Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə260/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   256   257   258   259   260   261   262   263   ...   470
AZƏRBAYCAN  DÖVLƏT OPERA VƏ  

BALET TEATRI 

(1925-1937) 

 

 



Baki şəhərində XIX əsrin axırlarında və XX əsrin ilk on illiyində müxtəlif səyyar truppalar 

opera tamaşaları oynayıblar. Lakin bu tamaşaların göstərilməsi müntəzəm xarakter daşımayıb. 1910-

cu ildə Bakıda məxsusi opera teatrı binası tikilib. Bu binaya "Mayılov qvrdaşlarının teatrı", 

"Mayılov teatrı" da deyilib. 1911-ci il fevral ayının 28-də opera teatrının açılışı olub. İlk dəfə burada 

yığma truppanın aktyorları Modest Musorqskinin "Boris Qodunov" operasını oynayıblar. 

Uzun illər bu teatrda kiçik heyətdə truppa olub və əsas partiyaların ifasına Rusiyanın məşhur 

opera solistləri dəvət ediliblər. Operalar yalnız rus dilində oynanılıb. Azərbaycan operaları bu 

binada öz tamaşalarını kirayənişin kimi göstərib.  Ən yaxşı hallarda bina yalnız həftədə bir dəfə 

Azərbaycan truppalarına icarəyə verilib. 

1920-ci ilin iyununda sovet hakimiyyətinin gəlməsi ilə əlaqədar olaraq Bakıda bütün teatrlar 

milliləşdirilib.  Opera teatrının kollektivi truppanın heyətini bir qədər artıraraq "Rus Operası" 

adlanıb. Bir müddət kollektiv "Böyük Opera Teatrosu" adı ilə çalışıb. Bəzən afişalarda Dövlət Opera 

və Musiqili Komediya Teatrı (rəhbəri Pavel Amiraqo) yazılıb. 

Teatr dövlət statusu alandan sonraki ilk ildə Pyotr Çaykovskinin "Yevgeni Onegin", 

"Qaratoxmaq qadın" və "Mazepa", Cakomo Puççininin "Bohema", Cüzeppe Verdinin "Karmen" və 

"Aida",  Şarl Qunonun "Faust", Şarl Kamal Sen-Sansın "Samson və Dalila", Nikolay Rimski-

Korsakovun "Qar qız", Andrey Paşşenkonun "Qartal qiyamı", Lev Kniperin "Şimal küləyi", Anton 

Rubinşteynin "Demon", Coakkino Rossininin "Toska", "Sevilya bərbəri" operalarını oynayıb. Bu 




operaların tamaşalarında  əsas partiyaları SSRİ-nin müxtəlif  şəhərlərindən dəvət olunmuş solistlər 

oxuyurdular. Teatrın özünün də kiçik truppası vardı. Lakin bu truppada xüsusən messo soprpano, 

bariton və lirik tenor səslərə malik təcrübəli solistlər çox az idi. 

Milli Dram Teatrının truppası isə muğam operalarından Üzeyir bəy Hacıbəyovun "Əsli və 

Kərəm", "Leyli və  Məcnun", "Şah Abbas və Xurşid banu", "Rüstəm və Söhrab", Zülfüqar bəy 

Hacıbəyovun "Aşıq Qərib", Müslüm bəy Maqomayevin "Şah  İsmayıl"  əsərlərini öz repertuarında 

saxlayırdı. Truppa həmçinin "O olmasın, bu olsun " ("Məşədi  İbad") və "Arşın mal alan" 

operettalarını oynayırdı. 

Opera teatrı isə  hələ Azərbaycan operalarını oynamırdı. 1921-1925-ci illərdə teatr dünya 

klassiklərindən və çağdaş  bəstəkarların  əsərlərindən  Şarl Qunonun "Romeo və Cülyetta", Mixail 

Qlinkanın "İvan Susanin", "Polşabal rəqsi", Rudcero Leonkovallonun "Məzhəkəçilər", Cak 

Offenbaxın "Hofmanın nağılları", Aleksandr Borodinin "Knyaz İqor", Pyotr Çaykovskinin "İolanta", 

Formental Cak Qolevinin "Kardinalın qızı" ("Jidovka"), Cüzeppe Verdinin "Trubadur", Qessin 

"Komorra", Vilhelm Vaqnerin "Leonqrin" və "Tanqeyzer", Yakov Meyerberin "Quqenotlar ", 

Cakomo Puççininin "Toska", Leo Delibin "Lakme" operalarını oynayıb. 

Azərbaycanlı  müğənnilər Fatma Muxtarova və  Şövkət Məmmədova bu operalardan bir 

neçəsində  əsas partiyaları rus dilində oxuyublar. Onlar Azərbaycan operalarında da oynayıblar. 

Qadın rollarından Leyli, Əsli, Xurşid banu rolları Sona Hacıyevaya və Xurşid Qacara tapşırılıb. 

1921-ci ildə teatr ilk dəfə balet əsərini tamaşaçılara göstərib. Bu, Leo Delibin "Koppeliya" 

("Mavi gözlü qız") baleti idi. 1923-cü ildə teatr əvvəlcə Nikolay Rimski-Korsakovun "Şəhrizad" və 

"İspan kapriççosu" xoreoqrafik miniatürlərini tamaşaya hazırlayıb. Sonra isə Pyotr Çaykovskinin 

"Sonalar gölü" ("Qu gölü") kimi mürəkkəb musiqi əsəri repertuarda özünə yer tutub. 

Azərbaycan opera truppası 1925-ci ilin avqustunda AMDT-dən ayrılıb və Rus Operasının 

nəzdinə keçib. Bu vaxtı truppada Hüseynqulu Sarabski, Bülbül, Məmmədtağı Bağırov, Hüseynağa 

Hacıbababəyov, Sona Hacıyeva, Xurşid Qacar, Əzizə  Məmmədova,  Əbdübağı  və  Qəmbər 

Zülalovlar, Məhbubə Paşayeva, Dadaş  Şaraplı, Hənifə Terequlov kimi təcrübəli sənət-Karlar və 

müəyyən sənət səriştəsi toplamış gənclər vardı. Onlar da kollektivlə yeni teatra keçdilər. 

Truppa ayda bir neçə dəfə də olsa opera və həmçinin operetta tamaşaları göstərib. Üzeyir bəy 

Hacıbəyovun, Zülfüqar bəy Hacıbəyovun və Müslüm bəy Maqomayevin musiqi əsərləri Rus 

Operasında yeni-yeni quruluşlarda hazırlanıb. Azərbaycan truppasında baş rejissorluq vəzifəsini bir 

müddət Abbasmirzə Şərifzadə və Yusif Yulduz daşıyıblar. 

Rus opera truppası 1925-ci ildən başlayaraq on iki il ərzində həm əvvəllər oynadığı operaları 

yeni quruluşlarda tamaşaçılara göstərib, həm də repertuara təzə əsərlər daxil edib. Onların arasında 

Cakomo Puççininin "Madam Batterflyay" və "Qərbli qız", Cüzeppe Verdinin "Riqoletto", Şarl Lui 

Ambruaz Tomanın "Hamlet", Eduard Napravnikin "Dubrovski", Jorj Bizenin "İnci axtaranlar", 

Arriqo Boytonun "Mefistofel", Oberin (Daniel Fransua Espri) "Fra Dyavolo", Volfqanq Araadey 

Motsartın "Fiqaronun toyu", Aleksandr Darqomıjs-kinin "Su pərisi", Nmolay Rimski-Korsakovun 

"Qızıl xoruz", "Çar gəlini", Aleksandr Yurasovskinin "Trilbi" operalarının tamaşaları daha 

diqqətçəkən olub. 

Bu illər  ərzində balet truppası Reynqold Qlierin "Qırmızı lalə", Sezar (Çezare) Puninin 

"Qozbel at", Adolf Adanın "Korsar", Boris Yanovskinin "Ferenci", Boris Asafyevin "Bağçasaray 

fəvvarəsi" ("Bağçasaray fontanı" kimi də yazılıb), Rikardo Driqonun "Arlekinada" əsərlərini uzun 

müddət repertuarda saxlaya bilib. 

Opera teatrının nəzdində yaradılmış xoreoqrafiya studiyasını 1929-cu ildə Qəmər Almaszadə 

bitirib. Son dərəcə istedadlı  rəqqasə elə  həmin il teatra solist götürülüb. Növbəti ildə Sara 

Mirəliyeva,  Ədilə Almaszadə, Leyla Cəfərova, Tamara Əliyeva,  Ələsgər Hənəfizadə bu studiyada 

təhsillərini başa vuraraq balet truppasına üzv olublar. 

1928-ci ildə  sənət ocağı Dövlət Böyük Opera Teatrosu adlanıb. Bəzən "böyük" sözündən 

sonra "Akademik" titulu da yazılıb. Teatra Mirzə  Fətəli Axundzadənin adı verilib. 1932-ci ildə 



afişalarda və proqramlarda sənət ocağının adı rəsmi olaraq Böyük Dövlət opera teatrı kimi verilib. 

Tamaşa adlarının yuxarı hissəsində "türk sektoru" və ya "rus sektoru" sözləri yazılıb. 1934-cü ildə 

teatr Mirzə  Fətəli Axundzadə adına Böyük Opera və Balet Teatrı adlanıb. Bir neçə il sonra isə 

"böyük" sözü teatrın adından götürülüb. 

Teatr 1934-cü ildə Reynqold Qlierin əsasən Bakıda işlədiyi "Şahsənəm" operasını tam 

variantda, mükəmməl redaksiyada tamaşaya hazırlayıb.  İki il əvvəl kollektiv həmin operadan bir 

pərdəni tamaşaçılara göstərmişdi. Operanın librettosunu Azərbaycan xalq dastanı  əsasında 

dramaturq Cəfər Cabbarlı yazıb.  İlk tamaşasından uğur qazanan "Şahsənəm" operasında  əsas 

partiyaları teatrın solistlərindən Şövkət Məmmədova (Şahsənəm), Məmmədtağı Bağırov (Şahvələd), 

Bülbül, Hüseynağa Hacıbababəyov və Yaqub Rzayev (Qərib), Leyla Təhmasib (Ağca qız), 

Böyükağa Mustafayev (Bəhram bəy) oxuyublar. 

Teatrın Azərbaycan opera truppası 1935-ci ildə daha bir sənət nailiyyəti qazanıb.  İlin 

sonunda Müslüm bəy Maqomayevin Avropa operası üslubunda yazdığı, mövzusu müasir kənd 

həyatından götürülmüş  "Nərgiz" operası tamaşaya qoyulub. 

Tamaşaya quruluşu Milli Dram Teatrının baş rejissoru Aleksandr Tuqanov verib. 

Monumental-romantik məhəbbət operası janrında hazırlanan əsərdə əsas rollarda Leyla Təhmasib və 

Aliyə Terequlova (Nərgiz), Bülbül və Hüseynağa Hacıbababəyov (Əlyar), Məmmədtağı Bağırov 

(Həsən kişi və Ağalar bəy), Xanlar Haqverdiyev (Cəfər və Bədəl), Hacıbala Hüseynov və İsmayıl 

Eloğlu (Bədəl), Məhbubə Paşayeva (Ənbər xanım), R.Çobanzadə (Naznaz xanım və Cahan xanım), 

Qəmbər Zülalov (Molla Mütəllim) çıxış ediblər. 

1920-ci ildən sonraki on yeddi il ərzində Azərbaycan operasının  ən parlaq sənət qələbəsi 

Üzeyir bəy Hacıbəyovun "Koroğlu"  əsəri olub. Milli mədəniyyətimizin klassik nümunələrindən 

sayılan operanın librettosunu xalq dastanı  əsasında Heydər  İsmayılov və  Məmməd Səid Ordubadi 

yazıblar. Qəhrəmanlıq dastanını tamaşaya rejissor İsmayıl Hidayətzadə hazırlayıb. Tamaşanın bədii 

tərtibatını gənc rəssam Rüstəm Mustafayev verib. Operanın ilk tamaşası 1937-ci il avprel ayının 30-

da olub. 

"Koroğlu" operasında mürəkkəb partiyaları Bülbül (Rövşən-Koroğlu), Gülnarə İsgəndərova 

(Nigar), Hacıbala Hüseynov (Həmzə), Böyükağa Mustafayev (İbrahim xan), Qulam İsgəndərov 

(Təlxək), Məmmədtağı Bağırov (Həsən xan), Məhbubə Paşayeva (Xanəndə qız), Əli Zülalov (Ehsan 

paşa), Xanlar Haqverdiyev (Alı kişi), Əlövsət Sadıqov (Eyvaz) ifa ediblər. 

Azərbaycan Dövlət Opera və Balet Teatrının truppasında 1937-ci ildə Bülbül, Hüseynqulu 

Sarabski,  Şövkət Məmmədova, Fatma Muxtarova, Həqiqət Rzayeva, Əlövsət Sadıqov, Münəvvər 

Kələntərli, Şirzad Hüseynov, Aliyə Terequlova, Leyla Təhmasib, Xanlar Haqverdiyev, Məmmədtağı 

Bağırov, Hüseynağa Hacıbababəyov, Zülfüqar Sarıyev, Məhbubə Paşayeva, Gülnarə  İsgəndərova, 

Qulam  İsgəndərov, Rəşid Tahirov, Hüseyn Rzayev, Əli Zülalov, Qəmbər Zülalov, Böyükağa 

Mustafayev, Məryəm Babayeva, Sona Bağırova Mənzər Məmmədova,  İsmayıl Eloğlu kimi 

vokalçılar vardı. Matvey Levin, Vasil Nikolski və bu kimi solist-müğənnilər azərbaycanca oynanılan 

tamaşalarda da mürəkkəb vokal xüsusiyyətləri olan obrazların partiyalarını ifa ediblər. 

Teatrın balet truppasında Qəmər Almaszadə kimi çox istedadlı balet ustası çalışırdı. 

Kollektivdə rejissor İsmayıl Hidayətzadə ilə yanaşı, ali təhsil almış Soltan Dadaşov, ixtisas təhsili 

görmüş  gənc rəssam Rüstəm Mustafayev, dirijorlar Müslüm Maqomayev, Əşrəf Həsənov, Niyazi, 

Əfrasiyab Bədəlbəyli səmərəli yaradıcılıq fəaliyyəti göstəriblər. Milli Dram Teatrının gənc rejissoru 

Əlihüseyn Rzayev truppada "Şah  İsmayıl" və "Leyli və  Məcnun" operalarına maraqlı quruluşlar 

verib. 


Həqiqət Rzayeva (Leyli, Əsli,  Şahsənəm və  Ərəb Zəngi), Xurşid Qacar (Gülzar, Leyli və 

Əsli),  Əlövsət Sadıqov (İbn Səlam, Sofi və sonralar Məcnun, Kərəm), Hüseynağa Hacıbababəyov 

(Məcnun, Kərəm,  Şah  İsmayıl və  Aşıq Qərib), Məmmədtağı Bağırov (Nofəl, Keşiş,  Şahvələd və 

Aslan  şah), Xanlar Haqverdiyev (Məcnunun atası, Aslan şah, Aşıq Həsən) tamaşaçılar tərəfindən 

rəğbətlə qarşılanırdılar. 



Azərbaycan truppası opera teatrının nəzdinə keçəndən sonra yaradıcılıq üçün geniş imkanlar 

qazanmışdı. Aşağıda göstərilən həmin imkanlar hazırlanan operaların və  həmçinin operettaların 

bədii cəhətdən dəyərini artırır, estetik ifadə vasitələrini gücləndirir, tamaşalara bütövlük və 

cazibədarlıq gətirirdi. Daha çox nəzəri cəlb edən peşəkarlıq səciyyələri bunlar idi: 

tamaşalarda professional xordan istifadə edilirdi; 

rəqs nömrələrini teatrın peşəkar balet truppası oynayırdı; 

səhnə tərtibatı opera teatrının prinsipləri əsasında işlənilirdi; 

truppaya soprano, messo-soprano, bariton, tenor və bas səsli solistlər cəlb olunmuşdular. Bu, 

"Koroğlu" və "Nərgiz" kimi operaların partituraya uyğun  şəkildə oynanılmasma təminat verirdi. 

Eyni zamanda, muğam operalarındakı Məcnunun atası, Nofəl, Keşiş, Aslan şah, Gülzar və bu kimi 

dramatik obrazların sənətkarlıqla ifasına zəmin yaradırdı; 

truppada üç komik aktyor ştatı vardı; 

oynanılan bütün operaları teatrın müxtəlif çalğı alətlərindən ibarət güclü orkestri müşayiət 

edirdi. 


 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin