Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə162/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   470
 

HÖKÜMƏ QURBANOVA 

 (11.6.1913-2.11.1988) 

 

Milli səhnəmizin misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz temperamentli, 



coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli 

nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb. 

Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində 

doğulub. Teatrda ilk illər aktyor Ələsgər  Ələkbərovda  ərdə olduğu üçün "Ələkbərova" soyadıyla 

çıxış edib. 

Hökümə xanım Bakı Pedaqoji Texnikumunu bitirib (1931). Elə həmin il Azərbaycan Dövlət 

konservatoriyasma daxil olaraq iki il fortepiano sinifində təhsil alıb. Güclü musiqi yaddaşı vardı. 

Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü 

ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı 

ildə buraxılıb. 

Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci 

ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökümə xanımın 

xırda-para epizod rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib. 

Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və  məlahətli səs variasiyaları ilə oynaya 

bilən ikinci qadın sənətkar olmayıb. Tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər də 

onun məşəl kimi yanan, alovlu və  ağıllı gözlərindəki mənaları aydınca görür, duyur və  dərk 

edirdilər. Aktrisa lazım gələndə  səhnədə  dəqiqələrlə  mərmər abidə kimi "donub" qala bilirdi 

(məsələn, Şekspirin "Qış nağılı"nda Hermiona rolunda). Pauzaları baxış və hərəkətləri ilə ustalıqla 

"doldururdu". 

Hökümə Qurbanova romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor 

məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, bir estetik prinsiplərdə 

təqdim edən ilk aktrisadır. 

Ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvi kəsiklərində çarpazlaşan 

Kleopatra səpkili mürəkkəb faciə obrazlarının  ən dramatik səhnələrində  də aktrisa səslə daxili 

ehtirasını paralel işlətməkdə, onları obrazın mürəkkəb, psixoloji, ziddiyyətli mənəvi aləminin 

açılmasma istiqamətləndirməkdə mahir ustad idi. 

Psixoloji rollarda obrazın ovqatını tamamlamaq üçün səsləndirilən musiqinin ritm və 

ahəngini, təranə düzümünü Hökümə xanım səsinin cingiltili, titrəyişli musiqisi ilə eyni kökdə, not 

dəqiqliyi ilə qururdu." 

Komediya rollarında (Bənovşə, Xanuma...) səhnəyə çıxan Hökümə Qurbanovanın məlahətli 

yumoru, sərrast və dürüst istiqamətli satirası sanki səhnəyə sığmırdı, vəziyyətin ovqatı bütün salona 

sirayət edirdi. Onun yumorlu ifası  əsərin məhvərinə çevrilir, tamaşadakı bütün personajları öz 

gülüşünün oxu ətrafında fırlanmaq cazibəsinə salırdı. 



Mənalı, zərif və cazibəli plastikası vardı. Hərəkətlərini Personajın ictimai-sosial 

mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizmınə ahəngdar 

həssaslıqla bağlayıb əlaqələndirirdi. 

Hökümə Qurbanovanın çöhrəsində Cakondanın sirli təbəssümü vardı. Aktrisa o təbəssümün 

sehrindən və hüsnündən dramatik rollarda məharətlə istifadə edirdi. O dramatik rollarda ki, onların 

həyat amalları insanpərvərliklə, xeyirxah əməllərlə yoğrulub. 

Janr-üslub və oyun-forma baxımından Hökümə Qurbanovanın yaradıcılığını  aşağıdakı 

bölgülərə ayırmaq olar. 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin