dram artistləri cəmiyyəti"nin, "Həmiyyət", "Nicat", "Səfa" mədəni-

maarif cəmiyyətlərinin teatr truppalarında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının 

müdiriyyəti", Abbasmirzə Şərifzadənin rəhbərlik etdiyi "Müsəlman artistləri ittifaqı"nın dəstələrində 

aktyorluq edib. 

Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir bəy Hacıbəyov onu aktyor və xanəndə kimi 

Şuşadan yaxşı tanıyırdılar. Buna görə  də "Nicat" teatr dəstəsinin və Hüseynqulu Sarabskinin 

"Müsəlman opera truppası"nın hazırladıqları opera tamaşalarında şirin və məlahətli səsi olan Mirzə 

Muxtar yaxından iştirak edib. Üzeyir bəy Hacıbəyovun ilk milli operamız olan "Leyli və Məcnun" 

əsərinin hazırlamb hasilə gəlməsində yaxından iştirak edib. 1908-ci il yanvarın 12-də göstərilən ilk 

tamaşada  Əbül Qeys (Qeysin atası) rolunu oynayıb. Üzeyir bəyin "Şah Abbas və Xurşid banu" 

operasının ilk tamaşasında (10 mart 1912) isə Vəzir rolunda çıxış edib. 

Erməni daşnakiarı 1918-ci ilin martında Bakıda vəhşilklə kütləvi qırğınlar törədəndə, şəhəri 

oda qalayanda 77 yaşlı qocaman teatr xadiminin evi dağılıb, olan-qalan varidatı  əlindən çıxıb. O, 

zəlil günə düşüb və "Bəsirət" qəzeti 17 noyabr 1918-ci il tarixli sayında bu barədə  məqalə yazıb. 

Üzeyir bəyin təşəbbüsü ilə ziyalılar ona yardım göstəriblər. 

Aktyorun yaradıcılığının Bakı dövründəki əsas qadın və kişi rolları bunlardır: Yetər, Hürü və 

Bədricahan ("Hacı  Qəmbər", "Müsibəti-Fəxrəddin" və "Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy 

Vəzirov), Pərizad və  Cəfər xan ("Dilin bəlası" və "Nadir şah", Nəriman Nərimanov), Səfər bəy 

("Hacı Qara", Mirzə  Fətəli Axundzadə),  Şeyx  Əhməd ("Ölülər", Cəlil Məmmədquluzadə), Mirzə 

Bayram ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Molla Sübhan ("Ədirnə  fəthi", Cəfər 

Cabbarlı),  Əhməd Rza ("Sultan Əbdülhəmidin xəli", Mehdi bəy Hacınski),  Şiruyə  və Baş möbid 

("Dəmirçi Gavə", Şəmsəddin Sami), İbrahim ("Qəzavat", S.Lanskoy). 

Mirzə Muxtar Məmmədov təxminən 1930-cu ildə Bakıda vəfat edib. Bəzi mənbələr onun 

1929-cu ildə, bir qisın isə 1931-ci ildə dünyasını dəyişdiyini göstərib. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin