Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə138/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   470
1981, 2 sentyabr. "Xurşidbanu Natəvan",  İlyas  Əfəndiyev. Quruluşçu rejissor Mərahim 

Fərzəlibəyov, rəssam Elçin Aslanov, bəstəkar Arif Məlikov. Natəvan surətini Amaliya Pənahova 

həzin, bir qədər qüssəli və bir qədər də fəlsəfi-psixoloji çalarların sintezində ifa edirdi. Səksən dörd 

yaşlı Ağasadıq Gəraybəli Qoca knyaz rolunda coşğun və dinamik obraz kimi təravətli görünürdü. 

 

* * * 


 

Yaradıcılıq eksperimentləri, üslub və janr axtarışları aparmaq üçün ADT-də 1982-ci ildə 

kiçik səhnə adlı studiya-emalatxana yaradıldı. Fəaliyyət göstərdiyi altı ildə burada Jan Anuyun 

"Medeya" (31 may 1982. Rejissor Mərahim Fərzəlibəyov), Nahid Hacızadənin "Məhəbbət yaşadır" 

(21 dekabr 1982. Rejissor Lütfi Məmmədbəyov), Tennessi Uilyamsın "Şüşə heyvanxana" (2 iyun 

1985. Rejissor Bəhram Osmanov), Yuli Edlisin "Kölgələrin oyunu" (29 oktyabr 1986. Rejissor 

Həsən  Əbluc), Rafiq Səməndərin "Günəbaxanlar" (5 fevral 1988. Rejissor Həsən  Əbluc), Jan Pol 

Sartrm "Dəfn edilməmiş ölülər" (2 iyun 1988. Rejissor Mehriban Ələkbərzadə) əsərlərinin maraqlı 

tamaşaları hazırlanıb. 

Teatr iyirmi beş ildə özünün yaradıcılıq məktəbinə yeni-yeni dramaturqlar cəlb edib. Şıxəli 

Qurbanov "Əcəb işə düşdük" (2 dekabr 1961), Bəxtiyar Vahabzadə  "İkinci səs" (19 aprel 1969), 

Seyfəddin Dağlı "Mənziliniz mübarək!" (20 noyabr 1971), Nəbi Xəzri "Sən yanmasan..." (2 fevral 

1972), Maqsud İbrahimbəyov "Ümid" (27 noyabr 1976), Rüstəm İbrahinıbəyov "İstintaq" (18 mart 

1978), Əkrəm Əylisli "Quşu uçan budaqlar" (29 dekabr 1978), Nəriman Həsənzadə "Atabəylər" (24 

dekabr 1983) pyeslərinin tamaşalarından başlayaraq bu teatrla uzunmüddətli əlaqə yaradıblar. 

Azərbaycanın klassik dramaturqlarından Cəfər Cabbarlının "Od gəlini" (23 sentyabr 1961), 

"Aydın" (26 may 1972), "Sevil" (18 noyabr 1978), Hüseyn Cavidin "Səyavuş" (14 mart 1963), 

"Knyaz" (6 dekabr 1974), "İblis" (19 mart 1983), Mirzə  Fətəli Axundzadənin  "Hacı Qara" (26 

oktyabr 1962), "Xırs quldurbasan" (19 iyun 1971) əsərləri yeni quruluşlarda tamaşaya qoyulub. 

Klassik və çağdaş dünya ədiblərindən Aleksİs Parnisin "Gözəllik və sevgi adası" (26 aprel 

1961), Viktor Rozovun "Şadlıq sorağında" (25 may 1961), Viktor Hüqonun "Mariya Tüdor" (17 

mart 1962), Aleksey Arbuzovun "Tanya" (27 may 1964), Cavad Fəhmi Başqutun "Köç" (19 

sentyabr 1964), Fridrix Şillerin "Orlean qızı" (14 oktyabr 1965), Aleksandr Ostrovskinin "Günahsız 

müqəssirlər" (12 fevral 1966), "Müdriklər" (19 may 1973), "Cehizsiz qız" (27 oktyabr 1979), Çingiz 

Aytınatovun "Ana torpağı" (28 dekabr 1966), Bernard Şounun "Şeytanın şagirdi" (23 dekabr 1967), 

Maksim Qorkinin "Zikovlar" (27 mart 1968), "Meşşanlar" (22 mart 1975), "Həyatın dibində"  (16 

noyabr 1985), Raffaele Vivianinin "Çarəsiz dələduz" (29 mart 1969), Yucin O'Nilin "Qızıl" (9 

oktyabr 1971), Fridrix Şillerin "Məkr və məhəbbət" (17 noyabr 1973), Vilyam Şekpirin "Heç nədən 

hay-küy" (10 mart 1979), "Maqbet" (19 noyabr 1981), Leonqard Frankin "Yad adam" (26 dekabr 

1980) pyeslərinin tamaşaları repertuarda yer tutublar. 

Bir sıra gənc rejissorlar AMDT-də  sərbəst quruluşlar veriblər. Tofiq Ağayev rus Samuil 

Alyoşinin "Palata" (28 aprel 1963), Fikrət Sultanov bolqar Stefan Kostovun "Falçı" (24 sentyabr 




1966), Fuad Hacıyev macar Mlkolaş Dyarfaşın "Füsunkar qız" (28 mar4 2971), Həsən Əbluc rumın 

Mixail Sebastianın "Adsız ulduz" (3 dekabr 1972), Rövşən Qocayev Əbdürrəhim bəy Haqverdiyevin 

"Bəxtsiz cavan" (kiçik səhnədə. 7 iyun 1983), Məhərrəm Bədirzadə Cahan Əfruzun "İlham pərisi" 

(kiçik səhnədə. 30 dekabr 1983), Namiq Ağayev nasir-dramaturq Firudin Ağayevin "Səməndər 

quşu" (kiçik səhnədə. 28 aprel 1984) əsərləri ilə AMDT-də rejissor debütü ediblər. 

  


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin