Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə58/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   470
"Müsəlman artıstlərı ittifaqı" 

 Bu dram dəstəsini Abbasmirzə  Şərifzadə yaradıb. Truppanın adı "Artistlər ittifaqı", "Bakı  

musəlman  aktyorları ittifaqı", "İttifaq" kimi də yazılıb. 

1917-ci ilin oktyabrında Abbasmirzə  Şərifzadənin başçılığı ilə tanınmış teatr fədailəri bir 

yerə  yığılaraq cəmiyyətin nizamnaməsini və  məramnaməsini müzakirə ediblər. Bu sənədlər 

mətbuatda çap olunub. 

Qabaqcıl teatr sənətkarları Hüseyn Ərəblinski və Hüseynqulu Sarabski buna ciddi etirazlarını 

bildiriblər, hətta mətbuatda narazılıq məqaləsi ilə  çıxış ediblər. Lakin Şərifzadə öz inadından 

dönməyib. O, tanınmış aktyorları, təcrübəli gəncləri və sənətə yenicə gələn bacarıqlı həvəskarları öz 

ətrafına toplayaraq məşqlərə başlayıb. Abbasmirzə  Şərifzadə yeni dəstənin baş rejissor vəzifəsini 

tutub. Əsas məşqlər "İsmailiyyə" binasında keçirilib və "İttifaq"ın idarə heyəti də burada yerləşib. 

İlk vaxtlar onlar Bakı Gənclər Təşkilatında cəmləşmiş ziyalıların qüvvələrindən də istifadə ediblər. 

Noyabrın 20-də bu teatr truppası özünün ilk tamaşası olan "Nadir şah" (Nəriman Nərmanov) 

faciəsini göstərib. Mətbuatın yazdığına görə, tamaşa uğurla keçib. Nadir şah rolunu Abbasmirzə 

Şərifzadə özü oynayıb.  İlk dəfə  məhz bu teatr dəstəsi Nargin adasındakı  hərbi  əsrlərə kömək 

məqsədilə Xeyriyyə  cəmiyyəti zalında ("İsmailiyyə"də) "Əsirlər gecəsi" adlı  bədii kompozisiya 

göstərib. 

"Müsəlman artistləri ittifaqı" hazırladığı tamaşaları,  əsasən, "İsmailiyyə", "Malı teatr", 

Tağıyev teatrı binalarında göstərib. Onun repertuarında Üzeyir bəy Hacıbəyovun "Leyli və 

Məcnun", "Əsli və  Kərəm", Hacıbaba  Şərifzadənin "Mehr və Mah" operaları, Namiq Kamalın 

"Osmanlı müharibəsi" ("Vətən"), Nəriman Nərimanovun "Şamdan bəy" ("Dilin bəlası"), 

Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" dramları daha tez-tez göstərilib. 

Truppanın 1917-ci ildə  ən maraqlı  və bitkin işi dekabrın 15-də göstərilən "Ədirnə  fəthi" 

(Cəfər Cabbarlı) tamaşası olub. Tamaşaya quruluşu rejissor Abbasmirzə Şərifzadə verib. Əsas rolları 

Abbasmirzə  Şərifzadə  (Ənvər paşa), Sidqi Ruhulla (Xalid), Xəlil Hüseynov (Rüfət), Mehdi bəy 

Hacınski (Kamal), Şura Olenskaya (Zöhrə), Rza Darablı (Mustafa paşa), Nataliya Lizma (İnci), 

Mirzə Muxtar Məmmədov (Molla Sübhan), Əbülhəsən Anaplı (Hacı  İbrahim), Hüseynağa 

Hacıbababəyov (Nazir), Əhməd Qəmərli (Şükri paşa) oynayıblar. 

"Müsəlman artistləri ittifaqı" 1918-ci ilin ilk üç ayında daha səmərəli çalışıb. Truppa qısa 

müddətdə Abbasmirzə  Şərifzadənin rejissorluğu ilə  aşağıdakı tamaşaları teatrsevərlərin 

müzakirəsinə verib. 

5 yanvar. "Nadir şah", Nəriman Nərimanov. Əsas rolları Sidqi Ruhulla (Nadir şah), Əhməd 

Qəmərli (Şah Təhmas), Rza Darablı (Gürcü bəy), Mirzə Muxtar Məmmədov (Cəfər xan), Yunis 

Nərimanov (Rza xan), Xəlil Hüseynov (Rzaqulu xan), Hacıağa Abbasov (Ədhəm xan) ifa ediblər. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin