Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


İSMAYIL AXUNDOV (15.41907 -13.9.1969)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə63/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   470
RÜSTƏM KAZIMOV (1879-1943) 

 

Azərbaycanın ilk peşəkar aktyorlarından sayılır. Faciə  və komediyalarda, opera və 



operettalarda çıxış etsə də, yaradıcılığlnın əsasını dramatik obrazlar təşkil edir. 

Rüstəm Kazımov 1879-cu ildə Bakıda kasıb ailədə doğulub. Mollaxanada cüzi təhsil alıb. 

Şirin səsi olduğuna görə  məhərrəmlik təziyələrində göstərilən  şəbih tamaşalarında iştirak edib. 



1890-cı ilin əvvəllərində Bakıda Həbib bəy Mahmudbəyovun və Sultanməcid Qənizadənin təşkil 

etdikləri tamşalarda epizod rollar oynayıb. Sonralar "Müsəlman artistləri cəmiyyəti" truppasında, 

Cahangir Zeynalovun "Ev teatrı"nda aktyorluq edib. 1901-1919-cu illərdə  Əbdürrəhim bəy 

Haqverdiyevin yaradıcığı truppada, "Həmiyyət" teatr qrupunda, "Nicat", "Səfa" mədəni-maarif 

cəmiyyətlərinin teatr dəstələrində, "Türk aktyorları ittifaqı"nda, "Zülfüqar bəy və Üzeyir bəy 

Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə əsas aktyorlardan olub. 

Bugünkü Akademik Milli Dram Teatrı dövlət təsisatına keçəndə onun truppasına daxil olan 

Rüstəm Kazımov 1925-ci ilə  qədər bu kollektivdə çalışıb. 1921-ci ilin noyabr ayında Bakı Azad 

Tənqid və  Təbliğ Teatrı (sonralar Türk İşçi Teatrı adlanıb) yaradılanda onun aktyor heyətinə 

götürülüb. Dörd il hər iki teatrda işləyən aktyor 1925-ci ildən İşçi Teatrında aktyorluq edib. 1931-ci 

ildə Azərbaycan Respublikasının  əməkdar artisti fəxri adına layiq görülüb. Bu teatr 1933-cü il 

yanvarın 4-də Gəncəyə köçəndə Rüstəm Kazımov da doğma kollektivdən ayrılmayıb. Aktyor 1943-

cü ildə Gəncədə vəfat edib. 

Rüstəm Kazımov müxtəlif truppalarda və MDT-da Hacı Salman ("Hacı Qəmbər", Nəcəf bəy 

Vəzirov),  Ərəb və Quldur ("Əmir  Əbül Üla", Hüseyn Bədrəddin və  Məhəmməd Rüfət), Zabit və 

Zöhhak ("Dəmirçi Gavə",  Şəmsəddin Sami), Döyüşçü ("Otello", Vilyam Şekspir), Roller 

("Qaçaqlar", Fridrix Şiller),  İrakli,  Əbdül ("Ağa Məhəmməd  şah Qacar" və "Dağılan tifaq", 

Əbdürrəhim bəy Haqverdiyev), Hacı  Həsən ağa, Qurban ("Ölülər" və "Anamın kitabı", Cəlil 

Məmmədquluzadə), Osvald ("Kral Lir", Vilyam Şekspir), Cinner, Kamal paşa ("Yulduz, yaxud 

Trablis müharibəsi" və "Ədirnə fəthi", Cəfər Cabbarlı), Naçalnik, Xan ("Hacı Qara" və "Lənkəran 

xanının vəziri", Mirzə Fətəli Axundzadə), Oğuz ("Şeyx Sənan", Hüseyn Cavid) rollarını oynayıb. 

 

* * * 



  

1900- 919-cu illərdə Bakıda milli səhnə  sənətimizin inkişafında və aktyorluğun peşəkarlıq 

estetikası  əsasında formalaşmasında çoxlu teatr fədailəri olub. Onların sırasında Mehdi bəy 

Hacınskinin, Ağadadaş Həsənovun, Səlim Səlimbəyovun, Əhməd Qəmərlinin (Məlikov), Qulamrza 

Şərifzadənin, Məmmədbağır  Əlinskinin, Ağalar Gəraybəyovun,  Ələkbər Hüseynzadənin,  Əhməd 

Ağdamskinin (Bədəlbəyov), Hüseynqulu Sarabskinin (Rzayev), Əliş Haqverdiyevin, Şeyda 

Xəlilbəyovun, Bağır Xəlilbəyovun, Ağası  bəy  Şirvanskinin, Mir Paşanın (Sadıqov), 

Məhəmmədhəsən Mərəndinin, Nurməhəmməd Məhəmmədovun, Məcid Çaybasarskinin, Səməd 

Mənsurun, Şura (Aleksandra) Olenskayanın, Məxfurə Yermakovanın, Məmmədhənifə Terequlovun, 

İbrahim Atakişiyevin,  Əli Nəbinin,  Əliabbas Rzayevin, Hilal Bağırovun, Yunis Nərimanovun 

adlarını  çəkmək lazımdır. Bu fədailərin bir qisıni iyirminci və otuzuncu illərdə  də Azərbaycanın 

müxtəlif  şəhər və  əyalət teatrlarında aktyor, rejissor, rejissor yardımçısı kimi və inzibatçılıq 

sahəsində çalışıblar. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin